Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə9/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   5   6   7   8   9   10   11   12   ...   121

24 
 
 
İncəsənət 
18.Kinorejissor, xalq artisti Eldar Quliyevin anadan olmasının 75 illiyi (1941) 
 
1979-cu ildə Eldar Quliyevin çəkdiyi “Babək” filmi professionallıq səviyyəsinə, 
kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli 
filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. 
 
Eldar  Quliyev — Azərbaycan kinorejissoru, ssenari  müəllifi, 
aktyor,  filmlərin  bədii  rəhbəri,  Azərbaycan  SSR  Dövlət 
mükafatı laureatı (1978), Azərbaycanın xalq artisti, "Debüt" 
studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət  Universitetinin  kino  kafedrasının  professoru, Bakı 
Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının 
üzvü,  Azərbaycan  SSR  əməkdar  incəsənət  xadimi  (1976) 
Qırmızı Əmək Bayrağı Ordeni, ―Şöhrət‖ və ―Şərəf‖ ordenləri 
ilə təltif olunub. 
Görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 18 
yanvar 1941-ci  ildə Bakıda anadan  olub. 1960-1966-ci  illərdə Moskvada ÜDKĠ-nun 
rejissorluq fakültəsində, Serqey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən 
"Azərbaycanfilm"  kinostudiyasında  iĢləyir.  ―Biri  vardı,  biri  yoxdu...‖  adlı  ilk 
qısametrajlı  filmini  çəkib.  Kifayət  qədər  tanınmıĢ  bədii  və  sənədli filmin müəllifidir. 
1969-cu  ildə  ilk  böyük  ekran  əsəri  olan  ―Bir  cənub  Ģəhərində‖  filmi  ilə  özünü 
təsdiqləyib  və  bu  filmlə  Azərbaycan  kinosunda  yeni  bir  mərhələnin  təməlini  qoyub. 
Bunlarla yanaĢı ―Ən vacib müsahibə‖, ―Var olun, qızlar...‖, ―Ürək... Ürək...‖, ―Nizami‖, 
―Nə  gözəldir  bu  dünya...‖,  ―Girov‖,  ‖Ġstanbul  reysi‖, DərviĢin  qeydləri və  s.  filmlərə 
quruluĢ verib.Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi 
kinofestivallarda  priz  və  mükafatlara  layiq  görülmüĢdür.  "Debüt"  studiyasının  bədii 
rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və Ġncəsənət Universitetində kino kafedrasının 
professorudur.  Eldar  Quliyev  öz  bilik  və  təcrübəsini  cavanlara  ötürməyi,  ―Debüt‖ 
Eksperimental  Gənclik  yaradıcılıq  studiyasının  rəhbəri  kimi  isə  neçə-neçə  gəncə 
yardımçı  olmağı  özünə  borc  bilir.  Professional  Kinorejissorlar  Gildiyasının  ən  fəal 
yaradıcılarından  olan  Eldar  Quliyev  Gildiya  yaradılan  gündən  indiyədək  qurumun 
prezidentidir. 
 Rejissor olduğu filmlər: ‖Səməd Vurğun‖(1966), ‖Biri vardı, biri yoxdu‖(1967), ‖Bir 
cənub  Ģəhərində‖(1969),  ‖AbĢeron  ritmləri‖(1970),  ―Ən  vacib  müsahibə"(1971),  ‖Var 
olun  qızlar‖(1972),  ‖Səmt  küləyi‖(1973),  ‖Ürək...Ürək‖(1976),  ‖Sevinc  buxtası‖ 
(1977),  ‖Babək‖(1979),  ‖Yalançını  evinəcən  qovarlar‖(1981),  ‖Nizami‖(1982), 
―GümüĢgöl əfsanəsi‖(1984), ―UnudulmuĢ qəhrəman‖(2005), ―Heydər Əliyev. Dünyaya 
pəncərə‖(2006),  ―Ġstanbul reysi‖(2010),  ―DərviĢin qeydləri‖(2013). 


25 
 
27.Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın anadan olmasının 260 illiyi 
(1756-1791) 
“Motsartın əsərləri opera teatrımızın, filarmoniyanın, ayrı-ayrı musiqiçilərimizin 
repertuarında möhkəm yer tutmuş, konservatoriya və musiqi məktəblərində həvəslə 
öyrənilmişdir”.  
                                                                                                      Xalq artisti Tofiq Bakıxanov 
 
Volfqanq Amadey Motsart ( 27 yanvar 1756,  Zaltsburq – 5 
dekabr 1791, Vyana) dahi Avstriya bəstəkarı, Avropa klassik 
musiqisinin ən nüfuzlu nümayəndələrindən biri  
Motsart bəstəkarlıqla yanaĢı, eyni zamanda mahir skripkaçı, orqan 
ifaçısı  və dirijor da  olmuĢdur.  Müasirlərinin  dediyinə  görə  dahi 
bəstəkar  qeyri-adi  musiqi  duyumu,  eĢitdiyi  musiqiləri  yadda 
saxlama  və  improvizə  etmə  kimi  fenomenal  qabiliyyətlərə  malik  olmuĢdur.Yaratdığı 
600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının 
ən  yüksək  zirvələrində  qərarlaĢıb.  Onun  əsərləri  dünyanın  ən  nüfuzlu  orkestrlərinin 
konsert  repertuarlarının  ayrılmaz  parçasını  təĢkil  edir.  BeĢ  yaĢında    Motsart  özü  kiçik 
parçalar bəstələməyə baĢladı və atası heyrət içində onları nota yazırdı. Motsartın uĢaqlıq 
illərində  ailəsi Avropa boyu  bir  neçə  səyahətlər  etmiĢ  və  Leopold  Motsart  bu 
səyahətlərdə  uĢaqlarının  istedadını  nümayiĢ  etdirmiĢdir.  O,  musiqinin  bir  çox 
janrlarında simfoniya, sonata, simli kvartet, serenada və ara-sıra opera əsərləri yazır. Bu 
ilkin  dövrdə  yaratdığı  əsərləri  indi  də  ifa  olunmaqdadır.  Motsart  Münhendə  "La  finta 
giardiniera"  adlı  operasının  premyerasını  böyük  uğurla  həyata  keçirir.  1781-ci  ilin 
yanvarında  Motsartın Idomeneo operası  Münhendə  böyük  uğurla  səhnəyə  qoyulur. 
1782-1785-ci  illər  ərzində  Motsart  piano  üçün  konsertlər  seriyası  yazır  və  bu 
konsertlərdə  özü  solo  ifaçı  kimi  çıxıĢ  edir.  1785-ci  ilin  sonlarına  yaxın  o  piano 
konsertlərinə  ara  verir  və  "Lorenzo  da  Ponte"  adlı  librettosu  ilə  özünün  opera 
fəaliyyətinə  baĢlayır.  1786-ci  ildə  "Fiqaronun  toyu"  operası  Vyanada  uğurla  səhnəyə 
qoyulur.  Əsər  Praqada  da  böyük  uğur  qazanır.  Əsərin  Praqa  uğuru  "Da  Ponte" 
operasının  sifariĢi  ilə  nəticələnir  və  nəticədə  "Don  Ciovanni"  operası  yaranır.  Motsart 
1791-ci  ildə  imperatorun  Praqada  tacqoyma  mərasimi  ilə  bağlı  Ģənliklərdə  nümayiĢ 
etdirilən "La clemenze di Tito" operasının 6 sentyabr premyerasında xəstələnir. Motsart 
dekabr ayının 5-də vəfat edir. Bəstəkar haqqında bioqrafiyalar ərsəyə gəlir və müəlliflər 
onun yarımçıq qalmıĢ əsərlərini tamamlamağa çalıĢırlar. 
Əsərləri: "La clemenze di Tito",  "Exsulate jubilate",  K. 165 solo kantatası, "Sehrli 
fleyta", sonuncu piano konseri (K. 595 B bemolda),  Klarnet konserti (K. 622),  simli 
kvartet seriyasından son kvarteti (E bemolda K. 614), Ave verum corpus kilsə nəğməsi 
(K. 618) və bitirə bimədiyi Rekviyemi (K. 626). 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə