Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Bencamin Franklinin anadan olmasının 310 illiyi (17.01.1706-17.04.1790)



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə8/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   4   5   6   7   8   9   10   11   ...   121

21 
 
17.Bencamin Franklinin anadan olmasının 310 illiyi (17.01.1706-17.04.1790) 
 
Bencamin Franklin 1706-cı il yanvar ayının 17-də Bostonda də- 
mirçi  ailəsində  anadan  olmuĢdur.  13  yaĢından  tipoqrafiyada 
iĢləməyə baĢlamıĢdır. Artıq 16 yaĢına çatanda yerli qəzetlərdə 
məqalələri  çıxmağa  baĢlayır.  Lakin  Boston  ona  cansıxıcı 
gəldiyindən o Pensilvaniyaya - Filadelfiya Ģəhərinə gəlir. Orada 
özünə  çox  böyük  Ģöhrət  qazanır  və  Filadelfiya  qubernatoru 
tərəfindən  Londona  göndərilir.  Bir  çoxları  bilməsə  də  məhz 
Bencamin  Franklin  tərəfindən  dünyada  ilk  dəfə  olaraq  öz 
üzvləri  üçün  pulsuz  kitabxana  və  elm  mərkəzinə  malik  olan 
klub  yaradılmıĢdır.  Həmin  dövr  üçün  bu,  görünməmiĢ  addım 
idi.  Dövlət  qulluğunda  olduğu  zaman  ərzində  1743-cü  ildə  Amerika  Fəlsəfə 
cəmiyyətinin və  Filadelfiya  Akademiyasının da  yaradıcısı bu dahi Ģəxsiyyət  olmuĢdur. 
Franklin  bütün  koloniya  nümayəndələrinin  iĢtirakı  ilə  konqressin  çağırılmasının  ilk 
təĢəbbüskarlarından  olmuĢdur.  1757-1775-ci  illərdə  Franklin  ġimali  Amerika 
koloniyalarının Londonda təmsilçisi olmuĢdur. Azadlıq Müharibəsi baĢlayan kimi o öz 
vətəninə  qayıtmıĢdır.  Tezliklə  Parisə  yenidən  nümayəndə  kimi  göndərilmiĢdir.  Onun 
xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerikan danıĢıqları uğurla baĢa çatır. 
1783-cü ildə Versal danıĢıqlarında Böyük Britaniyanın Amerikanı suveren və müstəqil 
olduğunu  rəsmən  tanıması  da  Franklinin  əməyinin  nəticəsidir.  Məhz  o,  müharibənin 
uğurlu sonluğunun və bugünkü qüdrətli Amerika dövlətinin təməlini qoyan və dövlətin 
xarici  düĢmənlərini  neytrallaĢdıran  Ģəxsiyyət  idi.  1785-ci  ildə  vətəninə  qayıdanda 
qanunverici  yığıncağın  prezidenti  seçilir.  Onun  digər  bir  xidməti  də  ABġ 
Konstitusiyasının  hazırlanması  zamanı  yaxından  bu  iĢdə  kömək  etməsi  olmuĢdur. 
Bencamin  Franklin  Amerika  BirləĢmiĢ  ġtatlarının  banilərindən  biri,  yüksək  intellektə 
sahib olmaqla, yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, 
dövlət  xadimi  və  diplomat  kimi  məĢhurluq  qazanmıĢdır.  Elmdə  elektrik  və  optika 
sahəsindəki  tədqiqatları  ilə  tanınır.  O,  ABġ-da  ilk  ictimai  kitabxananın  və 
Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır. Bencamin Franklin ABġ-ın 
baniləri arasında yeganə Ģəxsdir ki, Amerika BirləĢmiĢ ġtatlarının yaranmasında əsas rol 
oynayan  hər  üç  sənədə  imza  atmıĢdır.  Bunlar  ABġ  Ġstiqlal  Bəyannaməsi,  ABġ 
Konstitusiyası  və  13  Britaniya  koloniyasının  müstəqillik  uğrunda  apardığı  müharibəni 
bitirən  1783-cü  il  Versal  sülh  müqaviləsidir.  1928-ci  ildən  Franklinin  portreti  ABġ-ın 
100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur. Onun dahiliyi həm də onda idi 
ki, o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil, həm də alim kimi o dövrün ən 
məĢhur simalarından idi. Belə ki, müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları 
ilə bağlı  elmi  yanaĢmanın banilərindən biri də  Bencamin  Franklin olmuĢdur. Franklin, 
yaĢamaq  hüququ,  azadlıq  hüququ  və  mülkiyyət  hüququnu  insanın  təbii  ayrılmaz 
hüquqlarından  sayırdı.  Onun  elmi  pamfletləri  və  məqalələri  əsasında  günlərimizdə  ən 
inkiĢaf  etmiĢ  dövlətlər  insan  hüquqları  sahəsində  öz  daxili  strategiyalarını  müəyyən 
edirlər. Bencamin Franklin 1790-cı il aprel ayının 17- də vəfat etmiĢdir.  
 


22 
 
24.Alman yazıçısı, bəstəkar, rəssam Ernest Teodor Amadey Hofmanın anadan      
     olmasının 240 illiyi  (1776-1822)
  
 
 
 
Ernest Teodor Amadey Hofman (alm. Ernst Theodor 
Amadeus Hoffmann, 24 yanvar 1776 –25 yanvar 1822) 
Alman yazıçısı 
 
 
 
Ernest  Teodor  Amadey  Hofman 24  yanvar 1776-cı  ildə  Köniqsberq  Ģəhərində  anadan 
olmuĢdur.  Onun  ata-anası  yola  getmədiklərinə  görə  ayrılmıĢlar.  Hofman  nənəsi  ilə 
qalmıĢdır. O, ağır həyat keçirmiĢ, demək olar ki, aclıq içində yaĢamıĢdır. Unversitetdə 
hüquq  elmləri  üzrə  təhsil  almıĢdır.  Ernest  Teodor  Amadey  Hofman   hələ  gəncliyində 
müsiqi,  ədəbiyyat,  rəssamlıqla  məĢğul  olmuĢ,  ilk  günlərdən  ictimai  mühitin  diqqətini 
cəlb  etmiĢdir.  1807-ci  ildə  o,  bütün  iĢlərini  buraxıb  Berlinə  köçür,  1808-ci  ildə  o,  iĢ 
tapır.  O,  Almaniyada  Banberq  teatrında  bəstəkar,  Drezden  və  Leypsiqdə  opera 
truppasında  musiqi  üzrə  direktor,  rejissor  iĢləmiĢdir.  Ernest  Teodor  Amadey 
Hofman   romantik  operanın  –  ―Ġndianın‖  yaradıcısıdır.  Hofman  30-dan  çox  bədii  əsər 
yaratmısdır. Onun ilk novellası 1809-cu ildə,  ―Qızıl bardaq‖ (1814), 1876-cı ildə ―Ġblis 
eliksiri‖  və  s.  romanlarını  yazır.  A.Hofman  1822-ci  ilin  25  yanvarında  Berlində  vəfat 
etmiĢdir. 
Əsərləri: ―Qızıl bardaq‖ (1814), ―Ġblis eliksiri‖ (1876), ―ġelkunçik və siçanlar padĢahı‖ 
və s.  
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


23 
 
27.Rus yazıçısı M.Saltıkov-Şedrinin anadan olmasının 190 illiyi (1826-1889) 
 
Mixail Saltıkov-Şedrinin  bədii və publisistik əsərləri rus ədəbiyyаtındа tənqidi 
rеаlizmi dаhа dа inkişаf еtdirmişdir. 
      
Mixail Yevqrafoviç Sаltıkоv-ġеdrin 1826-cı il yanvar ayının 27-də Mоskvа vilаyətinin 
Tаldоm  rаyоnundа  аnаdаn  оlmuĢdur.  Оrtа  məktəbi  qurtаrdıqdаn  sоnrа  bədii 
yаrаdıcılıqlа  məĢğul  оlmаğа  bаĢlаmıĢdır.  Nаturаl  məktəb  ruhundа  yаzılmıĢ  ilk 
pоvеstlərinə (―Ziddiyyətlər‖ 1847, ―DоlаĢıq iĢ‖ 1848) görə həbs оlunmuĢ və sоnrаdаn 
Vyаtkаyа  sürgün  еdilmiĢdi.  1855-ci  ildə  sürgündən  Pеtеrburqа  qаyıdаrаq,  ədəbi 
fəаliyyətini  dаvаm  еtdirmiĢdir.  "Qubеrniyа  оçеrkləri"ndə  (1856-1857)  təhkimçilik 
quruluĢunа  nifrət,  təhkimçi  kəndlilərə  rəğbət  mоtivləri  gеniĢ  əks  оlunmuĢdur.  1856-
1862-ci  illərdə  bir  sırа  yüksək  qubеrniyа  vəzifələrində  çаlıĢаn  Sаltıkоv  оnlаrlа 
cinаyətkаr  mülkədаrı  məhkəməyə  cəlb  еtmiĢ,  çохlu  rüĢvətхоr  məmur  хidmətdən 
çıхаrılmıĢdır.  1862-ci  ilin  əvvəllərində,  еhtimаl  ki,  ―yuхаrılаrın‖  təkidi  ilə  Sаltıkоv 
istеfаyа  göndərilmiĢdir.  Dövlət  хidmətindən  uzаqlаĢdırıldıqdаn  sоnrа  ―Russkаyа 
prаvdа‖  jurnаlını  nəĢr  еtmək  fikrinə  düĢdü,  lаkin  hökumət  bunа  icаzə  vеrmədi. 
N.А.Nеkrаsоvun  dəvəti  ilə  ―Sоvrеmеnnik‖  jurnаlının  rеdаksiyаsınа  iĢə  girdi.  Оnun 
burаdа dərc еdilmiĢ "Ġctimаi həyаtımız" аylıq Ģərhləri həmin illər rus publisistikаsı və 
ədəbi  tənqidinin  görkəmli  nümunələrindən  sаyılır.  1864-cü  ildə  Sаltıkоv  dövlət 
хidmətinə  qаyıtsа  dа,  rus  tənqidi  rеаlizm  ənənələrinə  sаdiq  qаldı.  1868-ci  ildə  çаrın 
göstəriĢi  ilə  Sаltıkоv  birdəfəlik  еhtiyаtа  burахıldı  və  оnа  hər  hаnsı  bir  dövlət  vəzifəsi 
tutmаq  qаdаğаn  еdildi.  Həmin  vахtdаn  Sаltıkоv  ―Оtеçеstvеnnıyе  zаpiski‖  jurnаlındа 
iĢləmiĢ,  Nеkrаsоvun  vəfаtındаn  sоnrа  isə  оnun  bаĢ  rеdаktоru  оlmuĢdur.Bədii 
yаrаdıcılığının  zirvəsi  оlаn  "Bir  Ģəhərin  tаriхi"  (1869-1870),  "Nəcib  nitqlər"  (1872-
1876), "Müаsir idilliyа" (1877-1881), "Хаlаcığаzа məktublаr" (1881-1882) əsərlərində 
mütləqiyyət  və  təhkimçilik  quruluĢu  kəskin  sаtirа  аtəĢinə  tutulur,  о  dövr  rus 
cəmiyyətinin  sоsiаl  ziddiyyətləri,  kаpitаlist  münаsibətlərinin  yаrаnmаsı  göstərilir. 
Sаltıkоv  ömrünün  sоn  illərində  "Nаğıllаr"  (1882-1886),  "Həyаtın  təfərrüаtı"  (1886-
1887) və s. kimi bədii sənət inciləri yаrаtmıĢdır. Еzоp üslubu Sаltıkоv sаtirаsının bаĢlıcа 
хüsusiyyətlərindəndir.  Dаhi  rus  yаzıçısı  Sаltıkоv-ġеdrin  1889-cu  il,  mаy  аyının  10-dа 
Pеtеrburq Ģəhərində vəfаt еtmiĢdir. 
Əsərləri: "Bir Ģəhərin tаriхi" (1869-1870), "Nəcib nitqlər" (1872-1876), "Müаsir 
idilliyа" (1877-1881), "Хаlаcığаzа məktublаr" (1881-1882), "Nаğıllаr" (1882-1886), 
"Həyаtın təfərrüаtı" (1886-1887) və s.  
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə