30
Hərbi məsələlərdən uzaq, sırf siyasi təşkilat olan Avropa Şurası demokratik
idarə formalı ölkələr arasında sıx əlaqələri nizamlamağa çalışır.
Belə ölkələrdən birinə çevrilən Azərbaycan əlverişli perspektivlər və real
imkanlar qazanır.
Azərbaycanın Avropaya inteqrasiya proseslərinə qoşulmaqda maraqlı
olması qısa müddətdə ölkədə yaradılmış siyasi sabitlik, respublikamızda
demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar
olmasına yönəldilmiş siyasi-iqtisadi islahatlar, insan hüquqlarının qorunması
sahəsində həyata keçirilmiş tədbirlər Azərbaycanın Avropaya inteqrasiya
proseslərinə qoşulması üçün əlverişli zəmin yaradırdı.
Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları
Avropanı Azərbaycana cəlb edirdi. Bu baxımdan, Avropa beynəlxalq
təşkilatlarının Azərbaycanla əməkdaşlığa meyilli olmaları təbii qəbul edilməli idi.
Azərbaycanın Avropa Şurası ilə əlaqələri aşağıdakı siyasi məqsədləri güdür:
qazanılmış müstəqilliyin təsdiqi və möhkəmləndirilməsi; insan və vətəndaş
hüquqlarının təmin edilməsinin gücləndirilməsi;
Avropa dövlətləri ilə diplomatik münasibətlərin beynəlxalq təşkilat
çərçivəsində çoxtərəfli əsaslarda dərinləşdirilməsi;
ölkəmizin xarici siyasətinin dövlətlərin və xalqların dinc yanaşı yaşaması,
sülhü və təhlükəsizliyin qorunması və digər beynəlxalq hüquq prinsiplərinə
əsaslandığını nümayiş etdirmək;
öz məqsədlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün Avropa
Şurasının ali tribunasından istifadə etmək
Avropa Şurası ilə Azərbaycanın əlaqələrinin qurulmasını və inkişafını şərti
olaraq üç mərhələyə bölmək olar:
1992-ci ildən 28 iyun 1996-cı ilə qədərki dövr;
28.06.1996-cı il — 25 yanvar 2001-ci ilə qədər olar müddət;
25.01.2001-ci ildən sonrakı dövr.
§ 1. I mərhələ:
I mərhələ Azərbaycanın Avropa Şurası ilə sistemsiz və pərakəndə
əlaqələrini əhatə edir. Bu mərhələdə əlaqələrdəki belə qeyri-müəyyənlik,
Ermənistanın təcavüzkarlığına qarşı mübarizəyə daha çox diqqət verilməsi və bir
sıra daxili proseslərlə, bu məsələdə daxili və xarici siyasətdə qeyri-sabitliyin
mövcudluğunu aydın şəkildə göstərməsi ilə səciyyələnir. Bu dövrün başaçatma
həddinin ilkin olaraq 1993-cü ilin sonu kimi qəbul edilməsi, nəticədə birinci
mərhələnin də, öz növbəsində, iki hissəyə ayrılmasına imkan yaradır.
Birinci hissə: Azərbaycan Respublikası rəsmi şəkildə ilk dəfə 1992-ci ilin
yanvarında Avropa Şurasına müraciət edərək "xüsusi dəvət olunmuş" statusu ilə
təşkilatın fəaliyyətində təmsil olunmaq istədiyini bildirmişdi. Lakin bu dövrdə
Cənubi Qafqaz ölkələrinin Şuranın fəaliyyətində iştirakı məsələsi hələlik açıq
saxlanmışdı, bir tərəfdən Avropa Şurasının Qafqaz regionuna kimi genişlənməyə
31
hazır olması üçün lazımi fəaliyyət mexanizmi hələlik mövcud deyildi, digər
tərəfdən, Qafqaz respublikalarında genişlənən demokratik hərəkatın dönərsizliyi
hələlik şübhə altında idi.
Avropa Şurası ilə işgüzar əlaqələrin qurulmasına nail olmaq məqsədilə
Azərbaycan hökuməti və parlament nümayəndələri 1992-ci ilin iyun və
oktyabrında Şuranın mənzil-qərargahının yerləşdiyi Strasburqa səfərlər etdilər ki,
məhz bu zaman təşkilatla əməkdaşlığın formaları, habelə Avropa Şurasının Dağlıq
Qarabağ münaqişəsini nizama salmaq üçün vasitəçilik missiyasının məzmun və
mahiyyəti razılaşdırıldı.
Avropa Şurasının respublikamıza münasibəti erməni millətçiləri tərəfindən
Azərbaycana qarşı aparılmış təbliğat əsasında formalaşaraq, bu dövrdə
Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə doğru-düzgün çatdırılmaması və
hətta Parlament Assambleyasının üzvü olmayan Avropa ölkələri ilə əlaqələr
komitəsinin 1992-ci il fevral ayının 5-də Dağlıq Qarabağa dair Azərbaycanın
mövqeyinə zidd olan bəyanat qəbul etməsi ilə nəticələnmişdi. Belə bir şəraitdə, ilk
növbədə, Avropa Şurasında Azərbaycanın obyektiv, doğru-düzgün imicini
yaratmaq, Azərbaycanın Avropa Şurasının prinsiplərinə uyğun xarici siyasət
yeritdiyini, insan hüquqlarının müdafiəsi və demokratiya yolu ilə inkişaf etdiyini
bəyan etmək lazım idi. Bu sahədə aparılan iş özünün real nəticələrini verməyə
başladı. Digər tərəfdən, Avropa Şurası tərəfindən Ermənistan—Azərbaycan
münaqişəsinə obyektiv yanaşılmaqla münaqişənin təşkilat tərəfindən daha ətraflı
öyrənilməsi Avropa Şurasında münaqişəyə və Azərbaycana münasibətdə
dəyişikliklər yaratdı. Belə ki, artıq 1992-ci il mart ayının 12-də Avropa Şurası
Nazirlər Komitəsinin qəbul etdiyi bəyanatda komitə Dağlıq Qarabağ hadisələri ilə
əlaqədar dərin təşviş hissi keçirdiyini bildirirdi. Bəyanatda Azərbaycanın
Dağlıq Qarabağ vilayətinin dinc əhalisi barəsində zorakılıq pislənilir və göstərilirdi
ki, beynəlxalq birlik Dağlıq Qarabağda münaqişənin zor gücünə aradan
qaldırılmasına razı ola bilməz. Bəyanatda sərhədlərin toxunulmazlığı prinsipinin
gözlənilməsi zəruriliyinin qeyd olunması münaqişənin beynəlxalq hüququn
prinsipləri əsasında nizama salınmasının vacibliyindən xəbər verirdi. Bəyanatda
qeyd olunurdu ki, sərhədlər yalnız dinc yolla və qarşılıqlı razılıq əsasında
dəyişdirilə bilər. Erməni təcavüzkarları tərəfindən Kəlbəcər rayonunun işğal
edilməsi ilə əlaqədar olaraq Avropa Şurası Nazirlər Komitəsi erməni qoşunlarının
Kəlbəcər rayonundan çıxarılması haqqında 16 aprel 1993-cü ildə bəyanat verdi.
Sənəddə deyilirdi ki, Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası sədrinin bütün
döyüş əməliyyatlarını dərhal dayandırmaq çağırışına tamamilə tərəfdar
çıxır və bölgədə sülh və təhlükəsizlik üçün qorxu yaradan qüvvələrin oradan
çıxarılmasını tələb edir.
Ümumiyyətlə isə Ermənistan qoşunları 1992-1993-cü illər ərzində Şuşanı,
Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Qubadlını, Cəbrayılı və Zəngilanı ələ
keçirərək Azərbaycan torpaqlarının 16 min kvadrat kilometrlik bir hissəsini
(halbuki Dağlıq Qarabağın ərazisi 4 min kvadrat kilometrdir) öz işğalı altına aldı.
Dostları ilə paylaş: |