Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə30/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   26   27   28   29   30   31   32   33   ...   121

76 
 
 
6.Yazıçı Fərman Eyvazlının anadan olmasının 85 illiyi (06.03.1931-26.11.1996) 
 
 
Eyvazov Fərman Allahverdi oğlu- nasir, 1962- ci ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü(1970) 
     
 
 
 
 
 
1931 - ci il martın 6 - da Azərbaycanın Ağstafa rayonunda doğulmuĢdur. Ağstafada orta 
məktəbi  bitirdikdən  sonra  Moskvada  M.  Qorki  adına  Ədəbiyyat  Ġnstitutunun  nəsr 
bölməsində  təhsil  almıĢdır(1951-1956).Ədəbi  fəaliyyətə  1950-  ci  ildə  ―Azərbaycan 
gəncləri‖  qəzetində  dərc  olunan  ―Ġlk  səsim‖  Ģerilə  baĢlamıĢdır.  ―Drujba  narodov‖ 
jurnalının Azərbaycan üzrə xüsusi muxbiri (1956-1957), Radio və Televiziya VeriliĢləri 
Komitəsində  redaktor,  böyük  redaktor  (1961-1962)  iĢləmiĢ,  sonra  bir  müddət 
yaradıcılıqla məĢğul olmuĢdur. ―AzərnəĢr‖də siyasi ədəbiyyat redaksiyasında tərcüməçi 
(1965-1967),  Azərbaycan  Jurnalistlər  Ġttifaqında  yaradıcılıq  Ģöbəsinin  müdiri  (1967-
1996)  vəzifələrində  çalıĢmıĢdır.  Macarıstanda  yaradıcılıq  ezamiyyətində  olmuĢdur 
(1974).  ―ġərəfli  əməyə  görə‖medalı  ilə  təltif  edilmiĢdir.  Fərman  Eyvazlı  1996-  cı  il 
noyabrın 26-da Bakıda vəfat etmiĢdir.  
Kitablar: ―Mən niyə qayıtmadım‖(1961), ―Qacaq Kərəm‖ (1986), ―Qaçaq Kərəm‖ 
(1987), ―Qaçaq Kərəm‖ (1990)  və s. 
Tərcümələri: N.Nosov ―Yamaq‖ (1963), Y. Fuçik‖Radistin qutusunda üç hərf‖ (1963), 
Fateh Niyazi ―Üçüncü qız‖ (1964), Y. Amadu ―Su Kinkasın qeyri adi ölümü‖ (1964), 
―Yapon xalq nağılları‖ (1966), B.Rjevski ―Heyvanat  parkları Ģahının səhvi‖ (1966) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


77 
 
6.Ədəbiyyatşünas, tənqidçi Vəkil Hacılının  anadan olmasının 80 illiyi  
(06.03.1936-20.03.2008) 
Hacılı Vəkil Məhəmməd oğlu (1936-2008) – tənqidçi, 
ədəbiyyatşünas, 1970-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü. 
Vəkil  Hacılı  1936-cı  il  martın  6-da  Gürcüstanın Borçalı (indiki 
Marneuli)  rayonunun Sarvan kəndində  anadan  olmuĢdur.  Borçalı 
Pedaqoji 
Texnikumunda 
(1951-1955), Azərbaycan 
Dövlət 
Universitetinin  fılologiya  fakültəsində  təhsil  almıĢdır  (1955-
1960).Tələbəlik illərində xam torpaqlarda tələbə inĢaat dəstələrində 
fəaliyyət  göstərmiĢdir  (1958).1961-ci  ildə  ADU–nun  Avropa 
ədəbiyyatı  ixtisası  üzrə  aspiranturasına  daxil  olmuĢdur. 
Aspiranturada  akademik,  Azərbaycanın  xalq  yazıçısı Mirzə 
Ġbrahimovun rəhbərliyi  ilə  1964-cü  ildə  namizədlik  dissertasiyası  müdafiə 
etmiĢdir.Universitetin  xarici  ölkələr  ədəbiyyatı  kafedrasında  müəllim,  baĢ  müəllim  və 
dosent  iĢləmiĢdir  (1965  –  1982).1978-1980-ci  illərdə Türkiyənin Ġskəndərun  Ģəhərində 
metallurgiya  zavodunda  tərcüməçilik  etmiĢdir.1982–ci  ildən  BDU–nun  XX  əsr  rus 
ədəbiyyatı  və  ədəbiyyat  nəzəriyyəsi  kafedrasının  dosenti,  həm  də  ƏdəbiyyatĢünaslıq 
üzrə  ixtisaslaĢmıĢ  müdafiə  Ģurasının  elmi  katibi  olmuĢdur  (1983–1989).  Filologiya 
fakültəsində  xarici  ölkələr  ədəbiyyatı,  ədəbiyyat  nəzəriyyəsi,  ədəbi  tənqid  fənlərindən 
mühazirələr oxumuĢ, proqram, dərs vəsaitlərinin müəllifi olmuĢdur.Vəkil Hacılının elmi 
yaradıcılığının əsas istiqamətləri xarici ölkələr ədəbiyyatı, ədəbiyyat nəzərriyyəsi, ədəbi 
əlaqələr  və  tərcüməĢünaslıq,  ədəbi  tənqidi  əhatə  etmiĢdir.  Bir  çox  klassik  və  müasir 
Avropa  yazıçısının  yaradıcılığı  haqqında  Azərbaycan  ədəbiyyatĢünaslığında  ilk  elmi 
əsərlərin,  o  cümlədən,  ġiller  haqqında  monoqrafik  tədqiqatın  müəllifi  olmuĢdur. 
‖Vilhelm  Tell‖  adlı  ilk  elmi  məqaləsi  ADU  ―Elmi  əsərləri‖ndə    dil  və  ədəbiyyat 
seriyasında  dərc  edilmiĢdir.  Həmin  vaxtdan  dövri  mətbuatda  elmi  –  nəzəri  və  tənqidi 
məqalərlə  çıxıĢ  etmiĢdir.  Ədəbiyyatın  nəzəri  və  tarx  problemlərinə,  müasir  ədəbi 
prosesə,  xarici  ölkələrin  ədəbiyyatına  dair  tədqiqatlar  aparmıĢdır.  Antik  mədəniyyətə, 
Avropa  ədəbiyyatına,  o  cümlədən,  alman  romantizminə,  Azərbaycan-Avropa, 
Azərbaycan-rus  ədəbi  əlaqələrinə  həsr  olunmuĢ  bir  sıra  elmi  məqalələr  yazmıĢdır.  Bir 
çox Azərbayan yazıçıları və ədiblərinin yaradıcılığına dair elmi-tənqidi məqalələri dərc 
olunmuĢdur.  Alman  və  rus  dillərindən  tərcümələr  etmiĢ,  tərcüməĢünaslığa,  Avropa  və 
rus ədəbiyyatının Azərbaycan dilinə tərcümələrinə aid əsərlər yazmıĢdır. Müasir dövrdə 
ictimai  əhəmiyyət  kəsb  edən  kulturoloji  problemlərə,  xüsusən,  əlifba,  ana  dili 
məsələlərinə, Borçalı türklərinin problemlərinə dair əsərlərin müəllifidir.  Bir çox ədəbi 
–  bədii  topluların  tərtibçisi  olmuĢdur.  Xarici  ölkələr  ədəbiyyatına,  ədəbiyyat 
nəzəriyyəsinə aid mühazirələri gənc filoloqların formalaĢmasında xüsusi rol oynamıĢdır. 
Əsərləri: ―Ранняя драматургия Фридриха Шиллера‖ (1964), ―XVIII əsr alman 
ədəbiyyatına dair mühazirələr‖ (1967),  ―Dədə Qorqud dastanlarında əxlaq məsələləri‖ 
(1977),  ―Gəlinlik paltarının iĢığında  (2005) və s.  
 


78 
 
12.Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyi (12.03.1906-1989) 
 
“Süleyman Rüstəm xoşbəxt bir insandır. Bu dünyaya gələn hər bir adam 
bu dünyadan gedəcəkdir. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz 
qoyur. Süleyman Rüstəm bizim ölkəmizdə, Azərbaycan xalqının həyatında 
böyük iz qoyub dünyasını dəyişmiş görkəmli şəxsiyyətlərdən biridir.” 
 
                                                                                                               Ulu öndər Heydər Əliyev 
 
Süleyman Rüstəm  Əliabbas oğlu — şair, dramaturq, 
ictimai xadim, 1934-cü ildən AYİ-nin üzvü, Azərbaycanın 
Əməkdar İncəsənət xadimi (1943),   Azərbaycanın xalq 
şairi (1960), Stalin mükafatı (1950),  II dərəcəli Azərbaycan 
Dövlət mükafatı laureatı (1970),  Sosialist Əməyi 
Qəhrəmanı (1976) 
 
Süleyman  Rüstəm   1906-cı  il   martın  12-də Bakının Novxanı kəndində  anadan 
olmuĢdur. ADU-nun  Ģərq  fakültəsinə daxil  olmuĢdur, 1929-cu  ildə  oradan Moskva 
Dövlət  Universitetinin ədəbiyyat  və  incəsənət  fakültəsinə  köçürülmüĢdür.  Zaqafqaziya 
Mərkəzi  Ġcraiyyə  komitəsinə  üzv  seçilmiĢdir  (1935).  Azərbaycan  SSRĠ  birinci  çağırıĢ 
Ali  Sovetinə  deputat  seçilmiĢdir  (1938),  bundan  sonra  ömrünün  sonuna  qədər  bütün 
çağırıĢlarda  deputat  olmuĢdur.  M.  Əzizbəyov  adına  Azərbaycan  Dövlət  Akademik 
Dram  Teatrının direktoru  (1937-1938), ―Ədəbiyyat  qəzeti‖  nin baĢ  redaktoru 
olmuĢdur. Azərbaycan  Yazıçılar  Ġttifaqının Ġdarə  Heyətinə, "Azərbaycan", "Kirpi" 
jurnallarının və"Sovetski  pisatel"  nəĢriyyatının redaksiya  heyətlərinə  üzv  seçilmiĢdir. 
Yaradıcılığında siyasi lirika və sevgi Ģeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində 
yazmıĢdır. Qəzəl janrına  meyl  göstərirdi.  Onun  yaradıcıllığında  çox  əsərləri,poemaları 
və  Ģeirləri  aparıcı  yol  oynayır.  Xidmətlərinə  görə  üç  dəfə Lenin  ordeni,  iki "Qırmızı 
Əmək  Bayrağı"  ordeni,  Sovet  Sülhü  Müdafiə  Komitəsinin  Fəxri  fərmanı  və  bir  sıra 
medallarla  təltif  olunmuĢdur. Azərbaycan  SSRĠ  Ali  Sovetinin sədri  olmuĢdur.1989-cu 
il iyunun 10-da Bakıda vəfat etmiĢdir. 
Əsərləri: ―Ələmdən nəĢəyə‖ (1927), ‖Addımlar‖ (1930), ―Səs‖ (1932), ―Yanğın‖ 
(1932), ―AtəĢ‖ (1932), ―ġairin səsi‖ (1934), ―Ulduzlar‖ (1934), ―Ana ürəyi‖ (1942), 
―Ana və poçtalyon‖ (1943), ―Gün o gün olsun ki...‖ (1943), ―Doğma paytaxtım‖ (1953), 
―Həyat nəğmələri‖ (1953), ―Ġki sahil‖ (1954),  ―Lirik Ģeirlər‖ (1956), ―Dəmir addımlar‖ 
(1957), ―ġeirlər‖ (1959), ―GünəĢli sahillərdə‖ (1963),  ―Durna‖ (1963), ―Qafurun qəlbi‖ 
(1970), ―Könül‖ (1970), ―Mahnılar, mahnılar‖ (1975), ―Xəzərimin səhəri‖ (1976), 
―Mənim günəĢim‖ (1980), ―Ürək döyüntüləri‖ (1984), ―Təbrizim‖ (1986), 
‖Azərbaycana gəlsin‖ (1988) və s. 
Filmoqrafiya: Qanlı zəmi (film, 1985) 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə