Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə15/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   11   12   13   14   15   16   17   18   ...   121

38 
 
18.Şair, dramaturq Nəriman Həsənzadənin anadan olmasının 85 illiyi (18.02.1931) 
Nəriman Həsənzadə olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin 
duruşunda,  bir  körpənin  baxışında  bütün  kainatı,  ictimai  aləmi  və  məna  dolu 
həyatımızı görmək istəyir.”
                                                         Xalq yazıçısı Mir Cəlal Paşayev
 
Həsənzadə  Nəriman  Əliməmməd  oğlu —  şair,  dramaturq, 
Azərbaycan  Yazıçılar  İttifaqının  üzvü  (1954),  Filologiya 
elmləri  namizədi  (1965),  Azərbaycanın  əməkdar  incəsənət 
xadimi  (1981),  Azərbaycan  Respublikası  Ali  Sovetinin 
deputatı  (1990-1995),  Azərbaycanın  xalq  şairi  (2005),  "İlin 
şairi" makafatı laureatı (2010).
 
Nəriman  Həsənzadə 1931-ci  il  fevralın  18-də  Qazax  (indiki 
Ağstafa)  rayonunun  Poylu  qəsəbəsində  anadan  olub.  1949-cu 
ildə  H.Zərdabi  adına  Kirovabad  Dövlət  Ġnstitutunun  filologiya 
fakültəsinə  daxil  olmuĢdur.  1953-cü  ildə  həmin  Universiteti 
bitirmiĢdir.  Azərbaycan  Yazıçılar  Ġttifaqı  onu  Moskvadakı  Ġkiillik  ədəbiyyat  kursuna 
göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat Ġnstitutuna daxil olur. BeĢ il 
burada təhsil alıb, Bakıya qayıdır. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının 
humanitar  fənlər  kafedrasının  müdiri  vəzifəsində  çalıĢır,  dosentdir.  Müstəqil 
Azərbaycan Respublikasının "ġərəf" ordeni (2011) ilə təltif olunmuĢ və Fərdi prezident 
təqaüdünə  layiq  görülmüĢdür.  ―Kayseri  poeziya  günləri‖ndən  (Türkiyə,  2009)  Ģair 
yüksək təəssüratlar və ödüllərlə qayıtmıĢdır. N. Həsənzadə ilin Ģairi elan olunmuĢ, ona 
―Uğur – 2009‖ diplomu verilmiĢdir. 
Kitabları: ‖Dostlar gözləyir məni‖ (1956), ‖Qız ürəyi‖ (1957), ‖Haradasan‖ (1959), 
‖Qaraca Çobanın hekayəti‖ (1960), ―Sizdən ayrılmadım‖ (1961), ‖Könlüm Ģer istəyir‖ 
(1964), ‖Yadına düĢəcəyəm‖ (1966), ‖Niyə demədiniz‖ (1970), ‖Mənim gecəm-
gündüzüm‖ (1973), ‖Zümrüd quĢu‖ (1976), ‖Sən bağıĢladın‖ (1979), ‖Bir az möhlət 
istəyirəm ömürdən‖ (1981), ‖Fikir eləmə‖ (1982), ‖Kimin sualı var?‖ (1984), ‖Nabat 
xalanın çörəyi‖ (1986), ‖SeçilmiĢ əsərləri‖ (1987), ‖Mənim nigahımı pozdu təbiət‖ 
(1989), ‖Bütün millətlərə‖ (1991), ‖Taleyin töhfəsi‖ (1993), ‖Gəlimli-gedimli dünya‖ 
(1995), ‖Pompeyin yürüĢü‖ (1995),‖Poylu beĢiyim mənim‖ (2007),  ‖Nəriman‖ (2009), 
‖SeçilmiĢ əsərləri‖ (2010), ‖Nuru PaĢa‖ (2010).
 
Poemaları: ―Nəriman‖, ‖Zümrüd quĢu‖, ‖Kimin sualı var?‖, ‖Atabəylər‖, ‖Pompeyin 
Qafqaza yürüĢü‖, ‖Midiya sarayı‖, ‖Bəyanət‖, ‖Həsrət‖, ‖Vətənsiz‖, ‖Heybədə gəzən 
Ģeir‖,  ―ġahid ol, günəĢ‖, ‖Rəsul Həmzətova məktub‖, ‖ġəhid atası ġərif qağaya 
məktub‖, ‖Qafqaz‖, ‖Cavid‖, ‖Qaçaq Kərəm‖, ‖Səfirə‖, ‖Xarı bülbül‖ və s. 
Povesti: Nabat xalanın çörəyi 
Filmoqrafiya: Nəriman Həsənzadə (film, 2006), Qəmbər Hüseynli (film, 2007),      
Mən Hüseyn Arifəm... (film, 2010) və s.  
 
 
 


39 
 
18.Azərbaycan alimi, ensiklopediyaçı Nəsirəddin Tusinin anadan olmasının 815 
illiyi (18.02.1201-25.06.1274) 
Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa 
rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.
 
Nəsirəddin Tusi  filosof, astronom, riyaziyyatçı, tarixçi, maliy-
yəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi.  
Alimin  yaradıcılığı  ensiklopedik  səciyyə  daĢıyır.  Marağada 
yaĢamıĢ  və  fəaliyyət  göstərmiĢdir.  Məhəmməd  ibn  Həsən 
Tusi 1201-ci  il  Ģənbə  günü 18  fevralda Tus Ģəhərində  anadan 
olmuĢdur.  Ġlk  təhsilini  atasından  almıĢ, sonra Həmədan və Tus 
Ģəhərlərində dövrünün tanınmıĢ alimlərinin – Ġbn Sina və   
 Bəhmənyarın  davamçılarının  yanında  təhsil  görmüĢdür.  Otuz 
yaĢında  ikən   Kuhistan   ismaililərinin  rəhbəri   Nasirəddin 
MöhtəĢəm onu  sarayına  qonaq  çağırır  və  gənc  alimdən  əxlaq 
barədə  kitab  yazmasını  xahiĢ  edir.  1235-ci  ildə  Nəsirəddin  Tusi  sonralar  ona  dünya 
Ģöhrəti  gətirən  və  bir  çox  dillərə  tərcümə  olunan  məĢhur  "Əxlaqi  Nasiri"  əsərini 
tamamlayır.  Hülakü  xan 1258-ci  ildə  Bağdadı  fəth  edərək,  Abbasilər  sülaləsinin 
hakimiyyətinə  son  qoymuĢdu.  Hülaku  xan  dövlətinin  mərkəzini  1260-cı  ildə 
Azərbaycana salır. Ġlxanilər adlanan bu yeni dövlətin baĢçıları "ilxan"lar (el xanları) idi. 
Hülaku  xan  öz  dövlətinin  paytaxtı  kimi  əvvəlcə  Azərbaycanın  qədim  mədəni 
mərkəzlərindən  olan   Marağanı,  sonra  isə   Təbrizi   seçir.  Elə  həmin  vaxt 
Nəsirəddin Marağa rəsədxanasının tikintisinə baĢlayır. 25 iyun 1274-cü ildə (18 zilhiccə 
672-ci  il)  Bağdadda  vəfat  etmiĢ  və  öz  vəsiyyəti  ilə Kazımeyn Ģəhərində on  iki  imam 
Ģiələrinin 7-ci  imamı Museyi  Kazımla və  onun  nəvəsi  9-cu  imam  Məhəmmədin 
məzarlarının  ayaq  tərəfində  dəfn  olunmuĢdur.  Nəsirəddin  Tusi  elmin  müxtəlif  sahələri 
ilə  dərindən  maraqlanmıĢdı.  Onun  qələmindən  çıxan  yüzdən  artıq  ciddi  əsər  elmin 
astronomiya,  riyaziyyat,  fizika,  tibb,  fəlsəfə,  etika,  məntiq  və  digər  sahələrinə  həsr 
olunmuĢdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə 
tədqiqatlar  xüsusi  yer  tutur.  Tusi  bu  sahələrdə  aparılmıĢ  iyirmidən  artıq  uğurlu 
araĢdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə 
tədqiqatları  isə  həm  fars,  həm  də  ərəb  dillərində  yazılmıĢdır.  Riyaziyyatçı  alimin  ən 
məĢhur əsərləri arasında "ġəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" 
("Lövhə  və  tozun  köməyi  ilə  hesab  toplusu"),  "Dairənin  ölçüsü",  "Təhrir  Öqlidis" 
("Evklid  "BaĢlanğıc"ının  təsviri")  kimi  kitablar  xüsusi  yer  tutur.  Dörd  hissədən  ibarət 
"Zici-Ġlxani"  ("Ġlxanilərin  astronomik  cədvəlləri")  əsəri  isə  alimin  adını  dünya 
astronomiya  tarixinə  salmıĢdır.  ÇağdaĢ  tədqiqatçıların  bir  çoxu  Nəsirəddin  Tusini  hər 
Ģeydən  öncə,  riyaziyyatçı  hesab  edir.  Onun  əsərləri  yalnız   ġərqdə  deyil, 
həmçinin  Avropada həndəsə və triqonometriyanın inkiĢafında mühüm rol oynamıĢdır.  
Əsərləri: Təcrid əl-Əqaid (Əqidənin təcridi), Təcrid əl-Kəlam (Kəlamın təcridi), 
Tezker-i hayat, Təhriri-Öqlidis (Evklidin Ģərhi), Təhrir əl-Məcəsti,Əsas əl-
Ġqtibas (Ġqtibasın əsası), Əsraf əl-ƏĢraf, Əxlaqi-Nasiri (1235), Füsul-Nəsiriyyə, Övsafül-
ƏĢraf, Risab fil-Ġmamə (Ġmamətə dair traktat), Cəbr və qədr Cələul-Hesab və s. 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə