Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə55/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   51   52   53   54   55   56   57   58   ...   116

114 
 
sənətkarlarının  məharətlə  hazırladıqları  kaĢılar  çini  qablardan  çətinliklə 
seçilirdi.  Bu,  isti  suya  davamlı  olmaqla,  içərisi  ağ  idi  [216].  Təbrizin  bir  çox 
binalarında, xüsusilə məscidlər gözəl kaĢılarla iĢlədilmiĢdi. 
Təbriz və onun ətrafında kərpic kürələri var idi. Orada qırmızı və çiy 
kərpic hazırlanırdı. ġəhərin binalarının əksəriyyəti kərpicdən idi. Təbrizdə xeyli 
mahir nəccar və xarrat çalıĢırdı. Nəccar və xarratlar qapı, pəncərə, beĢik, araba 
çarxları,  yükdan,  tüfəng  və  top  qundağı,  balta,  bel,  dəhrə,  yaba  sapı,  taxt, 
nərdivan, vərdənə, oxlov, tabaq, taxta qaĢıqlar hazırlayırdılar. Çinarın oduncağı 
çox  davamlı  olduğundan  nəccarlar  əsasən  ondan  istifadə  edirdilər  [217]. 
Taxtadan düzəldilmiĢ yükdanların üzərinə dəmir vərəqəsi deyil, ağac kökünün 
qabığını çəkirdilər [218]. 
Təbrizin  Sərvirab  məhəlləsində  «ġiĢəgəran»  adlanan  ĢüĢə  hazırlayan 
karxana  var  idi.  Rafael  dyü-Man  ĢüĢə  istehsalı  texnologiyasından  bəhs  edərək 
yazır ki, «sınıq ĢüĢə məmulatını (stəkan, butulka və s.) toplayır, kürədə əridib 
yenidən ĢüĢəyə çevirirdilər. Onlar Fransada olduğu kimi, ĢüĢəni o qədər kürədə 
əridirdilər ki, ağarıb ĢəffaflaĢırdı» [219]. 
Təbrizdə  kağız  qayıran  karxanalar  hələ  XIV  əsrin  əvvəllərindən 
məlumdur. Rəbi RəĢididə kağızqayırma karxanası var idi. 
M. X. Heydərov XVII əsrdə mətbəənin olmaması, əl ilə yazılan və üzü 
köçürülən  kitabların  daha  baha  baĢa  kəlməsilə  əlaqədar  kağıza  tələbatın 
məhdud  olduğunu  bildirir  [220].  Maraqlıdır  ki,  hələ  1641-ci  ildə  nəccarbaĢı 
Yaqub Avropaya gedərək orada mətbəə iĢini öyrənmiĢdi.  O, Ġrana qayıdarkən 
özü  ilə  bərabər  Ġsfahana  bir  mətbəə  dəstgahı  və  qəliblər  gətirmiĢdi.  Həmin  
mətbəədə bir neçə kitab da çap olundu [221]. 
XVI-XVII  əsrlərdə  kitabdarlığın  inkiĢafı,  mədrəsələrin  sayının 
artması, Ģiəliyin rəsmi dövlət dini elan olunması ilə əlaqədar olaraq Ģiəliyə aid 
çoxlu  kitab  yazılması  və  üzlərinin  köçürülməsi  kağıza  olan  tələbatın  xeyli 
artdığını  göstərir.  Hətta  Təbrizdə  xüsusi  kitab  mağazası  var  idi.  XVI  əsrdə 
Xatəmi Təbrizi kitab satmaq peĢəsilə məĢğul idi. Bundan əlavə, Təbrizdə kağız 
satılan ayrıca mağaza var idi. Mövlana Səfai Təbrizi kağız satmaqla məĢğul idi 
[222]. 
Təbrizdə  kürk  tikən  (pustinduz)  sənətkarlar  da  fəaliyyət  göstərirdi. 
Məhəmməd  Yusif  Qəzvininin  verdiyi  məlumata  görə  kürk  tikilməsi  hesabına 
dövlət xəzinəsi ildə xeyli mədaxil əldə edirdi [223]. 
H.  1055  (1645-46)-ci  ildə  II  ġah  Abbas  tərəfindən  kürk  tikilməsinin 
qadağan  olunmasına  baxmayaraq  [224],  sənətkarlığın  bu  sahəsi  xeyli  inkiĢaf 
etmiĢdi.  Xüsusilə  payız  və  qıĢ  fəsillərində  kürk  tikmək  sənəti  daha  da  rəvac 
tapırdı.  QolĢəni  ġəbustəri  (XVI  əsr),  Həqiri  Təbrizi  və  Bəhrambəy  ibn 
Naqdibəy Ģəhərin tanınmıĢ kürk tikən ustaları idi [225]. 
Musiqi  alətləri  hazırlamaq  sahəsində  Təbriz  sənətkarları  böyük 
təcrübə  qazanmıĢdılar.  Dünbək,  nağara,  ney,  saz,  təbil  kimi  musiqi  alətləri 


115 
 
Təbrizdə  hazırlanırdı  [226].  Tənbur  adlı  musiqi  alətini  əsasən  tut  ağacından 
düzəldirdilər  [227].  Təbrizdə  xüsusi  təbil  düzəldənlər  bazarı  (bazare  ostovan) 
da var idi [228]. 
XVI  əsrin  birinci  yarısında,  eləcə  də  XVI  əsrin  sonu  və  XVII  əsrin 
birinci  rübündə  Səfəvi-Osmanlı  müharibələri  nəticəsində  bir  çox  ictimai  və 
Ģəxsi  binaların  dağıdılması  ilə  əlaqədar  olaraq  Təbrizdə  tikinti  iĢləri  getdikcə 
sürətlənir  [229].  ġəhərdə  Ģəxsi  yaĢayıĢ  evlərindən  əlavə,  çoxlu  məscid,  bazar, 
rastabazar,  mədrəsə,  karzansara,  hamam  və  s.  tikilir.  ĠnĢaat  iĢlərində  bənna, 
daĢyonan,  dəmirçi,  nəccar,  suvaqçı,  kaĢi,  həkkak  və  digər  sənətkarlar 
çalıĢırdılar. 
Təbriz  və  onun  ətraf  əyalətlərində  üzümçülüyün  inkiĢafı  ilə  əlaqədar 
olaraq  Ģərabçılıq  da  inkiĢaf  etmiĢdi.  Üzümdən  Ģərab,  araq  hazırlayan 
sənətkarlar  var  idi.  XVI  əsrin  birinci  rübündə  Təbrizdə  olmuĢ  venetsiyalı 
anonim  tacir  orada  ağ  və  qırmızı  Ģərab  satıldığı  haqqında  məlumat  vermiĢdir 
[230].  Övliya  Çələbi  Təbrizdə  muskat  növlü  üzümdən  yeddi  cür  qairə 
alınmasını, məleki növ üzümdən isə nabi, küknarı, qolnari, abi - qailə, səhlani, 
Ģətai (qıĢ) növ Ģərablar hazırlandığını bildirmiĢdir [231]. 
Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  XVI-XVII  əsrlərdə  Təbriz  təkcə 
Azərbaycanda deyil, Yaxın və Orta ġərqdə mühüm sənətkarlıq mərkəzlərindən 
biri  olmuĢdur.  Təbrizdə  sənətkarlığın  inkiĢafı  əsasən  XVI  əsrin  birinci  və 
üçüncü  rüblərində,  XVII  əsrin  ikinci,  üçüncü  rüblərində  daha  parlaq  Ģəkildə 
özünü  təzahür  etdirmiĢdi.  Təbrizdə  sənətkarlığın  tənəzzül  dövrləri  əsasən 
Ģəhərin  Səfəvi-Osmanlı  müharibələrinin  döyüĢ  meydanına  çevrilməsi,  1585-
1603-cü illərdə Təbrizin osmanlılar tərəfindən tutulması, mahir sənətkarlarının 
1514-cü  ildə  zorla  Türkiyəyə  aparılması  ilə  əlaqədar  idi.  Vaxtilə  Teymur 
Təbrizi iĢğal etdikdən sonra Ģəhərin mahir sənətkarlarını Səmərqəndə apardığı 
kimi,  1514-cü  ildə  Osmanlı  Sultan  Səlim  1700  sənətkar  ailəsini  Ġstambula 
köçürmüĢdü [232]. 
Təbriz  Osmanlı  iĢğalı  altında  olduğu  dövrdə  Ģəhər  sənətkarlarının 
əksər hissəsi Qəzvinə köçüb orada iĢləmək məcburiyyətində qalmıĢdı. Ölkənin 
paytaxtı Qəzvindən Ġsfahana köçürüldükdən sonra (1598) I ġah Abbasın əmrilə 
h. 1020 (1611-12)-ci ildə Azərbaycandan, o cümlədən Təbrizdən xeyli sənətkar 
Ġsfahana  köçürüldü  [233].  Nadir  Ģahın  hakimiyyəti  dövründə  Təbrizdən 
ġamaxıya  100  nəfər  mahir  toxucu  sənətkar  göndərilmiĢdi.  Həmin  sənətkarlar 
ġamaxının  toxuculuq  mərkəzi  kimi  bərpa  edilməsində  mühüm  rol  oynadılar 
[534]. 
XIV  əsrin  sonunda  Səmərqənddə,  XVI  əsrin  birinci  rübündə 
Ġstambulda,  XVI  əsrin  sonlarında    Qəzvində,    Ġsfahanda,  XVIII  əsrin  ikinci 
rübündə  ġamaxıda  sənətkarlığın  inkiĢafı  sahəsində  Təbriz  ustalarının  böyük 
xidməti olmuĢdur. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə