Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə39/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   35   36   37   38   39   40   41   42   ...   116

81 
 
məmurları  Ģəhərdə  özbaĢınalıq  edir,  Təbriz  əhalisindən  yersiz  vergi  və 
mükəlləfiyyətlər  tələb  edirdilər.  Ġbn  əl-Əsir  yazır  ki,  Cəlaləddinin  qoĢunu 
Təbriz əhalisinə zülm edir, sənətkar və tacirlərdən mal alıb pulunu vermir və ya 
aldığı  malın  dəyərindən  xeyli  az  pul  verirdilər  [293].  ġəhər  əhalisi,  xüsusilə 
sənətkarlar  və  tacirlər  Cəlaləddinə  müraciət  etmiĢ,  o  isə  Ģikayətçilərə  belə 
cavab vermiĢdi: «Biz  indi dünyanı fəth edənlərin, idarə edənlər yox. Dünyanı 
fəth  edərkən  rəiyyətin  əhvalına  çatmaq  Ģərt  deyil,  dünyanı  alıb  qurtardıqdan 
sonra zülm edilənlərin Ģikayətinə baxarıq» [294]. Əhalinin yoxsul təbəqələrinin 
etirazı  nəticəsində  Cəlaləddin  Ģəhərdə  nəzarətçilər  təyin  edir.  Lakin  bu 
nəzarətçilər  də  əhaliyə  zülm  etməyə  baĢlayırlar.  ġəhər  əhalisi  nəzarətçilərin 
özbaĢınalığından  Cəlaləddinə  Ģikayət  yazaraq  göstərirlər  ki,  nəzarətçilər 
imkanımızdan artıq vergi və  mükəlləfiyyət  tələb edirlər. ġikayətçilərin  kəskin 
etirazı  nəticəsində  sənətkar  və  xırda  tacirlərin  tələbi  ödənilir.  Cəlaləddin 
göstəriĢ verir ki, əhalidən imkanına görə vergi və mükəlləfiyyət alınsın [295]. 
Sinfi  mübarizənin  bir  forması  da  vergi  toplayan  məmurların  yoxsul 
təbəqə  tərəfindən  öldürülməsi  idi.  Cəlaləddinin  vergi  toplayan  məmurlarının 
özbaĢınalığından  cana  doymuĢ  Ģəhər  yoxsulları  və  sənətkarları  həmin 
məmurlardan intiqam almaq məqsədilə 1226-cı  ildə  onları öldürür və  Ģəhərdə 
üsyan    qaldırırlar [296]. Nəsəvi üsyançıları «əvam», «frumayeqan» (alçaqlar, 
əclaflar), «ovbaĢ» (qara camaat) adlandırır [297], üsyanın  fəal iĢtirakçılarından   
(«əvam»  -  sadə adamlardan) olan [298], Bəhaəddin ibn Məhəmməd ibn BəĢir 
Yarbəkin  adını  çəkir.  Lakin  üsyanın  yüksəliĢindən  vahiməyə  düĢən  Təbriz 
Ģəhər  rəisi  ġəmsəddin  Tuqrai  əhalini  üsyandan  çəkindirməyə  cəhd  göstərirsə 
də,  məqsədinə  nail  ola  bilmir.  Üsyançılar  xarəzmĢahlardan  bir  neçə  nəfəri  də 
öldürürlər.   Nəhayət,  ġəmsəddin Tuqrai  üsyan baĢçılarından iki nəfərin baĢını 
kəsdirib,  Ģəhərdə  gəzdirməyi  əmr  edir  vəsar  çəkdirir  ki,  «Ģaha  qarĢı  çıxan 
Ģəxsin  cəzası  budur»  [299].  Nəsəvi,  ġəmsəddin  Tuqraini  «dindar,  rəiyyətin 
tərəfini  saxlayan,  Təbriz  əhalisinin  imkanlarından  xaric  və  həddindən  ziyadə 
vergi  alınmasına  qarĢı  çıxan»  [300]  bir  Ģəxs  kimi  tanıtdırır.  Lakin  digər  bir 
yerdə  onu  «təbrizlilərin  can  və  malına  hakim»  [301]  kimi  qeyd  edir.  Əslində 
ikinci  fikir  həqiqətə  uyğundur.    Nəsəvi  Cəlaləddinə  qarĢı  baĢ  vermiĢ  üsyanı 
təkzib  etməyə  çalıĢaraq  yazır  ki,  ġəmsəddin  əhalinin  tərəfini  saxladığı  üçün 
Cəlaləddinin məmurları ondan narazı idi. Məhz buna görə də, onu Cəlaləddinin 
gözündən  salmaq  üçün  üsyan  Ģayiəsini  yaymıĢdılar  [302].  Nəsəvi  bu  üsyanı 
inkar        etməyə  cəhd  göstərsə  də,  əsərinin  bir  yerində  «frumayeqan»  və 
«ovbaĢan»ın    tutulub Cəlaləddinin  yanına  gətirilməsini qeyd etmiĢdir [303]. 
Həmin faktdan və ibn əl-Əsrin yazdığından məlum olur ki, həqiqətən Təbrizdə 
Cəlaləddinə  və  onun  məmurlarına  qarĢı  üsyan  baĢ  vermiĢdir.  Üsyançılar  həm 
də  Ģəhərdə  hakimiyyəti  ələ  almağa  cəhd  göstərirdilər  [304].  Atabəy  Özbəkin 
hakimiyyətini  bərpa  etmək  Ģüarı  altında  baĢlanan  antifeodal  mübarizənin 
məğlub  olmasında  Ģəhər  əyanlarının  xəyanəti  əsas  rol  oynamıĢdı.  Belə  ki, 


82 
 
üsyan yatırıldıqdan sonra Təbriz əyanlarından 300 nəfəri Cəlaləddinin sarayına 
gedərək orada onun mədhinə moizə oxumağa baĢlamıĢdır [305]. 
1231-ci  ildə  Cəlaləddin  öldürüldükdən  sonra  onun  üç  hissəyə 
parçalanmıĢ  qoĢununun  bir  hissəsi  Təbrizdə  qalır.  Cəlaləddinin  məmurlarının 
özbaĢınalığından bezmiĢ Təbriz əhalisi onları da öldürür. 
Hülakünün  əmiri  Arqun  dövründə  ġərəfəddin  Xarəzmi  Təbrizdə 
«bəqayayi-mal  (qalmıĢ  vergilər)  adı  altında  əhalidən  xeyli  vergi  tələb  edirdi. 
Cüveyni yazır ki, «zülm həddini aĢmıĢdı, hər evdə biganə adam, hər mənzildə 
vergi toplayan, müvəkkil aman vermədən qızıl tələb edirdi. Hər guĢədə iĢgəncə 
var idi» [306]. Müəllif sözünə davam edərək yazır: «Hətta dul qadın və yetim 
uĢaqlardan da vergi alırdılar [307]. Məhz bu məsələyə etiraz əlaməti olaraq bir 
dəstə  dul  qadın  və  uĢaq  Arqunun  sarayı  qarĢısında  toplaĢaraq  hay-küy  salır, 
onun  məmurlarının  özbaĢınalığına  son  qoyulmasını  tələb  edirlər.  Nəhayət, 
Arqun  onların  tələblərini  yerinə  yetirərək  əmr  edir  ki,  xəzinədən  onlara 
müəyyən qədər yardım göstərsin. 
Arqun qopçur [308] vergisini də qaydaya  salır. Belə ki,  Arqun deyir: 
«Rəiyyətdən çoxlu ixracat toplanılır və tələb edilir. Buna görə də onların çoxu 
pərakəndə  -  didərgin  olmuĢdur.  Mavəraünnəhrdə  olduğu  kimi,  hər  bir  Ģəxsin 
imkanına görə qopçur təyin etmək lazımdır» [309]. Onun əmrilə varlıdan adam 
baĢına  10  dinar,  yoxsullardan  isə  bir  dinar  qopçur  alınırdı.  Müəyyən  müddət 
keçdikdən sonra hər 10 nəfərdən 70 dinar almağa baĢlayırlar. 
Göründüyü kimi, hətta dul qadın və uĢaqların kollektiv surətdə etiraz 
etməsi formasında olan antifeodal çıxıĢlar bəzən o qədər kütləvi xarakter alırdı 
ki,  hökmdar onların tələblərinə  xüsusi diqqət  yetirməyə  məcbur olurdu. Hətta 
qanunsuz  olaraq dul qadın  və  yetim  uĢaqlardan alınmıĢ pullar divan hesabına 
ödənilirdi. 
Təbrizdə sinfi mübarizənin geniĢ yayılmıĢ formalarından biri də Ģəhər 
əhalisinin müəyyən tələbə qarĢı etiraz əlaməti olaraq Ģəhəri elliklə tərk etməsi 
idi. 
1294-cü il sentyabrın 15-də Keyxatunun sikkə əvəzinə kağız pul (çav) 
buraxılması haqqında fərmanı əhali tərəfindən müqavimətə rast gəlir. Hökmdar 
çavı  qəbul  etməyənlərə  ağır  cəza  veriləcəyi  ilə  hədələyirdi.  Təbrizdə  kağız 
pulla alver bir həftədən artıq çəkmədi. Keyxatunun çav tədbirinə qarĢı Ģəhərin 
sənətkar, alverçi və yoxsul təbəqəsi sinfi mübarizənin geniĢ yayılmıĢ formasına 
-  elliklə  dükanları  bağlayıb  Ģəhəri  tərk  etmək  vasitəsinə  əl  atdılar.  Onlar  hətta 
dükan və mağazalardan öz mallarını da götürüb aparırdılar. Bazarda yemək və 
geyim Ģeyləri tapılmırdı. 10 dinara olan bir atın qiyməti 150 dinara qalxmıĢdı. 
Çörəyin bir batmanı isə bir dinara idi. Bazarda alver tamamilə dayandı. Təbriz 
az  zamanda  boĢaldı  [310].  ġəhərdə  qalan  əhali  isə  cümə  günü  məscidə 
toplaĢaraq  hay-küy  qaldırıb  Ģikayətə  baĢladı.  Camaat  çavın  həyata 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə