16
27. İsmayıl bəy Qutqaşınlının anadan olmasının 210 illiyi (1806-1855)
Qutqaşınlı İsmayıl bəy Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı.
―
İ. Qutqaşınlı rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş,
dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur."
Salman Mumtaz
Ġsmayıl bəy QutqaĢınlı 27 yanvar 1806-cı ildə keçmiĢ
QutqaĢın mahalında (indiki Qəbələ) anadan olmuĢdur.
Ġsmayıl bəy QutqaĢınlı uĢaqlıq və gənclik illərində dini
təhsil almıĢ, ərəb, fars dillərini öyrənmiĢ, klassik
Azərbaycan və ġərq ədəbiyyatı ilə yaxından tanıĢ
olmuĢdur. Ġsmayıl bəy QutqaĢınlı uĢaqlıq və gənclik
illərində dini təhsil almıĢ, ərəb, fars dillərini öyrənmiĢ,
klassik Azərbaycan və ġərq ədəbiyyatı ilə yaxından tanıĢ
olmuĢdur. Xidmət illərində Ġ. QutqaĢınlı bir sıra
mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmıĢ, rus və Qərbi Avropa
mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiĢ, dövrünün ən savadlı Azərbaycan
ziyalılarından biri olmuĢdur. Eyni zamanda o, Azərbaycanın böyük maarifçi alimləri -
Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və baĢqaları ilə
yaxından dostluq etmiĢdir. Bu Ģəxslər Azərbaycan ədəbiyyatında ―Paqonlu maarifçilər‖
adı ilə məĢhurdurlar. Ġsmayıl bəy QutqaĢınlı 1852-ci ildə arvadı ilə Yaxın ġərq
ölkələrinə səyahətə getmiĢdir. Böyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində
olmuĢdur. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuĢ ―Səfərnamə‖ adlı yol
qeydlərini yazmıĢdır. Əsər QutqaĢınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində
böyük əhəmiyyət daĢıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmıĢdır. Ġsmayıl bəy
QutqaĢınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır.
QutqaĢınlı yaradıcılığının Ģah əsəri ―RəĢid bəy və Səadət xanım‖ əsəridir. Ġ.QutqaĢınlı
―Miskin‖ təxəllüsü ilə Ģeirlər də yazmıĢdır. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə
repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olması iddia
edilən və 1973-cü ildə aĢkarlanan, 1999-cu ilin aprelin 22-də Qəbələdə "Qəbələ"
qəzetində nəĢr edilən ―Ġki quĢun söhbəti‖ adlı Ģeir də var. Bu məsələ hələ də mübahisə
mövzusudur.
1855-ci ildə Ġsmayıl bəy
QutqaĢınlı Qəbələdəki Soltanbaba
qəbiristanlığında dəfn edilmiĢdir. Ġsmayıl bəy QutqaĢınlının adı Azərbaycan xalqının
qəlbində daim yaĢayır. Qəbələ Ģəhərinin mərkəzi küçələrindən birinə Ġsamyıl bəy
QutqaĢınlının adı verilmiĢdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmıĢ, xatirə-
ev muzeyi yaradılmıĢdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də
QutqaĢınlının adı verilmiĢdir.
Əsərləri: ―RəĢid bəy və Səadət xanım‖, ―Səfərnamə‖, ―Ġki quĢun söhbəti‖, ―Tutu‖ və s.
17
30.Ədəbiyyatşünas Araz Dadaşzadənin anadan olmasının 80 illiyi
(30.01.1936- 02.11.1990)
Araz Məmməd Arif oğlu Dadaşzadə - Azərbaycan tənqidçisi
və ədəbiyyatşünası, əməkdar elm xadimi. Araz Dadaşzadə
Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya
heyətinin və elmi-redaksiya şurasının (1976-1990),
Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976-
1990), ―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiya heyətinin
(1977-1982) üzvü olmuşdur. 1989-cu ildə Araz Dadaşzadəyə
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı
verilmişdir.
Araz DadaĢzadə 1936-cı il yanvarın 30-da Bakı Ģəhərində akademik Məmməd Arif və
görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuĢdur. Araz DadaĢzadə
1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə
daxil olmuĢdur. Araz DadaĢzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet
Ensiklopediyasının nəĢrə hazırlanması və nəĢri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-
ci illərdə Ensiklopediyanın BaĢ redaksiyasında Ədəbiyyat və Ġncəsənət redaksiyasının
müdiri, 1976-1988-ci illərdə isə baĢ redaktorun birinci müavini iĢləmiĢdir. A.DadaĢzadə
1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının
BaĢ redaktoru vəzifəsində çalıĢmıĢdır. A.DadaĢzadə ədəbi fəaliyyətə 1956-cı ildə
―Azərbaycan gəncləri‖ qəzetində çıxan ―Tərli kürəklər‖ kinofilminə yazdığı eyniadlı
resenziya ilə baĢlamıĢ, müxtəlif vaxtlarda ―Kral Lir‖, ―Dədə Qorqud‖, ―DərviĢ Parisi
dağıdır‖ və s. filmlərə həsr edilmiĢ məqalələrin müəllifi olmuĢdur. O, 1964-cü ildə
―M.P.Vaqifin yaradıcılığı‖ mövzusunda namizədlik, 1977-ci ildə isə ―XVIII əsr
Azərbaycan lirikası (ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)‖ mövzusunda
doktorluq dissertasiyası müdafiə etmiĢdir. Araz DadaĢzadə 1990-cı il noyabrın 2-də
vəfat etmiĢ və Bakıda, ikinci Fəxri xiyabanda dəfn olunmuĢdur.
Əsərləri: ‖Molla Pənah Vaqif (həyat və yaradıcılığı)‖ (1966), ‖Molla Pənah Vaqif
(həyat və yaradıcılığı haqqında oçerk)‖ (1968), ‖Həyat müğənnisi‖ (1968), ‖XVIII əsr
Azərbaycan lirikası‖ (1980), ‖Xeyirxahlıq və gözəllik poeziyası‖ (1986) və s.