Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə25/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   21   22   23   24   25   26   27   28   ...   116

53 
 
Cənub  və  Ģərq  yolları  da  əsasən  Təbrizdən  baĢlayırdı.  Sultaniyyə  - 
Zəncan  -  Təbriz  yolu  Azərbaycanı  Kiçik  Asiya  və  Avropa  ölkələrilə 
birləĢdirirdi.  Azərbaycanla  Orta  Asiya  arasındakı  karvan  yolu  da  əsasən 
Təbrizdən  keçirdi.  Həmin  yol  Amu-Dəryaya  (Ceyhun  çayına)  qədər  uzanırdı 
[80]. 
Alman  alimi  Bertold  ġpuler  yazır  ki,  Qazan  xan  karvan  yollarında 
təhlükəsizlik  yaratsa  da,  ticarətin  inkiĢafı  üçün  o  qədər  də  cəhd  göstərmədi 
[81].  B.  ġpulerin  bu  fikri  ilə  razılaĢmaq  olmaz.  Sovet  ĢərqĢünas  alimi  A.  Y. 
Yakubovski haqlı olaraq qeyd edir ki, monqol dövləti ilə Teymur dövləti Orta 
və Ön Asiya ticarət kapitalı ilə feodalların diktaturası idi. Bunlar «müsəlman» 
ticarət  karvanının  təĢkilatçısı  rolunu  oynayırdılar  [82].  Həqiqətən  də  belədir. 
Qazan  xanın-islahatında  ticarəti inkiĢaf etdirmək əsas  yer  tuturdu. Monqol  və 
Elxani hökmdarlarının özləri, vəzirləri Fəzlullah RəĢidəddin,   Tacəddin ƏliĢah, 
Qiyasəddin Məhəmməd və baĢqaları böyük tacirlər sayılırdılar. Daxili və xarici 
ticarət bilavasitə onların və ya onlarla Ģərik olan ticarət Ģirkətlərinin -ortaqların 
ixtiyarında  idi.  Təsadüfi  deyildirki,  ticarət  yollarında  çoxlu  karvansara 
tikilmiĢdi. Qarabağ - Əhər - Təbriz ticarət karvan yolu 55 fərsəx (təqribən 330 
km)  idi.  Həmin  məsafədə  5  rabat  (karvanlar  üçün  dayanacaq  yeri)  tikilmiĢdi. 
Onun  üçü  Tacəddin  ƏliĢah  tərəfindən  inĢa  etdirilmiĢdi.    Sultaniyyə  -  Təbriz 
ticarət  karvanı  yolunun  uzunluğu  46  fərsəx  (təqribən  276  km)  idi.  Bu  yolda 
Fəzlullah  RəĢidəddin,  Tacəddin  ƏliĢah,  RəĢidəddinin  oğlu  Qiyasəddin 
Məhəmməd  və  Xacə  Cəlaləddin  rabat  tikdirmiĢdilər  [83].  Tacəddin  ƏliĢah 
Sultaniyyədə  inĢa  etdirdiyi  bir  sıra  binalardan,  həmçinin  bazar  və 
karvansaralardan ildə 100 tümən qızıl gəlir əldə edirdi [84]. RəĢidəddinin özü 
də iri tacir olub, ticarətdə  müstəqim iĢtirak etməklə  yanaĢı, inandığı adamlara 
beĢ  min  tümən  [85]  (bu  rəqəm  1340-cı  ildə  Azərbaycandan  əldə  edilən  illik 
gəlirdən  təqribən  25  dəfə  artıq  idi)    borc  vermiĢdi.  Bu  borcun  çox  hissəsini 
ticarətlə  məĢğul olan tacirlər  almıĢdı.  RəĢidəddin ölərkən  vəsiyyət  etmiĢdi  ki, 
həmin pulu onun arvad-uĢağına qaytarsınlar [86]. Bu pul vasitəsilə RəĢidəddin 
ticarətdən əldə edilən gəlirə Ģərik olurdu. Tacəddin ƏliĢahın özü də tacir oğlu 
idi. O, baĢ vəzir keçdikdən sonra da atasının peĢəsini davam etdirdi. Tacəddin 
ƏliĢahın  Təbrizdə,  Sultaniyyədə,  Bağdadda  və  digər  Ģəhərlərdə  ticarət 
müəssisələri fəaliyyət göstərirdi. 
Bəzi  feodal  əyanları  və  ya  hökmdarlar  ticarətdə  müstəqim  iĢtirak 
etməklə  yanaĢı,  ticarət  əməliyyatlarında  ortaq  olurdular.  Ortaq  tacirlər 
vergilərdən azad olmaqla yanaĢı, həm də yerli hakimlərin tam himayəsi altında 
idilər. 1288-ci  ildə  Arqunun  baĢ vəziri  Sədud-dövlə əmr  vermiĢdi  ki,  ortaqlar 
camaatın ülufə və minik heyvanlarını zorla almasınlar və yüksək rütbəli əmirlər 
ortaqları  himayə  etməsinlər  [87].  Dövrün  hökmdarları  iri  tacirlərə  tərəfdar 
çıxmıĢlar.  Belə  bir  faktı  göstərmək  kifayətdir  ki,  çox  varlı  erməni  tacir  Xacə 
Mirək Təbrizdə zərgər dükanının qabağında Hacı adlı bir müsəlman tərəfindən 


54 
 
öldürüldüyü  zaman  Uzun  Həsən  özü  xəncərlə  Hacını  öldürməklə 
kifayətlənməyib,  bütün  Təbriz  əhalisinin  qətl-am  edilməsi  haqqında  əmr 
vermiĢdi.  Uzun  Həsənin  adamları  3-4  saat  Ģəhəri  qarət  etdikdən  sonra  bəzi 
nüfuzlu  Ģəxsiyyətlərin  xahiĢi  ilə talanı dayandırıb  Ģəhər əhalisi  üzərinə  qızılla 
ödəmək Ģərtilə çoxlu miqdarda əlavə vergi qoydu [88]. 
Təbrizdə  ticarət  müəssisələrinin  əksəriyyəti  vəqf  olunmuĢdu.  ġam 
Qazan əmlakına RəĢidəddin mütəvəlli təyin edilmiĢdi. Vəssafın yazdığına görə, 
Qazan  xanın  vəqf  əmlakından  ildə  100  tümən  gəlir  əldə  olunurdu  [89].  Bu 
rəqəm 1340-cı ildə Təbriz və onun ətrafından tamğa hesabına əldə edilən gəlirə 
təqribən bərabər idi. 
Müxtəlif  səfərnamə  və  tarixi  mənbələrə  görə  Təbrizə  Seylon  və 
Malayyadan  ədviyyat,  mirvari  və  yaqut;  Hindistandan  mitqal  parça,  səndəl, 
ənbər,  miĢk,  ətirli  qatran,  almaz,  zümrüd;  KəĢmirdən  Ģal;  BədəxĢandan  ləl; 
Mavəraünnəhrdən xalı, NiĢapurdan firuzə, qətifə; Mərv; Tus, NiĢapur, Musel, 
Yəzd  və  Kirmandan  atlas  və  zərli  parçalar;  ġirazdan  toxuculuq  malları,  gülab 
və  müxtəlif  növ  ətriyyat;  Gürcüstan,  ġam  və  Firəngdən  silah;  Çindən  kəmxa, 
Bağdad,  Ġsgəndəriyyə  və  Yəzddən  toxuculuq  malları;  Rusiyadan  çuxa,  kətan 
parça;  Konstantinopoldan  yun  parça,  tafta,  Almaniyadan  mahud,  kotan  parça, 
yun parça, qalay və s. gətirilirdi. 
Təbrizdən  isə  zərli  ipək  parçalar,  toxuculuq  malları,  xalı-xalça,  əldə 
hazırlanmıĢ zərif mallar, quru meyvə və s. ixrac olunurdu [90]. 
Zərli  ipək  parçalar,  atlas,  kəmxa,  qətifə,  mitqal,  kətan  parça,  tafta 
ticarətdə  əsas  yer  tuturdu.  1340-cı  ildə  Elxani  xəzinəsində  Ġsgəndəriyyədən, 
Yəzd, ġiraz və Bağdaddan gətirilmiĢ xeyli toxuculuq malı, parça, Çin və Təbriz 
kəmxası,  Səmərqənd  və  NiĢapurdan  gətirilmiĢ  tikə  qətifə,  Rusiya  və 
Ġsgəndəriyyədən  alınmıĢ  çuxa,  ipək  bayraq,  tikə  parça,  Çin  və  Yəzd  atlası, 
Ġsfahan,  Hindistan  mitqalı,  Rusiya  və  Avropa  kətan  parçası,  Sivas  və 
Konstantinopoldan gətirilmiĢ yun parça və tafta var idi [91]. 
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, dünyanın hər yerindən - 
Orta  Asiyadan,  Çindən,  Hindistandan,  Kiçik  Asiyadan,  Avropadan  və 
Rusiyadan  tacirlər  axıĢıb  Təbrizə  gəlirdilər.  Təbriz  ġərq  ilə  Qərb  arasında 
böyük ticarət mərkəzinə çevrilmiĢdi. ġəhərin mahir sənətkarlarının toxuduqları 
ipək,  yun,  zərli,  pambıq  parçalar  və  paltarlar,  xalı-xalçalar  əcnəbi  tacirlərin 
diqqətini  cəlb  etmiĢdi.  Bundan  əlavə,  Ġranın  bir  sıra  Ģəhərləri,  o  cümlədən 
Yəzd,  KaĢan,  Kirman,  Ġsfahan,  həmçinin  Azərbaycanın  Ģimal  hissəsindəki 
Ģəhərlər,  o  cümlədən  Dərbənd,  ġamaxı,  Kəncə  ilə  ticarət  əlaqələri 
geniĢlənmiĢdi. 
Ticarətdə zərli parçalar da mühüm yer tuturdu. Saray adamlarının əsas 
hədiyyəsi qızıl-gümüĢlə  yanaĢı, zərli parça və paltar idi. Qazan xan vahid pul 
sistemi yaradanadək ticarətdə bəzən zərli qumaĢlar mübadilə rolunu oynayırdı. 
Hətta  ölkədə  qumaĢ  azlığı  əmələ  gəlmiĢdi  [92].  Qazan  xan  Ucanda  qurultay 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə