Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


Bədən tərbiyəsi və idman günü



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə25/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   21   22   23   24   25   26   27   28   ...   121

64 
 
5.Bədən tərbiyəsi və idman günü 
 
“İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. 
Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın 
dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq 
yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət 
bayrağı qaldırılır”. 
                                                                     
Ümummillilider Heydər Əliyev 
5  mart  ölkəmizdə  Bədən  tərbiyəsi  və  Ġdman 
günüdür.  Bu  tarix  Prezident  Ġlham  Əliyevin 
―Bədən  tərbiyəsi  və  idman  günü‖nün  təsis 
edilməsi  haqqında  4  mart  2005-ci  il  tarixli 
Sərəncamına  əsasən  qeyd  edilir.  Ölkəmizdə 
idmanın  inkiĢafı  isə  ildən-ilə  geniĢ  vüsət  alır. 
Azərbaycanda  Bədən  tərbiyəsi  və  Ġdman 
gününün  martın  5-də  qeyd  olunması  təsadüfi 
deyil.  Məhz  1995-ci  il  martın  5-də  ulu  öndər  Heydər  Əliyev   Bakı  Ġdman  Sarayında 
dünya  və  Avropa  çempionatlarının  qalibləri  və  mükafatçıları  ilə  görüĢüb,  Ġdman 
Fondunu  təsis  edib, bədən tərbiyəsi  və  idmanın  inkiĢafında  yeni  strategiyanın  təməlini 
qoyub. Prezident  Ġlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər 
seçilməsindən  sonra  ölkəmizdə  idmana,  bədən  tərbiyəsinə  diqqət  daha  da  artdı.  Və 
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peĢəkar səviyyədə 
hazırlanmasına göstərilən qayğı isə tezliklə öz  müsbət nəticəsini göstərdi. 2008-ci ilin 
avqustunda  Pekində  keçirilən  Olimpiya  oyunlarında  Azərbaycan  idmançılarının 
qazandığı  qələbəni  xüsusilə  qeyd  etmək  lazımdır.  Pekin  Oimpiya  oyunlarında 
Azərbaycan  7  medal  qazandı  və  dünyanın  iki  yüzdən  çox  ölkəsi  arasında  38-ci  yeri 
tutdu.  Olimpiya  oyunlarında  qazanılan  bu  qələbə  də,  heç  Ģübhəsiz,  dövlətin  idmana 
münasibətinin  nəticəsi  idi.  Azərbaycan  idmançılarının  müxtəlif  səviyyəli  beynəlxalq 
yarıĢlarda beĢ mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 
qızıl, 3 gümüĢ və 9 bürünc medal böyük tarixi nailiyyətdir. Heydər Əliyev Fondunun 
Prezidenti,  Azərbaycanın  Birinci  xanımı,  Azərbaycan  Gimnastika  Federasiyasının 
Prezidenti  Mehriban  xanım  Əliyevanın  ölkəmizdə  idmana  qayğısı  da  bu  sahənin 
inkiĢafına  böyük  töhfələr  verir.  Azərbaycan  idmanı  əsl  yüksəliĢ  dövrünü  yaĢayır. 
Prezident  Ġlham  Əliyevin  rəhbərliyi  ilə  ölkədə  idmanın  və  bədən  tərbiyəsinin  inkiĢafı 
sahəsində  ardıcıl  olaraq  görülən  tədbirlər  Azərbaycanı  həm  də  idman  dövləti  kimi 
tanıdır.  ―Sağlam  bədəndə  sağlam  ruh  olar‖  pirinsipinə  söykənərək  demək  olar  ki, 
Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. 
 
 
 
 
 
 


65 
 
8. Beynəlxalq Qadınlar günü 
“Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır” 
                                                                                                                                                 
                                                                                                                                       V.Belinski 
Qadınların  kiĢilərlə  bərabər  hüquqlu  olmaq 
uğrunda  apardığı  mübarizənin  təmsili  baĢlanğıcı 
olaraq,  8  mart  1857-ci  ildə  ABġ-ın  Nyu-York 
Ģəhərində  geyim  sektorunda  çalıĢan  yüzlərlə 
qadının aĢağı maaĢa, uzun çalıĢma saatlarına, eyni 
zamanda pis iĢ Ģəraitinə etiraz olaraq tətil etməsi 
qəbul edilir. 1908-ci il Nyu-Yorkda 15000 qadın, 
daha  qısa  çalıĢma  saatı,  daha  yaxĢı  gəlir  və 
səsvermə 
hüququ  üçün  nümayiĢ  keçirdi. 
NümayiĢdə  ilk  dəfə  olaraq  dekret  icazəsi  istəyən 
qadınların Ģüarı "Çörək və Gül" idi. Çörək həyat eĢqini, qarın toxluğunu, gül isə daha 
yaxĢı rifah həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının 
son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi. 1910-cu ildə 1857-ci il 
hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen Ģəhərində keçirilən Qadın Sosialist 
Ġnternasyonalının  qurultayında  1857-ci  ilin  8  martında  Nyu-Yorkda  baĢlayan 
mübarizənin,  qadın  hüquqlarının  geniĢləndirilməsi  və  qadın  həmrəyliyinin  simvolu 
olaraq  Klara  Setkin  adlı  bir  alman  sosialist  qadını,  Amerikada  8  martda  yandırılaraq 
öldürülən  129  qadın  iĢçinin  xatirəsinə  hər  il  8  mart  gününü  Dünya  Qadınlar  Günü 
olmasını  təklif  etdi  və  bu  təklifi  qəbul  edildi.  Məhz  qadınların  kütləvi  Ģəkildə 
savadlanması,  müəyyən  hüquqlara  malik  olması  həmin  dövrə  təsadüf  edir.  Bəlkə  də 
buna  görədir  ki,  8  Mart  digər  sosializm  mənĢəli  bayramlardan  fərqli  olaraq,  artıq 
müstəqillik  qazanmıĢ  keçmiĢ  SSRĠ  respublikalarının  təqvimindən  bu  günə  qədər 
silinməyib.  1998-ci  ildə  Azərbaycanda  Qadın  Problemləri  üzrə  Dövlət  Komitəsi 
yaradılıb.  Azərbaycan  həm  də  Avropa  ġurasının  qadınlarla  bağlı  bürosunda  təmsil 
olunur,  BMT-nin  qadın  məsələləri  üzrə  komissiyasının  tam  hüquqlu  üzvüdür.  1995-ci 
ildə  isə  Azərbaycan  rəsmi  Ģəkildə  qadınlara  qarĢı  münasibətdə  ayrı-seçkiliyin  bütün 
formalarının  aradan  qaldırılması  haqqında  beynəlxalq  konvensiyaya  qoĢulub.  Hər  il 
bayram günü ərəfəsində dövlət baĢçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə 
Azərbaycan  qadınlarına  təbrik  ünvanlayır,  Azərbaycan  qadınlarının  bir  qrupuna  fəxri 
adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə