Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə6/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   2   3   4   5   6   7   8   9   ...   121

15 
 
22.Yazıçı Məmmədrza Afiyətin anadan omasının 90 illiyi  (1926-1995) 
 
Məmmədrza Afiyət ədəbiyyat və mədəniyyətimizi müvəffəqiyyətlə təmsil edən 
müəlliflərdəndir. 
 
Yazıçı-publisist Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-
cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaĢı 
olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə 
baĢa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan 
yüksək  rütbəli  hərbçiləri  ilə  Azərbaycana  qayıdıb.  Burada  hərbi 
məktəbə  daxil  olaraq,  təhsilini  uğurla  baĢa  vurub.  Sonra 
Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinə  daxil 
olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə 
məĢğul  olub.  30  ilə  yaxın  ―Azərbaycan‖  qəzetinin  baĢ  redaktoru 
vəzifəsində  çalıĢıb.  Azərbaycan  Yazıçılar  Ġttifaqının  üzvü  olan  Afiyət  mətbuatda 
çalıĢdığı  dövrdə  Nəriman  Həsənzadə,  Tahir  Söhrab,  Mədinə  Gülgün,  BalaĢ  Azəroğlu, 
Bəxtiyar  Vahabzadə  kimi  yazıçı  və  Ģairlərlə  iĢləyib,  dostluq  və  əməkdaĢlıq  edib.  Fars 
dilindən  Azərbaycan  dilinə  tərcümələrindən  aydın  olur  ki,  Afiyət  Məmmədrza  bir  sıra 
dilləri mükəmməl bilmiĢ və ədəbi-bədii fikrin formalaĢmasında mühüm rol oynamıĢdır. 
Onun  müxtəlif  vaxtlarda   ―Səttərxan‖,  ―Ürəkdə  iĢıq‖,  ―Atamı  istəyirəm‖  adlı  kitabları 
nəĢr edilib.  
Əsərləri: ―Alov‖ (1959), ―Atamı istəyirəm‖ (1961), ―Sərdari-milli Səttərxan‖ (1968), 
‖MəĢrutə Ġnqilabı və Pəhləvi dərbarının xəyanətləri‖ (1978), ―Sərdare-milli Səttərxan‖ 
(1980), ―Ürəkdə iĢıq‖ (1984) və s. 
Tərcümələri: ―Balaca qara balıq‖ (1978), ―Cuğundur satan oğlan‖ (1960), ―Səməd 
Bəhrəngi. Məhəbbət nağılı‖ (1987) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


16 
 
27. İsmayıl bəy Qutqaşınlının anadan olmasının  210 illiyi (1806-1855) 
Qutqaşınlı İsmayıl bəy Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı. 
İ. Qutqaşınlı  rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş
dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur."                                                                                          
                                                                                                              
Salman Mumtaz
 
 Ġsmayıl  bəy  QutqaĢınlı 27  yanvar 1806-cı  ildə  keçmiĢ 
QutqaĢın  mahalında  (indiki  Qəbələ)  anadan  olmuĢdur. 
Ġsmayıl  bəy  QutqaĢınlı  uĢaqlıq  və  gənclik  illərində  dini 
təhsil  almıĢ,   ərəb,   fars  dillərini öyrənmiĢ,  klassik 
Azərbaycan  və  ġərq  ədəbiyyatı  ilə  yaxından  tanıĢ 
olmuĢdur.  Ġsmayıl  bəy  QutqaĢınlı  uĢaqlıq  və  gənclik 
illərində  dini  təhsil  almıĢ, ərəb, fars  dillərini öyrənmiĢ, 
klassik Azərbaycan və ġərq ədəbiyyatı ilə yaxından tanıĢ 
olmuĢdur.  Xidmət  illərində  Ġ.  QutqaĢınlı  bir  sıra 
mütərəqqi  rus  ziyalıları  ilə  dostluq  əlaqəsi  yaratmıĢ,  rus  və  Qərbi  Avropa 
mədəniyyətlərinin  nailiyyətlərinə  yiyələnmiĢ,  dövrünün  ən  savadlı  Azərbaycan 
ziyalılarından biri olmuĢdur. Eyni zamanda o, Azərbaycanın böyük maarifçi alimləri -
 Mirzə  Fətəli  Axundzadə, Qasım  bəy  Zakir, Abbasqulu  ağa  Bakıxanov və  baĢqaları  ilə 
yaxından dostluq etmiĢdir. Bu Ģəxslər Azərbaycan ədəbiyyatında ―Paqonlu maarifçilər‖ 
adı  ilə  məĢhurdurlar.  Ġsmayıl  bəy  QutqaĢınlı  1852-ci  ildə  arvadı  ilə  Yaxın  ġərq 
ölkələrinə  səyahətə  getmiĢdir.  Böyük  ədib  iki  dəfə  müqəddəs   Həcc  ziyarətində 
olmuĢdur.  Bu  səyahəti  ilə  əlaqədar  1967-ci  ildə  çap  olunmuĢ  ―Səfərnamə‖  adlı  yol 
qeydlərini  yazmıĢdır.  Əsər  QutqaĢınlının  getdiyi  yolun  coğrafiyasının  öyrənilməsində 
böyük əhəmiyyət daĢıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmıĢdır. Ġsmayıl bəy 
QutqaĢınlı  Azərbaycan  ədəbiyyatına  müasir nəsr, hekayə janrını  gətirən  yazıçıdır. 
QutqaĢınlı  yaradıcılığının  Ģah  əsəri ―RəĢid  bəy  və  Səadət  xanım‖ əsəridir.  Ġ.QutqaĢınlı 
―Miskin‖ təxəllüsü ilə Ģeirlər də yazmıĢdır. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə 
repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olması iddia 
edilən  və  1973-cü  ildə  aĢkarlanan,  1999-cu  ilin  aprelin  22-də  Qəbələdə  "Qəbələ" 
qəzetində nəĢr edilən ―Ġki quĢun söhbəti‖ adlı Ģeir də var. Bu məsələ hələ də mübahisə 
mövzusudur.
 
1855-ci  ildə  Ġsmayıl  bəy 
QutqaĢınlı  Qəbələdəki  Soltanbaba 
qəbiristanlığında  dəfn  edilmiĢdir.  Ġsmayıl  bəy  QutqaĢınlının  adı  Azərbaycan  xalqının 
qəlbində  daim  yaĢayır.  Qəbələ  Ģəhərinin  mərkəzi  küçələrindən  birinə  Ġsamyıl  bəy 
QutqaĢınlının adı verilmiĢdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmıĢ, xatirə-
ev muzeyi yaradılmıĢdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də 
QutqaĢınlının  adı verilmiĢdir. 
Əsərləri: ―RəĢid bəy və Səadət xanım‖, ―Səfərnamə‖, ―Ġki quĢun söhbəti‖, ―Tutu‖ və s. 
 
 
 


17 
 
  
30.Ədəbiyyatşünas Araz Dadaşzadənin anadan olmasının 80 illiyi 
 (30.01.1936- 02.11.1990) 
Araz Məmməd Arif oğlu Dadaşzadə - Azərbaycan tənqidçisi 
və ədəbiyyatşünası, əməkdar elm xadimi. Araz Dadaşzadə 
Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya 
heyətinin və elmi-redaksiya şurasının (1976-1990), 
Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976-
1990), ―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiya heyətinin 
(1977-1982) üzvü olmuşdur. 1989-cu ildə Araz Dadaşzadəyə 
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı 
verilmişdir. 
Araz DadaĢzadə 1936-cı il yanvarın 30-da Bakı Ģəhərində akademik Məmməd Arif və 
görkəmli  pedaqoq Zümrüd  Axundovanın  ailəsində  anadan  olmuĢdur.  Araz  DadaĢzadə 
1952-ci  ildə  S.M.Kirov  adına  Azərbaycan  Dövlət  Universitetinin  Fəlsəfə  fakültəsinə 
daxil  olmuĢdur.  Araz  DadaĢzadənin  ömrünün  böyük  bir  hissəsi Azərbaycan  Sovet 
Ensiklopediyasının nəĢrə hazırlanması və nəĢri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-
ci  illərdə  Ensiklopediyanın  BaĢ  redaksiyasında  Ədəbiyyat  və  Ġncəsənət  redaksiyasının 
müdiri, 1976-1988-ci illərdə isə baĢ redaktorun birinci müavini iĢləmiĢdir. A.DadaĢzadə 
1988-1990-cı  illərdə,  yəni  ömrünün  sonunadək  Azərbaycan  Sovet  Ensiklopediyasının 
BaĢ  redaktoru  vəzifəsində  çalıĢmıĢdır.  A.DadaĢzadə  ədəbi  fəaliyyətə  1956-cı  ildə 
―Azərbaycan  gəncləri‖  qəzetində  çıxan  ―Tərli  kürəklər‖  kinofilminə  yazdığı  eyniadlı 
resenziya  ilə  baĢlamıĢ,  müxtəlif  vaxtlarda  ―Kral  Lir‖,  ―Dədə  Qorqud‖,  ―DərviĢ  Parisi 
dağıdır‖  və  s.  filmlərə  həsr  edilmiĢ  məqalələrin  müəllifi  olmuĢdur.  O,  1964-cü  ildə 
―M.P.Vaqifin  yaradıcılığı‖  mövzusunda  namizədlik,  1977-ci  ildə  isə  ―XVIII  əsr 
Azərbaycan  lirikası  (ideya-tematik  və  sənətkarlıq  xüsusiyyətləri)‖  mövzusunda 
doktorluq  dissertasiyası  müdafiə  etmiĢdir.  Araz  DadaĢzadə  1990-cı  il  noyabrın  2-də 
vəfat etmiĢ və Bakıda, ikinci Fəxri xiyabanda dəfn olunmuĢdur. 
Əsərləri:  ‖Molla  Pənah  Vaqif  (həyat  və  yaradıcılığı)‖  (1966),  ‖Molla  Pənah  Vaqif 
(həyat  və  yaradıcılığı  haqqında  oçerk)‖  (1968), ‖Həyat  müğənnisi‖  (1968), ‖XVIII əsr 
Azərbaycan lirikası‖ (1980), ‖Xeyirxahlıq və gözəllik poeziyası‖ (1986) və s.  
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə