Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə7/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   2   3   4   5   6   7   8   9   10   ...   121

18 
 
 Xarici ədəbiyyat 
 12.Amerika yazıçısı Cek Londonun anadan olmasının 140 illiyi  (1876- 1916) 
“İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır.”
                             
                                                                                                                                 Cek London 
Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar, 1876 -
 22 noyabr, 1916) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə 
dolu hekayə və romanlar müəllifi  
 
Con  Qriffit  Çeyni 1876-cı  il   12  yanvar tarixində San-
Fransisko Ģəhərində  anadan  olmuĢdur.  Cek  London  çox  kiçik 
yaĢlarından  ağır  zəhmətə  qatlaĢmalı  olur.  Məktəbli  illərində 
qəzetlər  satır,  on  dörd  yaĢında  isə  konserv  fabrikinə  iĢə  düzəlir. 
Lakin  iĢi  çox  ağır  olduğundan  buranı  tərk  etməli  olur.  Qadağan 
olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məĢğul olur. 
1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz piĢiyi ovuna çıxan gəmiyə 
matros  düzəlir.  Ġlk  dəniz  səfəri  Londonda  olduqca  böyük  təəsüratlar  oyatmaqla  onun 
gələcək  yaradıcılığına  böyük  təsir  göstərir.  Əsərlərinin  motivləri  əsasında  50-dən  artıq 
film çəkilmiĢdir. Cek London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə 
gəlir  və  bu  gəliĢ  kifayət  qədər  uğurlu  olur.  Belə  ki,  San-Fransisko  qəzetlərindən  biri 
gənc  yazıçını  mükafatlandırır.  Bir  az  sonra  qələmə  aldığı  "Canavar  oğlu"  (Boston, 
1900),  "Atalarının  tanrısı"  (Çikaqo,  1901),  "ġaxtanın  övladları"  (Nyu-York,  1902), 
"Ġnsana  inam"  (Nyu-York,  1904),  "Ayüzlü"  (Nyu-York,  1906),  "ĠtirilmiĢ  sima"  (Nyu-
York, 1910) hekayələrindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), 
"Martin Ġden" romanları yazıçıya böyük Ģöhrət gətirir. 1894-cü ildə Buffaloda 30 gün 
müddətinə həbs edilən London daha sonra Oaklanda geri qayıtdı və Oakland Litseyinə 
yazıldı. Burada ―Aegis‖ məktəb jurnalında bəzi yazıları nəĢr edilir. Cek London 1916-ci 
il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen Ģəhərciyində vəfat edir. 
Əsərləri: ―Yaponiya sahillərində tayfun‖, ―Canavar oğlu‖ (Boston, 1900), ―Atalarının 
tanrısı‖ (Çikaqo, 1901),  ―ġaxtanın övladları‖ (Nyu-York, 1902), ―Ġnsana inam‖ (Nyu-
York, 1904), ―Ayüzlü‖ (Nyu-York, 1906), ―ĠtirilmiĢ sima‖ (Nyu-York, 1910) 
hekayələrindən ibarət toplu, ―Qarlar qızı‖ (1902), ―Dəniz canavarı‖ (1904), 
‖Martin Ġden‖, ―Həyat eĢqi‖ və s. 
 
 
 
 
 
 
 
 
 
 
 


19 
 
13.İngilis yazıçısı ssenarist Maykl Bondun anadan olmasının  90 illiyi  (13.01.1926) 
 
 
Ġngilis  yazıçısı,  ssenaristi  Maykl  Bond  13  yanvar  1926-cı  ildə 
Böyük  Britaniyanın  cənub-Ģərqində,  Nyuberidə,  BerkĢir 
qəsəbəsində  anadan  olmuĢdur.  ―Ayı  balası  Paddinqton‖ 
haqqında məĢhur kitablar seriyasının müəllifidir.  
M.Bond  1945-ci  ildə  yazıçılığa  baĢlayır.  1958-ci  ildə  artıq  bir 
çox  pyeslərin  və  hekayələrin  müəllifi  olan  yazıçı,  Paddinqton 
haqqında  ilk  hekayəsini    nəĢr  etdirir.  BBC-də  çalıĢan  M.Bond 
1965-ci  ildə  artıq  bu  balaca  ayı  haqqında  hekayələr  seriyasını 
dərc  etdirir.  Bundan  sonra  radiodan  iĢdən  çıxan    yazıçı    özünü 
bütünlüklə  yaradıcılığa  həsr  edir.  Yazıçı  1997-ci  ildə  Britaniya 
imperiyası  ordeni  ilə  təltif  edilmiĢdir.  Hal-hazırda  Londonda  yaĢayır.  2007-ci  ildə 
Redinq universitetinin ədəbiyyat üzrə doktoru seçilmiĢdir. 
 
 
14.Rus yazıçısı Anatoli Rıbakovun anadan olmasının 105 illiyi (14. 01.1911) 
 
 
 
 
 
 
 
 
 
 
 
Rus yazıçısı Anatoli Rıbakov 14 yanvar 1911-ci ildə yəhudi ailəsində anadan olmuĢdur. 
1930-cu  ildə  Moskva  Nəqliyyat  mühəndisləri  institutuna  daxil  olmuĢ,  lakin 
komsomoldan  və  institutdan  xaric  olunaraq  sürgün  olunmuĢdur.  1941-ci  ildən 
müharibədə müxtəlif cəbhələrdə vuruĢmuĢ, Berlinin alınmasında iĢtirak etmiĢdir. 1998-
ci ildə Nyu-Yorkda vəfat etmiĢdir. 1947-ci ildə yaradıcılığa baĢlayan A.Rıbakov gənclər 
üçün macəra əsərləri olan ―Bürünc  quş‖ və s. povestləri qələmə alır. Ġlk romanı olan 
―Sürücülər‖ 1950-ci ildə yazılmıĢdır. Yazıçı sonrakı illərdə ―Yekaterina Voronina‖
―Ağır qum‖―Arbat övladları‖ və s. romanlarını qələmə almıĢdır. 
Yazıçının  əsərləri  ümumi  tirajı  20  milyon  nüsxədən  çox  olmaqla  52  ölkədə  nəĢr 
olunmuĢ,  çoxu ekranlaĢdırılmıĢdır.  
 
 
 
 


20 
 
14.Hyu Con Loftinqin anadan olmasının 130 illiyi (14.01.1886-1947) 
 
 
 
 
 
 
 
 
 
 
 
Ġngilis  uĢaq  yazıçısı,  doktor  Aybolitin  prototipi  olan  Doktor  Dulittl  haqqında  əsərlər 
silsiləsinin  müəllifi  Hyu  Con  Loftinq  14  yanvar  1886-cı  ildə  Böyük  Britaniyada, 
Meydenxeddə  (BerkĢir  qraflığı)  anadan  olmuĢdur.  ABġ-da  Massaçusets  texnoloji 
institutunu,  1907-ci  ildə  London  Politexnik  institutunu  bitirmiĢdir.  Mühəndis  kimi 
Kanadada,  Cənubi  Afrikada,  Kubada  iĢləmiĢdir.  1912-ci  ildən  Nyu-Yorkda  yaĢamağa 
baĢlayır. Onun yazıçılıq karyerası da burada baĢlayır. 
H.C.Loftinq  Birinci  Dünya  müharibəsində  iĢtirak  edir,  yaralanır  və    ordudan 
tərxis  olunur.  1919-cu  ildə  ailəsi  ilə  birgə  Nyu-Yorka  qayıdır  və  yazıçılıq  fəaliyyətini 
bərpa  edir.  Müntəzəm  olaraq  doktor  Dulittlin  macəraları  haqqında  kitablarını  nəĢr 
etdirir. Yazıçı eyni zamanda mühazirələrlə çıxıĢ edir və daim öz gənc oxucuları ilə əlaqə 
saxlayır. Sonralar Kaliforniyaya köçən yazıçı 1947-ci ildə burada vəfat edir. 
Əsərləri:  Doktor  Dulittl  haqqında  əsərlər  silsiləsi,  Doktor  Dulittlın  səyahəti,  Doktor 
Dulittlın sirki,  Doktor Dulittlın zooparkı,  Hay-küyçü Nora və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə