Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə18/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   14   15   16   17   18   19   20   21   ...   121

45 
 
13.İngilis uşaq yazıçısı, Andersen mükafatı laureatı (1956) Eleanor Farconun 
anadan olmasının 135 illiyi (13.02.1881-05.06.1965) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ġngilis  uĢaq  yazıçısı,  Andersen  mükafatı  laureatı  Eleanor  Farcon  Ģeirlər,  hekayə  və 
povestlər,  uĢaqlar  üçün  opera  tamaĢalarına  Ģeir  mətnləri  və  s.  yazmıĢdır.  Lakin  onun 
yaradıcılığının  əsasını  nağıllar  təĢkil  edir.  Yazıçı  13  fevral  1881-ci  ildə  Ġngiltərədə 
dünyaya  gəlmiĢdir.  E.Farconun  atası  da  yazıçı  olmuĢdur.  1912-ci  ildə  yazıçı  ―Panç‖ 
jurnalında özünün  London haqqında  Ģeirlərini çap  etdirməyə  baĢlamıĢdır. 1916-cı ildə 
onun  ―Köhnə  Londonun  uĢaq  nəğmələri‖  adlı  kitabı  çapdan  çıxmıĢdır.  ―Yeddinci 
Ģahzadə  qız‖  və  ―Ay  istəyirəm‖  adlı  nağılları  ona  keçmiĢ  SSRĠ-də  də  Ģöhrət 
qazandırmıĢdır.  ―Qoca  dayənin  nağılları‖,  ―Büllur  baĢmaq‖,  ―Qaraçı  və  zəncəfil‖, 
―Kaleydoskop‖  və  s.  əsərlərin  müəllifidi.  E.Farcon  1955-ci  ildə  uĢaqlar  üçün  yazdığı 
əsərlərə  görə  Karnegi  medalı,  1956-cı  ildə  isə  YUNESKO-nun  UĢaq  və  gənclər 
ədəbiyyatı  üzrə  Beynəlxalq  ġurasının  (ĠBBY)  Hans  Xristian  Andersen  adına 
mükafatının ilk laureatı olmuĢdur. Bu mükafat qeyri-rəsmi olaraq uĢaq ədəbiyyatı üzrə 
Nobel  mükafatı  da  adlanır.  E.Farcon  1965-ci  il  iyunun  5-də  85  yaĢında  öz  vətənində 
vəfat etmiĢdir.  
Əsərləri: ―Köhnə Londonun uĢaq nəğmələri‖, ―Ay istəyirəm‖, ―Qoca dayənin nağılları‖, 
―Büllur baĢmaq‖, ―Qaraçı və zəncəfil‖, ―Kaleydoskop‖ və s. 
 
 
 
 
 


46 
 
15.Tatar şairi Musa Cəlilin anadan olmasının 110 illiyi (15.02.1906-25.08.1944) 
 
Yarandın, yaşadın şanlı bir gündə 
Sözün ulduz-ulduz, çiçək-çiçəkdir. 
Xatirən daima torpaq üstündə,  
Yaşıl bir ot kimi göyərəcəkdir... 
                                                                                                    Xalq şairi Səməd Vurğun 
 Musa Cəlil (15 fevral 1906 - 25 avqust 1944) - XX əsr tatar 
ədəbiyyatının görkəmli nümayəndəsi,  Sovet İttifaqı 
Qəhrəmanı(1956). 
Musa  Cəlil   Rusiyanın   Orenburq Ģəhərində  anadan  olmuĢdur. 
UĢaqlıqdan atasını itirmiĢ, anasının himayəsində yaĢamıĢdır. 1920-ci 
illərdən  bədii  yaradıcılığa  baĢlamıĢ,  Ģeirlərini  vətən,  xalq,  ayrılıq 
mövzularında 
yazmıĢdır. 1931-ci 
ildə 
Moskva 
Dövlət 
Universitetinin  ədəbiyyat  fakültəsini  bitirən  Musa  Cəlil  əvvəl  tatar 
dilində  nəĢr  olunan  bəzi  uĢaq  jurnallarının  redaktoru,  sonralar  isə  yenə  tatar  dilindəki 
"Kommunist"  qəzetinin  redaktor  müavini  olmuĢdur.  Tatar  gənclər  təĢkilatına  rəhbərlik 
edən  Musa  Cəlil, Ġkinci  dünya  müharibəsi illərində  sovet  ordusunun  tərkibində 
vuruĢmuĢ, 1942-ci  ildə  almanlara  əsir  düĢərək   ġpandau  toplama  düĢərgəsinə 
göndərilmiĢdir. Əsirlikdə də fəallıq göstərmiĢ, almanların tatarlardan təĢkil etdiyi Ġdil-
Ural  Legionunun  üzvləri  arasında  antifaĢist  qüvvələrin  yaradıcılarından  olmuĢdur. 
1944-cü  ilin  avqustunda  əsirlərin  kütləvi  Ģəkildə  qaçıĢını  təĢkil  etmiĢdir.  Lakin  onları 
satmıĢ  və  Musa  Cəlil  tutularaq 25  avqust 1944-cü  ildə Berlindəki  Plötzenzee 
həbsxanasında  digər  məĢhur  tatar  yazıçısı Abdulla  AliĢlə  birlikdə  edam  edilmiĢdir. 
Sovet  hökuməti  ona  Vətən  xaini  damğası  "vurmuĢ",  ailəsini  isə  sürgün 
etdirmiĢdir. 1949-cu  ildə  Musa  Cəlilin  belçikali  əsir  yoldaĢı SSRĠ-nin Brüsseldəki 
konsulluğuna  gələrək  onun  əsirlikdə  olarkən  antifaĢist  qüvvələrinin  döyünən  ürəyi  və 
düĢünən beyni olduğunu söyləmiĢ, əvvəlcə onun bir neçə Ģeirini, bir müddət sonra isə 
iki kitabını konsulluğa təqdim etmiĢdir. Bu kitablar tezliklə çap olunmuĢ, 1956-cı ildə 
Ģairə  bəraət  verilmiĢ  və  onun  əsərlərinin  çapına  qoyulan  qadağa  birdəfəlik  aradan 
qaldırılmıĢdır.  Həmin  il  Musa  Cəlilə  ölümündən  sonra  Sovet  Ġttifaqı  Qəhrəmanı 
adı, 1957-ci  ildə  isə  Lenin  mükafatı  verilmiĢdir. Kazan Ģəhərində  onun  heykəli 
ucaldılmıĢ,  tatar  milli  dram  teatrına  onun  adı  verilmiĢ,  adına  ədəbi  mükafat  təsis 
olunmuĢdur.  1954-cü  ildə  böyük  Azərbaycan  Ģairi Səməd  Vurğun Musa  Cəlilin 
xatirəsinə həsr olunmuĢ "Musa Cəlilə" Ģeirini yazmıĢdır. Musa Cəlilin ilk əsəri 1919-cu 
ildə dərc olunmuĢdur. 1925-ci ildə onun "Biz gəlirik" adlı Ģeir və poemalar toplusu iĢıq 
üzü  görmüĢdür. 1941-ci  ildə  "Altun  çeç"  və  "İldar"  operaları  üçün  4  libretto 
yazmıĢdır.  Alman  əsirliyində  yazdığı  "Moabit  gündəliyi"  adlı  Ģeirlər  toplusuna  görə 
ölümündən sonra Lenin mükafatına layiq görülmüĢdür (1957). 
 
 
 


47 
 
17.Rus uşaq şairi A.L.Bartonun anadan olmasının 110 illiyi (1906-1982) 
 
Aqni Bartonun poetik xəzinəsi bütün zamanlara, bütün nəsillərə məxsusdur.  
 
 
Qəribə gül 
 
Güldanda elə gül var, 
Nə solur, nə saralır, 
Həmişə təzə qalır, 
Həmişə gözəl qalır. 
Həm zərifdir, həm yüngül, 
Kağızdandır həmin gül! 
 
 
Moskva  Ģəhərində  baytar  ailəsində  anadan  olmuĢdur.  Məktəbdə  oxuyarkən  aktrisa 
olmaq arzusu ilə yaĢamıĢdır. Lakin uĢaq yaĢlarından onun daha bir istedadı üzə çıxmıĢ, 
Ģeir yazmağa baĢlamıĢ, müəllim və rəfiqələrini dostluq Ģarjı ilə nəzmə çəkmiĢdir. 1925- 
ci  ildə  ―Çinli  balası  Van  Li‖  Ģeirini  nəĢriyyata  təqdim  edəndən  sonra  ədəbiyyatĢünas 
A.V.  Lunaçarski  onun  Ģeirləri  ilə  maraqlanır  və  gənc  Ģairəyə  uĢaqlar  üçün  yazmağı 
tövsiyə  edir.  1928-ci  ildə  uĢaqlar  üçün  yazdığı  ―QardaĢlar‖  adlı  məĢhur  kitabı  çap 
olunur.  Bu  kitab  Rusiyada  və  bir  sıra  xarici  ölkələrdə  dəyərləndirilmiĢ,  dəfələrlə  çap 
olunmuĢdur.  ġairənin  Ģeir  yaradıcılığında  yumoristik  və  satirik  motivlər  olduqca 
qüvvətlidir. Onun ―Pinti qız‖, ―Ağlayan qız‖, ―Oyuncaqlar‖, ―Kobud ayı balası‖, ―Məni 
də baĢa düĢün!..‖ və sair Ģeirlərdə bunları görmək mümkündür. A. Barto XX əsrin 70-ci 
illərində  Bakıda  keçirilmiĢ  ―Ədəbiyyatların  dostluğu-  xalqların  dostluğudur‖  adlı 
müĢavirədə  iĢtirak  etmək  üçün  Azərbaycana  gəlmiĢ  və  uĢaqlarla  maraqlı  görüĢlər 
keçirmiĢdir.  Bir  çox  əsərləri  dəfələrlə  dilimizə  tərcümə  edilmiĢ  və  kütləvi  tirajla  çap 
olunmuĢdur. A. Bartonun ―Oyuncaqlar‖ Ģeirinin bu il 80 yaĢı tamam olur.  
 
Əsərləri:  ―ġeirlər‖(1951), ―Pinti qız‖(1957), ―Kobud ayı balası‖(1967), ―Ġpatdı‖ 
(1970),  ―Ağlayan qız‖, ―Oyuncaqlar‖, ―Məni də baĢa düĢün!..‖, ―Çinli balası Van Li‖  
və s.  
      
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə