Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə41/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   37   38   39   40   41   42   43   44   ...   116

85 
 
lazımdır.  Lakin  bir  sıra  tədqiqatçılar,  o  cümlədən  V.  Z.  Piriyev  dövrün 
müəlliflərinin  təsiri  altına  düĢərək  göstərir  ki,  Təbriz  əyanlarından  Mövlana 
Nizaməddin,  Mövlana  Tacəddin  və  baĢqaları  Çobani  əmirləri  ilə  danıĢıqlar 
aparıb,  xalqı  onların  əlindən  xilas  etdilər.  V.  Z.Piriyev  Həmdullah  Qəzviniyə 
əsaslanaraq  yazır  ki,  Təbriz  əyanları  ilə  Çobanilər  arasında  danıĢıqlar  baĢ 
tutmasaydı, heç bir təbrizlidən niĢanə qalmazdı. ġəhərdə qan çayları axardı və 
Təbriz tamamilə məhv olardı [324].  
Əslində  Təbrizdə  Çobani  feodalları  ilə  üsyançılar  arasında  Ģiddətli 
vuruĢma getdiyi bir zamanda Mövlana Nizaməddin Qori, Mövlana Nizaməddin 
Kukməri  [325]  və  Ģəhərin  digər  feodal  əyanları  üsyanın  geniĢlənməsindən 
vahiməyə düĢərək əhalini sakitləĢdirməyə və üsyandan əl çəkməyə çağırırdılar. 
Hətta Nizaməddin Qori Məlik ƏĢrəfin yanına gedərək onu Ģəhərə daxil olmağa 
dəvət  etdi.  Əbubəkr  Qütbi əl-Əhərinin sözlərilə desək,  «Ģəhəri ona bağıĢladı» 
[326]. 
Təbriz  əyanlarının  Çobani  feodalları  ilə  danıĢıq  aparması  heç  də 
üsyançıları xilas etmək yox, üsyanı yatırmaq məqsədi güdürdü. Belə bir satqın 
siyasət üsyançıları Məlik ƏĢrəfin cəngindən xilas etmək   deyil, əksinə, onlara 
xəyanət demək idi. Hafiz Əbru yazır ki, Məlik ƏĢrəflə Yağıbasdı Təbrizə daxil 
olduqdan sonra üsyançılara divan tutdular. Üsyançıların çoxu öldürüldü, digər 
hissəsi  isə  əsir    alındı;  qaçmağa  müvəffəq  olanlar  Ģəhəri  tərk  etdilər  [327]. 
Təbriz  üsyanı  məğlub  oldusa  da,  Məlik  ƏĢrəfin  zümünə  qarĢı  Azərbaycanın 
digər  Ģəhər  və  kəndlərində  xalq  kütlələrini  hərəkətə  gətirdi.  Bu  üsyanın  təsir 
dairəsi Azərbaycanın digər yerlərinə də yayıldı. Üsyan Təbriz əhalisinin Məlik 
ƏĢrəf  və  onun  məmurlarına  qarĢı  nifrətinin  təzahürü  idi.  Üsyan  yatırıldıqdan 
sonra  təbrizlilər  digər  bir  tədbirə  əl  atdılar.  Əhali  Məlik  ƏĢrəflə  Yağıbasdı 
arasında  ziddiyyət  salmağa  və  bununla  da  onların  birləĢmiĢ  qoĢununu 
parçalamağa  cəhd  etdilər.  Bu  da  üsyançıların  Məlik  ƏĢrəf  zülmünə  qarĢı 
mübarizəsini asanlaĢdıra bilərdi. Təbrizi iĢğal etmiĢ Məlik ƏĢrəf və Yağıbasdı 
öz  aralarında  Təbrizi  iki  hissəyə  bölürlər.  Məlik  ƏĢrəf  Mahad-Məhin  (indiki 
Miyar-Miyar  -  S.  O.)  məhəlləsində,  Yağıbasdı  isə  Təbrizin  Rey  məhəlləsində 
sakin  olur.  Təbriz  əhalisi  müəyyən  bir  məsələdən  ötrü  Məlik  ƏĢrəfə  deyil, 
yağıbasdıya  müraciət  edirdi.  Beləliklə,  Məlik  ƏĢrəflə  Yağıbasdı  arasında 
ziddiyyət  əmələ  gəldi.  Məlik  ƏĢrəf  gizli  yolla  Yağıbasdını  öldürür  və  onun 
qaçması  haqqında  yalandan  xəbər  yayır.  Sonra  Məlik  ƏĢrəf  Təbrizdə  təklikdə 
hökmranlıq etməyə baĢlayır. Əhəri yazır: «O, zülm bayrağını dalğalandırmıĢdı. 
Əmirlərin  üzərinə  qılınc  çəkir,  yoxsullardan  isə  nəmmari  vergisi  alırdı. 
Əhalidən  zülm  və  iĢgəncə  ilə  müxtəlif  vergi  və  mükəlləfiyyətlər  tələb  edirdi. 
Məlik ƏĢrəf yüz min ac qurdu (qoĢunlar nəzərdə tutulur - S. O.) Azərbaycan və 
Arrana buraxmıĢdı.    Onlar əhaliyə hər cür zülm edirdilər. Əhali cana gələrək 
cəlayi-vətən olmuĢdu» [328]. 


86 
 
Xalqı  soymaq  və  talan  etmək  hesabına  Məlik  ƏĢrəf  çoxlu  cavahirat, 
qızıl və gümüĢlə dolu 17 xəzinə toplamıĢdı [329]. Məlik ƏĢrəf Ģəhər əhalisinin, 
xüsusilə  aĢağı  təbəqənin  mübarizəsindən  qorxaraq  Rəb-i  RəĢididə  guĢəniĢin 
həyat  keçirirdi.  O,  ömrünün  son  altı  ilində  hətta  ölkənin  daxili  iĢlərinə  belə 
qarıĢmır,  yalnız  öz  canını  qoruyurdu.  Bu  dövrdə  Ģəhər  əhalisinin  əksəriyyəti 
Məlik ƏĢrəf və onun məmurlarının zülmü nəticəsində Ģəhəri    tərk etmiĢdilər 
[330]. Bu da sinfi mübarizənin geniĢ yayılmıĢ formalarından biri idi. 
Bəzi tədqiqatçılar Azərbaycan əhalisinin Çobanilərin zülmündən azad 
olmaq üçün Qızıl Orda dövlətinə müraciət etdiyini göstərmiĢlər [331]. Əslində 
Qızıl  Orda  dövlət  baĢçısı  Cani  bəyə  müraciət  edib,  onu  Azərbaycana  çağıran 
Təbriz əhalisi deyil, feodal əyanları idi. Onlar Təbriz üsyanına xəyanət etdikləri 
kimi,  bu  dəfə  də  mərkəz  Təbriz  olmaqla  Azərbaycanı  Cani  bəyə,  vermək 
istədilər.  Azərbaycan  xalqı,  eləcə  də  Təbriz  əhalisi  üçün  Məlik  ƏĢrəf  yad 
olduğu  kimi,  Cani  bəy  də  çağırılmamıĢ  qonaq  idi.  1356-cı  ildə  Cani  bəy 
Azərbaycanın  satqın  feodallarına  arxalanaraq  zəngin  təbii  sərvətə  malik  bu 
ərazini öz hakimiyyəti altına aldı. Məlik ƏĢrəfin Təbrizdə Cani bəy tərəfindən 
öldürülməsilə  əlaqədar  olaraq  əhali  Ģadlıq  etdi.  Onun  kəsilmiĢ  baĢını 
Marağalılar məscidindən asan Ģəxsə çoxlu pul verdilər [332]. Təbriz əhalisinin 
bu  sevinci  onların  Məlik  ƏĢrəfə  qarĢı  nifrətinin  təzahürü  idi.  Cani  bəyin 
Təbrizə  hücum  edərkən  müqavimətə  rast  gəlməməsinin  əsas  səbəbi  bəzi 
tədqiqatçıların  yazdığı  kimi,  «Azərbaycanın  yerli  feodallarına  və  mübariz 
Azərbaycan xalqına arxalanması» deyil, Məlik ƏĢrəfin zülmündən cana gəlmiĢ 
əhalinin əksəriyyətini təĢkil edən aĢağı təbəqənin Təbrizi tərk etməsi idi. Hətta 
Cani  boy  öz  hakimiyyətini  möhkəmləndirmək  və  Ģəhəri  tərk  etmiĢ  Təbriz 
əhalisini  yenidən  geri  qaytarmaq  məqsədilə  «öz  qoĢunlarına  əmr  etmiĢdi  ki, 
Təbrizin küçələrində gecələyib, müsəlmanların evlərinə girməsinlər» [333]. 
Cani  bəy  və  oğlu  Bərdi  bəy  Təbrizdə  uzun  müddət  qala  bilmədilər. 
Köçəri feodalların nümayəndəsi olan Əxicuq fürsətdən istifadə  edərək Təbrizə 
hücuma keçir. Əxicuq və onun məmurları əhaliyə amansız divan tuturlar. Onlar 
əhalidən  saysız-hesabsız  vergi  və  mükəlləfiyyət  tələb  edirlər.  Təbrizin  yoxsul 
təbəqəsi  Əxicuğun  zülmünə  qarĢı  etiraz  əlaməti  olaraq  yenidən  Ģəhəri  tərk 
etməyə  məcbur  olur.  Hafiz  Əbru  yazır  ki,  təbrizlilər  öz  mal-dövlətindən  və 
uĢaqlarından əl çəkmiĢdilər [634]. 
XIV əsrin sonunda Təbriz əhalisi Ģəhəri iĢğal etmək istəyən ayrı-ayrı 
feodallara  qarĢı  mübarizədə  fəal  iĢtirakı  ilə  səciyyələnirdi.  1381-ci  ildə 
Müzəffərilər dövlətinin hökmdarı ġah ġüca (1359-1384) Təbrizə hücum etmək 
istərkən  Ģəhər  əhalisi  ona  qarĢı  üsyana  qalxır.  Hafiz  Əbru  üsyanı  geniĢ 
təfərrüatı  ilə  Ģərh  etməsə  də,  bir  cümlə  qeyd  edir  ki,  «Təbriz  və  onun  ətrafı 
hərəkətə gəlmiĢdi; hər guĢədə üsyanlar baĢ verirdi» [335]. Bu üsyan və çıxıĢlar 
nəticəsində ġah ġüca Təbrizə daxil olmaq fikrindən əl çəkməyə məcbur oldu. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə