Oxu və yazı pozulmasının Korreksiya və Profilaktikası



Yüklə 94,34 Kb.
tarix28.11.2023
ölçüsü94,34 Kb.
#133370
növüMühazirə
oxu yazı slayd

Oxu və yazı pozulmasının Korreksiya və Profilaktikası.

Mühazirə: N°5

Tələbə: Qasımova Şəbnəm

Mövzu; Oxu və yazı pozulmalarının müasir təsnifatı

Plan:

  • Yazılı nitq pozulmaları
  • Şifahi nitq pozulmaları

Nitq pozulmaları 2 qrupa ayrılır:
Yazılı nitq pozulması
Şifahi nitqə pozulması
Şifahi nitq pozulmalarına dislaliya, alaliya, dizartriya, rinolaliya, disfoniya,afoniya, afaziya, kəkələmə, bradilaliya, taxilaliya aiddir.
Yazılı nitq pozulmalarına isə disleksiya, aleksiya, disqrafiya, aqrafiya aiddir.
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir. Disleksiya temrini ilk dəfə Dünya Nevrologiya Federasiyası tərəfindən 1881-ci ildə istifadə edilib. Yunan sözü olub mənası “öyrənmədə çətinlik” deməkdir.
Disqrafiya (Yunan dilində “dis”- çətinlik, pozuntu; “grapho”- yazmaq, təsvir etmək) yazı prosesinin qismən spesifik pozulmasıdır. Yazı çoxsəviyyəli prosesdir və beyin qabığının bütün hissələri onun meydana gəlməsində iştirak edir. Yazının psixofiziki əsası müxtəlif analizatorların nitq-eşitmə, nitq-hərəkət, görmə və ümumi-hərəkət qarşılıqlı təsiridir. Bu proseslər arasında sıx əlaqə izlənilir.
Disleksiya
Disqrafiya
Disleksiyanin növləri
Optik dialeksiyu
Semantik disleksiya
Aqramatik disleksiya
Mnestik disleksiya
Fonetik disleksiya
Verbal disleksiya
Literal optik dialeksiya
Taktiki disleksiya
Fonematik disleksiya. Fonematik sistemin hər birində müəyyən məna fərqləndirici əlamətlərin toplusu ilə xarakterizə edilən dilin fonemlər sisteminin funksiyasının pozulması ilə əlaqədardır. Bununla əlaqədar V.Orfinskaya fonematik sistemin aşağıdakı funksiyalarını ayırır:
Semantik disleksiya (mexaniki oxu) özünü mətnin texniki cəhətdən düzgün oxusu zamanı cümlə və sözlərin başa düşülməsi ilə birüzə verilir. Yəni burada söz və cümlələr düzgün oxunsada onlar başa düşülmür. Bu qüsur hecalı oxu zamanı müşahidə olunur. Hecalarla sözü oxuduqdan sonra uşaq onun şəklini göstərə bilmir, sözün mənası ilə bağlı sualları cavab verə bilmirlər. Bundan başqa oxunulan söz və cümlələrin başa düşülməsi sintetik oxuda- sözlərin bütöv oxunuşunda da müşahidə olunur.
Aqrammatik disleksiya əsasən nitqin qrammatik quruluşunun inkişafsızlığı, morfoloji və sintaktik ümumləşdirmənin olmaması ilə şərtlənir. Bu çatışmazlıqlar zamanı sözlər hallara, kəmiyyətə, şəxs və zamana görə düzgün dəyişmirlər. Aqrammatik disleksiya müxtəlif patogenezli nitq qüsurları olan(oxu vərdişinin sintetik mərhələdə formalaşması ilə bağlı) uşaqlarda daha çox təsadüf edilir.
Mnestik disleksiya zamanı bütün hərflərin mənimsənilməsi çətinliyi və onların əvəzlənməsinin differensiasiya edilməməsində müşahidə olunur. Bu qüsur səslə hərf arasında əlaqənin yaradılması proseslərinin pozulması və nitq yaddaşının çatışmazlığı ilə şərtlənir. Hərfin əyani obrazı və eşitmə-tələffüz obrazı arasındakı asssosiasiyaların pozulması xüsusilə səs-hərf qeydlərinin mənimsənilməsi mərhələsində birüzə verilir.
Literal optik disleksiya zamanı təcrid olunmuş hərflərin tanınması və hərflərin fərqləndirilməsi qüsuru müşahidə olunur. Verbal disleksiya sözlərin oxunmasının pozulması ilə birüzə verilir.
Taktil disleksiya kor uşaqlarda müşahidə olunur. Bu Brayl əlifbasının taktil qavranılması zamanı hərflərin differensiasiyasının çətinlikləri ilə birüzə
Optik disleksiya qrafik cəhətdən oxşar hərflərin mənimsənilməsində çətinliklə birüzə verilir. Uşaqlar bir-birindən elementlərinə görə fərqlənən və ya eyni elementlərə malik olan hərfləri ya dəyişik salır, ya da qarşılıqlı əvəz edirlər. Optik disleksiya zamanı hərflərin tapılması, düzgün hərfi düzgün olmayan hərfdən fərqləndirmək, çatışmayan elementi hərfə əlavə etmək bacarığı olmur. Optik disleksiyalı uşaqlarda müxtəlif optik yaranmaların təhlili pozulmuş olur.
Disqrafiynın növləri
Artikulyasiya – akustik
Dilin analiz – sintez pozulması
Aqramatik disqrafiya
Optik disqrafiya
Artikulyator- akustik disqrafiya M.Xvatseva tərəfindən yazıda pəltəklik adlanıb. Bu zaman uşaq deyilənləri necə tələffüz edirsə, elədə yazır.Yazı zamanı səslərin düzgün olmayan tələffüzünün öz- özünə dəyişilməsinə əsaslanaraq uşaq yazıda öz səhv tələffüzünü əks etdirir. Bunadan əlavə artikulyator – akustik disqrafiya özünü hərflərin buraxılması, əvəzlənməsi kimi də göstərir və bu şifahi nitqdə səslərin buraxılması və əvəzlənməsinə uyğun olur.
Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya. Bu qüsur fonemlərin differensiasiyasına əsaslanır və özünü fonetik cəhətdən yaxın səslərə uyğun hərflərin əvəzlənməsində göstərir. Lakin şifahi nitqdə həmin səslər düzgün tələffüz olunur. Tez- tez əvəz edilən hərflər aşağıdakı səslərə uyğundur:
Dilin analiz və sintez proseslərinin pozulması ilə şərtlənən disqrafiya dilin analiz və sintez proseslərinin bu cür pozulması ilə birüzə verilir: cümlələrin sözlərə parçalanması, heca təhlilinin və tərkibinin pozulması, yazıda sözlərin və cümlələrin quruluşunun pozulması. Fonematik təhlil çox mürəkkəb prosesdir və bu prosesin nəticəsi sözün səs- hərf quruluşunun pozulmasıdır.
Aqramatik disqrafiya- yazıda aqramatizm də əks olunur. Ön və son şəkilçilərin sözdə düzgün yazılmaması müşahidə olunur.
Optik disqrafiya görmə qnozisi, təhlil və tərkibi, məkani təsəvvürlərin inkişafsızlığı ilə bağlı olur və yazıda hərflərin təhrifində və əvəzlənməsində özünü göstərir.
Yüklə 94,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə