Naxçıvan Muxtar Respublikası – 90
infrastruktur müasir standartlar səviyyəsində yenilənmiş, davamlı
olaraq yeni güclər yaradılmışdır ki, bu da, son nəticədə, enerji
təhlükəsizliyimizin səmərəli qurulmasını şərtləndirmişdir. Ötən
dövr ərzində gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik
Stansiyası, gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası,
gücü 20,5 meqavat olan “Arpaçay-1” Su Elektrik Stansiyası,
Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan su
elektrik stansiyası tikilmiş, gücü 60 meqavat olan Naxçıvan Qaz-
Turbin Elektrik Stansiyası yenidən qurulmuşdur.
Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə 2014-cü
ilin 14 mart tarixində Azərbaycan Respublikasının Prezidenti
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik
Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam
imzalamışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik
Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon
manat vəsait ayrılmış və stansiyanın tikintisi başa çatdırılmışdır.
Əgər 2003-cü ildə muxtar respublikada 1 elektrik enerjisi
istehsal edən müəssisə fəaliyyət göstərirdisə, aparılan məqsəd-
yönlü islahatlar nəticəsində bu müəssisələrin sayı 7-yə çatdırıl-
mış, hazırda Ordubad rayonunda 36 meqavat gücündə Ordubad
Su Elektrik Stansiyasının inşası davam etdirilməkdədir.
Bu dövr ərzində muxtar respublikada 9 elektrik
yarımstansiyası yaradılmış, 4 elektrik yarımstansiyası isə yenidən
qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası – 90
Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir
ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları
elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı,
elektrik enerjisinin ixracına imkan yaratmışdır. Əgər 2003-cü ildə
muxtar respublikaya 949 milyon kilovat-saat elektrik enerjisi
idxal olunmuşdursa, 2013-cü ildə 339 milyon kilovat-saat
elektrik enerjisinin ixracı təmin olunmuşdur.
Muxtar respublikada istehlakçıları, ən əsası isə əhali
təsərrüfatlarını təbii qazla təmin etmək məqsədilə 1992-ci ildə
İran İslam Respublikasına səfəri zamanı ümummilli liderimiz
Heydər Əliyev tərəfindən “Xoy-Culfa” qaz kəmərinin çəkilməsi
və
Naxçıvanın
qazla
təmin
edilməsi
barədə
protokol
imzalanmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 11 fevral
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının
sosial-iqtisadi
inkişafı
Dövlət
Proqramı”na
(2004-2008-ci
illər)
uyğun
olaraq,
Naxçıvan
Muxtar
Respublikasının təbii qazla təminatının bərpası və təbii qaza olan
tələbatını ödəmək məqsədilə 5 avqust 2004-cü ildə “Azəriqaz”
QSC və İran Milli Qaz İxrac Şirkəti arasında “Təbii qaz
mübadiləsi” haqqında müqavilə imzalandı. Bununla da, bölgə
üçün sosial sahədə olan ən zəruri məsələ uğurlu və daimi həllini
tapmış oldu. Nəhayət, 20 dekabr 2005-ci ildə 14 illik fasilədən
sonra muxtar respublikaya mavi yanacağın verilməsi bərpa
olundu. Təbii qaz təminatı üzrə 1 yanvar 2014-cü il tarixə muxtar
respublikada 81 min 162 əhali abonenti mavi yanacaqla təmin
olunmuş, təsərrüfat subyektlərinin bu yanacağa olan tələbatı
ödənilmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
Ötən dövr ərzində ordu quruculuğu istiqamətində muxtar
respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə
və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 5-ci
Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu
yaradılmışdır. 2004-2013-cü illər ərzində muxtar respublikada
ordu quruculuğu istiqamətində 173 obyekt, o cümlədən
15 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi
prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün
13 bina, 26 zabit və əsgər yataqxanası, 17 yeməkxana, 22 yaşayış
binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana,
5 tibb məntəqəsi, 3 klub və 61 müxtəliftəyinatlı obyekt tikilərək
və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bundan əlavə,
2013-cü ildə hərbi qulluqçuların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili
və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni
mənzillər verilmişdir.
İnvestisiyaların geniş sahə quruluşu və intensivliyi
diqqətdə saxlanılmış, 2013-cü ildə əsas kapitala yönəldilən
investisiyaların həcmi 2003-cü ildəki müvafiq göstəricini
16,4 dəfə üstələyərək 1 milyard 37 milyon 748 min manatı
ötmüşdür.
2004-2013-cü
illər
ərzində
muxtar
respublikada
227 inzibati bina, mənzil təsərrüfatı üzrə 42 obyekt, 29 nasos
stansiyası, 150 subartezian quyusu, 61 körpü, 119 elm və təhsil
müəssisəsi, o cümlədən 26164 şagird yerlik 83 ümumtəhsil
məktəbi, 159 mədəniyyət obyekti, 146 səhiyyə müəssisəsi,
18 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri,
təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan
Dostları ilə paylaş: |