Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 70 illiyi



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə21/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   17   18   19   20   21   22   23   24   ...   121

53 
 
 
13.Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 70 illiyi  
(13.02.1946-08.03.2006) 
Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, 
psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə uyğundur. Oynadığı rollar janr 
xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun 
aktyor təbiətində ilk baxışda “gizli” görünən, ancaq duzlu və cazibəli yumor var idi. 
O, bu yumordan həssaslıqla, yığcam “xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli
könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla 
istifadə edərdi. 
Səhnə  və  ekran  ustası  Əliabbas  Qədirov  teatr  və  kino 
yaradıcılığındakı uğurlarına görə  1978 - ci ildə Azərbaycan 
SSR Dövlət mükafatına layiq görülmüşdür.   1 dekabr 1982-
ci  ildə  Azərbaycan  Respublikasının  əməkdar  artisti  və  17 
may 1989-cu ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 
Xalq artisti, ―Şöhrət‖ ordeni laureatı  
Əliabbas Qədirov Azərbaycanın məĢhur qiraət ustalarından biri 
olmuĢdur,  onun  ifasında  Füzuli,  Vaqif,  Nəsimi,  Sabir...  kimi 
dahilərin poetik nümunələri lentə alınıb. Əliabbas Gülabbas oğlu 
Qədirov  13  fevral  1946-cı  ildə  Bakıda  anadan  olub.  Səhnə 
sənətinə  səkkizinci  sinifdən  baĢlayaraq  maraq  göstərib.  MəĢhur 
aktyor  26  dekabr  2001-ci  ildə  teatrın  bədii  rəhbəri  və  direktoru  təyin  edilib.  Onun 
oynadığı  tamaĢaların  bir  qismi  televiziyanın  ―Oızıl  fond‖una  daxildir.  Onlardan 
Süleyman  Sani  Axundovun,  ―Laçın  yuvası‖  (Cahangir),  Məmməd  Muradın  ―Təkan‖ 
(Dilqəm),  Ġlyas  Əfəndiyevin  ―Atayevlər  ailəsində‖  (Cahangir),  Mirzə  Fətəli 
Axundzadənin  ―Hacı  Qara‖  (Heydər  bəy),  Əbdürrəhim  bəy  Haqverdiyevin  ―Bəxtsiz 
cavan‖  (Fərhad),  Mar  Bayciyevin  ―Duel‖  (Ġsgəndər),  Dazortsevin  ―Qəbula  gələn 
sonuncu adam‖ (KiĢi) əsərlərinin teletamaĢasında Əliabbas Qədirovun yaradıcılığı daha 
parlaq  Ģəkildə  təcəssüm  tapıb.  Əliabbas  Qədirov  teatrla  yanaĢı,  kino  aktyoru  kimi  də 
məĢhur  olmuĢ  və  böyük  uğurlar  qazanmıĢdır.  Hətta  o,  məhz  kinorejissor  Eldar 
Quliyevin  çəkdiyi  ―Sevinc  buxtası‖  iki  seriyalı  bədii  fılmindəki  Nazim  roluna  görə 
Azərbaycan  Respublikasının  Dövlət  mükafatına  layiq  görülmüĢdür.  Aktyor  bundan 
əlavə  ―Azərbaycanfilm‖də  ―Xatirələr  sahilində‖  (Ġmran),  ―Nəğmə  dərsi‖  (Ata),  ―Nə 
yaxĢı  ki,  Səməd  Vurğun  var‖  (Vaqif),  ―Bizim  evin  kiĢisi‖  (Mansur),  ―Qızıl  uçurum‖ 
(Cəlil),  ―Qocalar‖  (Fəriz),  ―Babək‖  (Fəzl),  ―Dənizdən  iĢarə‖  (Sultanov),  ―Sevinc 
buxtası‖  (Nazim)  kimi  kinolentlərinə  çəkilib.  Azərbaycan  Dövlət  Akademik  Dram 
teatrının bədii rəhbəri Əlabbas Qədirov 08.03.2006- cı ildə  60 yaĢında ağ qan xərçəngi 
xəstəliyindən vəfat edib. Ġkinci Fəxri Xiyabanda dəfn edilib. 
Filmoqrafiya: Nə yaxĢı ki, dünyada Səməd Vurğun var (film, 1976), Od içində (film, 
1978), Babək (film, 1979), Onun bəlalı sevgisi (film, 1980), Əzablı yollar (film, 1982), 
ġuĢa  (film,  2001),  GüllələnmiĢ  heykəllər  (film,  2002),  Heydər  Əliyev  və  Azərbaycan 
rabitəsi (film, 2003), Haray (film, 2004), Küçələrə su səpmiĢəm (film, 2004) və s.  


54 
 
 
21.Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasının 95 illiyi  
(21.02.1921-03.11.2007) 
 
Böyükağa Mirzəzadə 
Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək 
onun daha da zənginləşməsinə nail olan, XX əsrin yetirdiyi çox istedadlı rəssam, sənət 
adamlarındandır. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları 
birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırmışdır.
 
 Böyükağa Məşədi oğlu Mirzəzadə — Azərbaycanın 
xalq rəssamı. 20.02.1998 –ci ildən "Şöhrət" ordeni 
laureatı 
 
 
 
 
 
Böyükağa  MəĢədi  oğlu  Mirzəzadə 21  fevral 1921-ci  ildə Bakıda anadan  olmuĢdur.  O, 
1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu və 1973-cü ildə Azərbaycan 
Dövlət  Ġncəsənət  Ġnstitutunu  bitirmiĢdir.  Rəssamlığın  müxtəlif  janrlarında  fəaliyyət 
göstərmiĢdir.  B.Mirzəzadə  1972-ci  ildə  "Nəriman  Nərimanov  "Ölülər"  pyesinin  ilk 
tamaĢası  münasibətilə  Cəlil  Məmmədquluzadəni  təbrik  edərkən"  (yağlı  boya) 
teatralaĢdırılmıĢ  qrup  portreti  tablosunu  yaratmıĢdır.  Əsər  Nizami  adına  Azərbaycan 
Dövlət Ədəbiyyat Muzeyində saxlanılır. B.Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində 
də  fəaliyyət  göstərmiĢdir.   Rəssamın  yaradıcılığı  həm  çoxĢaxəli  və  həm  də  məhsuldar 
olmuĢdur.  Böyükağa  Mirzəzadə  rəssamlıq  sənətinin  bir  neçə  janrında  eyni  dərəcədə 
yüksək  sənət  meyarlarına  uyğun  əsərlər  yaratmıĢdır.  Rəssamın  süjetli  tablo,  mənzərə, 
portret,  natürmort,  teatr  –  dekorasiya  və  digər  sahələrdə  yaratdığı  sənət  nümunələrinə 
nəzər  yetirərkən,  sənətkarın  yaradıcılıq  dühasının  geniĢliyi  və  əhatəliliyinin,  cəsarətli 
rəng  çalarlarının,  bədii  təxəyyülünün  və  ecazkar  fırçasının  qüdrətinin  bir  daha  Ģahidi 
olmaq olar.  Kompozisiya aydınlığını, iĢıq–kölgə həllində təsirliliyi, kolorit zənginliyini, 
impressionist  ənənələrinə  xüsusi  meyliliyi  rəssamın  yaradıcılığının  səciyyəvi 
xüsusiyyətləridir.  Rəssamın  çəkdiyi  portretlərə  tamaĢa  edəndə  onun  həssas  müĢahidə 
qabiliyyətinə  malik  olmasını,  obrazının  daxili  mənəvi  dünyasına  nüfuz  edərək  onları 
mahiranə  rəng  çalarları  ilə  yaratdığını  görmək  olar.  Rəssam  süjetli  tabloların  gözəl 
nümunələrini  yaratmıĢdır.  Bunlardan  ―Pambıq  tarlasında‖,  ―Pambıq  yığımı‖, 
―Çimərlikdə‖, ―Günorta‖, ―Bizim Lənkəranda‖, ―Xəzər neftçiləri‖, ―Bizim kəndin 
insanları‖,  ―Səhnə  arxasında‖  və  digər  əsərlərini  qeyd  etmək  olar.  Böyükağa 
Mirzəzadə  3 noyabr  2007-ci ildə Bakıda vəfat etmiĢdir. 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə