Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə37/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   33   34   35   36   37   38   39   40   ...   116

77 
 
təĢkil  edən  geniĢ  xalq  kütləsinin  mənafeyi  əleyhinə  birləĢirdi.  Belə  bir 
ziddiyyət  dövrün  məĢhur  mütəfəkkir  və  filosofu  Övhədi  Marağinin  (1274-
1338) əsərlərində də öz əksini tapmıĢdır. Övhədi Ģəhərdə dövlət məmurlarının 
özbaĢınalığını  və  rüĢvətxorluğunu  tənqid  atəĢinə  tutmuĢdur.  O,  «Cami-cəm» 
adlı əsərində  yazır: «Oğru Ģəhnə ilə Ģərik olduqda, küçələrdə əsəs çerik (gecə 
nəzarətçisi,  muzdla  tutulmuĢ  əsgər  -  S.  O.)  olar.  Kənd  karvanını  oğurlayırlar, 
Ģəhər  Ģəhnəsi  hər  ikisinin  malını  aparır.  ġəhərdə  əsas  olmadıqda,  Ģəhnənin 
qaqalarının qırıĢığı  kifayət  edər» [267]. Övhədi Maraği dövrün hökmdarlarını 
və onların caniĢinlərinin rüĢvətxorluğu barədə yazır: «Son rüĢvət istəmirsənsə, 
nayiblərinə də bir çarə qıl» [268]. 
Övhədi  baĢqa  bir  yerdə  kəndlilərin  iĢləyib  zəhmət  çəkməsindən, 
kətxudaların  və  çəriklərin  isə  müftə  yeməsindən  danıĢaraq  yazır:  «Kəndli  iki 
ayda  bir  dəfə  ət  yeyir.  ġahın  çəriki  isə  hər  gün  qızardılmıĢ  toyuq  yeyir. 
Kəndlilərin  iĢlək  əlləri  dəri  kimi  kardan  düĢmüĢdür.  Kətxuda  yumĢaq  əlini 
uzadaraq deyir ki, gətir. Onun əlindən çörək yeyərkən paralanmıĢ əlinə də bir 
nəzər sal» [269]. 
ġəhər  sənətkarları,  xırda  tacirlər,  müxtəlif  peĢə  sahibləri,  yoxsullar 
vergilərin  ağırlığı  və  dövlət  məmurlarının  özbaĢınalığından  cana  gəlmiĢdilər. 
Xırda alverçilər iri tacir və feodallardan sələmlə pul alırdılar. Borcunu vaxtında 
verə  bilməyənlərin  əmlakı  əlindən  alınmaqla  özləri  də  arvad-uĢaqları  ilə 
birlikdə əsir alınırdılar [270]. Sənətkarlar özləri də mahiyyətcə eyni vəziyyətdə 
deyildilər. Saray və ayrı-ayrı feodalların karxana və emalatxanalarında iĢləyən 
sənətkarların vəziyyəti daha ağır idi. Qazan xanın əmrilə saray karxanalarında 
silahqayıran  bir  çox  sənətkarlar  iĢləyirdi.  Qazan  xan  onları  «bizim  ovzan  və 
əsirlərdir» [271] deyə qeyd etmiĢdir. 
Beləliklə, azad sənətkarlarla yanaĢı, qul sənətkarlar da var idi. Bunlar 
hüquqi  cəhətdən  azad  sənətkarlardan  xeyli  fərqlənirdilər.  Azad  sənətkarlar  öz 
sərmayələri  ilə  bazarlarda  silah  qayırıb  satırdılarsa,  qul  sənətkarlar  bir  qarın 
yeməyə  səhərdən  axĢama  qədər  karxanada  iĢləməli  və  qoyulmuĢ  norma 
əsasında silah qayırıb dövlətə təhvil verməli idilər [272]. 
Azlıq  təĢkil  edən  və  Ģəhərin  idarə  olunmasında  mühüm  rol  oynayan 
bir qrup feodal və məmurlardan baĢqa Ģəhər əhalisinin əksəriyyətini təĢkil edən 
sənətkar, alverçi və digər peĢə sahiblərinin vəziyyəti olduqca ağır idi. Təsadüfi 
deyildir  ki,  Marko  Polo  Təbriz  əhalisinin  vəziyyətindən  bəhs  edərək  yazır: 
«Əcnəbilərlə  ticarət  edənlər  tez  varlanırlar,  lakin  Ģəhərin  əhalisi  ümumiyyətlə 
yoxsuldur» [273].    . 
Təbriz əhalisinin bir hissəsi sənət və peĢəsi olmayan tam yoxsullardan 
ibarət idi. Bunların sayı o qədər çox idi ki, Ģahlar Təbrizə daxil olarkən onlara 
sədəqə  verirdilər.  Hətta  Təbrizdə  onları  sakitləĢdirmək  məqsədilə  «Dar-ül-
mesakin» («Yoxsullar evi») tikdirmiĢdilər. ġəhristani-RəĢidi və  ġam Qazanda 
belə  evlər  var  idi.  ġəhristani-RəĢididə  iki  böyük  qazan  -  «Dike  meskinan» 


78 
 
(«Yoxsullar  qazanı»)  qoyulmuĢdu.  Orada  yoxsullar  üçün  xörək  biĢirib  pulsuz 
paylayırdılar.  Yoxsullara  gündə  iki  batman  çörək  və  saxsı  qabda  bir  az  ət 
xörəyi verilirdi. Qapıçı yoxsulları növbə ilə içəri buraxırdı. Orada hamı sıra ilə 
oturur,  növbə  ilə  hər  10  nəfərə  10  qab  umac  aĢı  verilirdi.  Yeyib  qabı  təhvil 
verdikdən  sonra  digər  10  nəfərə  yemək  paylanırdı.  Bu  qayda  ilə  100  nəfər 
yedikdən  sonra  digər  100  nəfər  içəri  buraxılırdı  [274].  Bundan  əlavə,  Qazan 
xan Təbrizə daxil olarkən yoxsullara sədəqə verirdi. RəĢidəddin yazır ki, Qazan 
xan h. 696-cı il zilhiccə ayında (sentyabr 1297) Təbrizə daxil olarkən fəqir və 
yoxsullara xeyli mal sədəqə verdi [275]. 
Dövlət  və  ayrı-ayrı  feodalların  hesabına  yoxsul  evlərinin  tikilməsi, 
orada  onlara  pulsuz  yemək  verilməsi  Ģahların  yoxsullara  sədəqə  paylaması 
yoxsulları bir növ «sakitləĢdirmək» və sinfi mübarizədən çəkindirmək məqsədi 
güdürdü.  Lakin  bütün  bunlar  göstərir  ki,  Təbriz  əhalisinin  müəyyən  hissəsini 
yoxsullar təĢkil edirdi. 
Təbriz  və  Rəb-i  RəĢididə  qul  əməyindən  də  istifadə  olunurdu. 
RəĢidəddinin  3600  iəfər  qulu  arasında  müxtəlif  sənət  və  peĢə  sahibi  var  idi. 
Məsələn, Rəb-i RəĢididə olan 220 nəfər kiĢi quldan 30 nəfəri kankan idi [276]. 
RəĢidəddin  vəsiyyət  etmiĢdi  ki,  qul  uĢaqlarına  memarlıq,  zərgərlik, 
kankanlıq,  bağbanlıq,  rəssamlıq,  xəttatlıq  və  s.  sənətləri  öyrətsinlər.  Qulun 
uĢağı  mümkün  qədər  atasının  sənətinə  yiyələnməli  idi  [277].  RəĢidəddin 
qulların  uĢaqlarına  sənət  öyrətməklə  heç  də  onların  gələcək  taleyi  ilə 
maraqlanmırdı. Əksinə, qul sənətkarların sayını artırmaq və onların əməyindən 
geniĢ  istifadə  etmək  məqsədi  güdürdü.  Qul  sənətkarların  vəziyyəti  azad 
sənətkarlara nisbətən daha ağır idi. Onlara Təbriz və Rəb-i RəĢididə gündəlik iĢ 
norması  verilirdi.  Qul  öz  əməyinin  məhsulunun  hamısını  feodala  verir, 
müqabilində  cüzi  miqdarda  çörək  və  ya  un  alırdı.  Qullara  natura  Ģəklində 
verilən  haqq  hətta  onların  geyiminə  də  çatmırdı.  Buna  görə  də  RəĢidəddin 
onlara illik geyim verirdi [278]. 
Rəb-i  RəĢididə  əkin  sahələrində  çalıĢan  xeyli  qul  var  idi.  Yalnız 
Fəthabad bağında 500 kiĢi  və 500 qadın qul, RəĢidabad bağında  isə 200 (100 
kiĢi, 100 qadın) qul iĢləyirdi [279]. 
Bundan əlavə, RəĢidəddin Rəb-i RəĢidi ətrafına hasar çəkdirmiĢ, orada 
beĢ kənd saldırmıĢdı. Hər kənddə 20 kiĢi və 20 qadın qul iĢləyirdi [1280]. Ġ. P. 
PetruĢevski  haqlı  olaraq  qeyd  edir  ki,  Fəthabad  bağında  iĢləyən  qulların 
«məzare» adlandırılmasından aydın olur ki, həmin dövrdə qul əməyi feodallar 
üçün  sərfəli  olmadığından  qul  sahibi  onları  irsi  muzdlu  qul  vəziyyətinə  salıb, 
istehsal  vasitəsilə  çevirirdi.  Qulların  evləri  və  ailələri  var  idi  [281].  Onlar 
həmiĢə  evli  vəziyyətdə  olmalı  idilər.  RəĢidəddin  onları  torpaqsız  sata  bilərdi. 
Halbuki  muzdur  rəiyyətlə  belə  hərəkət  edə  bilməzdi.  Qul  muzdurun  özünə 
məxsus bağ sahəsi, əkin üçün əmək aləti, iĢ heyvanı yox idi. Bunları qul sahibi 
özü verirdi. Hətta yuxarıda qul sənətkarlar haqqında qeyd etdiyimiz kimi, əkin 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə