Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə16/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   12   13   14   15   16   17   18   19   ...   121

40 
 
21.Tənqidçi, tərçüməçi İshaq İbrahimovun anadan olmasının 95 illiyi  
(21.02.1921-05.07.1987) 
Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979 
Ġshaq Ġbrahimov 1921-ci il fevralın 21-də Bakı Ģəhərində qulluqçu 
ailəsində  anadan  olmuĢdur.  Ġkinci  Dünya  müharibəsindən  sonra 
Azərbaycan  Dövlət  Teatr  Ġnstitutunun  teatrĢünaslıq  fakültəsində 
təhsilini  davam  etdirmiĢ,  eyni  zamanda  bədii  tərcümə  ilə  məĢğul 
olmuĢdur  (1945-1948).  "Ġnqilab  və  mədəniyyət"  jurnalı 
redaksiyasında  ədəbi  iĢçi,  məsul  katib  (1948-1952),  Azərbaycan 
Radio  VeriliĢləri  Ġdarəsində  bədii  veriliĢlər  Ģöbəsinin  baĢ 
redaktoru  (1952-1959),  "Azərbaycan"  jurnalı  redaksiyasında  məsul  katib  (1959-1962), 
C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari Ģöbəsinin müdiri, eyni zamanda ssenari-
redaksiya  heyətinin  üzvü  (1962-1966),  Azərbaycan  Dövlət  Televiziya  və  Radio 
VeriliĢləri  ġirkətində  Radio  bədii  veriliĢləri  Ģöbəsində  tərcüməçi,  "Ekran"  yaradıcılıq 
birliyi  redaksiya  heyətinin  üzvü,  baĢ  redaktor  vəzifələrində  (1962-1975)  çalıĢmıĢdır. 
Azərbaycan  Yazıçılar  Ġttifaqında  tərcüməçilər  bölməsi  bürosunun  sədri  olmuĢdur. 
Azərbaycan  Yazıçılar  Ġttifaqının  katibi  seçilmiĢdir  (1975-1984).  Yazıçılar  Ġttifaqı 
nümayəndələrinin  tərkibində  Ġraqda  səfərdə  olmuĢdur.  Azərbaycan  KP  26  Bakı 
komissarı  adına  rayon  komitəsi  plenumunun,  SSRĠ  Yazıçılar  Ġttifaqı  idarə  heyətinin 
üzvü, Azərbaycan Yazıçılar Ġttifaqı idarə heyətinin üzvü, Bakı Ģəhər Sovetinin deputatı 
seçilmiĢdir.  SSRĠ  döyüĢ  medalları  ilə  təltif  olunmuĢdur.  1987-ci  il  iyulun  5-də  vəfat 
etmiĢdir. 
Tərcümələri (ruscadan):‖Georgi Qulia. Sagen kəndinin baharı‖ (1949), ‖M.Qorki. 
Məqalə və pamfletlər‖ (1951), ‖Vasilenko‖ (1951), ‖ V.Ajayev. Moskvadan uzaqlarda‖ 
(1952), ‖N.V.Qoqol. Ġvan Ġvanoviçin Ġvan Nikiforoviçdən küsməsi haqqında povest‖ 
(1953), ‖Zekers. Yeddinci xaç‖ (1954), ‖V.Latsis. Qanadsız quĢlar‖, ‖A.P.Çexov. 
Hekayələr‖, ‖Abdulla Qədiri. Ötən günlər‖, ―F.M.Dostoyevski. Netoçka Nezvanova‖, 
―H.AIbert Lixanov. Ailə vəziyyəti (roman)‖(1970), ‖K.Y.Paustovski. Yaxın və uzaq 
adamlar‖ (1971), ‖Abdulla Qədiri. Ötən günlər‖ (1979),  ‖P.Vejinov. Polkovnikə 
məktub yoxdur‖(1982), ‖LayoĢ MeĢterhazi. Prometey müəmması‖ (1984), ‖Çingiz 
Aytmatov. Gün var əsrə bərabər‖ və s. 
Filmoqrafiya: Romeo mənim qonĢumdur (film, 1963), ArĢın mal alan (film, 1965), 
Qaraca qız (film, 1966), Təsnif (film, 1969), Qəribə görüĢlər (film, 1969), Cücələrim 
(film, 1970),   Oxuyur ġövkət Ələkbərova ((sənədli film, Nazim Zeynalovla birgə  
1970), Ġlham (film, 1972),  Gülüstan bayatı-Ģiraz (film, 1972), Axtaran tapar (film, 
1980) və s.  
 
 
 


41 
 
24.Uşaq dramaturgiyasının banisi, yazıçı, ictimai xadim Abdulla Şaiqin anadan  
olmasının 135 illiyi (24.02.1881-1959) 
Abdulla  Şaiq  həqiqəti  hər  şeydən  uca  tutan,  daima  həqiqət  axtaran,  tərəqqi  və 
yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur. 
                                                                                                Xalq yazıçısı Mirzə İbrahimov 
Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın 
işığında  uşaqların  da,  böyüklərin  də  qəlbində  yalnız  xeyirxah  duyğular,  xeyirxah 
arzular baş qaldırmışdır.  
                                                       Xalq yazıçısı İlyas Əfəndiyev 
Talıbzadə Abdulla Şaiq Mustafa oğlu- 
klassik Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, 
pedaqoq, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1940) 
Abdulla  ġaiq 1881-ci  il fevralın  24-də Tiflisdə  ruhani  ailəsində 
dünyaya gəlib.  1901-ci ildə Bakıya gələn Ģair maarifçi pedaqoq, 
romantik  Ģair  kimi  formalaĢır.  A.  ġaiq  qadınlar  üçün  jurnal 
çıxarmaq,  uĢaq  bağçası  açmaq,  kitabxana  yaratmaq,  kasıb 
uĢaqları  pulsuz  oxutmaq  kimi  xeyirxah  təĢəbbüslər  irəli  sürüb, 
eyni zamanda Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, 
Füzuli,  Xətai,  Vaqif,  Vidadi,  Zakir,  M.F.Axundov,  S.Ə.ġirvani,  M.Ə.Sabir,  A.Səhhət, 
M.Hadi, H.Cavid kimi Ģair-yazıçıların yaradıcılıqlarını araĢdırıb. A. ġaiq yaradıcılığına 
tərcümə və qəzəllə baĢlasa da, ilk mətbu əsəri "Laylay" adlı uĢaq Ģeiri olub. O, 1906-cı 
ildən baĢlayaraq silsilə Ģeirləri ilə Azərbaycan milli uĢaq poeziyasının incilərini yaradıb. 
Xalq  ədəbiyyatını  toplayıb  araĢdıran  A.  ġaiq  uĢaqlar  üçün  "Tıq-tıq  xanım",  "Tülkü 
həccə  gedir",  "YaxĢı  arxa"  kimi  mənzum  nağıllar  da  yazıb.  Ədibin  "May  nəğməsi", 
"Top oyunu", "BənövĢə", "Qərənfil", "Bülbül" kimi uĢaq Ģeirləri, nağıl və poemaları bu 
gün də öz dəyərini saxlayır. Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.ġaiqə "Əməkdar 
incəsənət xadimi" adı verilmiĢdir. A.ġaiq 1959-cu ildə Bakıda vəfat etmiĢdir. 
Kitabları: ‖GülĢən ədəbiyyat‖ (1910), ‖UĢaq gözlüyü‖ (1910), ‖Tülkü, qarğa, 
hacıleylək‖ (1911), ‖Tülkü və xoruz‖ (1911), ―Gözəl bahar‖ (1912), ‖Gülzar qiraət 
kitabı‖ (1912), ―Bədbəxt ailə‖ (1912), ‖Kimdir haqlı?‖ (1913), ‖Murad‖ (1913), ‖Ürək 
tikmək, yaxud Qurban bayramı‖ (1913), ‖ġələquyruq‖(1913),  ‖UĢaq gözlüyü‖ (1915), 
‖Milli qiraət kitabı‖ (1919), ―Türk çələngi‖ (1919), ―Vətən‖ (1919), ‖Ədəbiyyat 
dərsləri‖ (1919), ‖Müəllim (hekayə)‖ (1926), ‖Məktub yetiĢmədi‖ (1926), ‖Göbələk‖ 
(1926), ―Anabacı‖ (1926), ‖Ġldırım‖ (1927), ‖Tülkü həccə gedir‖ (1927), ‖EĢĢək 
üstündə səyahət‖ (1933), ‖SeçilmiĢ hekayələr‖ (1933), ‖Oyunçu bağalar‖ (1934), 
‖Çocuq Ģeirləri‖ (1934), ‖YaxĢı arxa‖ (1939), ―Tapdıq dədə‖ (1939), ‖Araz‖ (roman).            
Tərcümələri:‖Daniel Defo. MəĢhur ingilis Robinzonun hekayəsi‖(1909), ‖ġekspir. 
Maqbet‖(1932), ‖Barto. Pinti qız‖ (1935), ‖Nizami. Ġsgəndərnamə. I hissə (ġərəfnamə)‖ 
(1941), ‖Ġ.A. Krılov. SeçilmiĢ təmsillər‖(1944), ‖Nizami. Sehrli üzük‖(1962), Nizami 
Gəncəvi. Ġsgəndərnamə‖(1964), ―Ġ.A. Krılov. Cırcırama və qarıĢqa‖(1976) və s.  


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə