Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə26/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   176

 

80 


təhsil müddətində təqaüd, yemək, xüsusi geyim verilir və mədrəsə-

nin pansionunda qala bilmək hüquqü verilirdi. 

Nizamiyyədə  dərslər  sadədən  mürəkkəbə,  asandan  çətinə, 

ümumidən  xüsusiyə  prinsipi  əsasında  qurulurdu.  Bağdad  mədrəsə-

sini  digərlərindən  ayıran  əsas  xüsusiyyət,  tələbələrin  elm,  təhsil 

iĢində daha çox müstəqil çalıĢmaları idi. Burada tələbələr müĢahidə 

aparır,  təcrübələr  keçirir,  məlumatlar  toplayır,  nəticələrin  səbəblə-

rini  araĢdırırdılar.  Müəllimlərə  dərs  üslubu  seçməkdə,  mühazirə 

oxumaqda  tam  sərbəstlik  verilirdi.  Bununla  bərabər  onlar  ümumi 

pedaqoji  qaydalardan  və  mədrəsənin  ümumi  qanunlarından  kənara 

çıxa  bilməzdilər.  Müəllimlər  yalnız  öz  ixtisasları  üzrə  mühazirələr 

oxuya  bilərdilər  ki,  hər  bir  mühazirənin  də  müddəti  iki  saatdan 

ibarət  olurdu. Onlar əksər hallarda tələbələrə öz kitablarından dərs 

verirdilər.  Nizamiyyənin  müəllimləri  xüsusi  paltar  geyməli  və 

bununla da baĢqalarından fərqlənməli idilər. Nizamiyyə mədrəsəsi-

nin  zəngin  kitabxanasında  80.000  kitabın  olduğu  qeyd  edilməkdə-

dir.  Bu  kitabxananın  müdiri  yuxarıda  dediyimiz  kimi  Azərbaycan 

alimi Xətib Təbrizi idi. 

Dövrün ən böyük alimləri Nizamiyyədə dərs demək üçün bura 

dəvət edilmiĢdir. HinduĢah Naxçıvani göstərir ki, Nizamiyyə məd- 

rəsəsi  tamam  olan  kimi  Nizam  əl-Mülk  Azərbaycan  alimi  Xətib 

Təbrizini  mədrəsəyə  dəvət  etmiĢ  və  o  40  il  bu  mədrəsədə  dərs 

demiĢ, buranın zəngin kitabxanasının müdiri olmuĢdur. 

Nizamiyyə mədrəsəsində dərs deyən Azərbaycan alimlərindən 

biri də böyük Ģair, mütəfəkkir ġihabəddin Əbu Həfs Ömər Məhəm-

məd oğlu Sührəverdi olmuĢdur (1145-1235). O, 1145-ci ildə Zəncan 

yaxınlığında  yerləĢən Azərbaycan Ģəhəri Sührəvərddə doğulmuĢ və 

“Sührəverdiyyə” təriqətinin əsasını qoymuĢdur. 

Nizamiyyə mədrəsəsinin məzunları olmuĢ azərbaycanlı alim- 

lərdən  “Bədi”  ləqəbi  ilə  məĢhur  olan  Əbül  Müzəffər  Əbdüssəməd 

Ġbn Zəncani (... 1158), Əbubəkr Ġbn ġirvani, Əlaəddin Məhəmməd 

Ġbn Əhməd Səlmasi (...1240) və baĢqaları olmuĢdur. XII əsrdə  ya-

ĢamıĢ, farsca Ģeirlər yazıb yaradan, Gəncədə doğulub, böyüyən Əbu 

Həfs Ömər Gənzi(Gəncəli) Nizamiyyə mədrəsəsinin məzunu olmuĢ, 

sonra  bir  müddət  burada  da  dərs  demiĢdir.  Yaqut  əl-Həməvinin 

məlumatına  görə  o  ədəbiyyatı  məĢhur  alim  Əbül  Müzəffər  əl-

Əbiverdidən  öyrənmiĢ  və  fazil  ədib  kimi  yetiĢmiĢdir.  Bağdadda, 



 

81 


Həmədanda, Xorasanda xeyli hədis toplamıĢ və onları nəql etmiĢdir. 

O Bağdad Nizamiyyə mədrəsəsini bitirdikdən sonra vətəni Gəncəyə 

qayıtmıĢ,  sonra  isə  NiĢaburda  vəzir  Fəxrül-kün  ovladlarına  dərs 

vermiĢdir. Mərv Ģəhərində təxminən 70 yaĢında ikən vəfat etmiĢdir. 

Nizamiyyə  mədrəsəsinin  azərbaycanlı  məzunları  sırasında  habelə 

Əbdül Həsən Bərdəyi, Cavid Marağai, Süleyman Təbrizi və baĢqa-

ları da olmuĢdur. 

Böyük Ģairimiz Xaqani ġirvani də “Nizamiyyə” mədrəsəsində 

olmuĢ, buranın böyük alimləri ilə görüĢmüĢ, xəlifənin vəziri Cəma-

ləddin  Ġsfahani ilə tanıĢ olmuĢ, mədrəsə alimləri ilə elmi müzakirə 

və  söhbətlər  keçirmiĢdir.  Bağdad  xəlifəsi  Xaqanini  öz  sarayına  ən 

yüksək  vəzifəyə  -  vəziri  olmağa  dəvət  etmiĢ,  amma  Ģair  vətəninə 

qayıtmağı üstün hesab etmiĢdir. 

Nizamiyyə  mədrəsələri  Bağdaddan  baĢqa  NiĢaburda,  Də-

məĢqdə, Mərvdə, Ġsfahanda, Mosulda, Xuzistanda, Xorasanda, He-

rat və Bəsrədə də yaranmıĢ və fəaliyyət göstərmiĢdir. 

Nizamiyyə  mədrəsəsi  baĢqa  mədrəsələrə  nisbətən  daha  uzun 

ömürlü olmuĢ və XV əsrə qədər davam etmiĢdir. 

 

4.1.8.Azərbaycanda mədrəsələrin yaranması və inkişafı 

 

Mədrəsələrin istər ġərq aləmində və istərsə də Azərbaycanda 



dəqiq  nə  vaxt,  harada  açılması  barədə  alimlərimiz  bu  barədə 

müxtəlif fikirlər söyləmiĢ, müxtəlif tarixlər göstərmiĢlər. 

Mədrəsələr,  əsasən  böyük  Ģəhərlərdə  məscid  və  camilərin, 

vəqfi  olan  kompleks  məqbərələrin,  tarixi  abidələrin,  türbələrin 

nəzdində yaradılırdı. Mədrəsələrdə dini və dünyəvi elmlər (ərəb və 

fars  dilləri,  Ģəriət,  ədəbiyyat,  fəlsəfə,  məntiq,  psixologiya,  astrono-

moya, coğrafiya, həndəsə, cəbr və s.) tədris edilirdi. 

X əsrin ikinci yarısından etibarən bütün islam ölkələrindən, o 

cümlədən  Azərbaycandan  da  bir  çox  ziyalılar,  elm  həvəskarları 

mədrəsə  təhsili  almaq  üçün  Bağdad  mədrəsələrinə  gedirdilər.  Əl-

Tiflisi, Əbül-Həsən Ġbn Harun əl-Zəncani kimi Azərbaycan alimləri 

vaxtilə Bağdad mədrəsələrində təhsil almıĢ və sonra da bu Ģəhərdə 

qalıb  çalıĢmıĢlar.  Bundan  əlavə  962-ci  ildə  Qahirə  Ģəhərinin  “Əz-

hər” adlı came məscidində təĢkil olunmuĢ Əzhər mədrəsəsi də o za-

man ümumislam ölkələri üçün əsas tədris ocağı olmuĢdu. 



 

82 


XII əsrdə Azərbaycanda mədrəsə təhsili görmüĢ bir çox alim 

və ziyalıların, Ģairlərin adlarına rast gəlmək olur. Belə ki, Əbül Üla 

Gəncəvi, Fələki ġirvani, Xaqani ġirvani, Məhsəti Gəncəvi, Nizami 

Gəncəvi  kimi  böyük  Azərbaycan  mütəfəkkirləri  mədrəsə  təhsili 

görmüĢ  və  ĢöhrətlənmiĢlər.  Belə  bir  tarixi  həqiqətin  mövcudluğu 

onu deməyə əsas verir ki, Ģübhəsiz XII əsrdə Azərbaycanın iri inki-

Ģaf etmiĢ, ticarət mərkəzləri olan, ipək yolu keçən Ģəhərlərdə mədrə-

sələr yaranıb fəaliyyət göstərmiĢdir. . 

Naxçıvandakı  məktəb  və  mədrəsələr,  xüsusilə  XII  əsrdə  Ata-

bəylər dövlətinin baĢçısı Atabəy ġəmsəddin Eldənizin dövründə (ha-

kimiyyəti 1136-1125) inĢa edilən mədrəsələr Yaxın ġərqdə tanınmıĢ 

və böyük Ģöhrət tapmıĢdır. ġəmsəddin Eldəniz ölkəsində məktəb və 

mədrəsələrin Ģəbəkəsini geniĢləndirmək üçün bir sıra tədbirlər həyata 

keçirmiĢ,  məscid  və  camilər,  məqbərə  və  türbələr,  inĢa  etdirmiĢdir. 

Memar Əbubəkr Əcəmi Naxçıvaninin bu dövrdə yaratdığı və Yaxın 

ġərqdə Ģöhrət tapdığı memarlıq abidələri buna misaldır. 

XII  əsrdə  Naxçıvanda  ali  təhsil  verən  iki  mədrəsənin  olması 

haqqında  mənbələrdə  məlumat  vardır.  Belə  ki,  Naxçıvan  ərazisin-

dən keçən böyük karvan  yolları bu diyarda  ən qədim zamanlardan 

etibarən ġərq və Qərb maarif və mədəniyyətinin inkiĢafına öz təsiri-

ni  göstərmiĢdir.  Hələ  XII  əsrdə  Atabəylər  dövlətinin  paytaxtı  olan 

Naxçıvanda indiki mənada universitet statusuna malik olan iki məd-

rəsənin  mövcud  olması  və  bu  mədrəsələrdə  ġərq  məktəb  tipi  prin-

sipləri ilə yanaĢı, dünyəvi elmlərin - həndəsə, riyaziyyat, astronomi-

ya, coğrafiya kimi fənlərin öyrədilməsi mənbələrdə göstərilmiĢdir. 

Naxçıvanda XII əsrin məktəb və mədrəsələrinin tarixinə dair, 

onların  inkiĢafına  dair  dəyərli  sənədlərdən  biri  “Təqrir-i  tədris-i 

mədrəseyi  Naxçıvan  əz  inĢa  mərhum  ġəmsəddin  Sahib-Divan” 

(“Mərhum Sahibi Divan ġəmsəddinin inĢa etdirdiyi Naxçıvan məd-

rəsələrinin tədrisi təqdirinə dair”) adlı Fərmandır. Fərman Atabəylər 

dövründə  Sultan  ġəmsəddin  Eldənizin  Naxçıvanda  inĢa  etdirdiyi 

mədrəsələr  və  onların  bərpası  haqqındadır.  Bu  mədrəsələrin  tarixi 

Əcəmi yadigarları olan Mömünə Xatun (1186-cı il) və 1162-ci ildə 

inĢa edilmiĢ Yusif Ġbn Küseyr türbəsinin tarixinə müvafiqdir. Bura-

dakı  mədrəsələr  bu  abidələr  kompleksinə  daxil  olmuĢ  və  onların 

vəqfləri, gəliri hesabına maliyyələĢmiĢ və öz fəaliyyətini qurmuĢlar. 

Məlum olur ki, ġərqdə məktəb və mədrəsələrin bir çoxu məscidlər 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə