Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə5/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   2   3   4   5   6   7   8   9   ...   121

12 
 
15.Yazıçı Vaqif Musanın anadan olmasının 85 illiyi  (15.01.1936-24.10.1996) 
 
Musayev Vaqif Məmmədyusif oğlu – nasir, 1967-ci ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin 
üzvü (1964) 
 
 
 
 
Musayev Vaqif Məmmədyusif oğlu 1936-cı ilin yanvarın 15-də Quba rayonunun 
Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra 
ADU-nun filologiya fakültəsində təhsil almıĢdır (1960-1965).  
Ġlk  hekayəsi  –―KiĢi,  qadın  və  qız‖  1965-ci  ildə  ―Azərbaycan‖  jurnalında  çap  olunub. 
Əmək fəaliyyətinə ―Azərbaycan‖ jurnalının nəsr Ģöbəsində ədəbi iĢçi kimi baĢlamıĢdır 
(1965-1976).  1991-ci  ildən  ömrünün  sonuna  kimi  ġərq-Qərb  nəĢriyyatında  nəsr 
Ģöbəsinin müdiri vəzifəsində çalıĢmıĢdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü 
olmuĢdur  (1991).  Yeddi  kitabın  –  o  cümlədən  çox  saylı  povest  və  romanların  (―Od, 
yaxud  gecə  mahnısı‖,  ―Bəyim  çayı  boyunca‖,  ―Səhər  mehi‖  və  s.)  müəllifidir.  Vaqif 
Musayev 1996-cı il oktyabrın 24-də vəfat etmiĢ, Rustov kəndində dəfn edilmiĢdir. 
Əsərləri: ‖KiĢi, qadın və qız‖(1967), ―Od, yaxud gecə mahnısı‖(1973), ―Səhər 
mehi‖(1978), ―Bəyim çayı boyunca‖(1982), ―Ömrün də yazı varmıĢ‖(1988), ―Sənin 
yolunda‖(1994) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


13 
 
17.Şairə Mədinə Gülgünün anadan olmasının 90 illiyi (17.01.1926-17.02.1991) 
 
“Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-qadın qəlbinin münbit 
əsrarlı kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq arzuları, vətəni qorumaq, 
doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. Mədinə Gülgünün şeirlərində 
həmişə öz əksini tapmışdır”. 
                                                                                                   Professor Bəkir Nəbiyev
 
“Gülgün həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Onun qəlbində vətən 
həsrəti, analıq duyğuları, mübarizə eşqi bir vəhdət təşkil edir. Ürəyində belə gözəl 
duyğular yaşadan şairənin yolu daim yüksəlişədir!” 
                                                            Xalq şairi Mirvari Dilbazi                                                                 
Mədinə Gülgün-Azərbaycan şairəsi, Azərbaycanı
əməkdar incəsənət xadimi. Azərbaycan SSR Ali Soveti Rəyasət 
Heyətinin Fəxri Fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı" 
ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və 
digər medallarla təltif olunmuşdur.  
Mədinə  Gülgün 1926-cı  il yanvarın  17-də Bakıda fəhlə  ailəsində 
anadan  olmuĢdur.  M.Gülgün    Azərbaycan  Pedaqoji  Ġnstitutu-
nun dil və ədəbiyyat fakültəsini  bitirmiĢdir.  Mədinə  Gülgünün  ilk 
yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə 
illərinə təsadüf edir.Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini 
təĢkil edir. Onun Ģeirlərində baĢlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan 
irəli  gəlirdi.  Mədinə  Gülgünün  poeziyasının  ağır  sinaqlarla  dolu  olan  yollarında  ilk 
addımıarını atdığı gündən onun lirasının ötdüyü nəğmələrin baĢ ahəngini xalqa,doğma 
vətənə  övlad  məhəbbəti,oxucularını  ağ  günlərə  və  qurtuluĢ  uğrunda  döyüĢlərə  çağırıĢ 
nidaları  baĢlıca  motivlərini  təĢkil  etmiĢdir.  Onun  əsərləri  bir  sıra  xarici 
ölkələrin dillərinə tərcümə olunmuĢdur.   ġairin Bakıda və Moskvada ―Təbrizin  baharı‖ 
(1950),  ―Savalanın  ətəklərində‖  (1950);  ―Sülhün  səsi‖  (1951);  ―Yadigar  üzük‖ 
(1953); ―Təbriz qızı‖  (1956);  ―Firudin‖  (poema)  (1963); ―Dünyamızın  sabahı‖  (1974); 
―Durnalar qayıdanda (1983); ―Dünya Ģirin dünyadır‖ (1989) ―Çinar olaydı‖,  ―Arzu bir 
ömürdür‖,  ―Yora  bilməz  yollar  məni‖  (1978),  ―Könlümü  ümidlər  yaĢadır‖  və  onlarca 
diğər  Ģeir  kitabı  dərc  olunmuĢdur.  Bu  kitabların  baĢlıca  mövzusu  insan, 
azadlıq, Təbriz həsrəti,  insanlara  canı  yanan  bir  ana  qəlbinin  arzu  və  istəkləridir. 
Onun   lirik  Ģeirlərinə  mahnılar  bəstələnmiĢdir.  Mədinə  Gülgün 17  fevral 1991-ci 
ildə Bakıda vəfat etmiĢ, Fəxri Xiyabanda dəfn olunmuĢdur. 
Əsərləri: ―Təbrizin baharı‖ (1950), ―SeçilmiĢ əsərləri: ġeirlər və  poemalar‖ (1986), 
‖Yadigar üzük‖ (1953), ‖Pərvanə‖(1955), ‖Günlər və xatirələr‖ (1959), ‖Firidun‖ 
(1963), ‖Dünyamızın sabahı‖ (1976), ‖Arzu da bir ömürdür: (ġeirlər və poemalar)‖ 
(1976), ‖Ömrün payız dayanacağı‖ (1983), ‖Dünya Ģirin dünyadır‖ (1989), ‖Mən bu 
ömrü yaĢadım‖ (1997),  ―Yora bilməz yollar məni‖ (1978), ―Çinar olaydı‖ (1985), 
‖Qürbət elə qürbətdi; Bir dəli rüzgarım...; DanıĢım danıĢmayım..;‖ (ġeirlər) (1993), 
―Sarı bülbül‖ (ġeirlər) (1992) və s.  


14 
 
19.Yazıçı, publisist Əşrəf İbrahimovun anadan olmasının 75 illiyi   
(19.01.1941-09.12.2000) 
 
 
İbrahimov Əşrəf Məmmədvəli oğlu nasir, publisist, 1988- ci 
ildən Azərbaycan Yazıçılar Birliyinin və  Rəssamlar 
Birliyinin üzvü (1981) 
 
 
 
 
 
 
1941  -  ci  il  yanvarın  19-da  Azərbaycanın  VartaĢen  (indiki  Oğuz)  rayonunun  Yaqublu 
kəndində  kolxozçu  ailəsində  doğulmuĢdur.  Orta  məktəbi  VartaĢendə  bitirmiĢ,  Ə. 
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirmiĢdir 
(1959-1964),  Azərbaycan  SSR  Dövlət  Musiqi  Mədəniyyəti  Muzeyində  tərtibçi-
rəssam(1967-1969)  iĢləmiĢdir.  ADU-  nun  jurnalistika  fakultəsində  təhsilini  davam 
etdirmiĢdir(1965-1971).  Azərbaycan  Dövlət  Televiziya  və  Radio  VerliĢləri  ġirkətində 
―Gənclik‖  redaksiyasında  kiçik  redaktor,  məktəblilər  üçün  veriliĢ  redaksiyasında, 
ədəbiyyat və incəsənət redaksiyasında redaktor, böyük redaktor olmuĢdur(1970-1978). 
―Ədəbiyyat  və  incəsənət‖  qəzetində  təsviri  incəsənət  Ģöbəsinin  müdiri(1978-1991), 
―Ġncəsənət‖qəzetinin baĢ redaktoru (1991-2000) olmuĢdur. Hekayə və publisist yazıları 
dövri mətbuatda 1969- cu ildən müntəzəm dərc olunmuĢdur. ƏĢrəf Ġbrahimov 2000-ci il 
dekabrın 9-da Bakıda vəfat etmiĢdir.  
 
Əsərləri: ―Talelər‖ (1971), ―Azərbaycan mənzərəsi‖ (1975), ―Bəyli kəndinin evləri‖ 
(1985), ―Hafiz Məmmədov‖ (1985), ―Hacağa Nəzərov‖ (1986), ‖Hekayələr‖ (1990), 
―Sultan Məhəmməd‖ (1992), ‖Əminə Dilbazi‖ (2000) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə