93
16.Bəstəkar Zakir Bağırovun anadan olmasının 100 illiyi (1916-1996)
Bağırov Zakir Cavad oğlu —Azərbaycan Bəstəkarlar
Ittifaqının üzvü (1950), Azərbaycan Musiqi Fondunun
Idarə Heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət
xadimi (1961)
―Şərəf nişanı‖ ordeni ilə təltif edilmişdir.
Zakir Cavad oğlu Bağırov 1916-cı il martın 16-da ġuĢa Ģəhərində anadan olmuĢdur. Ilk
musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə
fakültəsində alan Zakir Bağırov 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskva
Dövlət Konservatoriyası nəzdində musiqi texnikumuna göndərilmiĢ və 1949-cu ildə
həmin konservatoriyanı müvəffəqiyyətlə bitirmiĢdir. Zakir Bağırov musiqi xəzinəmizi
zənginləĢdirən bir çox sanballı əsərlər yazmıĢdır. Onun yaradıcılığına üç opera, o
cümlədən ―
Aygün‖, ―
Qoca Xattabıç‖, iki musiqili komediya – ―
Qaynana‖,
―
Kəndimizin səsi‖, bir uĢaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik
orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri
üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli
filmlərə, dram tamaĢalarına yazılmıĢ musiqi xüsusi yer tutur. Zakir Bağırovun musiqi
folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti də çox önəmlidir. O,
1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkarımız Tofiq Quliyevlə birlikdə tarzən
Mansur Mansurovun ifasında ―Rast‖, ―Dügah‖ və ―Segah-zabul‖ muğamlarını nota
yazmıĢ və çap etdirmiĢdir. Görkəmli bəstəkarın yaradıcılığında opera janrı da xüsusi
yer tutub. Onun 1972-ci ildə Səməd Vurğunun eyni adlı əsəri əsasında yaratdığı
―Aygün‖ operası musiqi mədəniyyətimizin gözəl nümunələrindən sayılır. Zakir
Bağırov bir çox teatr tamaĢalarına və kinofilmə musiqi yazmıĢdır.
―Ağ qızıl ustaları‖,
―Aygün‖, ―Bərəkətli torpaq‖, ―Nizami‖, ―Sədaqət yolu ilə‖, ―Təbiətin dostları‖, ―Quba
bağlarında‖, ―Bizim Azərbaycan‖ kimi bədii və sənədli filmlərin musiqisi məhz Zakir
Bağırova məxsusdur.
―Azərbaycan xalq rəqsləri‖ məcmuəsinin müəlliflərindən biridir.
Bəstəkar Zakir Bağırov həmçinin fəal ictimai xadim idi. Ömrünün ahıl çağında Zakir
Bağırov ġuĢa həsrətilə dünyasını dəyiĢdi.
94
17.Aktyor, rejissor Hüseyn Ərəblinskinin anadan olmasının 135 illiyi (1881-1919)
Hüseyn Ərəblinski bütün həyatının mənasını sənət məbədinə xidmət eləməkdə
görürdü .O, söyləyirdi ki, "Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi
bir əxlaq sahibi olmalıdır.”
Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də
odur ki, o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk
dəfə olaraq, Azərbaycan səhnəsinə gətirmişdi.
Hüseyn Məmməd oğlu Xələfov 1881-ci ildə Bakı Ģəhərində
yoxsul bir ailədə dünyaya göz açıb. "Üçüncü Rus-Tatar"
məktəbinə daxil olan Hüseyn burada
eyni zamanda rusca oxuyub-
yazmağı öyrənir. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə
seçilən gələcək sənətkar məhz o illərdə teatrla tanıĢ olur. Bu,
professional teatrdan uzaq olan dərviĢ oyunları, səyyar sirk
tamaĢaları idi. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903-1904-
cü illərdə yaradılan Müsəlman artistləri cəmiyyəti ilə sıx bağlıdır.
Onun səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir. Bu haqda
danıĢarkən, Hüseynin Otello rolunu diqqətdən kənarda qoymaq
olmaz. O, ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq
ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz
üç il çalıĢıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat
verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin Otellosu barədə bu fikirdə
olmuĢdur: "Mən bir çox tragik artistlər görmüĢəm. Lakin sizdəki istedad və məharətin
misli və bərabərini görməmiĢəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən
rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim.
"Hüseyn Ərəblinskinin ən uğurlu iĢləri sırasında olan rolları aĢağıdakılardır.
Haqverdiyevin ―Ağa Məhəmməd ġah Qacar‖ında Qacar, Lanskoyun ―Qəzavət‖ində
Əhməd
bəy
ġamxal,
Qoqolun
―MüəffətiĢ‖ində
Xlestakov, Nəcəf
bəy
Vəzirovun ―Müsibəti-Fəxrəddin‖ əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun ―Hacı
Qara‖ əsərində Heydər bəy, ġillerin ―Qaçaqlar‖ında Frans, ġekspirin ―Otello‖sunda
Otello.Tarixi faktlardan məlum olur ki, Hüseyn 1916-cı ildə Bakıda çəkilən "Neft və
Milyonlar Səltənətində" filmində Lütfəli bəyi oynamıĢdır. Hüseyn Ərəblinski 1919-cu
ildə qətlə yetirilib. ―Neft və Milyonlar Səltənətində‖ filmi Ərəblinskinin çəkildiyi ilk və
son filmdir. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini
əbədiləĢdirmək haqqında qərar qəbul etmiĢdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər
Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmiĢdir.
Filmoqrafiya: Abbas Mirzə ġərifzadə (film), Neft və milyonlar səltənətində (film,
1916)-Lütfəli, Azərbaycanın səhnə ustaları (film, 1965), Üzeyir ömrü (film, 1981),
Hüseyn Ərəblinski (film, 1982) və s.