Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə49/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   45   46   47   48   49   50   51   52   ...   116

102 
 
düzəldib, içərisinə qurğuĢun doldurmuĢ, daĢ yerinə mancanaq atıb Ģəhəri iĢğal 
edə bilmiĢdilər [83]. 
Silah  növlərindən  biri  olan  flaxon  mancanağa  oxĢayırdı;  ondan  daĢ 
atmaq üçün istifadə olunurdu. Bu cür silah növü hələ IX əsrdə Azərbaycanda 
mövcud idi. Belə ki, h. 234 (848-49)-cü ildə ərəb sərkərdəsi Buğay ġərabi dörd 
min nəfərlik ordu ilə Mərənddə ibn Bəisin qoĢunu ilə vuruĢarkən Ģəhər əhalisi 
flaxonlarla  daĢ  tullayır  və  nəticədə  Buğay  qoĢunları  Ģəhərin  divarlarına 
yaxınlaĢa  bilmirdilər [84]. XVI əsrdə  də  QızılbaĢ ordusu  flaxon adlanan odlu 
silahdan istifadə etmiĢdir. 1550-ci ilin may ayında I ġah Təhmasib ordusu ilə 
özbək  qoĢunları  arasında  döyüĢ  zamanı  flaxondan  atılan  daĢ  özbəklərdən 
Sultanzadənin baĢını partladıb öldürmüĢdü [85]. 
XIV-XV  əsrlərin  mənbələrində  zərbzən,  kamanerəd  istilahları  top 
sözü  ilə  sinonim  kimi  iĢlənirdi.  XIV  əsrdə  Teymur,  XV  əsrdə  isə  onun 
caniĢinlərinin  hakimiyyəti  dövründə  «kamane-rəd»  adlanan  odlu  silahdan 
istifadə edildiyi məlumdur. Kamane-rəd - topa deyilirdi. Lakin XV əsrin ikinci 
yarısından  bu  söz  top  istilahı  ilə  əvəz  olundu.  Lakin  zərbzən  sözü  hətta  XVI 
əsrdə belə top kəlməsi ilə sinonim kimi iĢlənirdi. 
Kamane-rəd  istilahındakı  «rəd»  ərəb  sözü  olub,  Azərbaycan  dilində 
gurultu,  ildırım  deməkdir.  H.  797  (1394-95)-ci  ildə  Teymurun  qoĢunu  Unik 
qalasını mühasirə edərkən onun əmrilə qalanı dağıtmaq üçün ərradə, mancanaq, 
rəd və tire-çərx odlu silahları hazırlanmıĢdı [86]. Lakin kamane-rəd silahından 
qala mühasirəyə alınarkən istifadə olunurdu [87]. 
I  ġah  Ġsmayıl  Kürdüstanda  Sarım  Kürd  və  Rüstəmdar  vilayətində 
Əmir  Hüseyn  Kiyanın  qoĢunu  ilə  vuruĢmada  kamane-rəd  adlı  odlu  silahdan 
istifadə etmiĢdir [88]. 
Həmin silah metal əridən usta sənətkarlar tərəfindən hazırlanırdı [89]. 
Odlu  silah  növlərindən  olan  təxĢ  çox  kiçik  gülləyə  malik  kaman  növünə 
deyilirdi [90]. Teymur Amolda Mahani qalasını mühasirə edərkən həmin silah 
növündən istifadə etmiĢdir [91]. 
Zərbzən  və  firəngi  odlu  silahları  XVI-XVII  əsrlərdə  iĢlədilmiĢdir. 
Zərbzən qazana nisbətən kiçik daĢ atan odlu silah idi [92]. Həmin silah hədəfi 
daha  sürətlə  vururdu.  Osmanlı  ordusu  həmin  silahdan  Çaldıran  vuruĢmasında 
(1514)  istifadə  etdikdən  sonra  [93]  tezliklə  QızılbaĢ  ordusu  da  bu  silaha 
yiyələndi. H. 935 (1528-29)-ci ildə I ġah Təhmasibin qoĢunu Camda özbəklərlə 
vuruĢarkən arabalarda top, firəngi və yüz ədəd zərbzən odlu silahından istifadə 
etmiĢlər [94]. BeĢ il sonra  I ġah Təhmasibin ordusu Van  qalasını  mühasirəyə 
alarkən «zərbzən» növlü silah iĢlətmiĢdir [95]. 
Mənbələrdən  məlum  olur  ki,  1603-cü  ildə  Təbriz  əhalisi  osmanlılara 
qarĢı vuruĢarkən zərbzən silah növündən geniĢ istifadə etmiĢdir [96]. 
Digər odlu silah növlərindən biri də badlicdir. Sonralar balmiz adlanan 
bu silah növü XVI əsrdə QızılbaĢ qoĢununda var idi. 1584-cü ildə Azərbaycan 


103 
 
bəylərbəyisi və  Təbriz  hakimi Əmir xana  qarĢı  vuruĢan  QızılbaĢ qoĢunları  və 
Təbriz əhalisi top və tüfənglə yanaĢı, badlic adlanan odlu silahdan da istifadə 
edirdilər  [97].  1585-ci  ildə  Təbriz  qalasında  vuruĢan  Osmanlı  ordusunun  da 
badlic  növ  silahı  var  idi  [98].  1551-ci  ildə  QızılbaĢ  ordusu  ġəkidə  Gələsən-
görəsən  qalasını  mühasirə  edərkən  firəngi  və  badlıc  növ  silahlardan  istifadə 
etmiĢdir [99]. 
Qeyd  etdiklərimiz  əsasında  ehtimal  etmək  olar  ki,  odlu  silahın 
müxtəlif  növlərindən  hələ  XIV  əsrin  əvvəllərində  istifadə  edilmiĢdir. 
Teymurilər və  Ağqoyunlular dövründə odlu silah növlərinin sayı artmıĢdı. Bu 
da, hər Ģeydən əvvəl, Avropa ilə münasibətlərin geniĢlənməsi ilə əlaqədar idi. 
Ehtimal  ki,  bu  silah  növləri  həm  də  Təbrizdə  istehsal  olunmuĢdur.  Maraqlıdır 
ki,  top  və  tüfəng  sözləri  meydana  gəlməmiĢdən  əvvəl  sinonim  kimi  bəzi 
terminlər  iĢlənmiĢdir.  Məsələn,  «kamane-zənbur»  tüfəngə  deyilirdi  [100]. 
Ərəbcə  bənduq,  türkcə  (Azərbaycanca)  məsləq  adlanan  tüfəng  [101]  ibtidai 
formada  da  olsa,  mövcud  idi.  Məlum  olduğu  kimi,  «kamane-rəd»  topa 
deyilirdi. 
Qazi  Əhməd  Qumi  1501-ci  ildə  ġərurda  I  ġah  Ġsmayılın  qoĢunu  ilə 
Əlvənd  Mirzənin  qoĢunu  arasında  gedən  vuruĢmada  tüfəng  səsi  eĢidildiyini 
qeyd edir və yazır ki, bu, Ġranda (əslində Azərbaycanda - S. O.) ilk tüfəng səsi 
idi [102]. ġarden I ġah Abbas ordusu ilə Osmanlı ordusu arasında 1603-cü ildə 
gedən  döyüĢlərdə  qızılbaĢların  tüfəngdən  istifadə  etdiyini  bildirməklə  yanaĢı 
qeyd  edir  ki,  həmin  vaxtadək  vuruĢmada  qətiyyən  bu  silah  növündən  istifadə 
edilməmiĢdir  [103].  Ġran  alimi  Məhəmməd  Həsən  xan  Səniüddövlə  I  ġah 
Abbasdan  qabaq  Ġranda  tüfəngdən  istifadə  edilmədiyini  bildirir  [104].  Digər 
Ġran  tarixçisi  Məhəmmədtağı  da  bu  fikri  təsdiq  etmiĢdir  [105].  Ġranın  müasir 
alimlərindən  Əbülqasim  Tahiri  Ağqoyunlular  hakimiyyəti  dövründə  qoĢunda 
top və  tüfəngdən istifadə  olunduğunu etiraf etməklə  yanaĢı yazır ki,  Səfəvilər 
hakimiyyətinin  ilk  illərindən  1571-ci  ildə  Alessandrinin  tüfəng  haqqında 
verdiyi  məlumata  qədər  QızılbaĢ  qoĢununun  odlu  silahdan  istifadə  etməsi 
barədə  dövrün  heç  bir  mənbəyində  məlumata  təsadüf  olunmur.  Müəllif  bu 
məsələni  Səfəvilərlə  venetsiyalılar  arasında  əlaqələrin  kəsilməsilə  izah  edir. 
Eyni fikri digər Ġran alimi Xanbaba Bəyani də təkrar etmiĢdir. Xanbaba Bəyani 
toptökmə  sənəti  tarixini  də  saxtalaĢdıraraq  yazır  ki,  Ġran  və  Azərbaycanda 
toptökmə sənətini ilk dəfə 1598-ci ildə ġerli qardaĢları iranlılara və qızılbaĢlara 
öyrətmiĢdilər [106]. 
Odlu  silahın  Azərbaycanda  və  Ġranda  istehsalı  barədə  ilk  söz  V.  F. 
Mironski tərəfindən deyilmiĢdi. O, Fəzlullah Ruzbehan Xünəsinin «Tarixi aləm 
arayi  Əmini»  əsərində  («top  tökmək»  -  vər.  174  a.)  istilahına  istinad  edərək 
yazır: «Tup saxtən» anlayıĢı belə bir fikir oyadır ki, topu yerindəcə tökmək (bir 
yerdən digər yerə aparmaq çətin olduğu üçün) və ağacdan qayrılmıĢ dayanacaq 
üzərində qoymaq kimi» baĢa düĢmək lazımdır [107]. Həqiqətən, 1489-cu ildə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə