Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Milli qəhrəmanlar zirvəsi



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə11/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   7   8   9   10   11   12   13   14   ...   121

28 
 
 
Milli qəhrəmanlar zirvəsi
 
5.Kərimov Elgiz Kərim oğlu 45 illiyi (05. 01. 1971-12.03. 1992) 
 
“Vətən,  torpaq  yolunda  özünü  qurban  verənlərin  xatirəsi 
qəlbimizdə  daima  yaşayacaq,  onların  şücaəti  Azərbaycan 
xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!”                                                                                                                       
                                                             
Ulu öndər Heydər Əliyev
 
 
 
 
Elgiz  Kərimov 5  yanvar 1971-ci  ildə Bərdə  rayonunda dünyaya  gəlmiĢdir. 1987-ci  ildə 
orta  təhsilini  baĢa  vurmuĢ,  elə  həmin  il  hərbi  xidmətə  çağırılmıĢdır.  Elgiz  hərbi 
xidmətini  baĢa  vurub  Bərdəyə  qayıtsada,  ön  cəhbəyə  könüllü,  ürəkli  gedənlərdən  biri 
oldu. Eməni iĢğalçılarının Vətənimizə hücumu ilə barıĢa bilməyən Kərimov 1991-ci ildə 
könüllü  özünümüdafiə  batalyonlarından  birinə  yazılaraq  Vətəninin  müdafiəsinə 
qalxdı.Elgiz  Kərimov Əsgəran yaxınlığında  gedən  Ģiddətli  döyüĢ  zamanı  neçə-neçə 
erməni  yaraqlısını  məhv  etdi. Bu döyüĢdə  göstərdiyi  igidlikdən  sonra  gənc  əsgərin  adı 
dillər  əzbəri  oldu.  ĠĢtirak  etdiyi  bütün  döyüĢlərdə  böyük  rəĢadət  göstərən 
qəhrəman 1992-ci  il  12  martda  mühasirəyə  düĢmüĢ  döyüĢçü  yoldaĢlarını  xilas  etmək 
üçün Xocalı  rayonunun Naxçıvanlı kəndinə  gəldi.  Bir  saata  yaxın  davam  edən  ağır 
döyüĢdən  sonra  ermənilərin  mühasirəsi  yarıldı,  döyüĢçülərimiz  azad  edildi.  Lakin  bu 
döyüĢdə  Vətənimizin  daha  bir  igid  oğlu  düĢmən  gülləsinə  tuĢ  gəldi.  21  yaĢlı  cəsur 
döyüĢçümüz canından  əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.Subay 
idi.Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə 
Kərimov  Elgiz  Kərim  oğlu  "Azərbaycanın  Milli  Qəhrəmanı"  fəxri  adına  layiq 
görülmüĢdür.Bərdə rayonunda dəfn edilmiĢdir. 
 
Mənə səadət verən 
Vətənə sədaqətim. 
Məni vətənə verən 
Anama məhəbbətim – 
Hərbi andımdır mənim! 
                                                      Ələmdar Quluzadə 
 
 
 
 


29 
 
19.Ramazanov Şamil Ağasəf oğlu 40 illiyi (19.01. 1976-04.04.1995) 
 
Heç kəs unudulmur, heç nə yaddan çıxmır. 
 
 
Şamil  Ramazanov —  Azərbaycanın  Milli  Qəhrəmanı, Mart 
hadisələri zamanı 
dövlətçiliyimiz, 
suverenliyimiz 
uğrunda 
ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh 
 
 
19  yanvar 1976-cı  ildə Ağsu  rayonunun Rəhimli  kəndində  anadan  olmuĢdur. 1983-
1993-cü  illərdə  burada  orta  məktəbdə  təhsil  almıĢdır.  19  mart 1994-cü  ildə Ağsu 
rayonunda hərbi  xidmətə  çağırılır. Gəncə  Ģəhərindəki  "N"  saylı  hərbi  hissədə  təlim 
keçən ġamil komandirlərin verdiyi tapĢırıqları layiqincə yerinə yetirir, tez bir zamanda 
bütün  silahlardan  istifadə  etməyi  öyrənmiĢdi. 1995-ci  il məlum  13-17  mart 
hadisələri baĢ  verdi,  silahlı  dəstənin  zərərsizləĢdirilməsi  zamanı  cəsur  əsgər 
qəhrəmancasına  həlak  oldu.  Subay  idi.  Ağsu  rayonunun Rəhimli kəndində  dəfn 
edilmiĢdir. Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daĢıyır. 
Azərbaycan  Respublikası  prezidentinin 4  aprel 1995-ci  il  tarixli  307  saylı  fərmanı 
ilə  Ramazanov  Şamil  Ağasəf  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 
Qəhrəmanı" adı verilmişdir.  
Qəlbimdə yuva qurmuş Vətən adlı sevgisən. 
Can verən şəhidlərin azadlıq nəğməsisən. 
Beş yerə parçalanmış bir yurdun haqq səsisən. 
Dinindir gözəl islam, and yerindir o Quran, 
Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
                                                                                                                   Ələkbər Sadiq 
 
 
 
 
 


30 
 
 
23.Nəsirov Yalçın Canhəsən oğlu 40 illiyi (23.01.1976-04. 04.1995) 
 
“Xalqımızın birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir!” 
                                                                                               Ulu öndər Heydər Əliyev 
 
 
Yalçın Nəsirov — Azərbaycanın Milli Qəhrəmanı, Mart 
hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda 
ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh 
 
 
 
Azərbaycanın  Milli  Qəhrəmanı  Yalçın  Nəsirov   23  yanvar 1976-cı  ildə Astara 
rayonunun Sərək  kəndində  anadan  olmuĢdur. 1982-1992-ci  illərdə  burada  təhsil 
almıĢdır. 1994-cü  il 19  aprel Milli  Orduya çağırılır. O,  Daxili  QoĢunların  tərkibində 
Lökbatanda  2  ay  hərbi  təlim  keçir,  sonra  xidmətini  Tərtər  və  ġamaxı  rayonlarında 
davam etdirir. Yalçın komandirlərin tapĢırıqlarını vaxtında yerinə yetirirdi. Gənc əsgər 
böyük  arzularla  yaĢayırdı.  Yalçın  verilən  tapĢırıqları  layiqincə  yerinə  yetirirdi.  O, 
Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaĢayırdı. 1995-ci il mart hadisələri 
baĢ  verdi. 13-17  mart  günlərində dövlət  çeviriliĢinə  cəhd  edən  dəstənin 
zərərsizləĢdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmiĢdi.
 
Onu  təcili olaraq 
Sabunçu  rayon  xəstəxanasına  çatdırdılar.  Lakin  artıq  gec  idi...  Həkimlər  onu  həyata 
qaytara  bilmədi.    24  mart  tarixdə  o,  aldığı  yaradan  Sabunçu  rayon  xəstəxanasında 
gözlərini  əbədi  yumdu.  Subay  idi.  Astara  rayonu  Sərək  kənd  orta  məktəbi  onun  adını 
daĢıyır. Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuĢdur. 
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı 
ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adı verilmişdir. 
                   Yandır haqqın məşəlini, aləm nura dönsün,  
                  Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,   
                 Üçrəngli bayrağı qaldır, dünyada görünsün.   
                Çal cəngini, olsun yağının bağrı qızıl qan,  
               Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
                                                                                                 Ələkbər Sadiq 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə