Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə22/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   18   19   20   21   22   23   24   25   ...   121

55 
 
 
23.Rejissor, xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasının 105 illiyi  
(23.02.1911-24.05.1987) 
Şəmsi Bədəlbəyli Azərbaycan Teatr Cəmiyyəti idarə heyətinin sədri işləyərkən, teatr 
işçiləri ordusunun əsl ağsaqqalı, ağıllı, təmkinli rəhbəri olmuşdur. 
                                                                         Rusiya Federasiyasının Xalq artisti Y. Simonov.
 
 
Bədəlbəyli Şəmsi Bədəlbəy oğlu — tanınmış Azərbaycan 
aktyoru və rejissoru, Azərbaycanın xalq artisti 
23  fevral  1911-ci  ildə  –  ġəmsi  Bədəlbəyli  Azərbaycanın  qədim 
mədəniyyət  mərkəzi  olan  ġuĢa  Ģəhərində  görkəmli  pedaqoq  və 
ictimai  xadim  Bədəlbəy  Bədəlbəylinin  (1875-1932)  və  Rəhimə 
xanım Qacarın (1880-1966) ailəsində dünyaya gəlmiĢdir. 
Bakıda  orta  məktəbdə  ibtidai  təhsil  almıĢdır.  Orta  məktəbi 
bitirdikdən 
sonra 
ġ.Bədəlbəyli 
Azərbaycan 
Pedaqoji 
Texnikumuna  daxil  olur.  1927-1932-ci  illərdə  Azərbaycan 
Dövlət  Konservatoriyasında  təhsil  alır:  iki  il  xalq  çalğı  alətləri 
Ģöbəsində,  daha  sonra  kompozisiya  nəzəriyyəsi  sinfində  Üzeyir  Hacıbəylinin  tələbəsi 
olur.  1939-cu  il,  23  oktyabr  -  Azərbaycan  Dövlət  Dram  Teatrında  ġ.Bədəlbəylinin 
rejissor  kimi  ilk  müstəqil  iĢi  olaraq,  C.Məmmədquluzadənin  "Ölülər"  əsəri  tamaĢaya 
qoyulur.  Bu,  onun  yaradıcılığında  yeni  mərhələnin  baĢlanğıcı  olur.  ġ.Bədəlbəyliyə 
Azərbaycan incəsənətinin inkiĢafında böyük nailiyyətlərinə görə Azərbaycan Ali Soveti 
Pəyasət  Heyəti  tərəfindən  əməkdar  incəsənət  xadimi  fəxri  adı  verilir.  ġ.Bədəlbəyli 
bundan  sonrakı  illərdə  də  bir  sıra  hökümət  mükafatlarına  layiq  görülmüĢ,  fəxri 
fərmanlarla,  orden  və  medallarla  təltif  olunmuĢdur.  1943-1949-cu  illərdə  Azərbaycan 
Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər vəzifəsinə təyin olunur. 1946-cı il, 17 
iyul - Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində F.Əmirovun "Gözün 
aydın"  musiqili  komediyası  ġ.Bədəlbəyli  tərəfindən  tamaĢaya  qoyulur.  1948-ci  il,  31 
dekabr  -  ġ.Bədəlbəyli  həmin  səhnədə  S.Ələsgərovun  "Ulduz"  musiqili  komediyasına 
quruluĢ  verir.  Azərbaycan  Dövlət  Musiqili  Komediya  Teatrında  ġ.Bədəlbəyli  1947-ci 
ildə  Ü.Hacıbəylinin  "O  olmasın,  bu  olsun",  1956-cı  ildə  "ArĢın  mal  alan"  musiqili 
komediyalarına  yeni  quruluĢ  vermiĢdir.  1952-ci  ildə  Azərbaycan  Dövlət  Akademik 
Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Koroğlu" operasına yeni quruluĢ verir. 1987-
ci il, 24 mayda ġəmsi Bədəlbəyli vəfat etmiĢ, Bakıda Fəxri xiyabanda dəfn olunmuĢdur. 
Filmoqrafiya: O qızı tapın (film, 1970), Axırıncı aĢırım (film, 1971)(tammetrajlı bədii 
film)  -  rol:  ġabanzadə,  Xatirələr  sahili  (film,  1972),  Ömrün  səhifələri  (film,  1974), 
Tikdim  ki,  izim  qala.  III  film  (film,  1998),  Hər  Ģey  olduğu  kimi.  BeĢinci  film.  RəĢid 
Behbudov (film, 2000),  Maestro Niyazi (film, 2007) və s.  
 
 
 


56 
 
24.Xalq rəssamı Oqtay Sadıqzadənin anadan olmasının 95 illiyi 
 (24.02.1921-20.12.2014) 
Sadıqzadə Oqtay - Müasir Azərbaycan təsviri sənətinin 
görkəmli nümayəndəsi, Azərbaycan Respublikası xalq 
rəssamı, Azərbaycan Respublikası əməkdar incəsənət 
xadimi, Azərbaycan Respublikası Dövlət 
Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin 
fərdi təqaüdçüsü (11.06.2002).
 
Oqtay Sadıqzadənin 
yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində 
olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın 
müstəqil respublikamızın ali mükafatları olan ―Şərəf‖ və 
―Şöhrət‖ ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və 
ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə 
görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.  
Oqtay  Sadıqzadə 24  fevral 1921-ci  il Xızıda Azərbaycan  ədəbiyyatının  tanınmıĢ 
nümayəndələri- yazıçı Seyid Hüseynin və Ģairə Ümgülsümün ailəsində anadan olub. O, 
1935–1939-cu  illərdə Bakı  Rəssamlıq  Texnikumunda təhsil  alaraq  ilk  əsərləri  ilə 
sənətĢünasların  diqqətini  cəlb  edib.   Təhsilini  davam  etdirmək  üçün  o, Surikov  adına 
Moskva  Dövlət  Rəssamlıq  Ġnstitutunadaxil  olub  və  1956-cı  ildə  oranı  qrafika  ixtisası 
üzrə  bitirib.  Azərbaycan incəsənətinin inkiĢafında  xüsusi  xidmətləri  ilə  seçilən  fırça 
ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkiĢafında müstəsna rol oynayan sənətkarın 
ayrı-ayrı  janr  və  mövzularda  yaratdığı  boyakarlıq  və qrafika əsərləri  dövrün  sənət 
salnaməsi  olub,  təsvir  formalarının  sadəliyi  və  rəngarəngliyi  ilə  səciyyələnərək 
incəsənət 
tariximizdə 
özünəməxsus  yer  tutur.  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  
Nizami 
Gəncəvi 
adına 
Milli 
Azərbaycan 
Ədəbiyyatı 
Muzeyinin, Azərbaycan  Milli  Tarixi  Muzeyinin, Üzeyir  Hacıbəyli, Hüseyn  Cavid, 
Səməd Vurğun və Bülbülün ev muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer 
verilib.  Rəssamın  Azərbaycan  xalqının  görkəmli  Ģəxsiyyətlərinin  portretlərindən  ibarət 
rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aĢılamaqla yanaĢı, nadir kolorit 
bütövlüyü və səlisliyi ilə səciyyələnir. Onun obrazların təkrarolunmazlığı, kompozisiya 
üsullarının  müxtəlifliyi  və  rəngkarlıq  həllinin  mükəmməlliyi  ilə  seçilən  ―Nizami 
Gəncəvi  və  dünya  mədəniyyəti‖  adlı  monumental  silsilə  əsərləri,  Qətran  Təbrizinin, 
XurĢidbanu  Natəvanın  portretləri,  ―1937-ci  il  repressiyasının  qurbanları‖  tablosu  və 
―Hüseyn  Cavidin  aləmi‖  triptixi  məhz  bu  qəbildəndir.  Sənətkarın  əsərləri Azərbaycan 
Dövlət Ġncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi  mötəbər  mədəniyyət 
mərkəzində  nümayiĢ  etdirilir, Amerika  BirləĢmiĢ  ġtatları, Almaniya, Kanada, Ġsrail və 
digər  ölkələrdəki  Ģəxsi  kolleksiyalarda  saxlanılır.  Azərbaycanda  müasir  rəssamlıq 
məktəbinin  təĢəkkülü  və  inkiĢafında  Oqtay  Sadıqzadənin  böyük  xidmətləri  vardır. 
Pedaqoji  sahədə  səmərəli  fəaliyyət  göstərməklə  o,  özünün  zəngin  bilik  və  təcrübəsini 
gənc  rəssamlar  nəslinin  yetiĢdirilməsi  iĢinə  həsr  etmiĢdir.  Oqtay  Sadıqzadə 20 
dekabr 2014-cü ildə 93 yaĢında Bakı Ģəhərində vəfat etmiĢdir.  
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə