Naxçıvan Muxtar Respublikası – 90
olan şəxslər üçün 420 fərdi ev, 590 istehsal və xidmət obyekti
tikilərək istifadəyə verilmişdir. İdarəetmənin səmərəli təşkili və
ucqar yaşayış məntəqələrinin – kəndlərin, qəsəbələrin inkişafı bu
müddət ərzində diqqətdə saxlanılmış və son illər ərzində
101 kənd mərkəzi, 3 qəsəbə mərkəzi istifadəyə verilmişdir.
Ötən dövr ərzində dayanıqlı əhali məskunluğunun təmin
edilməsi üçün tədbirlər görülmüşdür. 2013-cü ildə muxtar
respublikada əhalinin şəxsi vəsaiti hesabına 358 min kvadratmetr
yaşayış sahəsi tikilmişdir ki, bu da 2003-cü ildəki müvafiq
göstərici ilə müqayisədə 28,2 dəfə çoxdur.
Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə
xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması
istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və
kanalizasiya sistemlərinin yenidən qurulması işi xüsusilə diq-
qətdə saxlanılmaqdadır. Ötən dövr ərzində muxtar respublikada
mövcud olan kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni
kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müa-
sir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan
tədbirlər davam etdirilir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli
içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən
qurulması istiqamətində Naxçıvan Şəhər Su Anbarı və Sutəmiz-
ləyici Qurğular Kompleksi istifadəyə verilmiş, 1 may 2014-cü il
tarixə 208 kilometr uzunluğunda kanalizasiya və 222 kilometr
uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur,
Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonları-
nın mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kana-
lizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə,
Naxçıvan Muxtar Respublikası – 90
415 kilometr uzunluğunda içməli su və 266 kilometr
uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Kompleks tədbirlər çərçivəsində yeni emal müəssisələrinin
yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımlarının
göstərilməsi, gübrələrin güzəştlə çatdırılması, meliorasiya-
irriqasiya sistemlərinin yenilənməsi, səmərəli kreditləşdirmə
mexanizminin formalaşdırılması, lizinqin inkişafının dəstəklən-
məsi, lazımi texnikaların sayının tələbata uyğun artırılması, yeni
satış bazarlarının təşviqi kənd təsərrüfatı sahəsində iqtisadi
aktivliyi əhəmiyyətli dərəcədə intensivləşdirmişdir.
Bu müddət ərzində kənd təsərrüfatının davamlı inkişafına
yönəldilmiş kompleks islahatlar üzrə mühüm qərarlar qəbul
edilmiş,
proqram
xarakterli
idarəetmə
formalaşdırılmış,
2005-2010-cu
illəri
əhatə
edən
Naxçıvan
Muxtar
Respublikasında kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci
illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə
Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə dövlət proqramları qəbul olunmaqla konkret inkişaf
istiqamətləri müəyyənləşdirilmişdir.
Əkinəyararlı torpaqlar tam şəkildə əkin dövriyyəsinə
qatılmaqla 2013-cü ilin məhsulu üçün 60 min 127 hektar sahədə
əkin işləri həyata keçirilmişdir ki, bu da 2003-cü ilin məhsulu
üçün əkilmiş sahədən 29 faiz çoxdur.
Taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşılması
nəticəsində bu sahədə yüksək artım meyillərinə nail olunmuşdur.
Bunun nəticəsində 2003-cü ilə nisbətən 2013-cü ildə taxıl
istehsalı 41 faiz artmışdır.
Naxçıvan Muxtar Respublikası – 90
Azərbaycan
Respublikası
Prezidentinin
2007-ci
il
23 yanvar tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına
dövlət dəstəyi haqqında” Sərəncamının icrası istiqamətində ötən
dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri
yanacaq və motor yağlarına görə yardımların və mineral
gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən
ödənilməsi təmin edilmişdir.
Ötən dövr ərzində muxtar respublikada istehsalçıların
məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan
qaldırılmasında və ən əsası taxıl ehtiyatının yaradılmasında
mühüm əhəmiyyətə malik olan, tutumu 27 min ton taxılı
saxlamağa imkan verən anbarı yaradılmışdır.
Yüksək istehlak xüsusiyyətləri nəzərə alınaraq muxtar
respublikada kartof istehsalına xüsusi önəm verilir. Daxili
bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali
tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin
etmək məqsədilə reallaşdırılan tədbirlərə uyğun olaraq, kartof
əkini üçün əlverişli torpaq sahələri müəyyənləşdirilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə 2957 hektar
sahədə kartof əkilmişdir. Əkilmiş sahələrdən 41296,8 ton məhsul
yığılmışdır ki, bu da 2003-cü ildəki göstəricidən 2,9 dəfə çoxdur.
Muxtar respublikada bitkiçilik məhsullarına olan tələbat
əsas etibarı ilə yerli istehsal hesabına ödənilməkdədir. 2013-cü
ildə muxtar respublikada 102960 ton taxıl, 66497 ton tərəvəz,
39037,5 ton bostan məhsulları, 58389 ton meyvə və giləmeyvə
istehsal olunmuşdur. 2003-cü illə müqayisədə taxıl istehsalı
41 faiz, tərəvəz istehsalı 24,6 faiz, meyvə və giləmeyvə istehsalı
isə 46 faiz artmışdır. Əsas strateji xəttə uyğun olaraq, yerli
Dostları ilə paylaş: |