32
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874 və 884
saylı), Təhlükəsizlik Şurasının sədri isə 6 bəyanat qəbul etmişdi.
Avropa Şurası ilə Azərbaycan arasında işgüzar əlaqələrin qurulması 1993-
cü ilin ortalarına aiddir. Hələ 1992-ci ilin oktyabr səfəri zamanı Azərbaycan
nümayəndə heyəti Avropa Şurası ekspertlərini Azərbaycana dəvət etmişdi. 1993-cü
il aprelin 28-30-da Avropa Şurasının ekspertləri, başda Baş Katibliyin Hüquqi
Məsələlər üzrə Departamentinin direktoru E.Xerremus olmaqla Azərbaycanda
oldular, hüquqi şəraiti öyrəndilər. Danışıqların gedişində milli qanunvericiliyin
təkmilləşdirilməsi yolları, Azərbaycanın bir sıra konvensiyalara qoşulması
məsələləri, Avropa Şurasının Azərbaycan qaçqınlarına ayıra biləcəyi humanitar
yardım barədə ekspertlərin təklifləri geniş müzakirə edildi, maddi-texniki təminat
məsələlərinə dair ilkin razılaşmalar əldə olundu.
1993-cü ilin sonundan ikinci mərhələyə qədər olan müddət tamamilə fərqli
cəhətlərə malik olan dövrdür:
1993-cü ildən başlayaraq Azərbaycan xalqı müstəqil dövlətçiliyini inkişaf
etdirərək öz tarixi seçimini etmiş, Avropa dəyərləri, normaları və standartları
əsasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması yolunu tutmuşdur.
Avropa Şurasının üzvü olan dövlətlərin yüksək səviyyədə ilk konfransı
1993-cü ildə Vyanada kcçirilmişdi. Vyana Konfransı Avropanın gələcək inkişaf
perspektivlərinə dair tarixi bəyannamənin qəbulu ilə başa çatmışdı. Burada yeni
tarixi şəraitlə bağlı Avropa Şurasının qarşısında duran məqsəd və vəzifələr də
açıqlanmışdı.
Məhz bu ildən etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına
daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər, müstəqil
Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək
meyillərini daha bariz şəkildə büruzə verirdi.
Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
beynəlxalq aləmdə cərəyan edən proseslərə incə və praqmatik yanaşma tərzi və
Azərbaycanın vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı
məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv
olması üçün zəmin yaradıldı.
1993-cü ilin ikinci yarısından sonra ölkəmizin beynəlxalq fəallığının
güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı
addımların atılması, Ermənistanla münaqişədə respublikamızın hərbi əməliyyatları
dayandırılması və atəşkəsin əldə edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla
Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi. 1994-cü ilin may
ayında Ermənistan—Azərbaycan münaqişəsində atəşkəs əldə edilməsi Avropa
Şurası ilə əməkdaşlıq üçün yeni üfüqlər açdı.
Ötən illər ərzində Azərbaycanda demokratik dəyərlərin bərqərar və inkişaf
etdirilməsi, insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması sahəsində
nəzərəçarpan nailiyyətlər qazanılmışdır. Azərbaycan cəmiyyətinin irəliyə doğru
33
inkişafının bünövrəsini 1995-ci ildə referendum yolu ilə qəbul edilən, insan hüquq
və azadlıqlarını özündə əks etdirmək baxımından ən yüksək norma və standartlara
cavab verən Azərbaycanın ilk Konstitusiyası qoymuşdur. Belə ki, Azərbaycan
Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi göstərilir.
Konstitusiyada təsbit edilmiş prinsipləri və dəyərləri həyata keçirmək
məqsədilə ölkədə genişmiqyaslı islahatlara başlanılır. Bu mərhələnin tarixi
hadisələrinin xronoloji ardıcıllığına diqqət yetirdikdə Avropa Şurası ilə
Azərbaycan arasında daha sıx və intensiv əməkdaşlığın qurulması açıq-aşkar hiss
olunur. 1993-cü ilin oktyabr ayında ermənilər tərəfindən əldə edilmiş atəşkəsin
pozulması ilə əlaqədar Avropa Şurası 9 noyabr 1993-cü ildə Dağlıq Qarabağa dair
verdiyi bəyanatda deyilirdi:
"Avropa Şurası 1993-cü il oktyabrın 24-də Dağlıq Qarabağ bölgəsində
atəşkəs haqqında sazişin pozulmasını pisləyir və bu yaxınlarda işğal olunmuş
ərazilərdən bütün qüvvələri çıxarmağa çağırır. Avropa Şurası, ATƏM-in
prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və
suverenliyinə əhəmiyyət verdiyini təsdiqləyir.
Avropa Şurası silahlı toqquşmalardan qaçmaqla canını qurtaran on minlərlə
mülki şəxsin taleyindən xüsusilə narahatdır. Həmin qaçqınların qəbulu və müdafiə
edilməsi beynəlxalq birliyin üstün vəzifələrindən olmalıdır. Bundan əlavə, bu
qaçqınların olması münaqişənin beynəlxalq miqyas alması təhlükəsini artırır və
bütün regionun sabitliyi üçün qorxu törədir.
Avropa Şurası zərər çəkmiş əhaliyə bundan sonra da humanitar yardım
göstərəcəkdir. Bununla əlaqədar o, regionun bütün dövlətlərini yardımın
çatdırılmasına kömək etməyə çağırır. Avropa Şurası Ermənistan—Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini möhkəm siyasi vasitələrlə aradan qaldırmaq yolları
axtarmaq məqsədilə ATƏM-in Minsk qrupunun göstərdiyi səyləri bütünlüklə
dəstəklədiyini bir daha təsdiq edir. O, münaqişədə iştirak edən tərəfləri 1993-cü il
oktyabrın 24-də pozulmuş atəşkəs vəziyyətini bərpa etməyə çağırır".
Ekspertlərin
aprel səfərindən sonra Avropa Şurası Parlament
Assambleyasının Komissiyası Qarabağ münaqişəsinə dair müzakirələr və birbaşa
görüşlər keçirilməsinə dair təşəbbüslə çıxış etdi, lakin görüşün keçirilməsinə dair
ilk təşəbbüs baş tutmadı. Belə ki, 1994-cü il yanvarın 24-28-də Strasburqda
D.Atkinsonun sədrliyi ilə komissiyanın görüşündə Azərbaycan nümayəndə
heyəti iştirakdan imtina etdi, çünki görüşə — Strasburq şəhərinə Ermənistan
nümayəndələri ilə yanaşı, tərəf müqabili kimi Dağlıq Qarabağ ermənilərinin də
nümayəndələri dəvət olunmuşdular. Azərbaycan tərəfinin görüşdən imtina
etməsinə baxmayaraq, Avropa Şurası Komissiyası görüş keçirilməsinə nail oldu.
1994-cü il iyul ayının 4-dən 11-dək Strasburqda, Avropa Şurasının
qərargah-mənzilində Avropa Şurası Parlament Assambleyasının qeyri-üzv ölkələr
üzrə komissiyasının iclası keçirildi. İclasda Ermənistan və Azərbaycan parlament
nümayəndələri, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və
Dostları ilə paylaş: |