Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə47/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   43   44   45   46   47   48   49   50   ...   116

98 
 
Təbrizdə  toxunmuĢ  və  hazırda  mühafizə  olunan  iki  xalını  da  qeyd 
etmək  lazımdır.  Ölçüsü  5,5x2,40  metr  olan  xalılardan  birinin  haĢiyəsində  on 
beĢ beytlik Ģer yazılmıĢdır. I ġah Təhmasibin hakimiyyəti dövründə toxunmuĢ 
bu  xalının  üzərində  xətan  güllər,  budaq,  yarpaqlar,  budaq  üzərində  quĢ  Ģəkli 
təsvir  olunmuĢdur.  Bunlardan  əlavə,  qarĢı-qarĢıya  dayanmıĢ  iki  aslan  və  iki 
məlaikə  təsvirləri  vardır.  Təbrizdə  toxunmuĢ  ikinci  xalının  yeri  güllü  olub, 
üzərində yarpaq, qoĢa ağac, iki bəbir, qorxusundan ağacın budaqlarına sığınmıĢ 
iki  meymun  təsviri  çəkilmiĢdir.  Kənarda  təsvir  olunan  Ģir  tutduğu  ovu  yeyir. 
Xalının  digər  guĢələrində  Ģir  dağ  keçisi  və  dovĢana  hücum  etdiyi  anda  təsvir 
olunmuĢdur [40]. Həmin xalı hazırda Los-Anselos muzeyində saxlanılır. 
Təbriz  xalçaçılıq  məktəbinin  Hindistan  xalçaçılarına  böyük  təsiri 
olmuĢdur. Hind hökmdarı Nəsirəddin Məhəmməd 1544-cü ildə Təbrizdə I ġah 
Təhmasibin  yanında  sığınacaq  tapdıqdan  sonra  Hindistana  qayıdarkən  özü  ilə 
bərabər həmin Ģəhərdən xalça toxuyan xeyli mahir sənətkar aparır. Bununla o, 
Hindistanda Azərbaycan -Hindistan xalçaçılıq məktəbini təĢkil edir [41]. 
XVI-XVII  əsrlərdə  Səfəvi  hökmdarları  Təbrizdə  bir  neçə  toxuculuq 
karxanası təsis etdirmiĢdi. I ġah Təhmasib ucuz iĢçi qüvvəsindən, kənizlərin əl 
əməyindən  istifadə  edərək  xalça  toxuculuğundan  çoxlu  gəlir  əldə  etdiyi  üçün 
xalçaçılığın geniĢlənməsinə maraq göstərirdi. Ġsfahan, KaĢanla yanaĢı, Təbrizdə 
istehsal olunan xalı və xalçalar təkcə Azərbaycan və Ġranla qonĢu olan ölkələrə 
deyil,  hətta  Avropa  ölkələrinə  də  ixrac  olunurdu.  Avropa  ilə  ticarətdə  xalı  və 
xalça  ixracatı  əhəmiyyətli  yer  tuturdu.  Təsadüfi  deyildir  ki,  Azərbaycanda 
olmuĢ səyyah Ciovanni digər mallarla yanaĢı, xalı və xalçanın Hindistana qədər 
aparıldığını  qeyd  etmiĢdir  [42].  Həmin  tələbatı  nəzərə  alaraq  XVII  əsrin 
sonlarında  ġah  Süleyman  Ġsfahan,  KaĢan,  MəĢhəd  və  Təbrizdə  toxuculuq 
karxanaları [43] təsis etdirmiĢdi [44]. 
Təbriz məscidlərində çoxlu xalı var idi. ġəhərə Ģah və ya əcnəbi qonaq 
gələrkən yolboyu xalı-xalça döĢənərdi. 1558-ci ildə Bayəzid Təbrizə gələrkən 
Ģəhərin  30  min  adam  tutan  Sahibabad  meydanı  əlvan  xalılarla  döĢənmiĢ  və 
bəzədilmiĢdi [45]. 
Xalı  və  xalça  istehsalında  boyaqçılığın  da  böyük  rolu  var  idi.  Çox 
maraqlıdır ki, Təbriz boyaqçılığın əsas mərkəzlərindən biri idi. Tavernye yazır 
ki,  toxucular  kökündən  qırmızı  boyaq  alınan  otdan  hazırlanan  boyaqdan 
istifadə edirdilər. 
XVII  əsrdə  toxuculuq  karxanalarının  sayının  artmasına  və  əmək 
alətlərinin  nisbətən  təkmilləĢməsinə  baxmayaraq,  istehsal  texnikası  hələ  də 
aĢağı  səviyyədə  idi.  Bu  zaman  ucuz  iĢçi  qüvvəsindən,  Ģah  və  feodalların 
kənizlərindən, uĢaq əməyindən geniĢ istifadə olunurdu. 
Təbrizdə  parça  və  xalça  toxunuĢu  geniĢ  yayılmıĢdı.  Təkcə  1700-cü 
ildə bu Ģəhərdə 10 min bağlama ipək məsrəf olunmuĢdu. Bağlamalar o qədər iri 
idi ki, bir dəvə onun yalnız dörd bağlamasını çətinliklə apara bilirdi [46]. 1694-


99 
 
cü ildə Gilanın bütün ipəyi Təbrizə gətirilirdi. Cemelli Karyeri yazır ki, burada 
həmin ipəklərdən ipək sap hazırlanırdı [47]. 
Metalişləmə.  MetaliĢləmə  sənəti  Azərbaycanın  baĢqa  Ģəhərlərində 
olduğu kimi, Təbrizdə də inkiĢaf etmiĢdi. Cemelli Karyerinin verdiyi məlumata 
görə bu Ģəhərin iqtisadiyyatında mis istehsalı mühüm rol oynayırdı [48]. Lakin 
Təbrizdə istehsal olunan mis daxili tələbatı ödəyə bilmədiyi üçün xaricdən də 
Ģəhərə  mis  idxal  edilirdi  [49].  Birinci  növbədə  Azərbaycanın  baĢqa 
Ģəhərlərindən mis gətirilirdi. Hələ XIV əsrdə Həmdullah Qəzvini Əcnanda mis 
mədəni olması haqqında məlumat vermiĢdi [50]. Lakin daxildə əldə edilən mis 
o qədər də yumĢaq deyildi. Sənətkarlar Yaponiya misini daha üstün tuturdular 
[51]. 
Təbrizin 3 milliyində (18 kilometrliyində) qızıl mədəni var idi. I ġah 
Abbas  qızıl  istehsalına  baĢlamaq  haqqında  əmr  vermiĢdi.  Lakin  bu  iĢə  sərf 
edilən  vəsait  əldə  edilən  gəlirdən  çox  olduğu  üçün  iĢ  dayandırıldı.  ġarden 
bundan  bəhs  edərək  yazır  ki,  çıxarılan  qızılın  miqdarı  ona  sərf  edilən  xərci 
ödəmədiyi üçün qızıl istehsalı dayandırıldı [52]. 
Tavernye  yazır  ki,  «bir  neçə  vaxt  bundan  qabaq  qızıl  istixracına 
baĢladılar. Zərər çəkdikləri üçün iĢi yarımçıq qoydular. Buna  görə də qızıl və 
gümüĢü xaricdən gətirmək məcburiyyətində qaldılar» [53]. 
Mənbələrin  verdiyi  məlumata  görə  Təbrizdə  ġirazın  əla  növ 
poladından Ģah qoĢunu üçün silah hazırlanırdı [54]. 
Təbriz  Ģəhərinə  ġirazdan  baĢqa  Qəzvin  və  Xorasandan  da,  çoxlu 
miqdarda  polad  və  dəmir  gətirilirdi  [55].  Lakin  Azərbaycanın  özündə  də,  o 
cümlədən DaĢkəsən, QuĢçu, Çeyt, Çovdarda (Gəncə rayonunda) dəmir istehsal 
olunurdu  [56].  Ġbtidai  texnikaya  əsaslanan  mis  istehsalı  Azərbaycanda  xeyli 
aĢağı  səviyyədə  idi.  Ona  görə  də  baĢqa  yerlərdən,  o  cümlədən  Hindistan  və 
Mosuldan  dəmir  məmulatı  gətirilirdi  [57].  Müxtəlif  metal  məmulatının 
xaricdən  gətirilməsinə  baxmayaraq,  Azərbaycan  Ģəhərlərində,  o  cümlədən 
Təbrizdə  istehsal  olunan  metal  məmulatı  təkcə  daxili  tələbatı  edəməklə 
qalmayıb, hətta qonĢu ölkələrə də göndərilirdi. 
Təbriz  sənətkarları  metaldan  odlu  və  soyuq  silahlar,  hərbi  geyim, 
müxtəlif  sənətkarlıq  məmulatı,  hamamlar  üçün  tiyan,  ev  əĢyaları,  kənd 
təsərrüfatı alətləri, müxtəlif bəzək Ģeyləri hazırlayırdılar. 
Hazırda  dünyanın  bir  çox  muzeylərində  Azərbaycanda  hazırlanmıĢ 
odlu  və  soyuq  silah  növləri  saxlanılır.  Lakin  onların  üzərində  hansı  Ģəhərdə 
hazırlandıqları  yazılmadığı  üçün  istehsal  olunduqları  yerləri  təyin  etmək 
çətindir. 
Soyuq silahlar əsasən ox, kaman, qılınc, gürzə, nizə və sairdən ibarət 
idi. Bunlardan əlavə, metaldan hərbi geyimlər də hazırlanırdı. 
Hələ  XV  əsrin  ikinci  yarısında  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin 
qoĢununda 15 min qılınclı süvari, kaman və nizə ilə silahlanmıĢ 33 min piyada, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə