Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə33/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   29   30   31   32   33   34   35   36   ...   121

83 
 
18.Şair, tənqidçi, ədəbiyyatşünas İsmayıl Vəlibəyli (Öməroğlu) anadan olmasının 
65 illiyi (18.03.1951) 
“İsmayıl Vəlibəylinin şeirlərində ana təbiət obrazlı görümünü tez tapır. Ona görə də 
bu şeirlər ilk oxunuşdaca gözlərimiz önündə sərrast lövhələr yarada bilir”. 
                                                                                                                                        Qara Namazov 
İsmayıl  Ömər  oğlu  Vəliyev -  Yazıçı-publisist,  filologiya 
elmləri  doktoru,  BDU-nun  Kitabşünaslıq  və  nəşriyyat  işi 
kafedrasının  professoru,  Azərbaycan  Milli  Elmlər 
Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutu  Xarici 
ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin baş elmi işçisi, 
qəzetçi-yazar
 
Ġsmayıl  Ömər  oğlu  Vəliyev 1951-ci  il  martın  18-də Qərbi 
Azərbaycanın  Allahverdi  rayonunun   Böyük  Ayrım   kəndində 
anadan  olmuĢdur.  1970-1975-ci  illərdə  Azərbaycan  Dövlət 
Universitenin  jurnalistika  fakültəsinin  əyani  Ģöbəsində  təhsil  almıĢdır.  1971-ci  ildən 
Azərbaycan  Radio  və  Televiziyası  ilə  əməkdaĢlıq  etmiĢ,  on  ilə  yaxın  "Bulaq"  folklor 
verliĢinin  daimi  müəlliflərindən  biri  olmuĢdur.  Onun  hazırladığı  verliĢlərin  bir  çoxu 
radionun  "Qızıl  fond"unda  saxlanılmaqdadır.  Bundan  əlavə,  "Zəka"  radio  elmi 
proqramının  uzun  illər  ssenari  müəllifi  və  aparıcısı  olmuĢdur.  Televiziyanın  vaxtilə 
populyar  olan  "Ġdrak"  proqramı  da  Ġ.Vəliyevin  ideyası  əsasında  yaradılmıĢ  və  uzun 
müddət  onun  müəllifliyi  və  aparıcılığı  ilə  "Ata  yurdu"  verliĢi  uzun  müddət  efirə 
getmiĢdir.Ġsmayıl  Vəliyev  bədii  yaradıcılığa  1965-ci  ildə  "Azərbaycan  pioneri" 
qəzetində dərc etdirdiyi kiçik sənədli hekayə ilə baĢlamıĢdır. O vaxtdan uĢaqlar üçün Ģer 
və hekayələr yazmıĢ, "Pioner" jurnalında və baĢqa mətbuat orqanlarında da xeyli nağıl 
və hekayələri dərc olunmuĢdur. Onun uĢaq hekayələri beynəlxalq təĢkilatların mükafat 
və qrantlarına layiq görülmüĢdür. Ġ.Vəliyev publisistika və tərcümə iĢi ilə ardıcıl məĢğul 
olur.  Qədim  Ģumerlərin  məĢhur  "BilqamıĢ  dastanı"nı,  "Avesta"dan  parçaları,  Qədim 
Misir  ədəbiyyatı  nümunələrini,  türk,  rus,  bolqar,  litva,  ukrayna,  türkmən  və  baĢqa 
dillərdən bir sıra elmi və bədii əsərləri tərcümə etmiĢdir.  
Əsərləri:  ‖Ömrün  yaĢıl  yarpaqları‖    (1978),  ‖Ədəbi  portret  və  xarakter‖  (1981), 
‖Mənim odum, ocağım (Ģeirlər və poemalar)‖ (1983), ―Bəxtıma düĢən dünya‖ (1990), 
‖Dünya  susur,  tarix  susmur‖  (1994),  ―Azərbaycanın  siyasi  partiyaları  və  ictimai 
təĢkilatları‖  (1995),  ―Qaçqınlıq‖  (1996),  ―Qızılqaz  əfsanəsi‖  (1996),  ‖PiĢik  balasının 
oyunları‖(1996), ―Sarı buğda‖ (1996),  ―Zalım pələng və nəğməli quĢ‖ (1996), ―Zalım 
padĢahla  oğlu‖  (1996),  ―Qara  gündəlik.  1990-cı  il  yanvar  hadisələri‖  (1997), 
―Azərbaycan  soraq  kitabı‖  (1997),  ―Burulğanlar  içində‖  (1997),  ―Ġnsan:  həyatda  və 
sənətdə‖(1998),‖Yerlə  göyün  arasında  (Ģeirlər)‖  (1998),  ―Ədəbiyyatda  insan 
konsepsiyası.  Tarixi  təĢəkkülü,  inkiĢaf  mərhələləri  (monoqrafiya)‖  (1999),  ―Payız 
yagıĢları (seçmə Ģeirlər)‖ ( 2001), ―Sevgi dünyam (Ģeirlər)‖ (2001), ―GünəĢin rəngləri 
(Ģeirlər)‖ (2001), ―Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi (ali məktəb tələbələri üçün 
dərslik)‖ (2002), ―Heydər Əliyev və türk dünyası‖ (2003), ―Bədii söz və insan‖ və s. 
 


84 
 
18.Şair Böyükağa Qasımzadənin anadan olmasının 100 illiyi (18.03.1916-1957) 
 
Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi,  
1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü 
 
 
 
 
Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının MaĢtağa 
kəndində  xırda  sahibkar-dəmirçi  ailəsində  doğulmuĢdur.  Atası  Məmməd  kiĢi  1903-cü 
ildə  Bakıya  köçüb  xırdavat  dükanı  sahibi,  sonra  adi  fəhlə  olmuĢdur.  Böyükağa 
yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda 
(1937)  təhsil  almıĢdır.Ədəbi  yaradıcılığa  30-cu  illərdə  baĢlamıĢ,  ilk  Ģerlərini 
məktəblilərə  həsr  etmiĢdir.  Onun  ilk  kitabı  –  "Murad"  poeması  1937-ci  ildə  çapdan 
çıxmıĢdır.  APĠ-nin  dil  və  ədəbiyyat  fakültəsini  bitirmiĢdir  (1937-1941).  Ġkinci  Dünya 
müharibəsinin ilk günlərində səfərbərliyə alınmıĢ, hərbi məktəbdə kursant, 1941-ci ilin 
dekabrında  Cənub  cəbhəsində  atıcı  rotasının  komandiri,  siyasi  Ģöbənin  təlimatçısı, 
Zaqafqaziya cəbhəsində "DöyüĢçü" qəzeti redaksiyasında məsul katib iĢləmiĢdir (1942-
1945). Xüsusi tapĢırıqla Ġrana göndərilmiĢ (1945-1946), sonra təyyarəçilik məktəbində 
xüsusi  qrupda  siyasi  rəhbər,  hərbi  klubda  rəis  vəzifələrində  iĢləmiĢdir  (1947-1948). 
Ordudan  tərxis  ediləndən  sonra  "Ədəbiyyat  qəzeti"ndə  incəsənət  Ģöbəsinin  müdiri 
(1948-1950),  daha  sonra "Azərbaycan"  jurnalında poeziya  Ģöbəsinin  müdiri  (1953-
1957) olmuĢdur. A.S.PuĢkin, N.Nekrasov, N.V.Qoqol, T.ġevçenko, Ġ.Franko, M.Bajan, 
P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini doğma 
dilə  çevirmiĢdir.  Füzulinin  "Yeddi  cam"  əsərini,  M.F.Axundovun  "PuĢkinin  ölümünə 
ġərq  poeması"nı  farscadan,  "Sasunlu  David"  eposunu  ermənicədən  tərcümə  etmiĢdir. 
Azərbaycan  Dövlət  NəĢriyyatında  bədii  ədəbiyyat  Ģöbəsinin  müdiri  olmuĢdur  (1951-
1952).  Sonra  bütün  qüvvə  və  bacarığını  yaradıcılıq  iĢinə  vermiĢdir.  Böyükağa 
Qasımzadə 1957-ci il avqustun 29-da 41 yaĢında vəfat etmiĢdir. 
Ə
sərləri: ―Murad‖ (1937), ―ġirin sözlər‖ (1939), ―Anarsan məni‖ (1945), ―Bahar 
Ģəfəqləri‖ (1949), ―Əsərləri‖ (1961), ―ġirin sözlər‖ (1966), ―SeçilmiĢ əsərləri‖ (1976) və 
s.  
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə