Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə45/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   41   42   43   44   45   46   47   48   ...   116

94 
 
qırpımında  öz  iĢ  alətlərini  götürüb  evlərə,  sifariĢçilərin  sifariĢlərini  yerinə 
yetirməyə  gedirdilər.  Avropa  qalayçılarının  iĢləmək  üçün  çoxlu  iĢ  aləti  və 
dəstgahı  olduğu  halda,  Ġranda  (o  cümlədən  Azərbaycan  Ģəhərlərində  -  S.  O.) 
iĢləmək üçün evlərə gedirlər. Bunun üçün onlar sifariĢçidən əlavə əmək haqqı 
almırdılar.  Ustad  öz  kiçik  yaĢlı  Ģagirdi  ilə  dükanda  olan  bütün  dəstgahını,  iĢ 
alətlərini - bir torba kömür, bir körük, bir az lehim, öküz buynuzunda bir qədər 
naĢatır, cibində bir neçə kiçik qalay parçası götürüb gedir, istədiyi yerdə həmin 
dəstgahını qurub iĢləyirdi» [7]. Tavernye də göstərir ki, kasıb qalayçılar evlərə 
gedib, oradaca qab qalaylayırdılar [d]. 
Təbrizdə gözəl parçalar toxuyan xeyli mahir sənətkar var idi. Burada 
toxucuların sayı daha çox olduğu və toxuculuq sənətkarlığı geniĢ inkiĢaf etdiyi 
üçün biz ilk növbədə toxuculuq sənətkarlığından bəhs edirik. 
Toxuculuq. Əsas məsələyə keçməzdən əvvəl toxuculuqda iĢlənən xam 
ipəyin haradan əldə edilməsi üzərində qısa da olsa dayanmaq istərdik. 
Məlum  olduğu  kimi,  xam  ipək  əsasən  Gilan,  ġirvan,  Qarabağ, 
Mazandaran  və  Azərbaycanın  cənub  vilayətlərində  istehsal  olunurdu.  Gilan 
ipəyi zərif və bahalı idi. Gilanda üç növ ipək toxunurdu. ġərbafi, xalvari, lejim 
adlanan  ipək  növləri  hətta  Avropa  ölkələrində  də  Ģöhrət  tapmıĢdı  [9]. 
Qarabağda isə  «kənar» adlı ipək məĢhur idi [10]. ġamaxı, Gəncə və Tiflisdən 
Təbrizə iki növ ipək gətirilirdi. Onların bir növü zərif olub, Ģorbafi, digəri isə 
ƏrəĢ  mahalının adı ilə  «ƏrvəĢ ipəyi» adlanırdı.  ƏrvəĢ ipəyi çox qalın olurdu. 
Həmin  ipək  növləri  arasında  qiymətcə  də  fərq  var  idi.  Tavernyenin  verdiyi 
məlumata görə, Ģərbaf növ ipək 18, «ərvəĢ» isə 10 ekuya idi [11]. 
XVII  əsrin  30-cu  illərində  ġirvanda  ildə  3,  Qarabağda  2,  Gilanda  8, 
Mazandaranda 2 min bağlama ipək əldə edilirdi [12]. Adam Oleariyə görə hər 
bir bağlamada 216 funt ipək var idi. Təbriz daĢı ilə bir batman 6 funta bərabər 
sayılırdı  [13].  Bu  hesabla  hər  il  ġirvandan  108  min,  Qarabağdan  12  min, 
Gilandan 288 min, Mazandarandan isə 12 min batman ipək əldə edilirdi. M. X. 
Heydərov Adam Olearinin qeyd etdiyi rəqəmlərlə digər məxəzlərdəki rəqəmləri 
müqayisə  edərək  Olearinin  gətirdiyi  rəqəmdən  daha  çox  ipək  istehsal 
olunduğunu bildirmiĢdir [14]. Məlumdur ki, XVII əsrin 30-cu illərinə nisbətən 
əsrin ortalarında sənətkarlığın inkiĢafı və Avropa manufakturasının xam ipəyə 
olan tələbatının artması nəticəsində ipək istehsalı xeyli artmıĢdı. Belə ki, təkcə 
1679-cu  ildə  iki  tacir  ġirvandan  Rusiya  vasitəsilə  Avropaya  48  min  pud  ipək 
aparmaq haqqında danıĢıqlar aparırdı [15]. 
XVII  əsrin  ortalarında  ġirvan,  Gilan,  Mazandaran  və  Qarabağda 
istehsal olunan ipəyin əksəriyyəti Təbrizə aparılırdı. Tavernye Gilanda istehsal 
olunan ipəyin hamısının Təbrizə aparıldığını bildirmiĢdir [16]. ġarden yazır ki, 
Təbrizdə  ildə  6  min  bağlama  ipək  məsrəf  olunurdu  [17].  Hər  bağlamanı  216 
funt  hesab  etsək,  Təbrizdə  toxuculuq  sənətkarlığında  ildə  Təbriz  daĢı  ilə  216 
min batman xam ipək məsrəf olunduğunu ehtimal etmək mümkündür. Təbrizin 


95 
 
ətraf  nahiyələrində  də  ipək  istehsal  olunurdu.  Övliya  Çələbi  yazır  ki,  «ful  və 
Ģəiri də vifrət üzrə hüsulə gəlir» [18]. 
Arran,  Muğan  və  Təbriz  ətrafında  xeyli  pambıq  əkilirdi.  Övliya 
Çələbinin  verdiyi  məlumata  görə, Naxçıvanda  və Təbrizdə yeddi növ pambıq 
əkilirdi [19]. 
Təbrizə  daxil  olan  ipək  və  pambığın  bir  hissəsi  daxildə  sənətkarlığa 
məsrəf edilirdisə, digər qismi Avropaya aparılırdı. 
Təbrizdə  çoxlu  ipək  və  pambıq  parça  toxunurdu.  Bu  Ģəhərdə 
toxunmuĢ  bəzi  parça  fraqmentlərinə  indi  dünyanın  bir  çox  muzeylərində  rast 
gəlmək olur.  Nəbati  naxıĢlarla  bəzədilmiĢ,  üzərində  süvari təsviri olan qumaĢ 
parça  hazırda  Britaniyanın  Viktoriya  -  Albert  muzeyində  saxlanılır  [20]. 
Təbrizdə  toxunmuĢ  atlas,  qumaĢ  [21],  darai  [22],  məxmər  parçalar  daxili 
ehtiyacı ödəməklə  yanaĢı,  Rusiyaya  da ixrac olunurdu [23]. Zəki Məhəmməd 
Həsənin  verdiyi  məlumata  görə,  üzərində  insan  və  bitki  təsviri  olan  parçalar 
Təbriz toxuculuq sənətinin məhsuludur [24]. 
Bir sözlə, XVI-XVII əsrlərdə Təbriz Azərbaycanın mühüm toxuculuq 
mərkəzlərindən  biri  idi.  Qətiyyətlə  demək  olar  ki,  Səfəvilərin  hakimiyyəti 
dövründə  Təbrizdə  toxuculuq  sənətkarlığı  özünün  yüksək  inkiĢaf  mərhələsinə 
çatmıĢdı. Bu bir sıra səbəbdən irəli gəlmiĢdi: 
1) Səfəvi  hökmdarları,  saray  adamları,  feodal  əyanları  məiĢətlərində 
zərli ipək və məxmər parçalar, qəĢəng və yaraĢıqlı xalılar iĢlədirdilər; 
2) qumaĢ,  xalı  və  s.  toxuculuq  malları  ən  qiymətli  hədiyyə  hesab 
olunurdu; 
3) xarici  ölkələrə  ixrac  edilən  mallar  arasında  Təbrizdə  toxunmuĢ 
parçalar, xalı və xalçalar əsas yer tuturdu. Buna görə də ġah Təhmasib, I ġah 
Abbas  və  bir  sıra  baĢqa  iri  feodallar  Təbrizdə  toxuculuq  karxanaları  təsis 
etmiĢdilər. 
Hələ  1532-ci  ildə  I  ġah  Təhmasibin  kənizlərindən  bir  neçəsi  onun 
Təbrizdəki toxuculuq karxanasında zərduzluq öyrənirdi [25]. 
Təbriz  toxucuları  müxtəlif  növ  parçalar,  o  cümlədən  diba,  atlas, 
məxmər, kətan, qumaĢ və s. toxuculuğunda Ģöhrət qazanmıĢdılar. 
Təbrizdə  toxuculuq  sənəti  bir  növ  ənənəyə  çevrilmiĢdi.  Təsadüfi 
deyildir ki, Övliya Çələbi Təbrizdə toxunan qumaĢ parçalar, siyabi hərir, qətifə, 
darainin hər tərəfdə «Təbriz qumaĢı» adı ilə məĢhur olduğunu bildirmiĢdir [26]. 
ġarden  isə  Ģəhərin  baĢdanbaĢa  qumaĢ,  ipək  toxuculuq  sənətkarları  ilə  dolu 
olduğunu qeyd etmiĢdi [27]. Azərbaycanın ən gözəl əl-üz dəsmalları, geyimləri 
Təbrizdə hazırlanırdı [28]. Təbriz həm də məxmər istehsalının mərkəzi idi [29]. 
Təbrizdə qəzil və yundan da müxtəlif mallar toxunurdu. Həmin malları toxuyan 
sənətkarlara  «muinəduz»  deyilirdi.  Sadiqibəy  ƏfĢar  muinəduz  Movlana 
Həqirinin adını çəkir və onun təbrizli olduğunu yazır [30]. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə