81
15.Şair, tərcüməçi İsa İsmayılzadənin anadan olmasının 75 illiyi
(15.03.1941-14.07.1997)
“Onun şair taleyi relslər üzərində maneəsiz hərəkətdə olmayıb.”
Xalq şairi Məmməd Araz
İsmayılzadə İsa Mustafa oğlu — şair, tərcüməçi, publisist,
1969-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü,
Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1980)
Ġsa Ġsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı rayonunda anadan
olmuĢdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində
təhsil almıĢdır (1958-1963). Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959)
almanaxında və ―Azərbaycan gəncləri‖ qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk
Ģeri ilə baĢlamıĢdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan
Dövlət Televiziya və Radio VeriliĢləri Komitəsində redaktor, Azərbaycan Sovet
Ensiklopediyası BaĢ redaksiyasında elmi redaktor (1966-1968), "Ədəbiyyat və
incəsənət" qəzeti redaksiyasında ədəbi iĢçi, Ģöbə müdiri, baĢ redaktorun müavini,
―Ulduz‖ jurnalı redaksiyasında Ģöbə müdiri (1968-1981), "Azərbaycan" jurnalı
redaksiyasında baĢ redaktorun müavini vəzifələrində iĢləmiĢdir (1981-ci ildən ömrünün
sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio VeriliĢləri ġirkətinin
musiqili veriliĢ baĢ redaksiyasında (müqavilə ilə) musiqi mətnləri Ģöbəsinin müdiri kimi
fəaliyyət göstərmiĢdir (1994-cü ildən). ġeir və poemaları keçmiĢ SSRĠ xalqlarının
dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmiĢdir.Öz yaradıcılığında poetik
tərcüməyə də xüsusi diqqət vermiĢ, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən
birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının
Yurmalada keçirilən seminar-müĢavirəsində (1978) iĢtirak etmiĢdir. 1997-ci il iyulun
14-də vəfat etmiĢdir.
Əsərləri: ‖Ulduzların ad günü‖ (1968), ‖ĠĢıqlı yarpaqlar‖ (1972), ―Torpaq nəğməsi‖
(1977), ‖Ömrümdən keçən qatar‖ (1980), ―Salam, Yer kürəsi‖ (1982), ‖Anamla söhbət‖
(1985), ―Yelləncəkdə yellənən külək‖ (1985), ―Gedim anamdan soruĢum‖ (1987), ―Bir
ömürlük gecə (Ģeirlər və poemalar)‖ (1989), ―SeçilmiĢ əsərləri‖ (1991), ―Vurağan,
tutağan, yatağan‖ (1992) və s.
Filmoqrafiya: Qarabağ bülbülləri (film, 1977), Belə bir Ģəhər var (film, 1982), Bəyin
oğurlanması (film, 1986), Ġntizar (film, 1986) və s.
82
15.Şair Ələkbər Salahzadənin anadan olmasının 75 illiyi (15.03.1941-04.09. 2013)
Ələkbər Salahzadə milli söz səntimiz üçün eləcə 60-cılar adlandırılan nəslin bir
tanınmış ismi yox, ən yeni dövrün ədəbi salnaməsində yaddaqalan şairlərdən biridir.
Ələkbər Salahzadə — şair, tərcüməçi, 1968-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza
adına mükafat laureatı (2002), Əməkdar incəsənət
xadimi (2005)
Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba)
rayonunun Cimi kəndində anadan olmuĢdur. Orta məktəbi Qonaqkənddə baĢa
vurub ADU-nun filologiya fakültəsində təhsil almıĢdır (1958-1963). Ədəbi fəaliyyətə
orta məktəbdə oxuduğu illərdən baĢlamıĢ, illər keçdikcə dövri mətbuatda çıxıĢ
etmiĢdir. "Azərbaycan" jurnalının ədəbi iĢçisi, "Tərcürmə saatı" radio jurnalının
Ģtatdankənar
redaktoru
olmuĢdur
(1965-1967). Azərbaycan
Sovet
Ensiklopediyasında dil,
ədəbiyyat,
incəsənət
redaksiyasında
elmi
redaktor
(1966), "Gənclik" nəĢriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-
1976), Azərbaycan Yazıçılar Ġttifaqındabədii ədəbiyyatın təbliği bürosunun direktor
müavini (1976-1989) iĢləmiĢdir. Sonra "Ulduz" jurnalında poeziya Ģöbəsinin müdiri
(1989-1992), redaktor vəzifəsində çalıĢmıĢdır (1992-2004). Hazırda "Qobustan"
jurnalının baĢ redaktorudur (2004-cü ildən). 60-cı illərdən fəal ədəbi fəaliyyətə
baĢlamıĢdır. Bədii tərcümə ilə də ardıcıl məĢğul olur. Əsərləri xarici ölkə xalqlarının
dillərinə çevrilmiĢdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən
artıq uĢaq nağılı vardır. "Kölgədən qorxan" (1983) ġəki, "Yayın qıĢ gecələri"
(1985) Sumqayıt,
"Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram
Teatrında tamaĢaya qoyulmuĢdur. 60-cı illərdən fəal ədəbi fəaliyyətə baĢlayan Ə.
Salahzadə bədii tərcümə ilə yanaĢı, 100-dən çox essenin, məqalənin də müəllifidir.
Radio-pyesləri, 20-dən artıq uĢaq nağılı var. "Kölgədən qorxan", "Yayın qıĢ gecələri",
"Nağaraçı naxırçı"pyesləri tamaĢaya qoyulub. Ələkbər Salahzadə 04. 09. 2013- cü ildə
vəfat etmiĢdir.
Əsərləri: ―BeĢ yarpaq (Ģeirlər və poema)‖ (1968), ‖Od hevkəli (Ģeirlər və poema)‖
(1970),‖Gözlər baxır dünyaya (Ģeirlər və poemalar)‖ (1979), ―Xatirə çiçəyi (Ģeirlər və
poema)‖ (1982), ―Yerimiz bir, göyümüz bir (Ģeirlər və poemalar)‖ (1986), ―Od odası
(Ģeirlər və poemalar)‖ (1989), ―Yanıltmaclı əlifba‖ (1995) və s.
Tərcümələri (ruscadan):
A.Tarkovski. Gözəl Gülayim haqqında povest (1970),
Pyatras
Svirka, Tülkünün kələyi (1970),
A.Platonov. Dörd hekayə (1971),
Lorens Sterin,
Fransaya və Ġtaliyaya sentimental səyahət (1973),
A.V.Sofranov. Vida poeması (1980)