Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə17/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   13   14   15   16   17   18   19   20   ...   121

42 
 
25.Yazıçı Firuz Sadıxzadənin anadan olmasının 85 illiyi (25.02.1931-24.05.1997) 
 
 
Sadıxov Firuz Sadıx oğlu – nasir, tənqidçi, ədəbiyyatşünas, 
1959 - cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
 
 
 
 
 
 
 
1931- ci ildə Bakı Ģəhərində qulluqçu ailəsində anadan olmuĢdur. 7 yaĢında ikən atasını 
itirdiyindən  anasının  himayəsi  altında  boya-baĢa  çatmıĢdır.  1938-  ci  ildə  ailəliklə 
Cənubi  Azərbaycana  köçmüĢ,  ibtidai  təhsilini  Sərab  Ģəhərində,  sonra  Tehranda  farsca 
almıĢdır. 1945-ci ildə Ġran Demokratik Gənclər Ġttifaqı sıralarına daxil olmuĢdur. 1946- 
cı  ilin  dekabrında  Bakıda  orta  məktəbi  bitirdikdən  sonra  ADU-nun  filologiya 
fakultəsində  təhsil  almıĢdır  (1950-1955).  Kiçik  yaĢlarından  Ģeir  və  hekayə  yazsa  da, 
onun  ―Ġlk  mahnı‖  adlı  kiçik  həcmli  hekayəsi  1950-ci  ildə  Cənubi  Azərbaycan 
yazıçılarının almanaxında dərc olunmuĢ, bundan sonra dövri mətbuatda müntəzəm çıxıĢ 
etmiĢdir.  Ġctimai  iĢlərdə  fəal  çalıĢmıĢdır.  Cənubi  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin 
məsul  katibi  olmuĢdur  (1957-ci  ildən).  Universitetin  Azərbaycan  ədəbiyyatı  tarixi 
kafedrasında  aspirant  olarkən  Qətran  Təbrizinin  həyat  və  yaradıcılığı  mövzusunda 
namizədlik  dissertasiyası  müdafiə  etmiĢdir  (1958).  Universitetdə  dosent  vəzifəsində 
çalıĢmıĢdır.  Müasir  Cənubi  Azərbaycan  ədəbiyyatının  bir  sıra  məsələlərinə  dair 
məqalələri,  rəyləri  çap  olunmuĢdur.  ―Heyrət  ey  büt‖  (qəzəllər)  kitabı  onun  tərtibi, 
redaktorluğu  ilə  kütləvi  tirajla  buraxılmıĢdır  (1992).  1997-  ci  il  mayın  24-də  Bakıda 
vəfat etmiĢdir. 
 
Əsərləri: ―Savalan ətəklərində‖ (1956), ―Məhəbbət və azadlıq‖ (1963), ―Tüfənglə 
ölçülən torpaq (povest və hekayələr)‖ (1967),  ―Məhəbbət körpüsü‖ (1975), ―Nizami və 
müasirlik‖ (1992) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 


43 
 
27.Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 115 illiyi (27.02.1901-02.02.1983)  
“Əli Vəliyev haqqında danışmaq həyatın dibindən dırmana-dırmana qalxan bir 
bahadır haqqında danışmaq deməkdir.” 
                                                                                                           Xalq şairi
 
Məmməd Rahim 
“Əli Vəliyev uzun illərdən bəri bir əlində qələm tutmuş, gözəl, səmimi, dolğun əsərlər 
yaratmış, bir əli ilə də ədəbiyyata yeni gələn gənclərin qolundan tutub qaldırmışdır.” 
                                                                                                    
Şair Qasım Qasımzadə
                                             
 
Əli Vəliyev  nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1937)
Azərbaycan  SSR  xalq  yazıçısı  (1974),  M.F.Axundov  adına 
Dövlət mükafatı laureatı (1958). 
Əli  Vəliyev 1901-ci  il   fevralın  27-də  Zəngəzur  mahalının 
Ağudi kəndində  anadan  olmuĢdur.  1923-cü  ildə  ġuĢa  firqə 
məktəbinə  daxil  olmuĢdur.  ġuĢa  firqə  məktəbindən  sonra  Bakı 
mərkəzi  firqə  məktəbində  və  mühazirəçilər  qrupunda  təhsilini 
davam  etdirmiĢdir.
 
1933-1934-cü  illərdə  "ġərq  qapısı"  qəzetinin 
redaktoru  vəzifəsində  çalıĢmıĢdır. 1945-1950-ci  illərdə Kommunist 
qəzetinin məsul  redaktoru  vəzifəsində  çalıĢmıĢdır.  1950-1954-cü  illərdə Azərbaycan 
Yazıçılar  Ġttifaqının  məsul  katibi  vəzifəsində  iĢləmiĢdir. 1954-cü  ildə  M.F.Axundov 
adına 
Respublika 
Dövlət 
mükafatına 
layiq 
görülmüĢdür. 1954-1959-cu 
illərdə "Azərbaycan"  jurnalının  məsul  redaktoru  vəzifəsində  çalıĢmıĢdır.  1937-1941-ci 
illərdə  "Qarlı  dağlar",  "Qəhrəman",  "Ordenli  çoban"  və  "Sübut"  kitabları  çap 
edilmiĢdir. 1941-1942-ci  illərdə Böyük  Vətən  müharibəsi cəbhələrində  yazıçı-jurnalist 
kimi  iĢtirak  etmiĢ,  gördüyü,  Ģahidi  olduğu  insanlar  və  onların  qəhrəmanlığı  haqqında 
"Cəbhə  hekayələri"  kitabını  yazmıĢdır. 1942-1945-ci  illərdə  "Ərköyün",  "Sovqat" 
kitablarını  çap  etdirmiĢdir.  1945-1950-ci  illərdə  "GülĢən"  povesti  və  "Hekayələr" 
kitabları  nəĢr  edilmiĢdir. 1954-cü  ildə  "GülĢən"  povesti  və  "Çiçəkli"  romanı 
M.F.Axundov  adına  Respublika  Dövlət  mükafatına  layiq  görülmüĢdür. 1954-1959-cu 
illərdə  yazıçının  "Madarın  dastanı",  "Ürək  dostları",  Azərbaycan,  rus  və  Ukrayna 
dillərində "Çiçəkli" romanı, "SeçilmiĢ əsərləri"nin I cildi oxuculara təqdim olunmuĢdur. 
Əli Vəliyev  2 fevral 1983-cü ildə Bakı Ģəhərində vəfat etmiĢdir. 
Əsərləri:‖Allahın səyahəti‖ (1930), ‖Nənəmin cəhrəsi‖ (1930), ‖Qarlı dağlar‖ (1938), 
―Dostlar‖ (1939), ‖Ordenli çoban‖ (1939), ‖Qəhrəman‖ (1940), ‖Sübut‖ (1941), ‖Cəbhə 
hekayələri‖ (1942), ‖GülĢən‖ (1953), ‖Çiçəkli‖ (1955), ‖Turaclıya gedən yol‖ (1961), 
―Anaqız‖ (1965), ‖Bir cüt ulduz‖ (1967), ‖Bir cüt tərlan‖ (1968), ‖SeçilmiĢ əsərləri,(6 
cilddə)‖(1968),   Ürək dostları‖ (1970), ‖Samovar tüstüləri‖ (1971), ‖Durna qatarı‖ 
(1972), ‖Budağın xatirələri‖(1974), ―Zamanın ulduzları‖ (1976), ‖Narahat adam‖ 
(1978), ‖Oçerklər‖ (1978), ‖Ötən günlər‖ (1981), ‖Madarın dastanı‖ (1988) və s.  
 
 
 


44 
 
Xarici ədəbiyyat 
9.Özbək şairi Əlişir Nəvainin anadan olmasının 575 illiyi (09.02.1441-1501) 
Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində  Nəvainin  elmi, dini, sənəti, 
Türkçülüyü xüsusi yer tutur. Nəvai yalnız elm və sənət sahəsində deyil, ölkənin 
mədəniyyətində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də 
böyük xidmətləri olan şəxsiyyətlərdəndir. 
 
