96
21.Aktyor Kazım Ziyanın anadan olmasının 110 illiyi (21.03.1896-20.11.1956)
Səlis səhnə danışığı, aydın və məftunedici diksiyası, yüksək səhnə mədəniyyəti, dərin
mütaliəsi, geniş dünyagörüşü, müəllimlik məharəti ilə işlədiyi bütün teatrlarda
kollektivin böyük rəğbətini qazanmış Kazım Ziyanın zəngin yaradıcılığı öz dəyər və
mənası ilə milli teatr sənətimizin parlaq səhifələrini təşkil edir. Kazım Ziya hələ gənc
yaşlarından səhnədə Azərbaycan dilinin aydın və dəqiq tələffüzü uğrunda mübarizə
aparmış, nöqsanlara qarşı barışmaz olmuşdur.
Kazım Cəfər oğlu Kazımzadə (Ziya) (21
mart 1896, Ordubad, Yuxarı Əylis kəndi-20
noyabr 1956, Bakı) — Azərbaycanın görkəmli teatr və kino
aktyoru. Azərbaycanın xalq artisti (1943), SSRİ Dövlət
Mükafatı laureatı (1948), ―Lenin‖ ordeni laureatı
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 21 mart 1896-cı
ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində
doğulub. Yeniyetmə yaĢlarından ərəb və fars dillərini
mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də
mənimsəyib. O, 1912-ci ildə ―Ġttihad‖ Ġran gimnaziyasma daxil
olub. Bir il sonra Kazım məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn
Ərəblinski baĢda olmaqla teatr fədailəri ―Ġttihad‖ məktəbində Ģagirdlərin xeyrinə
Əbdürrəhim bəy Haqverdiyevin ―Bəxtsiz cavan‖ faciəsinin tamaĢasını göstəriblər.
Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləĢir. Kazım Ziya 1925-ci ildə
Bakı Türk ĠĢçi və Kəndli Teatrının truppasına daxil olub. 1936-cı ildən 1938-ci ilədək
Tiflisdə və Ġrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək
Milli Dram Teatrının formalaĢıb ĢöhrətlənmiĢ truppasına daxil olub. Səhnə səmimiyyəti
və yüksək intellektuallığı ilə seçilən Kazım Ziya Milli Dram Teatrında oynadığı bir çox
rollarla tamaĢaçılarının yaddaĢında qalmıĢdır. Görkəmli sənətkar 20 noyabr 1956-cı ildə
Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Filmoqrafiya:Qız qalası əfsanəsi (film, 1923), Bismillah (film, 1925)-Molla Rövzəxan,
Səbuhi (film, 1941), Bir ailə (film, 1943), Sualtı qayıq ―T-9‖ (film, 1943), Fətəli xan
(film, 1947), Məhəmməd Füzuli (film, 1958), Onlar belə sevirdilər (2007) və s.
97
31.Xanəndə Cabbar Qaryağdıoğlunun anadan olmasının 155 illiyi
(31.03.1861-20.04.1944)
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən
görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar
özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmiş-
dir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib
Azərbaycanın xanəndəlik sənətini yaradan müğənni Zaqafqaziyada ən yaxşı xalq
ifaçısı şöhrətini qazanmışdır.
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart, 1861 – 20
aprel, 1944) — xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın
xalq artisti (1935). ―Şərəf Nişanı‖ Ordeni ilə təltif olunmuşdur.
Cabbar Qaryağdıoğlu 1861-ci ildə ġuĢada ―Seyidli‖ məhəlləsində
anadan olmuĢdur. Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq
musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun
oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi
xəzinəsinin ən qiymətli incilərindəndir. ġərqin vokal sənəti tarixində,
geniĢ xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir
müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları
ilə yanaĢı çəkilir. Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu
güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca
həzin və yumĢaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı
ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. O, major muğamları oxumaqda da
mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici
ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera
səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuĢdur. Bu gün Azərbaycanın musiqi
tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri
gənc xanəndələrə öyrədilir. Onun ―ġahnaz‖ı, ―Qatar‖ı, ―Heyratı‖sı musiqi xəzinəmizdə
qorunub saxlanılır.
Filmoqrafiya: Neft və milyonlar səltənətində (film, 1916), Məhəmməd Füzuli (film,
1958), Hər Ģey olduğu kimi. BeĢinci film. RəĢid Behbudov (film, 2000), Məclisi üns
(film, 2006), Muğamat var olan yerdə... (film, 2009)
Ədəbiyyat: ġuĢinski F. Azərbaycan xalq musiqiçiləri (1985), ġuĢinski F. Cabbar
Qaryağdı oğlu: Monoqrafiya (1987), ġuĢinski F. Xalq sənətkarı: C. Qaryağdıoğlu–125
(1987), ġuĢinski F. Görkəmli xanəndə (1987), Məhəmədoğlu F. Unudulmaz
sənətkar
(1987), Əbdülqasımov F. Qüdrətli sənətkar (1991) və s.