105
beynəlxalq öhdəliklərə vicdanla əməl etmək kimi prinsiplərini rəhbər tutur, bu
təşkilatla əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etdirir.
Ümummilli lider Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının
sessiyasında çıxışı zamanı qürur hissi ilə deyirdi: "Bu gün Azərbaycanda
demokratik inkişaf prosesi dönməz xarakter alıbdır, azadlığın və qanunun aliliyinin
möhkəm təminatı yaradılıbdır. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun
nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də
Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni
mərhələnin başlanğıcıdır".
Xüsusilə qeyd etmək lazımdır ki, Avropa Şurası Parlament
Assambleyasında fəaliyyət göstərən nümayəndə heyətimizə cənab İlham Əliyevin
rəhbərlik etdiyi dövr Avropa məkanında gələcək uğurlarımıza zəmin yaratdı.
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının
ilk sessiyasından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Azərbaycan parlament qrupuna rəhbərlik etdiyi dövrdən etibarən çox ciddi və
səmərəli fəaliyyətdədir. Bu gün Avropanın ən ali tribunasından Azərbaycanın
mövqeyi səslənir, deputatlar Azərbaycan həqiqətlərini açıq şəkildə deyirlər.
Azərbaycan Avropa Şurasının şəxsində yeni bir mübarizə cəbhəsi açdı. Bu cür iş
birliyinin nəticəsidir ki, dünyada ictimai rəy Azərbaycanın xeyrinə dəyişməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasına daxil
olarkən bildirdiyi "Azərbaycan Avropanın çox dəyərli üzvü olacaqdır" vədi reallığa
çevrildi.
106
ƏLAVƏ – 1
Azərbaycan Respublikasının Avropa
Şurasına üzv qəbul edilməsi ilə əlaqədar
təntənəli mərasimdə Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyevin çıxışı
Hörmətli cənab sədr!
Hörmətli cənab Nazirlər Komitəsinin sədri!
Hörmətli cənab baş katib!
Hörmətli mərasim iştirakçıları!
Bu gün Avropa parlamentarizminin mərkəzində - Strasburqda, Avropa
Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası, həm də Avropa
üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə baş verir - Azərbaycan Avropa
ailəsinə qəbul edilir. Bununla da Avropanın yalnız tarixi və mədəni baxımdan
deyil, siyasi baxımdan da tamlaşması, bütövləşməsi başa çatır.
1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət
müstəqilliyini elan etdi. Azərbaycan yalnız son on ildə deyil, tarixinin son iki əsri
ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can
atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən
Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qitə
və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərq
köklərindən ayrılmayaraq, Qərb sivilizasiyasının sintezinə əsaslanan nadir bir
mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta
Şərqdə yaymışdır. Məhz Avropa ilə sıx və məqsədyönlü təmasın nəticəsidir ki,
XIX əsrin ortalarından başlayaraq, müsəlman Şərqində ilk qəzeti, ilk Avropa tipli
məktəbləri, ilk teatrı, ilk yenilikçi ədəbiyyatı və ictimai fikri, nəhayət, demokratik
respublika tipli ilk dünyəvi dövləti 1918-ci ildə Azərbaycan xalqı yaratmışdır. Bu
gün biz yalnız son bir neçə ildəki siyasi əməkdaşlığımızın deyil, həm də iki əsrlik
tarixi təcrübəmizin bəhrəsini görürük.
1991-ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan birmənalı şəkildə
Avropaya, onun humanist və demokratik dəyərlərinə inteqrasiya yolunu tutdu.
Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq
çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və
sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə
çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas
olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili
sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem
yaratdıq. Biz müddəalarının üçdə biri insan haqlarının və əsas azadlıqlarının
qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm
hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemini yaratdıq, prezident,
107
parlament və bələdiyyə seçkiləri keçirdik. Bir sıra mühüm siyasi və iqtisadi
islahatlar apardıq və aparırıq.
Lakin təəssüflər olsun ki, bütün səylərimizə baxmayaraq, biz Avropa
Şurasına üzv olarkən yalnız müsbət dəyişiklikləri və uğurları deyil, müəyyən
problemlərimizi də özümüzlə gətiririk. Bu, hər şeydən əvvəl bu gün eyni vaxtda
Avropa Şurasına üzv olan Azərbaycanla Ermənistan arasında öz həllini tapmamış
Dağlıq Qarabağ problemidir. Bu problemin Azərbaycanda doğurduğu çətinliklər,
ilk növbədə isə çoxsaylı qaçqınlar ordusu, ağır iqtisadi və sosial vəziyyət təkcə
bizim ölkəmizin deyil, bütün regionun demokratiyaya doğru inkişafını ləngidir,
insan haqlarının qorunmasında ciddi maneələr yaradır.
Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz
işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə
və xalqımıza doğru uzadılan dost əli kimi qiymətləndiririk və ona görə də bir sıra
problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq.
Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı
Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin
mənası müasirləşmək, yəni avropalılaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi
səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur.
Hamınıza minnətdarlığımı bildirirəm.
Strasburq, 25 yanvar 2001-ci il
Dostları ilə paylaş: |