ƏliĢir  Nəvai   9  fevral   1441-ci  ildə Herat Ģəhərində  anadan 
olmuĢdur. Zamanın bəstəkar və rəssamlarını ən çox təĢviq və 
himayə  edənlərdən  biri  də  Nəvai  olmuĢdur.  Ancaq  onun  əsas 
böyük  xidməti  "Türkçülük"  və  "Türk  dilçiliyi"  sahəsində 
olmuĢdur və bu baxımdan  misilsizdir. ƏliĢir Nəvai ərəbcə və 
farsçanı ana dili kimi bilmiĢ, öz dövründə bu dillərdə ən gözəl 
əsərləri  yaza  biləcək  qədər  incəliklərinə  vaqif  olmuĢdur. 
Əsrlərə  örnək  olacaq  əsərləriylə  bunu  sübuta  yetirmiĢdir. 
Ancaq  o  dövrün  dəbinə  uyaraq  ərəb  dilində  və  xüsusilə  fars 
dilində yazan Türk Ģairlərinə qarĢı çıxmıĢ, Türk dilinin əcnəbi 
dillərin kölgəsində qalmasına qarĢı üsyan etmiĢdir. Nəvai Türk 
dilinin bir məcazlar, cinaslar, qafiyələr və fellər dili olduğunu, 
səs  və  məna  incəlikləriylə  çatdırılan  qüdrətli  ifadə  imkanlarının  fars  dilindən  üstün 
olduğunu  bilir,  bunu  sübut  etmək  istəyirdi.  Ona  görə  milli  və  yüksək  bir  ədəbiyyat, 
ancaq milli Ģüur və milli zövqün inkiĢaf etdirildiyi bir dildə yaradılırdı. "Mühakəmət-ül-
Lüğəteyn"  adlı  əsərini  bu  məqsədlə  meydana  gətirmiĢdi.  ƏliĢir  Nəvai  16-sı  mənzum, 
16-sı  mənsur  olmaqla  bir-birindən  dəyərli  32  əsər  yazmıĢdır.  Çoxunun  əlyazma 
nüsxələri  kitabxanalarımızda  saxlanılır.  Bu  əsərlərin  hamısı  məĢhurdur,  amma  ən 
məĢhurları  "Mühakəmət-ül  Lüğəteyn",  "Məcalisün-Nəfais"  adlı  əsərləriylə,  beĢ 
məsnəvidən  ibarət  olan  "Xəmsə"si  və  bütün  Ģerlərini  topladığı  "Divan"lardır. 
"Mühakəmət-ül Lüğəteyn" adlı əsərində Türk və fars dillərini qarĢılaĢdırır. Türk dilinin 
və  Türklərin  əcəm  dilindən  və  əcəmlərdən  hansı  baxımdan  üstün  olduğunu  açıqlayır, 
sübuta yetirir. "Məcalisün-Nəfais" Ģairlər və ədiblər təzkirəsidir, bir ədəbiyyat tarixidir 
və  Türküstan  və  Ġranda  yetiĢən  Ģairlərin  həyat  və  yaradıcılıqlarına  dair  dəyərli 
məlumatlar  verməkdədir.  "Xəmsə"sində  "Fərhad  və  ġirin","Leyli  və  Məcnun"  kimi 
mənzum  romanları,  Makedoniyalı  Ġskəndərin  həyatından  bəhs  edən  "Səddi-Ġskəndəri", 
sasani  hökmdarı  Bəhram  Gurun  həyatından  bəhs  edən  "Səbəy-Səyyarə"  adlı  tarixi 
əsərləri,  əxlaq  və  təsəvvüfə  dair  fikirlərini  əks  etdirir.  Divanlarında  isə  uĢaqlığından 
etibarən  yazdığı  bütün  Ģerləri  toplanıb.  Qəzəllər,  müxəmməslər,  rübailər,  müstəzadlar, 
müfrədlərdən  ibarət  bu  Ģerlər  Orta  Asiya  Türk  dilinin  ən  gözəl  nümunələridir.  ƏliĢir 
Nəvainin  Ģeirləri  həm  yazıldıqları  dövrdə,  həm  də  sonralar  bütün  Türk  dünyasında 
zövqlə oxunmuĢ, çox məĢhur Türk Ģairləri onu örnək bilmiĢ, ona təriflər yazmıĢdır.  
 Kitabları: ―Yeddi səyyarə‖ 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə