Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə31/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   27   28   29   30   31   32   33   34   ...   116

65 
 
əvvəllərində  Təbrizdə  550-600  min  nəfər  [159]  əhali  yaĢaması  haqqında  fikir 
söyləməyə imkan verir. 
XIV əsrin 30-cu illərindən sonra Elxani dövlətinin zəifləməsi, ardıcıl 
feodal  ara  müharibələri  meydanına  çevrilmiĢ  Təbriz  əhalisinin  azalmasına 
səbəb  olmaya  bilməzdi.  1369-cu  ildə  Təbrizdə  yayılmıĢ  vəba  xəstəliyi 
nəticəsində, Hafiz Əbruya görə, 300 min adam həlak oldu. Lakin Ģəhərdə əhali 
çox olduğundan bu insan tələfatı o qədər də hiss olunmadı [160]. 
Hafiz  Əbru  vəba  xəstəliyindən  ölənlərin  sayını  iki  dəfə  artırsa  belə, 
yenə  də  əhalinin  yarıdan  az  hissəsinin  vəba  xəstəliyindən  öldüyünü  nəzərə 
alsaq,  Ģübhəsiz,  həmin  dövrdə  Təbrizdə  300-350  min  nəfər  yaĢadığını  güman 
etmək  olar.  Müxtəlif  dövrlərdə  baĢ  verən  köçürmələr  də  Təbriz  əhalisinin 
sayının azalmasına səbəb olurdu. H. 768 (1366-67)-ci ildə ġirvanĢah Kavus iki 
dəfə  Təbrizə  hücum  etmiĢ  və  əhalisinin  bir  hissəsini  Qarabağa  və  ġirvana 
köçürmüĢdü [161]. 
XIV  əsrin  80-ci  illərində  Təbriz  uğrundakı  vuruĢmalarda  xeyli  adam 
tələf  olmuĢ,  bir  çoxları  əsir  alınmıĢdı.  1386-cı  il  yanvarın  4-də  ToxtamıĢın 
hücumu zamanı Təbrizdə 10 min adam öldürülmüĢ, 100 min isə əsir alınmıĢdı. 
On  bir  il  sonra  Ģəhərdə  baĢ  verən  qıtlıq  və  bahalıq  nəticəsində  10  min  adam 
həlak  olmuĢdur  [162].  Aclıq  və  qıtlıq  dövründə  Ģəhər  əhalisinin  bir  hissəsi 
doğma  Ģəhərlərini  tərk  etmək  məcburiyyətində  qalmıĢdı.  Bütün  bunlar  Təbriz 
əhalisinin  sayının  xeyli  azalmasına  səbəb  olmuĢdu.  1403-cü  ildə  Təbrizdə 
olmuĢ  Klavixo  Ģəhərdə  200  min  ailə  yaĢadığını  bildirir  [163].  Ġran  alimi 
Əbülqasim  Tahiri  isə  həmin  rəqəmi  olduğu  kimi  qəbul  edib,  hər  ailədə  4 
nəfərin yaĢadığını nəzərə almaqla Ģəhərdə 800 min əhali yaĢadığını, hətta 50-60 
il sonra belə bu rəqəmin dəyiĢmədiyini bildirmiĢdir. Məhəmməd Cavad MəĢkur 
da  onun  fikrini  tamamilə  təsdiq  edir  [164].  Ġ.  P.  PetruĢevski  yazır  ki, 
Klavixonun məlumatını düzgün hesab etsək, hər ailədə 5 nəfər olmaqla Ģəhərdə 
bir milyon nəfərə yaxın əhali yaĢadığını söyləmək mümkündür [165]. Lakin biz 
belə  ehtimal  edirik  ki,  Klavixo  XIV  əsrin  əvvəllərinə  aid  mənbələrdəki 
rəqəmləri öz dövrünə anoxranik tətbiq edərək Təbriz əhalisinin miqdarını 200 
min ailə yazmıĢdır. Yuxarıda qeyd etdiyimiz kimi, XIV əsrin sonu  - XV əsrin 
əvvəllərində Təbriz əhalisi xeyli azalmıĢ, 150-200 min nəfər olmuĢdu. 1474-cü 
ilin  sentyabrında  Təbrizdə  olmuĢ  Kontarini  yazırdı:  «Təbriz  böyük  Ģəhərdir. 
Lakin güman edirəm ki, əhalisi çox deyildir» [166]. 
Kontarini  baĢqa  bir  yerdə  Təbrizi  ġamaxı  ilə  müqayisə  edir  və  yazır 
ki, ġamaxı Təbriz qədər böyük olmasa da, hər cəhətdən ondan yaxĢıdır [167]. 
Əbdürrəzzaq  Səmərqəndi  isə  1462-ci  il  hadisələrindən  bəhs  edərkən  Təbrizi 
əhali çoxluğu cəhətdən böyük Misirə bənzətmiĢdi [168]. RəĢidəddin də 1265-ci 
ildə  Təbrizi  Misirə  bənzətmiĢdi.  Lakin  bu,  orta  əsr  müəlliflərinə  xas  olan 
mübaliğədən baĢqa bir Ģey deyildir. Tez-tez baĢ verən vəba xəstəlikləri də xeyli 
insan tələfatına səbəb olmuĢdu. 1430-cu ildə qıtlıq və aclıq nəticəsində 100 min 


66 
 
nəfər ölmüĢdü [169]. 1487-1490-cı illərdə isə Təbrizdə üç dəfə vəba  xəstəliyi 
yayılmıĢ və xeyli adam tələf olmuĢdu [170]. 
XV əsrin sonlarında baĢ verən ardıcıl feodal müharibələri nəticəsində 
çoxlu adam həlak olur, bir hissəsi isə əsir alınır. 1501-ci ildə Təbrizdə 200-300 
min  nəfər  əhali  yaĢayırdı  [171].  Bu  hesabla  XIV  əsrin  10-30-cu  illərinə 
nisbətən əhalinin sayı təqribən yarıya qədər azalmıĢdı. Lakin Təbriz əhalisinin 
bu qədər azalmasına baxmayaraq, Azərbaycan Səfəvi dövləti Ģəhərləri arasında 
əhali  çoxluğu  cəhətdən  birinci  yer  tuturdu.  1507-ci  ildə  Təbrizdə  olmuĢ  adı 
naməlum venetsiyalı tacir Təbrizi çoxlu əhaliyə malik bir Ģəhər adlandırmıĢdır 
[172]. 
Beləliklə,  XIII-XV  əsrlərdə  Təbriz  əhalisinin  miqdarı  heç  də  həmiĢə 
eyni  səviyyədə  olmamıĢ,  gah  azalmıĢ,  gah  da  çoxalmıĢdı.  XIV  əsrin  10-30-c 
illərində  Təbrizin  550-600  min  nəfər  əhalisi  olduğu  halda,  əsrin  ortalarından 
onun miqdarı getdikcə azalmıĢdır. 
 
ġəhərin ictimai quruluĢu, sosial münasibətlər və sinfi mübarizə

 
Təbrizin bir feodal Ģəhəri kimi formalaĢması mühüm elmi əhəmiyyət 
kəsb  edir.  Məlum  olduğu  kimi,  feodal  Ģəhərlərinin  xarici  görünüĢü  və  orada 
aparılan  tikinti  iĢləri  həmin  Ģəhərlərin  iqtisadi-sosial  mahiyyətinə  tamamilə 
uyğun  idi.  Digər  ġərq  Ģəhərlərində  olduğu  kimi,  Təbrizdə  də  hasar  çəkilib, 
istehkam  qalalarının  tikdirilməsi  feodal  əyanlarının  mənafeyi  baxımından  iki 
məqsəd  güdürdü:  a)  Ģəhərin  möhkəmləndirilməsi  və  onun  ətrafında  qalın 
hündür hasar çəkilib, dərin xəndəklər qazılıb su ilə doldurulması əsasən Ģəhəri 
düĢməndən müdafiə üçün idi; b) Ģəhərin daxilində müdafiə məqsədilə istehkam 
qalası tikdirilirdi. 
Feodal  əyanları  həmin  qalada  yaĢamaqla  özlərini  Ģəhər  əhalisinin 
etiraz  və  üsyanlarından,  həmçinin  xarici  düĢmənlərin  basqınlarından 
qoruyurdular.  Ġstehkam  qalasında,  adətən,  həbsxanasından  da  olurdu.  Feodal 
əyanları öz müxalif və düĢmənlərini burada həbs etdirirdilər. 
Yuxarıda qeyd etdiyimiz kimi, hələ eramızdan əvvəl VIII əsrdə Təbriz 
ətrafında  qalın  divar  və  su  ilə  dolu  xəndək  var  idi.  Həmin  dövrdə  orada 
istehkam qalası da mövcud idi. IX əsrin birinci yarısında isə yenidən Təbrizdə 
istehkam  qalası  olduğunu  görürük.  892-ci  ildə  isə  Ģəhərin  ətrafına  yenidən 
hasar  çəkdirilmiĢ  və  möhkəmləndirilmiĢdi.  1042-ci  il  zəlzələsi  nəticəsində 
həmin  hasarın  yarısı  dağılmıĢ,  tezliklə  yenidən  bərpa  edilmiĢdi.  XIII    əsrin 
əvvəllərində  Təbrizin  əhəng  daĢından  və  kərpicdən  hörülmüĢ  möhkəm  hasarı 
olmuĢdur [173]. 
XIII  əsrin  ortalarında  hasar  getdikcə  dağılır,  onun  xaricində  isə  xeyli 
binalar  tikilir.  Qazan  xan  hakimiyyətə  keçdikdən  sonra  (1295-1304)  h.  702 
(1302-1303)-ci ildə Təbrizin ətrafına yeni hasar çəkilməsi haqqında əmr verir. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə