Zahid xəLİLİn bəDİİ obraz yaratmaq texnologiyasi



Yüklə 49,19 Kb.
səhifə1/5
tarix29.11.2023
ölçüsü49,19 Kb.
#143334
  1   2   3   4   5
4 ÇIXIŞ üçün TEXNOOGİYA10.07.2022


ZAHİD XƏLİLİN BƏDİİ OBRAZ YARATMAQ TEXNOLOGİYASI
(tədqiqat müstəvisinə çıxarılan şeirlər “Ağ leyləklər” və
Seçilmiş əsərləri”nin I cildi” kitablarından götürülüb)


GİRİŞ
Məqalədə şairin poeziyaya gətirdiyi predmetləri necə obrazlaşdırdığı imkanlarından bəhs olunur. Qeyd olunur ki, həyatda qarşılaşdığımız hər nəsnə bədii obraz ola bilər. Bunun üçün sadəcə həmin predmetə yaradıcı təfəkkürün müdaxiləsi, hər bir obrazı və onun xarakterik məziyyətlərini əsas fikrin daşıyıcısı kimi müstəviyə çıxarmaq qabiliyyəti lazımdır. M.Qorkinin təbirincə desək, “Yazıçı məhz obrazlarla düşünməyi öyrənməlidir. Ədəbiyyatı fəlsəfədən, tənqiddən ayıran, onlardan fərqləndirən həmin bu keyfiyyət, obrazlı təfəkkürdür”. Yaradıcılığını incələdikcə bu məziyyətləri Z.Xəlilin həmişə diqqətdə saxladığı qənaəti tədqiqat müstəvisinə çıxartdığımız əsərlərinin nümunəsində təqdir olunur.
Mövzü gündəmə gətirilməklə, bu vaxta qədər diqqət yetirilməyən bir qənaət - bu qisim şeirlərin əsasən tərənnüm xarakterli olması da diqqətə çatdırılır. Həmçinin bu da xüsusi qeyd edulməlidir ki, şeirə ad seçimi məsələsi daim şairin diqqətində olmuşdur. AD-ı əsərin vizit kartı, süjet xəttinə giriş etmək üçün qiymətli vasitə, oxucuya əsərin mövzusu barədə ilkin informasiya ötürücüsü qismində qəbul edən yazıçı qələmə aldığı əsərlərin adının uşaq psixologiyasına uyğun, kiçik ölçülü və mümkün qədər az sözdən ibarət, imkan daxilində adlıq cümlə şəklində olmasını daim diqqətdə saxlamış, bunu başqalarından da tələb etmişdir.
Öncə “obraz” və “surət” anlayışlarının oxşar və fərqli cəhətlərinə aydınlıq gətirilir. Qeyd olunur ki, “obraz” və “surət” anlayışları qoşa qanad kimi həmişə yanaşı işlənib, ancaq müqayisədə “obraz” anlayışı “surət” anlayışından daha geniş məzmundadır. O mənada ki, “insan” ədəbi qəhrəmanından bəhs edildikdə, yeri gələndə sinonim xatirinə “obraz” istilahı da işlətmək olar, ancaq ədəbiyyatçünas Nizaməddin Şəmsizadənin yazdığı kimi, hər ikisi haqqında “surət” deyib bəhs etmək olmaz. Başqa sözlə, dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə “surət” ola bilməz, “surət” anlayışı yalnız insana şamil oluna bilər.
Məqalədə bu da xüsusi vurğulanır və faktlarla diqqətə çatdırılır ki, N.Şəmsizadəyə qədər bütün ədəbiyyatçünaslar (Leonid İvanoviç Timofeyev, Əziz Mirəhmədov, Maksim Qorki, Nafiz Qəhrəmanlı, Mir Cəlal və Pənah Xəlilov, Rafiq Yusifoğlu) “surət” anlayışı haqqında eyni fikirdə olublar. Yəni, hər hansı əsərin ədəbi qəhrəmanı olan insandan da, dağdan, dərədən, hər hansı heyvandan, yaxud təbiət hadisəsindən də bəhs edərkən paralel olaraq eyni zamanda həm “surət”, həm də “obraz” istilahından bəhrələniblər.
Bütün mülahizələrə ehtiramımızı bildirərək biz N.Şəmsizadənin fərqli mövqeyini (yazıçı əsərində, məsələn, dağ obrazını canlandıra bilər, ancaq bu “dağ” yalnız coğrafi termin olaraq obrazlaşdırılmışdır, surət deyil” qənaətini) əsas götürür, bədii obraz istilahını aşağıdakı təsnifatda qruplaşdırılmasını məqsədəuyğun bilirik: surət - insandan bəhs edən qəhrəmanlara, obraz - flora, fauna və digər predmet­ləri əhatə edən, özündə birləşdirən “qəhrəmanlara” deyilir.
Bu spesifiklik nəzərə alınaraq, məqalə iki yarımbaşlıq altında tədqiqat müstəvisinə çıxarılıb: a) Z.Xəlilin uşaq şeirlərində obrazlar və b) Z.Xəlilin uşaq şeirlərində surətlər.

Yüklə 49,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə