Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
33
Azərbaycan qanunları mənşəyindən, milliyyətindən, dinindən və dilindən
asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat ve-
rir. Azərbaycanın din sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan
azadlığı üzərində qurulub. Dövlətin dini siyasəti həmçinin beynəlxalq hüququn
prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə,
ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Hökumətin
din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin
etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini
verməkdədir.
Dinlərarası münasibətlərdə Azərbaycan dünyanın ən çox inkişaf etmiş
ölkələrinə nümunə göstərilir. Bütün bunlar Azərbaycan xalqının ümummilli li-
deri Heydər Əliyevin səyləri sayəsində mümkün olub və bu siyasət hazırda
Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir.
Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevril-
diyini hər zaman diqqətə çatdıran Prezi-
dent İlham Əliyev dünyada sülhün təmin
olunmasında belə dialoqlara böyük ehti-
yac olduğunu söyləyir: “Azərbaycan əsrlər
boyu dinlərarası münasibətlərin inkişafın-
da öz rolunu oynayıb. İctimai-siyasi quru-
luşundan asılı olmayaraq bütün dövrlərdə
Azərbaycanda dini və milli dözümlülük,
tolerantlıq çox yüksək səviyyədə olub. Bu,
Azərbaycan xalqının duyğularıdır, eyni za-
manda, müstəqil Azərbaycan dövlətinin
siyasətidir və Azərbaycanda fəaliyyət
göstərən dini qurumların əməyinin praktiki
nəticəsidir” [13, s.4].
Azərbaycan son illərdə bu sahədə aparı-
lan müzakirələrin sadəcə iştirakçısı qismində
çıxış etmir, eyni zamanda bəşəriyyətin
gələcək inkişafı naminə mədəniyyətlərarası,
konfessiyalararası və sivilizasiyalararası di-
aloq üçün real imkan və mexanizmlərin
müəyyən edilməsinə xidmət göstərən bu
cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı
missiyasını yerinə yetirir.
Müstəqil Azərbaycan dövləti bu gün
tarixinin ən böyük intibah dövrünü ya-
şayır. Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyevin rəhbərliyi ilə
qazanılan nailiyyətlər, ölkəmizin sosial-iq-
tisadi imkanlarının genişlənməsi cəmiyyət
həyatının bütün əhəmiyyətli sahələri üzrə
Azərbaycanın dinlərarası və
sivilizasiyalararası dialoqun
mərkəzinə çevrildiyini hər
zaman diqqətə çatdıran
Prezident İlham Əliyev
dünyada sülhün təmin
olunmasında belə dialoqlara
böyük ehtiyac olduğunu
söyləyir: “Azərbaycan
əsrlər boyu dinlərarası
münasibətlərin inkişafında
öz rolunu oynayıb. İctimai-
siyasi quruluşundan asılı
olmayaraq bütün dövrlərdə
Azərbaycanda dini və milli
dözümlülük, tolerantlıq
çox yüksək səviyyədə olub.
Bu, Azərbaycan xalqının
duyğularıdır, eyni zamanda,
müstəqil Azərbaycan
dövlətinin siyasətidir və
Azərbaycanda fəaliyyət
göstərən dini qurumların
əməyinin praktiki nəticəsidir”
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
34
müəyyən edilmiş inkişaf kursunun yüksələn xətt üzrə davamlılığını, ardıcıllığı-
nı, məqsədyönlülüyünü təmin edir. Azərbaycanın əsas iştirakçı kimi çıxış etdi-
yi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Trans Anadolu
Qaz Boru Kəməri (TANAP) kimi qlobal layihələr təkcə müstəqil dövlətimizin
gələcək firavanlığının, sosial-iqtisadi tərəqqisinin, Azərbaycan insanının xoş
güzəranının təminatı deyil. Həm də cəmiyyətimizi bir zamanlar bütün Şərq dün-
yasında ilk dəfə demokratik bir cümhuriyyət bina etmiş mütəfəkkirlərimizin, o
cümhuriyyətin tarixi ruhunun gücü, enerjisi ilə müstəqil Azərbaycan dövlətini
qurub yaratmış Ulu Öndər Heydər Əliyevin arzularında yaşanan sivil bir aləmə
qovuşduran körpüdür. Azərbaycanın xoşbəxt sabahlarına doğru uzanan yol-
lardır.
İstifadə edilmiş ədəbiyyat:
1. Prezident sarayında BMT-nin Baş katibi Butros Butros-Qali ilə görüşdə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı /30 oktyabr 1994-cü il/ http://lib.
aliyev-heritage.org/az/7096439.html
2. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I kitab, Bakı, 1997.
3. Heydər Əliyev işığı – ipək yolu. Bakı: “Qismət”, 2001.
4. Ulu öndər milli-mənəvi dəyərlər haqda /“Paritet”, 14-15 sentyabr 2010-cu il, s.1;4/
http://anl.az/down/meqale/paritet/2010/sentyabr/132768.htm
5. Beynəlxalq Humanitar Forumun açılışında İlham Əliyevin nitqi /10 oktyabr 2011-ci
il/ http://president.az/articles/3310
6. Bakıda Ukraynanın nüfuzlu «LİÇNOSTİ» («ŞƏXSİYYƏTLƏR») jurnalının Azərbaycan
Prezidenti İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilmişdir /
AzərTAc, “Azərbaycan” qəzeti, 28 dekabr 2013-cü il, s.4-5/, http://www.azerbaijan-
news.az/index.php?mod=3&id=33104
7. Birinci xanım. “Milli Məclis” jurnalı, 2009, № 5, s. 11–21.
8. Mehdiyev R.Ə. Yeni siyasət: inkişafa doğru. Bakı, 2008.
9. Mehdiyev R.Ə. Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi.// “Dövlət
idarəçiliyi: nəzəriyyə və təcrübə”, Bakı, 2011, № 2 (34).
10. Hüseynova İ.M. Heydər Əliyev və Qafqazda sülh prosesi. Bakı, 2003.
11. Hüseynova İ.M. Müstəqilliyimizin təminatçısı. Bakı, 2003.
12. Hüseynova İ.M. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı, 2004.
13. Əliyev R. Azərbaycan dinlərarası dialoq mövzusunda keçirilən tədbirlərin qeyri-
rəsmi paytaxtına çevrilib / “Xalq qəzeti”, 13 noyabr 2009-cu il, s. 4.
Irada Huseynova
Heydar Aliyev is the founder of the social policy model of
the independent Azerbaijan
In the definition of the social model of society a significant role play the social
composition of the population and the nature of the social structure of society.
The publication outlines the intelligence of the National Leader of Azerbai-
jan Heydar Aliyev, in solving the problems of the Azerbaijani society which has
left the Soviet ideology and later on had a chaotic period with a complicated