Zahid xəLİLİn bəDİİ obraz yaratmaq texnologiyasi



Yüklə 49,19 Kb.
səhifə4/5
tarix29.11.2023
ölçüsü49,19 Kb.
#143334
1   2   3   4   5
4 ÇIXIŞ üçün TEXNOOGİYA10.07.2022

vvvvvvvvvvvvvvvvvv

Məqalənin UŞAQ ŞEİRLƏRİNDƏ SURƏTLƏR
hissəsində Z.Xəlilin uşaq şeirlərində yaratdığı surətləri necə obrazlaşdırdığı imkanlarından bəhs olunur.
Mövzunu şərti olaraq iki istiqamətdə qruplaşdırmaq olar:
1 - uşaqdan bəhs edildiyi sərlövhəsindən aydın görünən şeirlər (“Keçi və Əziz”, “Külək və Mələk”, “Fərruxun dişi”, “Ali və gavalı”, “Gülnar və gilənar”, “Çoban Həsən”, “Dilarənin danası”, “Şəlalənin cavabı”, “Salam, Məlik”, “Çərkəz” “Ay Vüqar” və s.);
2 – sərlövhəsində insan adı çəkilməyən, yalnız əsərlə tanışlıq zamanı uşaqdan bəhs edildiyi anlaşılan şeirlər. “Quşəppəyi” (Gülnur), “Çələ və tələ” (Şəlalə və Səfər), “Mən rəngləri tanıyıram” (Elman), “Ay dənizə düşübdür” (Sərxan, Çərkəz, Kamran və Fikrət), “Hamı yatır” (ana və uşaq), “Gil pişik” (Adilə), “Gəlin, gəlin, sərçələr” (Vasya) və “Uçmaq istəyən ağaclar” (Vasya. Hər iki sonuncu şeir rus şairi Yuri Naumoviç Kuşakdan tərcümədir) və s. bu qəbildəndir.
Z.Xəlil yaradıcılığında surətlərin əsasən tərən­nüm­edici növündən istifadə edildiyi müşahidə olunur. Bu mövqe yazıçının həm peşə, ixtisas etibarı ilə pedaqoq olmasından, həm də bir varlıq olaraq insan kimi öz təbiətindən irəli gəlir.
Şeirlərdə heyvanlara sevgi, məhəbbət bəsləyən Əziz (“Keçi və Əziz”), Dilarə (“Dilarənin danası”), Səməndər (“Səməndər”), çoban Həsən (“Çoban Həsən”), dərslərini yüksək qiymətlərlə oxuyan Lalə, Qərənfil, Nərgiz (“Üç rəfiqə”), Əsəd (“Hərflər”), Sevinc və İlqar (“Sevinc və İlqar”) surətləri ilə yanaşı dərsdən qaçan tənbəl İsgəndər (“İsgəndərin işləri”), kitab-dəftər almaq bəhanəsi ilə gah valideynindən, gah da babasından al dilnən pul alıb dondurmaya xərcləyən və bu səbəbdən də xəstələnib dərsdən qalan məktəbli ilə də (“Kitab və dondurma”. Yuri Naumoviç Kuşakdan tərcümədir) qarşılaşırıq. Bu surətlər sırasında həmçinin öz dəcəlliklərini “oynamaq”, “şənlənmək” kimi qiymətləndirib əslində evin əşyalarını dağıdan, nəticədə valideynləri üçün əlavə qayğı yaradan Zahid və Orxan kimi azmı yaşıdlarımız olub.
Dibçək güllərini qıran Vüqar (“Ay Vüqar” şeiri), mürəbbəni özü yeyib günahı pişiyin boynuna yıxan İmran (“Yalançı İmran”) və s. bu təbiətdə surətləri qələmə almaqla müəllif azyaşlılarda bənzər naqis cəhətləri islahedici tərzdə tənbeh edərək, əslində onların əməllərinin cəmiyyət üçün qəbul­olun­maz olduğunu azyaşlıya diktə etmişdir:
Edilən müraciət, başqa sözlə, sənətkarlıqla işlənmiş epifora (Ay Vüqar) və mükəmməl qafiyələnmələr (“necə//indicə”, “çiçəkdir//qəşəngdir”, “bir az//olmaz”) şeirə xüsusi ahəng, musiqilik, obrazlılıq gətirərək təqdim olunan mənzərəni poetik lövhəyə çevirmiş, oxunaqlı, azyaşlı üçün yaddaqalımlı etmişdir.
Götürək “Fərruxu dişi” şeirini. Şeir Fərrux adında cavanın tələbə olduğu illərdə bir təsadüf hadisə nəticəsində yaranıb. Şıltaqlıq edib dərsin gedişinə mane olan tələbəsinə yaxınlaşan müəllim (burada Z.Xəlil) ona heç də nəyi isə irad tutmayıb. Yaxınlaşıb və sadəcə bədahətən nitqinə gələn ilk iki misranı deyib:
Dişi mırıqdı Fərruxun,
İşi fırıqdı Fərruxun. [5. s. 61]

Yüklə 49,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə