Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə23/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   176

 

71 


deyilirdi,  onlar  mədrəsələrin  meydana  gəlməsinin  ilkin  səbəbkarı 

olmuĢlar. 

Cənubi  Azərbaycanın  Həmədan  Ģəhərində  yaradılmıĢ  zəngin 

kitabxanalardan birinin sahibi azərbaycanlı Əbül Vəfa olmuĢdur. Bu 

kitabxananın Ģöhrəti Ġran və Azərbaycan hüdudlarından da uzaqlara 

yayılmıĢdır.  Azərbaycana  sıx  bağlı  olan  ərəb  Ģairi  Əbu  Təmmam 

(796-  843)  həmin  kitabxananın  fəal  oxucusu  olmuĢdur.  O  Ġraqa 

köçərkən onun tərüb etdiyi kitablar, xüsusilə burada yazdığı məĢhur 

“Həmasə”  (“Qəhrəmanlıq”)  kitabı  bu  kitabxanada  qalmıĢdır.  “Hə-

masənin  Ģərhi”  əsərinin  müqəddiməsində  Xətib  Təbrizi  yazır  ki, 

Əbu Təmmam Xorasandan Ġraqa qayıdarkən Əbül Vəfa onu Həmə-

danda qonaq saxlayır. ġair Həmədandan çıxmaq istəyəndə çoxlu qar 

yağdığından yollar tutulur və o bir müddət Həmədanda Əbül Vəfa-

nın  yanında qalmalı olur. Əbül Vəfa öz kitabxanasını darıxmamaq 

üçün  Əbu  Təmmamın  ixtiyarına  verir  və  o  bu  kitabxananın  kitab-

larından  istifadə  etməklə  “Ə1-  Həmasə”  adlı  məĢhur  Ģeirlər  məc-

muəsini yazmıĢdır. Bu kitaba Azərbaycan Ģairlərinin Ģeirləri də da-

xil  olmuĢdur.  Bu  da  məlumdur  ki,  Xətib  Təbrizi  bu  kitaba  böyük 

Ģərh  yazmıĢ,  onu  qiymətli  əsər  saymıĢ  və  onu  dünyaya  yaymıĢdır. 

Göründüyü kimi bu kitabın yazıldığı yer də Azərbaycan olmuĢ, ilk 

oxucuları  da  azərbaycanlılar  olmuĢ,  bu  kitaba  Ģərh  yazan,  bütün 

dünyaya tanıdan da Azərbaycan alimi olmuĢdur. 

Həmədan Ģəhərində tez-tez kitab satıĢ bazarları təĢkil olunur-

du. Belə kitab satıĢ bazarlarından biri də X əsrdə Samanilər dövrün-

də  Buxarada  olmuĢdur.  Burada  “Savan  əl-hikmə”  (“Hikmət  xəzi-

nəsi”) adlı zəngin saray kitabxanası olmuĢdur ki, böyük Azərbaycan 

alimi Bəhmənyarın müəllimi və dostu Əbu Əli Ġbn Sina bu kitabxa-

nadan öz əsərlərini yazmaq üçün zəngin materiallar toplamıĢdır. Ġbn 

Sinanın dünyagörüĢünün inkiĢafında Samanilərin Buxaradakı saray 

kitabxanasının çox böyük rolu olmuĢdur. Ġbn Sina əmir II Nuh  Ġbn 

Mənsuru  müalicə  etdikdən  sonra  bu  kitabxananın  müdiri  təyin 

olunmuĢdur.  Ġbn  Sina  öz  tərcümeyi-halında  bu  kitabxananı  belə 

təsvir edir: Məni çoxlu otaqları olan binaya buraxdılar otaqların hər 

birində qalaq-qalaq kitablarla dolu sandıqlar var idi. Bir otaqda ərəb 

dili  və  poeziyaya,  o  birində  fiqhə  dair  kitablar  var  idi.  Beləcə  hər 

otaqda  elmlərdən  birinə  dair  kitablar  yığılmıĢdı.  Qədim  alimlərin 

əsərlərinin siyahısı ilə tanıĢ olduqdan sonra mən özümə lazım olanı 



 

72 


istədim  və  çoxlarının  adlarını  belə  eĢitmədikləri,  mənimsə  nə 

qabaqlar, nə də sonralar görmədiyim kitabları gördüm. Böyük loğ-

man Ġbn Sina haqqında bunu da deyirlər ki, o Buxara əmirini müali-

cə etdikdən sonra Əmirin- “cavan oğlan məndən nə mükafat istəyir-

sən” - sualına, o, saray  kitabxanasına daxil olmağı  istəyirəm. Mən 

həmin kitabxanada kitab oxumağı istərdim” - cavabını vermiĢdir. 

Tarixi  mənbələrdən  məlumdur  ki,  mühüm  mədəniyyət 

mərkəzlərindən biri qədim zamanlardan Bərdə Ģəhəri olmuĢdur. IX-

X əsrlərdə Bərdə Azərbaycanın ən qabaqcıl Ģəhərlərindən olmuĢdur. 

Elə  Bərdə  yaxınlığında  doğulmuĢ  “Albaniya  tarixi”nin  müəllifi 

Musa Kalankatlının VII əsrdə “Böyük paytaxt və qala Ģəhəri” kimi 

qeydə aldığı bu Ģəhəri X əsr ərəb səyyahı Müqəddəsi “Azərbayca-

nın baĢ Ģəhəri”, “Bu diyarın Bağdadı” adlandırmıĢdı. Bərdənin Ģair 

və alimlərinin bir çoxu ġərqin və Orta Asiyanın iri mədəniyyət mər-

kəzlərində  -  Bağdadda,  Qahirədə,  DəməĢqdə,  NiĢaburda  və  baĢqa 

Ģəhərlərdə  yazıb  yaradaraq  kitab  mədəniyyətinə  böyük  töhfələr 

vermiĢ,  Bərdədə  və  digər  Ģəhərlərdə  kitab  evləri  və  kitabxanalar 

yaratmıĢlar. Bu Ģəhərdə 100 min cilddən artıq kitabı olan kitabxana 

olmuĢdur.  X  əsrin  ortalarında  paytaxt  Bərdədən  Gəncəyə  köçürü-

ləndə kitabxana da Nizami yurduna köçürülmüĢdür. Bərdədən sonra 

Gəncə Arranın ikinci böyük Ģəhəri sayılırdı. Bu baxımdan X əsrdə 

paytaxt  Bərdədən  Gəncəyə  köçürüləndə  yeni  paytaxt  kitabsız  və 

kitabxanasız  ola  bilməzdi.  Gəncədə  saray  da,  “Dar  əl  Kütüb”  da 

(“Saray kitabxanası”) əvvəlcə yaradılmıĢ, sonra köç baĢlanmıĢdır. X 

əsrdə  Gəncə  maarif  və  mədəniyyəti  inkiĢaf  etmiĢ  bir  Ģəhər  halına 

gəlmiĢdi.  Deməli  bu  Ģəhərin  yazıçıları,  alimləri,  Ģairləri  olmuĢ, 

xəttatları və kitab tərcüməçiləri, kitab evləri və kitabxanaları olmuĢ-

dur. Məhz belə bir mühitdə dahi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, 

Əbül Üla Gəncəvi və baĢqaları yetiĢmiĢdir. 

IX-X  əsrlərdə  Azərbaycanda  və  ġərq  Ģəhərlərində  dəyərli 

Ģairlər meydana gəlmiĢdir ki, onların qələmindən xeyli nəsihətamiz 

əsərlər  çıxmıĢdır.  X  əsr  müəlliflərindən  Yəzdiyar  Urməvi,  Əhməd 

Bərdəi, Əbülhəsən Zəncani, Əbu Zürə Ərdəbili, Baba Kuhi Bakuvi 

və  baĢqaları  ədəbi,  pedaqoji  fikri  xeyli  zənginləĢdirmiĢlər.  Əbül-

həsən  Zəncani  ensiklopedik  biliklər  toplusunu  yazmıĢ  və  əhalinin 

bilik və dünyagörüĢünün zənginləĢməsinə çalıĢmıĢdır. X əsrdə yaĢa-

mıĢ  Fəzl  Ġbn  Hatim  Narizi  Təbrizi  (?-922)böyük  astronom  olmuĢ, 



 

73 


bir neçə dildə əsərlər  yazmıĢ, qədim yunan filosoflarının əsərlərini 

tərcümə etmiĢdir. X əsrdə Bağdadda yaĢamıĢ Azərbaycan alimlərin-

dən Əbülhəsən Ərdəbili, Səid Bərdəi, Əhməd Süleyman oğlu, Ģair-

lərdən Baba Kuhi Bakuvi, onun qardaĢı Pir Hüseyn ġirvani öz də-

yərli əsərləri ilə Azərbaycan kitab evini zənginləĢdirmiĢ, insanların 

mənəvi tərəqqisinə kömək etmiĢlər. Göründüyü kimi Azərbaycanın 

qələm sahibləri heç vaxt durğunluğun əsiri olmamıĢ, onlar mövcud 

kəsirləri  özlərinin  yeni  əsərləri  ilə  aradan  qaldırmıĢlar.  Görkəmli 

alim  Y.E  Bertels  (1890-1957)  yazırdı:  “IX-XIII  əsrlər  Avropa 

mədəniyyəti tarixində ən dərin tənəzzül dövrü olmuĢdur. Məhz ġərq 

(o  cümlədən  Azərbaycan)  filosoflarının  əsərləri  Avropa  xalqlarını 

çətin  vəziyyətdən  çıxarmıĢ  və  onlara  gələcək  inkiĢaf  yollarını 

göstərmiĢdir”. 

Azərbaycanı qarıĢ-qarıĢ gəzmiĢ, buradan xeyli kitab almıĢ və 

oxumuĢ  ərəb  səyyahı  Yaqut  əl-Həməvi  (1179-1229)  “Mucəm  əl- 

buldan”  əsərində  yazmıĢdır  ki,  Gəncə  kitabxanasını  açan  da,  onun 

baĢ  mühafizi  də  alim  Həddad  Ġbn  Asim  Ġbn  Bəkran  Əbülfəzl  ən-

NəĢəvi olmuĢdur. 

891-ci  ildə  xeyli  azərbaycanlı  yaĢayan  Bağdadda  100-dən 

artıq kitab mağazası və yüzlərlə Ģəxsi kitabxana var idi ki, bu kitab-

xanalarda  azərbaycanlı  alimlərin  də  əsərləri,  bir  çox  azərbaycanlı 

kitabxana sahibləri var idi. 

Hələ  IX əsrin sonu, X əsrin əvvəllərində Cənubi Azərbayca-

nın Xunəç Ģəhərində ilk kağız fabriki iĢə salınmıĢ və kitabçılıq sahə-

sində  ilk  uğurlar  qazanılmıĢ,  həm  kitab  bolluğu  yaradılmıĢ,  həm 

kitab  ucuzluğu  yaradılmıĢ,  həm  də  insanların  elmə,  maarifə  geniĢ 

Ģəkildə  cəlb  olunması  təmin  olunmuĢdur.Kitabçılıq  iĢində  kağıza 

böyük ehtiyac olduğundan Xunəç kağızı ġərq ölkələrinə, Azərbay-

canın  digər  Ģəhərlərinə  hətta,  Suriyaya,  Ġtaliyaya,  Çinə  belə  ixrac 

edilmiĢdir. 

Hələ  X  əsrdə  yaradılmıĢ  kitabxanalardan  biri  də  Sabir  bin 

ƏrdəĢirin (Ö.1025) Bağdadda yaratdığı kitab evi olmuĢdur ki, bura 

Bağdad  alimləri  toplaĢar,  elmi  söhbətlər  edər,  kitablardan  faydala-

nardılar.  Bura  gələnlər  arasında  Xətib  Təbrizinin  müəllimi  döv-

rünün böyük Ģair-filosofu Əbül-Əla-əl Məərri (Ö.1057) də var idi. 

X-XI  əsrlərdə  kitab  evləri  və  kitabxanalardan  istifadə  pulsuz 

idi. Sultan, əmir, vəzir və tacirlərin də ən böyük varı-dövləti həmin 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə