90
23.Yazıçı Seyran Səxavətin anadan olmasının 70 illiyi (23.03.1946)
"İndiyədək yazdıqlarımın hamısını bütövlükdə bir əsər hesab edirəm..."
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu (Seyran Səxavət) — şair,
nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində
anadan olmuĢdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli
Ģəhər məktəbində direktorun köməkçisi vəzifəsində iĢləmiĢdir (1962-1964). Sonra
ADU-nun ĢərqĢünaslıq fakültəsində təhsil almıĢdır (1964-1970). Sovet Ordusu
sıralarında əsgəri xidmət zamanı SSRĠ Müdafiə Nazirliyində tərcüməçi olmuĢdur (1970-
1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi iĢçi kimi
çalıĢmıĢ, sonra iki il Ġranda tərcüməçi iĢləmiĢdir (1974-1976). Yenidən Bakıda
―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiyasında ədəbi iĢçi kimi fəaliyyət göstərmiĢdir
(1976-1981). Sonra ―Ulduz‖ jurnalı redaksiyasında nəsr Ģöbəsinin müdiri iĢləmiĢdir
(1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi Ģeir, hekayə
və publisist yazıları ilə baĢlamıĢdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı
səhifələrində müntəzəm çıxıĢ edir. Əsərləri keçmiĢ SSRĠ xalqlarının dillərinə və bir sıra
xarici dillərə tərcümə olunmuĢdur. ―Qızıl teĢt‖ pyesi Azərbaycan Akademik Dram
teatrında (1988), ―Büst‖ pyesi Lənkəranda (1989), ―Qapıların o üzündə qalan dünya‖
pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaĢaya qoyulmuĢdur. ―Nekroloq‖
romanı Azərbaycan Yazıçılar Birliyinin 2002-ci ilin Y.Səmədoğlu adına ―Ġlin ən yaxĢı
romanı‖ mükafatına layiq görülmüĢdür.
Əsərləri: ―Adalar (Ģeirlər)‖ (1970), ―Mənim planetim (Ģeirlər)‖ (1977), ―Hamı elə
bilirdi ki..‖ (hekayələr və povest) (1982), ―DaĢ evlər (roman)‖ (1985), ―Dar köynək‖
(1987), ―Qızıl teĢt‖ (povestlər, hekayələr) (1999), ―Nekroloq‖ (roman) (2003), ―Polad
toxumu‖ (roman) (2003),‖Yüz ilin kiĢisi‖ (povestlər və hekayələr)
Tərcümələri: A.Ebnoidze. Ġki ay kənddə və ya imeretisayağı evlənmə (roman). Bakı:
Gənclik, 1986, 264 səh.
91
Xarici ədəbiyyat
5.Norveç yazıçısı Klaus Hageryupun anadan olmasının 70 illiyi (05.03.1946)
Norveç uĢaq yazıçısı Klaus Hageryup 5 mart 1946-cı ildə Osloda anadan olmuĢdur.
Gələcək yazıçının atası müəllim idi, eyni zamanda uĢaqlar üçün bir neçə kitab yazmıĢdı.
Anası isə Ģeirlər yazırdı. Bir neçə sənəti, aktyorluq, teatrda rejissorluq kimi sənətləri
sınaqdan keçirən Klaus Hageryup sonda yazıçı olur. Onun əsərləri yumorla zəngindir,
amma eyni zamanda çox ciddidir.
K.Hageryup ―Markus və Diana‖, ―Markus və qızlar‖, ―Markus və Siqmund‖ və s.
əsərlərin müəllifidir.
92
İncəsənət
8. Xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 105 illiyi
(08. 03.1911-25.06.1965)
“Ağadadaş Qurbanov sənətdə öz sözünü demiş, teatr məktəbi üçün örnək sayılan
sənətkarlardan olub və özündən sonra silinməz izlər qoyub.”
Xalq artisti Azərpaşa Nemətov
Ağadadaş Gülməmməd oğlu Qurbanov — Azərbaycan
teatr və kino aktyoru. 17 iyun 1943-cü ildə Azərbaycan
Respublikasının əməkdar, 27 fevral 1954-cü ildə xalq artisti
fəxri adlarına layiq görülmüşdür.
Azərbaycan Dövlət Gənc TamaĢaçılar Teatrının banilərindən
biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaĢaların
ifaçısı AğadadaĢ Gülməmməd oğlu Qurbanov 8 mart 1911-ci
ildə Bakıda doğulub. AğadadaĢ
Qurbanov 1952-ci ilədək
teatrda iĢləmiĢdi. Aktyor Gənc TamaĢaçılar Teatrında böyüklər
üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə
Fətəli Axundzadənin "Molla Ġbrahimxəlil kimyagər" (Molla Ġbrahimxəlil), Nəcəf bəy
Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Fridrix ġillerin "Qaçaqlar" (Karl Moor),
Nikolay Qoqolun "MüfəttiĢ" (Xlestakov), Rabindranat Taqorun "QaneĢin yolu"
hekayəsi əsasında "Əfilər" (QaneĢ) pyeslərinin tamaĢalarında iĢtirak etmiĢdi. AğadadaĢ
Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında iĢləmiĢdi. O, bu
teatrda Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "DönüĢ", Cəfər
Cabbarlı), ġeyx Mərvan və ġeyx Sənan, SəyavuĢ ("ġeyx Sənan" və "SəyavuĢ", Hüseyn
Cavid), Kamillo ("QıĢ nağılı", Vilyam ġekspir), Ġbrahim xan və Vaqif ("Vaqif", Səməd
Vurğun), ġults ("Uzaq sahillərdə", Ġmran Qasımov və Həsən Seyidbəyli), Ġvanov ("Göz
həkimi", Ġslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya
Tüdor", Viktor Hüqo), Kamal ("Məhəbbətin hökmü", Cabbar Məcnunbəyov), Hacı Qara
("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tağı Hüseyn ("Köç", Cavad Fəhmi BaĢqut),
Allan ("Ailə namusu", Hüseyn Muxtarov) kimi parlaq və yaddaqalan rollarda çıxıĢ
etmiĢdi. "Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə
çəkilmiĢdi. "ArĢın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin
tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda
qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli Ģəkildə həlak olmuĢdu.
Bakıda Fəxri xiyabanda dəfn olunmuĢdu.
Filmoqrafiya: Səbuhi (film, 1941), ġamdan bəy (film, 1956),Qızmar günəĢ altında
(film, 1957), Bir qalanın sirri (film, 1959), Koroğlu (film, 1960), Bizim küçə (film,
1961), Telefonçu qız (film, 1962), ZəncirlənmiĢ adam (film, 1964), ArĢın mal alan
(film, 1965),Yun Ģal (film, 1965) və s.
Dostları ilə paylaş: |