Zahid xəLİLİn bəDİİ obraz yaratmaq texnologiyasi



Yüklə 49,19 Kb.
səhifə3/5
tarix29.11.2023
ölçüsü49,19 Kb.
#143334
1   2   3   4   5
4 ÇIXIŞ üçün TEXNOOGİYA10.07.2022

Qalxdı, yatdı dalğalar;
Nərə çəkdi, hayqırdı,
Sanki atdı dalğalar. (müfəssəl təşbeh)

Guruldadı göy dəniz,


Dalğalar qaya oldu (mükəmməl təşbeh)
Qayaların dibində
Köpüklər taya oldu. (mükəmməl təşbeh)

Bu vaxta qədər nə uşaqların, nə də böyüklərun qulağı bu bəlağətləri eşitməyib.


Bu sırada poeziyaya məxsusi özəllik bəxş edən qafiyə sistemini də unutmaq olmaz. Heca vəznindən, həmçinin sərbəst şeirlə hecanın qarışığından yaradılan mözüzəli ritmə malik qafiyələr sistemindən, eləcə də vəsfedici bədii təsvir və ifadə vasitələrindən müdrikcəsinə bəhrələnmə Z.Xəlil şeirlərinin əbədiliyinin qarantı olmuşdur.
“Gil pişik” şeirindən bir neçə bəndə diqqət yetirək:
Adiləyə hədiyyə ( 7 )
Verdilər bir gil pişik. ( 7 )
Gil pişik, ( 3 )
Çil-çil pişik. ( 4 )

Yaşıl muncuq gözləri ( 7 )


Elə hey par-par yanır. ( 7 )
Oturub pəncərədə ( 7 )
Bucaqlara boylanır. ( 7 )


A gil pişik, gil pişik, ( 7 )
Gəl oynayaq, gəl, pişik. ( 7 )
Sakit otur yerində ( 7 )
İşlərini bilmişik. ( 7 )

Quyruğunu şelləyib ( 7 )


Tüklərini qabartma. ( 7 )
Siçan yoxdu bu evdə, ( 7 )
Gözlərini bərəltmə. ( 7 )
Birdən düşdü taxçadan, ( 7 )
Yerə dəydi tappadan. ( 7 )
Çilikləndi gil pişik, ( 7 )
Gil pişik, çil-çil pişik. ( 7 )

Eh, nə yaman kövrəkmiş, ( 7 )


Səfehmiş bu gil pişik. ( 7 )
Adilənin göz yaşı ( 7 )
Çönüb oldu sel, pişik! ( 7 )
Yalançı pişik üçün ( 7 )
Qız doğrudan ağladı. ( 7 )
Əydi yerə başını ( 7 )
Axıtdı yana - yana, ( 7 )
Doğruçu göz yaşını... ( 7 ) [4. s.192]
Oynaq qafiyələr, qafiyələrin bir-biri ilə musiqili siyahla bağlanması şeiri poetik nümunə səviyyəsinə qaldırmışdır.
Yaxud “cisim obrazları” bölgüsünə daxil olan “Uçan çıraqlar” şeirini götürək. Zooloji anlayış olan böcəyin üst qabığının fosforla örtülü olması və bu üzdən qaranlıqda ətrafa işıq saçmaq xassəsinə malik olması şairə atəşböcəyini uçan çıraq adlandırmaqla mükəmməl obraz yaratmaq imkanı qazandırmışdır:
Möcüzədir möcüzə,
Uçar, gəzər çıraqlar.
Meşələrə, düzlərə,
İşıq salar, nur salar.
Tanış olun,
Çırağın
Adı Atəşböcəyi.
Otların yaraşığı,
Ağacların bəzəyi.
Çəmənlərə - çöllərə
Şölə salar bu böcək.
Yanırsa - yaşayır o,
Sönübsə - ölüb demək. [4. s.188. “Uçan çiraqlar”]

Yüklə 49,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə