Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə53/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   49   50   51   52   53   54   55   56   ...   116

110 
 
1551-ci  ildə  ġahqulu  Ustaclu  min  nəfərdən  ibarət  tüfəngçi  dəstəsilə  ġəkidəki 
KiĢ  qalasına  hücum  etmiĢdir  [165].  1553-cü  ildə  I  ġah  Təhmasib  Osmanlı 
hökmdarı  Sultan  Süleymana  yazdığı  rəsmi  məktubunda  qeyd  edir  ki,  ««sənin 
bir  çox  qalalarını  tüfəng  gücünə  aldım»  [166].  1585-ci  ildə  Təbrizdə 
qızılbaĢların  iyirmi  min  nəfərdən  ibarət  tüfəngçi  və  piyada  döyüĢçüsü 
toplanmıĢdı [167]. Məlumdur ki, bu qədər tüfəngi Avropa dövlətlərindən almaq 
mümkün  deyildi.  Bu  tüfənglər  Azərbaycan,  xüsusilə  Təbriz  sənətkarları 
tərəfindən  hazırlanırdı.  Deməli,  tarixi  ədəbiyyatda  bu  vaxtadək  mövcud  olan, 
guya  I  ġah  Abbasın  hakimiyyəti  dövründə  ġerli  qardaĢlarının  Ġranda  ilk  dəfə 
top  və  tüfəng  hazırlanması  texnikasını  öyrətməsi  haqqında  müddəa  [168] 
tamamilə yanlıĢdır. 
I  ġah  Abbasın  hakimiyyətinə  qədər  Azərbaycanın  müxtəlif 
Ģəhərlərində,  o  cümlədən  Təbrizdə  tüfəng  istehsal  edən  çoxlu  sənətkar 
olmuĢdur.  Tüfəng  istehsalı  sahəsində  Təbriz  Ģəhəri  böyük  rol  oynamıĢdır. 
Ehtimal  ki,  tüfəngin  istehsalına  təqribən  XV  əsrdən  baĢlanmıĢdır.  Lakin  XVI 
əsrin  birinci  rübündə  odlu  silahın  bu  növü  sahəsindəki  sənətkarlıq  tədricən 
inkiĢaf  etmiĢ,  onun  texnologiyası  da  xeyli  təkmilləĢmiĢdir.  Arasıkəsilmədən 
davam  edən  Səfəvi  -  Osmanlı  müharibələri  nəticəsində  tüfəng  istehsalı 
kəmiyyətcə də artmıĢdı. XVI əsrin ikinci yarısında Azərbaycanda, o cümlədən 
Təbrizdə iri karxanalar [169] təsis olunmuĢdu. 
M. X. Heydərov tapança istehsalı sahəsində Təbrizi ən böyük mərkəz 
hesab  etmiĢdir  [170].  Lakin  yazılı  məxəzlər  nəzərdən  keçirilmiĢ,  Azərbaycan 
Ģəhərlərində  XVI-XVII  əsrlərdə  tapança  istehsalı  məsələsinə  təsadüf 
edilməmiĢdir.  Avropalıların  qiymətli  hədiyyə  kimi  Səfəvi  Ģahlarına  və  bəzi 
feodallara  tapança  bağıĢlaması  haqqında  məlumat  vardır.  Adam  Olearinin 
Ġsfahanda  ġah  Səfiyə  40  ədəd  tapança  hədiyyə  etməsi,  baĢqa  bir  Avropa 
elçisinin  ġah  Səfiyə  metal  tapança bağıĢlaması  məxəzlərdən  məlumdur [171]. 
Bundan  əlavə,  Tavernye  Kirmanda  olarkən  qeyd  edir  ki,  iranlılar  xaricdən 
gətirilən  nadir  Ģeylərə  çox  maraq  göstərdikləri  üçün  məndən  qiymətini  mən 
qoymaq Ģərtilə bir odlu silah istədilər. Səhərisi gün mən Kirman hakiminə bir 
cüt tapança və kiçik saat bağıĢladım [172]. Fikrimizcə, daxildə kütləvi surətdə 
tapança istehsal olunsaydı, xaricilər heç bir vaxt qiymətli hədiyyə kimi Ģah və 
ya feodallara tapança bağıĢlamazdılar. 
Təbrizdə böyük qazanlar tökmə   sənəti   XIV   əsrdə   yüksək inkiĢaf 
mərhələsinə  çatmıĢdı.  Təbrizin  məĢhur  qazan  tökək  ustası  Əbdüləziz  ibn  usta 
ġərəfəddin  Xacə  Əhməd,  Yasəvi  məscidi  üçün  bürüncdən  iki  top  ağırlığında 
qazan  tökmüĢdü  [173].  XVI-XVII  əsrlərdə  sənətkarlığın  bu  növü  daha  da 
inkiĢaf  etmiĢdir.  Rafael  dyü-Man  bu  dövrdə  hamamlar  üçün  metaldan  tiyan 
hazırlanmasını  bildirir.  O  yazır  ki,  Təbriz  ustaları  diametri  4,5  ayaq  və  iki 
barmaq  qalınlığında  olan  tiyanlar  hazırlayırdılar  [174].  Metal      əridən  ustalar 
misdən  Ģamdanlar  da  düzəldirdilər.  Onlar    metalı  əridərkən  Hindistandan 


111 
 
gətirilmiĢ metal oksidi qatırdılar ki, bu da misi bərkidir və tez   parçalanmasının 
qarĢısını      alırdı      [175].  Tavernye  yazır  ki,  Təbriz  bazar  cərgələrindəki 
sənətkarların    əksəriyyətini  dəmirçilər    təĢkil    edirdi  [176].      Bu  da  Ģəhər  və 
kənd  əhalisinin  metal  məmulatına  olan  tələbatının  artması  ilə  əlaqədar  idi. 
Onlar  balta,  bel,  kotan,  miĢar,  dəhrə,  zəncir,  qıfıl,  qapıpəncərə  ləvazimatı    
hazırlayırdılar  [177].  Mis  baĢqa  metallara  nisbətən  daha  yumĢaq  və  zərif 
olduğu üçün Təbriz misgərləri ondan müxtəlif formalı qabqacaq və ev əĢyası, o 
cümlədən  nimçə,  məcmeyi,  qazan,  aftafa,  tava  hazırlayırdılar.  Misdən 
hazırlanmıĢ  qabqacaq,  aftafa,  ləgənə  bərbəzək  vurulurdu.        XVII  əsrdə 
Təbrizdə  hazırlanmıĢ    aftafalar        indi    də      muzeylərdə          mühafizə  olunur 
[178]. Nalbəndlər isə at nalları hazırlayırdılar. Onlar nalla yanaĢı, atın ayağına 
vurmaq  üçün  xüsusi  nal  mıxları  da  düzəldirdilər.  Rafael  dyü-Man  müqayisə 
edərək  yazır  ki,  «onların  nal  düzəldənləri  bizim  ustalardan  yaxĢı  nal 
düzəldirlər» [179]. Davatgərləri isə ağ dəmir vərəqələrdən satıl, süd-su qabları, 
novdanlar  və  s.  hazırlayırdılar  [180].  Yüksək  rütbəli  feodal  əyanlarının  atları 
üçün qaĢı qızıldan və ya müxtəlif metaldan olan yəhər düzəldirdilər.    Rafael 
dyü-Man Təbriz yəhər qayıranlarının  Fransa yəhər qayıranlarından daha yaxĢı 
yəhər  hazırladıqlarını  xüsusilə  qeyd  etmiĢdir  [181].  Metaldan  dəmir  qapılar 
düzəldirdilər. 
Təbrizdə  sənətkarlar  binalar  üçün  tuncdan  novdanlar  da 
hazırlayırdılar.  XV  əsrin  ikinci  yarısında  «HəĢtbehiĢt»  sarayında  tuncdan 
əjdaha Ģəklində novdanlar qoymuĢdular. Anonim tacir yazır ki, «onlar o qədər 
böyük idi ki, hər birindən bir top düzəltmək olardı. Həmin novdanları o qədər 
məharətlə düzəltmiĢdilər ki, oradakı əjdaha Ģəkilləri canlı əjdahaya bənzəyirdi» 
[182]. 
I  ġah  Ġsmayılın  qızıl  taxtı  da  çox  ehtimal  ki,  Təbriz  sənətkarları 
tərəfindən düzəldilmiĢdir. Məlum olduğu kimi, hələ Qazan xan da 1300-cü ildə 
Təbriz  sənətkarlarına  qızıldan  taxt  düzəltməyi  sifariĢ  etmiĢdi.  1302-ci  il  iyun 
ayına qədər iki il müddətində sifariĢ yerinə yetirilmiĢdi [183]. 
Təbrizdə  məĢhur  zərgərlər  də  var  idi.  Övliya  Çələbi  yazır:  «Buranın 
ustadı-kamil...  zərgəri  heç  bir  diyarda  yoxdur»  [184].  Təbrizdə  zərgərlik 
məmulatı hazırlayıb satan zərgərlər var idi. Bu qisim zərgərlərin emalatxana və 
ya  dükanları  var  idi  [185].  Təbrizdə  çoxlu  zərgər  çalıĢırdı.  Sam  Mirzə  onları 
«camaati  zərgəran»  adlandırır  [186].  Azərbaycanın  digər  Ģəhərlərində  olduğu 
kimi,  Təbrizdə  də  zərgərlər  xüsusi  rastada  yerləĢirdi.  Onların  dükan  və 
emalatxanaları bir-birinin yanında olub, «zərgər bazarı» adlanırdı [187]. ġarden 
Təbriz bazarlarından bəhs edərkən yazır ki, bura qumaĢ, ipək mallarla  yanaĢı, 
baĢdan-baĢa zərgərlik məmulatı ilə doludur [188]. 
Tavernye Təbrizdə xeyli zərgər yaĢadığını və onların gümüĢ üzükdən 
baĢqa  bir  Ģey  düzəldə  bilmədiklərini  yazır  [189].  Tavernyenin  bu  fikri  ilə 
razılaĢmaq olmaz. Təbriz zərgərləri qızıl və gümüĢdən müxtəlif zinət Ģeyləri, o 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə