Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə19/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   15   16   17   18   19   20   21   22   ...   121

48 
 
24.Alman  filoloqu,  folklorçu,  nağılçı,  Yakob  Qrimin  qardaşı  Vilhelm  Qrimin  230 
illiyi (24.02.1786-16.12.1859).   
 
Alman  filoloqu,  folklorçu,  nağılçı,  Yakob  Qrimin  qardaĢı 
Vilhelm  Qrim  24  fevral  1786-cı  ildə  Xanauda  adandan 
olmuĢdur. 
Gimnaziyanı 
bitirdikdən 
sonra 
Marburq 
universitetinə  daxil  olan  V.Qrim  burada  hüquq  üzrə  təhsil 
almıĢdır. QardaĢı ilə birgə tarix və alman dilinin qrammatikası 
üzrə bir çox dəyərli əsərlərin həmmüəllifidir. Prussiya Elmlər 
Akademiyasının  həqiqi  üzvü  olmuĢdur.  Alman  filoloqu, 
folklorçu,  nağılçı  Vilhelm  Qrim  qardaĢı  Yakobla  birlikdə 
Qrimm  QardaĢları  adı  altında  alman  nağıllarını  yaratmıĢdır. 
Vilhelm Qrim qardaĢı Yakob Qrimlə birlikdə Qrim qardaĢları adı ilə ―Ağca‖, ―Bremen 
musiqiçiləri‖, ―Qırmızı papaq‖, ―Kral-qurbağa‖, ―Rapunzel‖, ―On iki qardaĢ‖, ―Balıqçı 
və  arvadı  haqqında‖,  ―Küllücə‖,  ―Ağıllı  Elza‖  və  s.  nağılları  yazmıĢlar.  Vilhelm  Qrim 
16  dekabr  1859-cu  ildə  ağciyərlərin  iflicindən  vəfat  etmiĢdir.  Bəzi  alimlər  Qrimm 
qardaĢlarının  nağıl  yazmadıqlarını,  sadəcə  xalqın  dilindən  eĢidiklərini  düzəldib  nağıl 
etdiklərini iddia edirlər ki, bu da təbiidir. Bu gün Qrimm qardaĢlarının nağılları bir çox 
dünya,  o  cümlədən  Azərbaycan  dilinə  də  tərcümə  edilmiĢdir.  Onların  ―Bremen 
musiqiçiləri‖,  ―Çəkməli  piĢik‖,  ―Qırmızı  papaq‖,  ―Canavar  və  yeddi  keçi‖,  ―Varlı  və 
yoxsul‖ və s. nağıllarını kiçikdən böyüyə kimi hər kəs bilir və sevə-sevə oxuyur. Qeyd 
edək  ki,  son  günlərinə  qədər  Berlin  Ģəhərində  yaĢayan  qardaĢların  ―UĢaq  və  ailə 
nağılları‖ adlı məcmuəsi dünya ədəbiyyatı xəzinəsində layiqli yer tutmuĢdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


49 
 
Azərbaycanın tanınmış elm adamları 
2.Lütfi Rəhim oğlu Ələsgərzadənin anadan olmasının 95 illik yubileyi (02.02.1921) 
Lütfi  Rəhim  oğlu  Ələsgərzadə  1921-ci  il  fevral  ayının  2-də 
Bakıda ziyalı ailəsində dünyaya gəlmiĢdir. Onun atası I Dünya 
müharibəsi  illərində  Cənubi  Azərbaycanın  Ərdəbil  Ģəhərindən 
Bakıya gəlmiĢ və burada ailə qurmuĢdur. Lütfi Bakıda 16 saylı 
məktəbdə 
təhsil 
almıĢdır.  Lütfi  Zadə  orta  təhsilini 
tamamladıqdan 
sonra 
Tehran 
Universitetinin 
Elektrik 
Mühəndisliyi fakültəsinə daxil olmuĢ, onun Amerika həyatı isə 
1944-cü  ildən  baĢlamıĢdır.  Lütfi  Zadə  Tehran  Universitetini 
böyük  uğurla  baĢa  vurduqdan  sonra  Amerika  BirləĢmiĢ 
ġtatlarına  gəlmiĢ  və  təhsilini  Massaçusets  Texnologiya 
Ġnstitutunda davam etdirmiĢdir. 1947-ci ildə valideynlərini də öz 
yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalıĢırdı. O, 1948-ci ildə 
Kolumbiya  Universitetində  elektron  mühəndisliyi  üzrə  magistr,  1957-ci  ildə  isə 
professor  dərəcəsi  almıĢdır.  Həmin  vaxt  Lütfi  Zadə  məĢhur  alim,  kibernetikanın  atası 
hesab  olunan  Norbert  Vinerin  tövsiyəsilə  Kaliforniyaya,  bu  Ģtatdakı  Berkli 
Universitetinə  gəlmiĢ, bu  günə  qədər  də  Berkli  Universitetinin professoru olaraq  qalır. 
O,  bu  ali  təhsil  müəssisəsinin  ömürlük  professoru  seçilmiĢ  yeganə  Ģəxsdir.  Bu  gün 
dünya  elminə  Lütfi  Zadənin  5  mühüm  nəzəriyyəsi  məlumdur.  Hazırda  onlar  elm  və 
istehsalatda  geniĢ  Ģəkildə  tətbiq  olunur.  Lütfi  Zadəyə  dünya  Ģöhrəti  qazandıran,  onun 
dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (ingiliscə: Fuzzy Logic, rusca: 
Не- четкая Логика, türkcə: Bulanık Mantık) nəzəriyyəsidir. Aparıcı dünya Ģirkətlərinə 
inanılmaz  məbləğdə  gəlir  gətirən  bu  nəzəriyyə  1965-ci  ildə  iĢlənib  hazırlanmıĢdır. 
Nəzəriyyə  uzun  müddət  Amerika  elmi  ictimaiyyəti  tərəfindən  qəbul  edilməsə  də,  ötən 
əsrin  80-ci  illərində  yapon  alimlərinin  diqqətini  cəlb  etmiĢ  və  yaponlar  bu  unikal 
nəzəriyyədən  yararlanmaq  qərarına  gəlmiĢlər.  L.Zadə  nəzəriyyəsinin  tətbiqi  gündoğan 
ölkəyə  milyardlar  qazandırmıĢdır.  Bu  gün  Yaponiyanın  ―Mitsubishi‖,  ―Toshiba‖, 
―Sony‖,  ―Canon‖,  ―Sanyo‖,  ―Nissan‖,  ―Honda‖  və  digər  nüfuzlu  Ģirkətləri  qeyri-səlis 
məntiq  texnologiyasından  foto  və  videokameralar,  paltaryuyan  maĢınlar,  vakuum 
kimyəvi  təmizləyiciləri  istehsalında,  avtomobillərin,  qatarların,  sənaye  proseslərinin 
idarə  olunmasında  geniĢ  istifadə  edirlər.  L.Zadə  1989-cu  ildə  qeyri-səlis  məntiq  nəzə- 
riyyəsinin  sənayedəki  uğurlarına  görə  Yaponiyanın  elm  adamlarına  verdiyi  ən  yüksək 
mükafat  -  ―Honda‖  mükafatı  ilə  təltif  olunub.  Amerikalılar  gec  də  olsa,  L.Zadə 
nəzəriyyəsinin  qiymətini  anlamağa,  ondan  yararlanmağa  baĢlamıĢlar.  Bu  gün  bu 
nəzəriyyə  Amerikanın  ―General  Motors‖,  ―General  Electric‖,  ―Motorola‖,  ―Dupont‖, 
―Kodak‖  və  baĢqa  Ģirkətləri  tərəfindən  istehsalatda  geniĢ  tətbiq  olunur.  L.Zadə  eyni 
zamanda ―Təəssüratlar nəzəriyyəsi‖, ―Sistemlər nəzəriyyəsi‖, ―Sözlə iĢləyən kompyuter 
nə-  zəriyyəsi‖,  ―Optimal  süzgəclər  nəzəriyyəsi‖  kimi  dünya  elminin  inkiĢafında,  onun 
yeni  əsaslar  üzərində  qurulmasında  mühüm  rol  oynamıĢ  elmi  kəĢflərin  müəllifidir. 
L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə 
onun əsərlə- rinə 36000-dən çox istinad edilmiĢdir.  
 


50 
 
İncəsənət 
3.Bəstəkar,  publisist,  ictimai xadim Geyhun Hacıbəyovun anadan olmasının 125 
illiyi (03. 02.1891-1962) 
Ceyhun Hacıbəyli özünün zəngin və çoxşaxəli yaradıcılığı, milli-mənəvi irsə qəlbən 
bağlılığı ilə xalqımızın yaddaşında özünə əbədi abidə ucaltmışdır.  
Ceyhun Hacıbəylı (1891-1962) – yazıçı, salnaməçi, 
jurnalist, tərcüməçi, redaktor 
Ceyhun  Hacıbəyli   1891-cı  il   fevralın  3-də ġuĢa 
Ģəhərində  anadan  olmuĢdur.  Müəllifin  yaradıcılığı 
tədqiq 
olunmadığından, 
toplanmadığından 
mühacirətə  qədərki  əsərləri  qəzet  səhifələrində 
pərəm-pərəm 
düĢmüĢdür. 
Ceyhun 
Hacıbəyli 
yaradıcılığının  ilk  dövründə  qələmini  felyeton 
janrında  sınamıĢ,  amma  sonralar  felyeton  yazmamıĢdır.  Felyetonları  arasında  "Pristav 
Ağa"  daha  çox  diqqəti  cəlb  edir.  Ceyhun  bəy  sonrakı  illərdən  baĢlayaraq  məhsuldar 
Ģəkildə  maarif,  mədəniyyət,  din,  dil,  xeyriyyəçilik,  qaçqınlar  mövzusunda  məqalələr 
yazır,  cap  etdirir.  Mühacirətdən  əvvəl  (1919-cu  ildən)  "Kaspi",  "Proqres",  "Bakı", 
"Azərbaycan"  və  baĢqa  qəzetlərdə  yüzlərlə  publisistik  məqalə,  hekayə  dərc  etdirən  C. 
Hacıbəyli  həmin  dövrdə  "Kaspi",  "Ġttihat"  və  "Azərbaycan"  (rus  dilində)  qəzetlərinin 
redaktoru olmuĢdur. 1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab 
Ģəklində  çap  etdirir.  Lakin  həmin  povestdən  sonra  yaradıcılıqdan  uzun  müddət 
uzaqlaĢmıĢdır. Ceyhun bəy Fransada yaĢayarkən "La Revul du Mond Müsulman", "La 
Fiqaro"  kimi  mətbu  orqanlarla  əməkdaĢlıq  etmiĢ,  "La  Revul  des  Deux  Mende"  adlı 
jurnallarda  çalıĢmıĢ, Parisdə   fransız  dilində  nəĢr  olunan  "Qafqaz"  və Münhendə 
Azərbaycan  dilində  çıxan  "Azərbaycan"  jurnalının  redaktoru  olmuĢdur.  "Azadlıq" 
radiostansiyasının  yaradıcılarından  sayılan  Ceyhun  Hacıbəyli Münhendəki  "SSRĠ-ni 
Öyrənən  Universitetin"  müxbir  üzvü  seçilmiĢdir.  Adı  Azərbaycanın  Azadlıq  tarixinə 
qızıl  hərflərlə  yazılan  C.Hacıbəyli  mühacirətdə  yaĢadığı  bütün  dövrdə  (1919-1962) 
əqidə və amalından dönməmiĢ, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə 
aparmıĢ,  Azərbaycanın  müstəqilliyi  uğrunda  bacardığını  əsirgəməmiĢdir.  Ceyhun 
Hacıbəyli 1962 - ci ildə vəfat etmiĢdir.  
Məqalələri: Dağıstan məktəblisi (Ģeir), Əhməd Cavad faciəsi: "DüĢmən tikanları", 
Azərbaycanın ibtidası: ("Azərbaycan" qəzetinin nəĢr tarixindən),  Rusiya demokratları 
hansı məqamlarda bolĢeviklərlə qovuĢurlar? və s.  
Haqqında olan ədəbiyyat:Tahirov A. C.Hacıbəylinin imzaları: AçılmamıĢ səhifələr. 
Tahirov A. Zamanın hökmü: 3 fevral Ceyhun Hacıbəylinin ad günüdür, Tahirov A. Ġki 
müəllif,  iki "Pristav ağa" (Üzeyir Hacıbəyli və qardaĢı Ceyhun Hacıbəylinin ayrı-ayrı 
vaxtlarda qələmə aldıqları "Pristav ağa" adlı satirik hekayə haqqında)  
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə