Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə33/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   29   30   31   32   33   34   35   36   ...   116

69 
 
Sultan  Üveys  həmin  meydanda  20  min  otaqdan  ibarət  bir  bina  - 
«Dövlətxana»  tikdirmiĢdi  [196].  HəĢtbehiĢt  sarayı,  Uzun  Həsən  məscidi  bu 
meydanın kənarında yerləĢirdi. Sahibabad meydanından Dəvəçilər məhəlləsinə, 
oradan da Surxab məhəlləsinə yol keçirdi [197]. 
ġərq ölkələrində ən gözəl və geniĢ bazar kimi Ģöhrət tapmıĢ və əsası 
Uzun Həsən tərəfindən qoyulmuĢ «Qeysəriyyə» üstüörtülü və səkkizkünclü idi. 
Onun  üstü  günbəz  və  tağla  örtülmüĢdü.  Bu  bazarda  qiymətli  mallar  və 
cavahirat satılırdı [198]. 
Təbrizdə  böyük  və  geniĢ  bağlar  da  var  idi.  Uzun  Həsən  tərəfindən 
əsası  qoyulmuĢ  «Baği-Nəsriyyə»  və  Sultan  Yaqubun  tikdirdiyi  «Baği-Ģimal» 
(ġimal bağı) böyük parkı xatırladırdı. Təbrizin cənub-Ģərqində yerləĢən «ġimal 
bağı»nda çoxlu sərv, çinar ağacı, müxtəlif güllər əkilmiĢdi. Qazi Əhməd Qumi 
(XVI əsr) bu bağı cənnətə oxĢadaraq «EĢrətabad» adlandırmıĢdır. Fəzli Ġsfahani 
oranın qızıl güllərini cənnət çırağına bənzətmiĢdi [199]. 
Təbrizin ətrafı bağ və bostanlarla əhatə olunmuĢdu. Təsadüfi deyildir 
ki, Katib Çələbi (XVII əsr) Təbrizi «Bağçalar içərisində Ģəhər» adlandırmıĢdır 
[200]. Dövrün mənbələrində çox nadir hallarda bu bağların adlarına rast gəlirik. 
Bağların  adından  da  məlum  olur  ki,  onlar  ali  və  aĢağı  təbəqələrə  məxsus  idi. 
Məsələn, Bağe-kolahduzan (papaq tikənlər bağı), Bağe-Pir Məhəmməd Sərrac 
(yəhər  qayıran  Pir  Məhəmməd  bağı),  Bağe-Əsvaran  (Böyük  bağ),  Həkim 
Sədəddin,  ġeyx  Xocənd  (ehtimal  ki,  məĢhur  Ģair  Kəmaləddin  Xocəndinin 
bağıdır),  Əhmədabad,  Xacə  Mütəhhər,  DəməĢqiyyə,  ġah  Hüseyn,  Bəyim, 
Qaziabad,  Mahmudabad,  Türk  Məhəmməd,  Leylava,  Novxiz,  Kolxiz,  Burc, 
ġeyx Tacəddin, Xacə Yusif, ġəmsabad, Xələfan bağlarını və s. göstərmək olar 
[201]. 
ġəhərdə elə geniĢ sahələr də var idi ki, orada buğda, arpa və s. dənli 
bitkilər əkilirdi. Barbaro bu barədə belə yazır: «Sonrakı gün Ģəhərin içərisində 
olan geniĢ bir tarlaya getdim. Orada buğda əkilmiĢdi. Lakin təzəcə biçmiĢdilər» 
[202]. 
Təbrizdə  bir  sıra  məhəllələr  də  var  idi.  Bu  məhəllələr  də  əhalinin 
ictimai  mövqeyinə  münasib  yerləĢir  və  bununla  əlaqədar  adlanırdı.  Varlılar 
məhəllələri  Ģəhərin  mərkəzində,  yoxsul  və  orta  təbəqəyə  aid  məhəllələr  isə 
Təbrizin kənarında yerləĢirdi. Bu məhəllələr aĢağıdakılardan ibarət idi: 
Vicuyə.  RəĢidəddin  ilk  dəfə  «Darvaze-ye  Vərcune-ye  Təbriz»  və  ya 
«Vicuyə»  kimi  qeyd  etmiĢdir  [203].  Vərcu,  Vicuyə  kimi  qeyd  olunan  həmin 
məhəllə Ģəhərin Ģimal-qərbində yerləĢən ən qədim məhəllələrdən biridir. 
Səncaran. Darvaza və ya məhəllə adı. Qədimdə Təbrizin mərkəzində 
böyük bir məhəllə olmuĢdur. Qazan xan Təbrizin ətrafında hasar çəkdirməmiĢ 
Ģəhərin 10 darvazasından biri idi [204]. 
Şeşgilan.  Ġlk  dəfə  RəĢidəddinin  «Vəqfnamə»sində  həmin  ada  rast 
gəlirik [205]. Təbrizin ən qədim məhəllələrindən olan ġeĢgilan Ģəhərin Ģimal-


70 
 
Ģərqində  yerləĢir.  Bu  məhəllə  «ġeĢgilə»  də  adlanırdı.  XIV  əsrin  əvvəllərində 
məscidi Came-RəĢidi, RəĢid hamamı və Erməni küçəsi bu məhəllədə yerləĢirdi 
[206]. 
Surxab.  Təbrizin  Ģimal  hissəsində,  Surxab  dağının  ətəyində  yerləĢir. 
Qədim  məhəllələrdən  biridir.  Təbrizdə  bu  adda  qəbiristanlıq  da  vardır  [207]. 
Seyid Həmzə məqbərəsi, Uzun Həsən kəhrizi bu məhəllədə yerləĢir. DövlətĢah 
Səmərqəndi (XV əsr) bu məhəlləni «vilayəti-Surxab» kimi qeyd etmiĢdir [208]. 
Bu  da  vaxtilə  həmin  məhəllənin  nə  qədər  böyük  və  geniĢ  olduğunu  göstərir 
[209]. 
Pole  Səngi.  ġəhərin  Ģimal-Ģərqində  yerləĢir.  Vaxtilə  kiçik  məhəllə 
olmuĢdur. Orada eyni adda məscid binası da var idi [210]. 
Mahad-Məhin.  Ġlk  dəfə  bu  ada  XIV  əsrin  ortalarında  təsadüf  edilir. 
Sonralar  Miyar-Miyar  deyilən  və  Ģəhərin  mərkəzində  yerləĢən  bu  məhəllənin 
adı 1571-1573-cü illərdə Təbriz sənətkarlarının üsyanı zamanı da çəkilmiĢdir. 
Bu məhəllədə əsasən Təbrizin varlı əyan təbəqəsi yaĢayırdı [211]. 
Dərbi-Sərd.  XIV  əsrin  əvvəllərində  məĢhur  darvazalardan  biri  idi. 
ġəhərin qərbində  yerləĢən.  «Sərdrud» adı ilə  tanınmıĢ bu  məhəllədə  eyni adlı 
küçə də olmuĢdur [212]. 
Dərbi-Novbər.  ġəhərin  cənubunda  böyük  və  qədim  bir  məhəllədir. 
Əsası  Sultan  Yaqub  tərəfindən  qoyulmuĢ  «Baği-Ģimal»  bu  məhəllədə 
yerləĢirdi.  Uzun  Həsənin  oğlu  Maqsud  bəy  də  bu  məhəllədə  xeyli  bina,  o 
cümlədən  «Maqsudiyyə»  məscidini  tikdirmiĢdir.  «Maqsudiyyə  meydanı»  və 
«Maqsudiyyə məhəlləsi» də onun adı ilə əlaqədardır [213]. 
Çərəndab.  XIV  əsrin  əvvəllərində  adına  rast  gəldiyimiz  bu  məhəllə 
Təbrizin  cənubunda  yerləĢir.  Cənub-qərbdə  eyni  adlı  qəbiristanlıq  da  vardır 
[214]. 
Dərbi-əla.  «Dərb»  -  darvaza  deməkdir.  Lüğəti  mənası  isə 
«Alaqapı»dır.  Acabad  və  Bətalabad  küçələri  bu  məhəllədə  yerləĢirdi. 
RəĢidəddin  vaxtilə  Baği-Novbər  küçəsində  «Dərbi-əla»  darvazası  yerləĢdiyini 
qeyd etmiĢdir. Təbriz əhalisi bu məhəlləni «Alaqapı» adlandırır [215]. 
Leylava.  Ġlk  dəfə  Qaraqoyunlu  hökmdarı  CahanĢahın  arvadı  Xatun 
Canbəyim tərəfindən verilmiĢ Müzəffəriyyə məscidi vəqfnaməsində bu ada rast 
gəlirik. Həmin vəqfnamədə «Leylava küçəsi» adlanmıĢdır. Görünür, vaxtilə o, 
küçə  olmuĢ,  sonra  böyüyüb  geniĢlənmiĢ  və  məhəlləyə  çevrilmiĢdir.  Təbrizin 
cənubunda yerləĢir [216]. 
Şotorban.  Əslində  dəvəçi  deməkdir.  Təbrizin  Ģimalında  yerləĢən  bu 
məhəllənin  adına  ilk  dəfə  Həsən  Rumlunun  (XVI  əsr)  əsərində  rast  gəlmiĢik 
[217]. 
Gəcil.  Həmdullah  Qəzvini  qəbiristan  adı,  Kəmaləddin  Xocəndi  isə 
məhəllə adı kimi qeyd etmiĢdir [218]. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə