Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə29/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   25   26   27   28   29   30   31   32   ...   121

74 
 
Yubilyar yazıçı və şairlər 
 
3. Şairə Hökumə Billurinin anadan olmasının 90 illiyi (03. 03.1926-22.11.2000) 
 
Qollarım dolana boynuna bir gün 
Yenə baş qoyaram dizinə Təbriz 
Həsrətdən hicrandan cana doymuşam 
Doyunca baxaram gözünə Təbriz 
 
Billuri Hökumə (Həkimə) İbrahim qızı — Azərb. şairi, 
ədəbiyyatşünas, filol. e.n. (1963), Azərb. Resp. əməkdar 
incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta 
Şərq Xalqları İnstitutunda baş elmi işçi. 
Hökumə  Ġbrahim  qızı  Billuri Cənubi  Azərbaycanın Zəncan Ģəhərində  dünyaya  göz 
açmıĢdı.  Bütün  uĢaqlar  kimi,  o  da  qayğısız,  xoĢbəxt  böyümüĢdü.  Yeniyetmə  yaĢına 
çatanda  isə  hissləri,  duyğuları  onun  düĢüncəsini  dəyiĢər,  təfəkküründə  haqqa,  ədalətə 
tapınmaq  kimi  fikirlər  oyanardı.  Gənc  Hökumə  sevincini,  kədər  və  intizarını  poetik 
formada  bildirməyi  bacarırdı.  Cənubi  Azərbaycanda  milli  azadlıq  və  demokratik 
hərəkatın  (1941-45)  fəal  iĢtirakçısı  olmuĢdur.  1947-ci  ildə  Bakı  Dövlət  Universitetinin 
filologiya  fakültəsinə  qəbul  olundu.  Amma  ürəyindən  nisgil  çəkilmədi.  Azərb.  Dövlət 
Un-tinin  filol.  fakültəsini  (1952)  və  Moskvada  Ġctimai  Elmlər  Akademiyasını  (1963) 
bitirmiĢdir. Yaradıcılığı məhsuldar oldu. Hökumə xanım kövrək Ģeirlər müəllifi olduğu 
kimi,  həm  də  son  dərəcə  mədəni,  alicənab  insan  idi.  Onun  20-yə  yaxın  kitabı  yadigar 
qalıb. Əsl ziyalı əvvəl mənsub olduğu xalqını, sonra özünü düĢünməlidir. Billuri məhz 
belə  qələm  sahiblərindən  idi.  Hökumə  Billuri  əməkdar  incəsənət  xadimi  fəxri  adına, 
müxtəlif  fərmanlara,  diplomlara  layiq  görülmüĢdür.  ―Ürək  dustaq  oldu  dərdə,  fərağa‖ 
desə  də,  onun  ömründən  bugünümüzə  daim  anılan  unudulmaz  xatirələr  yadigar 
qalmıĢdır. Hökumə  Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmiĢdir.Vətən həsrəti 
ilə  qəlbi  döyünən  Ģairənin  el  arasında  məhĢur  Ģerlərindən  biridə  ―Təbriz‖  Ģeridir. 
Azərbaycan Demokrat Firqəsi MK orqanı ―Azərbaycan‖ qəzetinin baĢ redaktoru (1956-
60), Azərbaycan EA ġərqĢünaslıq Ġnstitunun baĢ elmi iĢçisi (1964 ildən) olmuĢdur. 
Əsərləri: ―Mənim arzum‖ (1949), ―Mübarizə illərində‖ (1951), ―ġairin yadigarı‖ 
(1957), ―Səndən uzaqlarda‖ (1961), ―Səhər günəĢi‖ (1964), ―Ġstərəm‖ (1969), ―Çinar 
gözləyir məni‖ (1975), ―ġerlər‖ (1980), ―Bir də bahar gəlsə‖ (1984) və s. kitabları, 
―Səriyyə‖ (―Ölməz qəhrəman‖), ―Sənin həyatın‖, ―Məhin‖, ―O göylərin altında‖ 
poemaları. M. ġəhriyarın farsca Ģerlərini Azərbaycan dilinə,  Səməd Vurğunun 
―Zəncinin arzuları‖ poemasını, Cəfər Cabbarlı, Mirvarid Dilbazi, Nəbi Xəzri və 
baĢqalarının Ģerlərini isə fars dilinə tərcümə etmiĢdir. Müasir Cənubi Azərbaycan 
ədəbiyyatına, o cümlədən M.ġəhriyarın həyat və yaradıcılığına dair tədqiqatların 
müəllifidir.  
 


75 
 
5.Tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin anadan olmasının 80 illiyi  
  (05.03.1936-25.08.2002) 
"Ağlının,  zəkasının  bütün  ruhunu  yazdığı  əsərlərinə  köçürən  Yaşar  Qarayevin 
əbədiyyətə  hicrəti,  bütün  xalqımız,  xüsusən  onu  şəxsən  tanıyanlar,  şəxsiyyəti  ilə 
təmasda  olanlar  üçün  nə  qədər  ağır  olsa  da,  əbədi  ölümsüzlük  səlahiyyətinin 
təsdiqidir.  Böyük  ağlın  gücü  və  əbədi  ruhun  məsumluğunu  özündə  birləşdirən 
Yaşarın əsərləri bundan sonra da neçə-neçə alimlər nəslinə yol göstərəcəkdir.” 
                                                                                                
Akademik Kamal Talıbzadə
         
                                                                                                      
Qarayev 
Yaşar 
Vahid 
oğlu — 
tənqidçi, 
ədəbiyyatşünas, 1964-cü  ildən Azərbaycan  Yazıçılar 
Birliyinin üzvü,  filologiya  elmləri  doktoru  (1980), 
professor  (1985),  Azərbaycan  Dövlət  mükafatı 
laureatı  (1980),  Azərbaycanın  Əməkdar  elm  xadimi 
(1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasını
həqiqi 
üzvü  (1990), Azərbaycan  Milli  Elmlər 
Akademiyasının müxbir üzvü (2002).
 
YaĢar  Qarayev  1936-cı  il  martın  5-də  ġəki  Ģəhərində  xırda  sənətkar  ailəsində  anadan 
olmuĢdur.  ADU-nun  filologiya  fakültəsində  təhsil  almıĢdır  (1954-1958).  Azərbaycan 
Yazıçılar  Ġttifaqının  tənqid  və  ədəbiyyatĢünaslıq  Ģurasının  rəhbəri  olmuĢdur  (1976-
1991). "Ədəbi proses" adlı illik elmi-tənqidi məcmuənin təĢəbbüsçüsü, müəlliflərindən 
biri və məsul redaktoru olmuĢdur. Respublikanın elmi və ədəbi-mədəni inkiĢafında fəal 
çalıĢmıĢ, Dünya ədəbiyyatının inkiĢaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə 
Ģurasının  sədri,  ədəbiyyat  institutu  elmi  Ģurasının  sədri,  Memarlıq  və  Ġncəsənət 
Ġnstitutunun,  Türkmənistan  EA  Dil və  Ədəbiyyat  Ġnstitutu  elmi  Ģurasının,  Azərbaycan 
Dövlət  nəĢrkomu  yanında  redaksiya  heyətinin,  Azərbaycan  Yazıçılar  Ġttifaqı  Ġdarə 
Heyətinin, Mədəniyyət Nazirliyi bədii Ģurasının, "Yazıçı" nəĢriyyatının bədii Ģurasının, 
"Azərbaycan"  və  "Ulduz"  jurnalı  redaksiya  heyətinin,  "Bilik"  Cəmiyyəti  rəyasət 
heyətinin,  ensiklopediya  elmi  redaksiya  heyətinin  üzvü  olmuĢdur.Eyni  zamanda  SSRĠ 
Yazıçılar  Ġttifaqı  rəyasət  heyəti  yanında  tənqid  və  ədəbiyyatĢünaslıq  Ģurasının, 
Azərbaycan  Yazıçılar  Ġttifaqı  M.F.Axundov  adına  mükafat  komissiyasının  üzvü  idi. 
"Füzuli  Vəqfı"  fondunun  rəyasət  heyətinin  üzvü  kimi  fəaliyyət  göstərmiĢdir  (1994). 
2002-ci il avqustun 25-də vəfat etmiĢ, Fəxri Xiyabanda dəfn olunmuĢdur. 
Əsərləri: ‖Faciə və qəhrəman‖ (1965), ―Səhnəmiz və müasirlərimiz‖ (1972), ―Tənqid: 
problemlər, portretlər‖ (1976), ―Poeziya və nəsr‖ (1979), ―Realizm: sənət və həqiqət‖ 
(1980), ‖Mirzə Fətəli Axundov‖ (1982), ‖Poeziyanın kamilliyi‖ (1985), ―Ədəbi üfüqlər‖ 
(1985), ―Meyar-Ģəxsiyyətdir‖ (1989), ―Xan bülbülün nağılı‖ (1994), ―Tarix: Yaxından 
və uzaqdan‖ (1996) və s.  
Filmoqrafiya: ―Geriyə baxmağa dəyər‖ (film, 1985), ―Sən həmiĢə bizimləsən‖ (film, 
1997), ―Cavad Heyət varlığı‖ (film, 2001), ―Üç zirvənin fatehi‖ (film, 2008) 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə