Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
35
social structure, chaotic social life and the elements which have caused a
threat for our State.
The demonstration of the national idea and ideology within the intelligen-
ce of Heydar Aliyev to the public consciousness has erased the primitive ethnic
nationalism from our society and has caused a rise of the patriotism among
the Azerbaijanis no matter of their ethnic background or religious affiliation.
Ирада Гусейнова
Гейдар Алиев – основоположник социальной политики
независимой Азербайджанской Республики
В определении социальной модели общества значительную роль
играют социальный состав населения и характер социальной структуры
общественной жизни.
В статье отмечается, что национальный лидер Гейдар Алиев смог
объединить переживающее период хаоса общество вокруг общей на-
циональной идеи, искоренить элементы, препятствующие формирова-
нию национальной государственности. Правильная подача националь-
ной идеи и идеологии общественному сознанию в свете гениальности
Гейдара Алиева, способствовала отстранению общества от примитивной
националистической идеологии и развитию позитивной, национально-
культурной системы патриотизма в стране, объединяющей ценности всех
граждан Азербайджана, вне зависимости от происхождения и религиоз-
ной принадлежности.
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
36
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
37
ERMƏNİSTAN-AZƏRBAYCAN
DAĞLIQ QARABAĞ
MÜNAQİŞƏSİ “ERMƏNİ
MƏSƏLƏSİ” KONTEKSTİNDƏ
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
38
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
39
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, milli ideologiya, istiqlal
mübarizəsi, soyqırımı, erməni separatizmi, daşnaklar
Key words: Azerbaijan Democratic Republic, the national ideology, the
struggle for independence, genocide, the Armenian separatizm, Dashnak
Ключевые слова: Азербайджанская Демократическая Республика, на-
циональная идеология, борьба за независимость, геноцид, армянский
сепаратизм, дашнаки
Mirzə Bala Məmmədzadə
erməni ideologiyasının
mürtəce mahiyyəti və
daşnakların törətdikləri
soyqırımlar haqqında
Rəfail
ƏHMƏDLİ
Azərbaycan Respublikasının
Prezidenti yanında
Ali Attestasiya Komissiyası,
fəlsəfə elmləri doktoru
axmedlirafail2009@rambler.ru
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
40
Giriş
Azərbaycanın milli azadlıq hərəkatı tarixində özünəməxsus yeri və rolu olan
görkəmli şəxsiyyətlərdən biri də böyük vətənpərvər, istedadlı publisist, yazıçı,
hüquqşünas, tarixçi alim və dövrünün tanınmış ictimai-siyasi xadimi olan Mirzə
Bala Məmmədzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan
sonra ömrünü Avropa ölkələrində və Türkiyədə ağır siyasi mühacirlik şəraitində
keçirməli olmuş M.B.Məmmədzadə (1898-1959) şüurlu fəaliyyətini doğma
xalqının yenidən istiqlaliyyətinə qovuşması amalına, özünün təbirincə desək,
“rus imperializminə qarşı Azərbaycan davasını yürütmək” [4, s.224] məramına
həsr etmişdir. Ancaq əfsuslar olsun ki, iki mindən çox məqalənin, “Azərbaycan
tarixində türk Albaniyası”, “Azərbaycan türk mətbuatı”, “Milli Azərbaycan
hərəkatı” və s. kimi sanballı kitabların müəllifi olan, “ana dilimizdə “Azərbaycan
tarixi” anlayışının elmi əsasını qoyan” [4, s.243] M.B.Məmmədzadənin zəngin
və dəyərli elmi-nəzəri irsi hələ də layiqincə öyrənilməmiş, elmi tədqiqatların
xüsusi mövzusu olmamışdır. Halbuki bu yöndə aparılacaq elmi araşdırmala-
rın XX yüzilliyin əvvəllərindən başlayaraq çarizmin imperiya əsarətində olan
Azərbaycanın qurtuluşu və istiqlaliyyəti uğrunda gedən mübarizənin və bunun
nəticəsi olaraq milli demokratik respublikanın yaradılmasının qanunauyğun-
luğunun, spesifik cəhətlərinin, eləcə də bu cümhuriyyətin süquta uğramasının
səbəblərinin hərtərəfli aydınlaşdırılması, öyrənilməsi nöqteyi-nəzərindən mü-
hüm əhəmiyyəti vardır.
Bir öncül milli məfkurə sahibi kimi M.B.Məmmədzadənin ictimai-siyasi
fəaliyyəti, çoxşaxəli yaradıcılığı və bunların fikirlərində təcəssümü olan ideoloji-
nəzəri baxışları, təbii ki, yetirməsi olduğu dövrdə Azərbaycanın taleyüklü mil-
li problemləri zəminində təşəkkül tapmış, həmin problemlərin həllinə xidmət
etmişdir. Bu problemlərin mündəricəsində onun erməni milli ideologiyasının
mürtəce mahiyyəti, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri
məqsədyönlü soyqırımları haqqında fikirləri, düşüncələri xüsusi maraq doğu-
rur. Bunların hərtərəfli və obyektiv araşdırılması Şərqdə ilk demokratik respub-
lika olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəbləri kimi keçən
əsrin 90-cı illərindən bəri üzləşməli olduğumuz ədalətsiz Dağlıq Qarabağ
probleminin köklərinə də nəzəri və faktiki olaraq bir daha dərinliyi ilə varmaq
baxımından da mühüm əhəmiyyət daşıyır.
Erməni ideologiyasının mürtəce mahiyyətinin ifşası
Əsası Ə.Ağaoğlu tərəfindən qoyulmuş “Difai” təşkilatının “İrşad” qəzetinin
1906-cı il 13 oktyabr tarixli sayında çap olunmuş “Bəyannamə”sində qeyd olu-
nur: “Artıq iki ildir ki, Qafqaz müsəlmanları onların varlığını belə təhlükə altı-
na alan bəlalarla üzləşirlər. Həmin bəlalar aşağıdakılardan ibarətdir: erməni-
müsəlman toqquşmaları, ikincisi, xalqımızın geriliyi və cahilliyi, nəhayət,
Dostları ilə paylaş: |