Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə33/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   29   30   31   32   33   34   35   36   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
89
sal  texnologiyasının  tətbiqi  üzrə  39  müəssisə  arasında  sorğunun  [16,  s.811-
824], P.J.Holahan,  Z.H.Aronson,  M.P.Jurkat və F.D.Şurmanın həyata keçirdiyi 
69 məktəbdə kompüter texnologiyasının tətbiqinə dair sorğunun [11, s.31-50] 
nəticələrini  ümumiləşdirsək,  innovasiyaların  tətbiqi  üzrə  əsas  maneələri  və 
səmərəli tövsiyələri aşağıdakı kimi qruplaşdıra bilərik: 
a.  Maneələr:  1.Əvvəla,  innovasiyalar  qeyri-təkmil  dizayn  olunduğundan 
onların ilk dəfə istifadəsi çətinlik yaradır; 2. Əksər innovasiyalar ilk istifadəçilərin 
müəyyən yeni texniki bilik və bacarıqlara malik olmasını tələb edir; 3. İnnova-
siyaların tətbiqini, adətən, hədəf istifadəçilər deyil, iyerarxiyada daha yuxarıda 
olan menecerlər qəbul etdiklərindən müəyyən çətinliklər yaranır; 4. İnnovasi-
yalar fərdlərin rollarının, bəzi normaların və qaydaların dəyişdirilməsini tələb 
edir. Fərdlərin buna hazırlığı həmişə arzuolunan səviyyədə qeydə alınmır; 5. 
İnnovasiyaların tətbiqi vaxt və pul tələb edən çətin işdir; 6. Təşkilati ətalətlilik 
innovasiyaların tətbiqini çətinləşdirir.  
Bu səbəblərə görədir ki, Morgan Stanlinin 2002-ci il hesabatına görə, şirkətin 
hər il texnologiyalara xərclədiyi 2,7 trilyon ABŞ dollarının 500 milyon dolları in-
novasiyaların tətbiqindəki çətinliklərə görə “havaya sovrulur” [15, s.244-245].   
b. Tövsiyələr: 1. İnnovasiyaların tətbiqi üçün paket qərarlar (işçilərin inno-
vasiyalardan istifadə edə bilməsi üçün treninqlər, innovasiyaları istifadə edən 
işçilərə  ehtiyac  yarananda  texniki  dəstək  verilməsi,  təşviqedici  tədbirlər  və 
s.) hazırlanmlaı və həyata keçirilməlidir [17, s.31-79]; 2. Komandanın innova-
siyanı qavrama və qəbuletmə mühiti yaradılmalıdır; 3.İnnovasiyaların tətbiqi 
üçün  sərmayə  qoyulmalıdır;  4.İnnovasiyanın  tətbiqinə  hazırlaşan  koman-
da  öyrənməyə  meyilli  olmalıdır;  5.Menecerlər  innovasiyaları  tətbiq  edərkən 
qısamüddətli uğursuzluqlara görə ruhdan düşməməli, uzunmüddətli hədəflərə 
istiqamətlənməlidirlər. Beləliklə, menecerlərin “səbrliliyi” vacib şərtdir.
N.Eminov təklif edir ki, Azərbaycanda kiçik sahibkarlığa kömək infrastruk-
turunun yaradılması və inkişafı məqsədilə ölkənin strateji innovasiya inkişafı 
modelini, eləcə də innovasiya sahibkarlığının inkişafı üzrə təşkilati-iqtisadi me-
xanizmi işləyib hazırlamaq olar. Bu mexanizm kiçik innovasiya müəssisələrinin 
inkişafının stimullaşdırılması üçün metod, üsul və alətlərin məcmusu kimi təkcə 
bütövlükdə ölkə üzrə deyil, həm də onun ayrı-ayrı iqtisadi rayonları üzrə tətbiq 
oluna bilər [1, s.111-112]. 
Cənubi  Koreyanın  iqtisadi  möcüzəsinin  əsasında  aşağı  əmək  haqqına 
əsaslanan  ixracyönümlü  sənayeləşmə  kursundan  innovativ  və  sahibkarlıq 
təşəbbüsünə söykənən bazar modelinə keçid həlledici rol oynamışdır [4]. 
Modernləşdirilmənin  qarşısında  duran  nəzəri-metodoloji  çağırışları  belə 
qruplaşdırmaq mümkündür:
-  Nəzəri olaraq modernləşdirmənin əsas meyarlarının müəyyənləşdirilməsində 
çağırışlar qalmaqdadır;
-  İqtisadi modernizasiyanın həmişə pozitiv demokratik islahatlarla müşayiət 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
90 
olunması açıq müzakirə mövzusudur;
-  Bilik iqtisadiyyatına keçid modernizasiya paradiqmasına yeni baxış bucağı 
tələb edir;
-  Modernləşdirilmə  və  innovativ  inkişaf  arasında  dialektik  vəhdətin  nəzəri-
metodoloji əsasları hazırlanmalıdır;
-  Modernizasiya  zamanı  qlobal,  regional,  milli  və  lokal  səviyyədə 
bərabərsizliklərin  yaranması  problemi  qloballaşmanın  tələblərinə  uyğun 
şəkildə təhlil edilməli və çıxış yolları göstərilməlidir və s.
Modernləşdirilmənin əsas xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
-  Modernləşdirilmə bir proses olaraq daimi xarakter daşıyır;
-  Modernləşdirilmə cəmiyyətin siyasi, iqtisadi, sosial, mədəni və dini həyatını 
əhatə edir;
-  Modernləşdirilmə  tarixin  inkişaf  mərhələlərinə  uyğun  olaraq  formasını 
dəyişir;
-  Modernləşdirilmə qlobal, regional, milli və lokal səviyyələrdə qeyri-bərabər 
paylanılıb;
-  Modernləşdirilmə bir proses olaraq cəmiyyətin institutlarının harmoniyasına 
çalışır;
-  Modernləşdirilmə əmək qüvvəsinin kəmiyyət və keyfiyyət dəyişikliklərinə yol 
açır;
-  İqtisadi modernləşdirilmə iqtisadiyyatın əsas çağırışı olan minimum resurs-
larla maksimum nəticə əldə etməyə, başqa sözlə, iqtisadi səmərəliliyi artır-
mağa xidmət edir və s.
İstifadə edilmiş ədəbiyyat:
1.   Eminov N.O.  İnnovasiya yönümlü iqtisadi inkişafın əsasında müasir sahibkarlığın inki-
şaf istiqamətləri. Az.ETKTİ və Tİ-nin Elmi Əsərləri, 3/2012, s.111-112.
2.   Berman M. All That Is Solid Melts into Air: The Experience of Modernity, Penguin Bo-
oks, Reissue edition, 1988. 
3.   Berman M. All That Is Solid Melts into Air: The Experience of Modernity, Penguin Bo-
oks, Reissue edition, 1988.
4.   Branscomb L. M., Choi Y.H. Korea  at the  turning  point:  Innovation-Based  Strategies  
for Development,  Greenwood  Publishing  Group  Inc., London,  1996.  
5.   Cardoso F.H., Enzo F. Dependency and Development in Latin America, University of 
California Press, 1979.
6.   Edmondson A.C.,  Bohmer R., Pisano G.P. Disrupted routines:  Team learning and  new 
technology  adaptation, Administrative  Science Quarterly,  46, 2001, pp. 685-716.
7.   Eisenstadt S. N.  Modernization. Protest and Change, Prentice Hall, 1966. 
8.   Eisenstadt S. N.  Revolution and the Transformation of Societies: A Comparative Study 
of Civilizations, N.Y., The Free Press, 1978.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə