Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə10/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   6   7   8   9   10   11   12   13   ...   121

26 
 
 Folklor 
30.Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205 illiyi (30.01.1811-1891) 
Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan 
ilham alır.Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət 
xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq 
yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. 
 Xalqın  tarixi  dəyəri  və  mənəvi  inkiĢaf  səviyyəsi 
həmin  xalqa  mənsub  yaradıcı  Ģəxslərin  yaradıcılıq 
fəaliyyət  nəticələri  ilə  müəyyən  olunur.  Təbii  ki, 
Azərbaycan  xalqının  yaradıcılıq  istiqamətlərindən 
bir  də  çoxəsrlik  aĢıq  musiqisində  təzahür  olunur. 
Bu,  xalqın  fəlsəfi  mədəniyyətinin  formalaĢdığı 
xüsusi  bədii  təfəkkür  sahəsidir.  Bu  incəsənət 
növündə  poeziya,  musiqi,  rəqs,  ifaçılıq  sintezi 
özünü göstərir. AĢıq sənətinin əsas mövzuları – məhəbbət və təbiət gözəlliyi, insan və 
onun  əməlləridir.  Özü  də  bu  yaradıcılıq  prosesi  sintez,  yəni  teatrlaĢdırılmıĢ  Ģəkildə 
improvizator aĢıq tərəfindən sazda ifa kimi tərənnüm olunur. AĢıq sənəti indi də bütün 
xalqın  musiqi-yaradıcılıq  düĢüncəsində  öz  ictimai  əhəmiyyətini  saxlamaqdadır.  Onun 
mənbələrindən  indiki  peĢəkar  bəstəçilər  də  dəyərlənir  və  öz  yaradıcılıqlarında  ondan 
çox uğur və dəqiqliklə istifadə edirlər. AĢıq musiqisinin mövzuları həyatın özü kimi çox 
rəngarəngdir  –  xalqın  azadlıqsevərliyi,  oğul  və  qızların  qəhrəmanlığı,  onların  cəsur 
əməlləri, səciyyəvi milli xüsusiyyət kimi alicənablıq, düzgünlük və xeyirxahlıq mənəvi 
dəyərlər  kimi.  Öz  yaradıcılığında  ən  yaxĢı  Ģair,  xanəndə,  musiqiçi  və  aktyor 
xüsusiyyətlərini  cəmləĢdirən  bir  sıra  aĢığın  adını  qeyd  edək  –AĢıq  Hüseyn  ġəmkirli, 
Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı aĢıq, AĢıq Ələsgər… 
Azərbaycanda  aĢıq  sənətinin  tarixini  tədqiq  etməyi  qarĢımıza  məqsəd  qoymuruq,  çox 
mürəkkəb  olan  və  xalq  tərəfindən  çox  sevilən  bu  incənət  janrının  xalqın  fəlsəfi 
mədəniyyətinin  formalaĢmasında  rolunu  və  əhəmiyyətini  qeyd  etmək  istəyirik. 
Azərbaycanda  aĢıq  sənətinin  dərin  tarixi  inkiĢaf  mərhələlərindən  söhbət  açan  bir  sıra 
ədəbi  mənbələr  bizə  məlumdur.  SənətĢünaslıq  elmi  sahəsində  professor  Tariyel 
Məmmədovun ―Azərbaycan aĢıqlarının ənənəvi havaları‖ adlı doktorluq dissertasiyasını 
qeyd etmək olar. Bu tədqiqatda bilavasitə xanəndə-dastançı aĢıqların dilindən dinlənilən 
əsərlərin musiqi-poetik dili, metroritmikası, forması araĢdırılır. 
Qoşmaları: ―DanıĢma‖ 
Gəraylıları: ―Bayaz‖, ―Bu qız məni‖, ―Qoynunda‖, ―Layıxdı‖, ―Üstünə‖, ―Ziba‖ və s.  
 
 
 
 


27 
 
Tariximiz, bu günümüz 
 
27.Tarixçi alim Sara Aşurbəylinin anadan olmasının 110 illiyi  
(27.01.1906-17.07.2001) 
 
“Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız  Azərbaycan 
elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”. 
                                                                                                             Ulu öndər Heydər Əliyev 
Aşurbəyli Sara Balabəy qızı — Azərbaycan alimi, tarixçi 
 və şərqşünas 
Sara AĢurbəyli 1906-cı il yanvarın 27-də Bakı Ģəhərində anadan 
olmuĢdur. O,  Yaxın  və  Orta  ġərq  xalqları  tarixinin  bilicisi 
olmaqla  yanaĢı,  həm  də  rəssam  və  musiqiçi  idi.  Ağır  təqib 
illərində  yaĢamaq  üçün  bu  bilik  və  bacarıqlarından  istifadə 
etmiĢdir.  Sara  xanım  dram  teatrında  rəssam  və  dekorator, 
məktəbdə  müəllim  iĢləmiĢ,  müəllimi   Üzeyir   Hacıbəyovun 
dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiĢ, eləcə 
də  öz  çəkdiyi  rəsm  əsərlərini  sataraq  dolanmıĢdır.  Sərgilərdən  birində  onun  "Göygöl" 
əsərini  Meksika  nümayəndələri  almıĢlar.  Bu  əsər  indi  Meksika  muzeylərindən  birində 
saxlanır. 1946-cı  ildə  Sara  xanım  Azərbaycan  Rəssamlar  Ġttifaqının  üzvü  seçilmiĢdir. 
Sara  AĢurbəyli  sonralar  Azərbaycan  Tarixi  Muzeyində  Orta  əsrlər  tarixi  Ģöbəsinin 
müdiri,  Azərbaycan  Elmlər  Akademiyasının ġərqĢünaslıq  Ġnstitutunda baĢ  elmi  iĢçi, 
Tarix  Ġnstitutunda  elmi  katib,  baĢ  elmi  iĢçi  və  aparıcı  elmi  iĢçi  vəzifəsində 
iĢləmiĢ, 1993-cü  ildən  ömrünün  sonuna  qədər  Akademiyanın  Arxeologiya  və 
Etnoqrafiya  Ġnstitutunun  aparıcı  elmi  iĢçisi  olmuĢdur.  O,  ―Bakının  tarixinə  dair 
oçerklər‖,  ―Orta  əsrlərdə  Azərbaycan  və  Hindistanın  iqtisadi  və  mədəni  əlaqələri‖  və 
―ġirvanĢahlar  dövlətinin  tarixi‖  kitablarının  müəllifidir.  Bu  tədqiqatlarına  görə  Sankt-
Peterburqda  tarix  elmləri  namizədi,  Tbilisidə  isə, 1966-cı  ildə  tarix  elmləri  doktoru 
adına layiq görülmüĢdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, 
tədqiqatlarına  görə  isə  o, Azərbaycan  Dövlət  Mükafatı laureatı,  "ġöhrət"  ordeni  və 
respublikanın  əməkdar  elm  xadimi  adı  ilə  mükafatlandırılmıĢ, Xəzər  Universitetinin 
Fəxri  Doktoru  adını  almıĢdır.  Görkəmli  alim 2001-ci  il iyulun  17-də 96  yaĢında  vəfat 
etmiĢdir.  Sara  xanım  AĢurbəyli  XX  əsrin  inqilabdan  əvvəlki,  sovet  və  postsovet 
dövrlərindəki Azərbaycan qadınının yeni obrazının təcəssümü idi. 
Əsərləri: ‖Bakı Ģəhərinin tarixi: Orta əsrlər dövrü‖ (1998), ‖ ġirvanĢahlar dövləti (VI –
XVI  əsrlər).‖(1997),  ‖Azərbaycanın  orta  əsrlərdə  Hindistanla  iqtisadi  və  mədəni 
əlaqələri‖  (1990),  ‖Orta  əsr  Bakı  (VIII  -  əvvəli.xıx  в.в)  tarixi  oçerk‖  (1964),  ‖ġirvan 
Ģəhərlərinin sosial-iqtisadi və siyasi tarixinin XVI - XVII ə. Azərbaycan MEA-nın tarix 
Ġnstitutunun arxivi‖, ‖IX - X əsrlərdə ġirvanın xəritəsi‖ vəs.  
Filmoqrafiya: Böyük Ġpək Yolunda (film, 1986) (elmi məsləhətçi) 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə