Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
105 
beynəlxalq  öhdəliklərə  vicdanla  əməl  etmək  kimi  prinsiplərini  rəhbər  tutur,  bu 
təşkilatla əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etdirir. 
Ümummilli lider Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının 
sessiyasında  çıxışı  zamanı  qürur  hissi  ilə  deyirdi:  "Bu  gün  Azərbaycanda 
demokratik inkişaf prosesi dönməz xarakter alıbdır, azadlığın və qanunun aliliyinin 
möhkəm təminatı yaradılıbdır. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun 
nəinki  müstəqil,  suveren,  demokratik,  dünyəvi  dövlət  kimi  tanınmasıdır,  həm  də 
Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni 
mərhələnin başlanğıcıdır". 
Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  Avropa  Şurası  Parlament 
Assambleyasında fəaliyyət  göstərən nümayəndə heyətimizə cənab İlham Əliyevin 
rəhbərlik etdiyi dövr Avropa məkanında gələcək uğurlarımıza zəmin yaratdı. 
Azərbaycan  nümayəndə  heyəti  Avropa  Şurası  Parlament  Assambleyasının 
ilk  sessiyasından,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
Azərbaycan  parlament  qrupuna  rəhbərlik  etdiyi  dövrdən  etibarən  çox  ciddi  və 
səmərəli  fəaliyyətdədir.  Bu  gün  Avropanın  ən  ali  tribunasından  Azərbaycanın 
mövqeyi  səslənir,  deputatlar  Azərbaycan  həqiqətlərini  açıq  şəkildə  deyirlər. 
Azərbaycan Avropa Şurasının şəxsində  yeni bir  mübarizə cəbhəsi açdı. Bu cür iş 
birliyinin nəticəsidir ki, dünyada ictimai rəy Azərbaycanın xeyrinə dəyişməkdədir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasına daxil 
olarkən bildirdiyi "Azərbaycan Avropanın çox dəyərli üzvü olacaqdır" vədi reallığa 
çevrildi. 


 
106 
ƏLAVƏ – 1 
 
Azərbaycan Respublikasının Avropa 
Şurasına üzv qəbul edilməsi ilə əlaqədar 
təntənəli mərasimdə Azərbaycan 
Respublikasının Prezidenti 
Heydər Əliyevin çıxışı 
 
Hörmətli cənab sədr! 
Hörmətli cənab Nazirlər Komitəsinin sədri!  
Hörmətli cənab baş katib!  
Hörmətli mərasim iştirakçıları! 
Bu  gün  Avropa  parlamentarizminin  mərkəzində  -  Strasburqda,  Avropa 
Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası, həm də  Avropa 
üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə baş verir - Azərbaycan Avropa 
ailəsinə  qəbul  edilir.  Bununla  da  Avropanın  yalnız  tarixi  və  mədəni  baxımdan 
deyil, siyasi baxımdan da tamlaşması,  bütövləşməsi başa çatır. 
1991-ci  ildə  Sovet  İttifaqının  dağılması  ilə  əlaqədar  Azərbaycan  öz  dövlət 
müstəqilliyini elan etdi. Azərbaycan yalnız son on  ildə deyil,  tarixinin son  iki əsri  
ərzində ardıcıl olaraq Avropaya,  Qərb mədəniyyətinə,  ümumbəşəri dəyərlərə can 
atmışdır.    Şərqlə  Qərbin,  Avropa  ilə  Asiyanın  kəsişdiyi    nöqtədə    yerləşən  
Azərbaycan  dinlərin,   tarixlərin  və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qitə 
və iki sivilizasiya   arasında   körpüyə   çevrilmişdir.   Azərbaycan   xalqı   öz Şərq 
köklərindən  ayrılmayaraq,  Qərb  sivilizasiyasının  sintezinə  əsaslanan  nadir  bir 
mədəniyyət  yaratmış,    Qərbin  mütərəqqi  dəyərlərini  Qafqazda,  Yaxın  və  Orta 
Şərqdə  yaymışdır.  Məhz  Avropa  ilə  sıx  və  məqsədyönlü  təmasın  nəticəsidir  ki, 
XIX əsrin ortalarından başlayaraq, müsəlman Şərqində ilk qəzeti, ilk Avropa tipli 
məktəbləri, ilk teatrı, ilk yenilikçi ədəbiyyatı və ictimai fikri, nəhayət, demokratik 
respublika tipli ilk dünyəvi dövləti 1918-ci ildə Azərbaycan xalqı  yaratmışdır. Bu 
gün biz yalnız son bir neçə ildəki siyasi əməkdaşlığımızın deyil, həm də iki əsrlik 
tarixi təcrübəmizin bəhrəsini görürük. 
1991-ci  ildə  dövlət  müstəqilliyi  qazanan  Azərbaycan  birmənalı  şəkildə 
Avropaya,  onun  humanist  və  demokratik  dəyərlərinə  inteqrasiya  yolunu  tutdu. 
Tarixən çox qısa bir müddət  ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq 
çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və 
sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə 
çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas 
olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili 
sabitliyə  nail  olduq.  Biz  azad  söz,  azad  mətbuat  və  çoxpartiyalı  siyasi  sistem 
yaratdıq.  Biz  müddəalarının  üçdə  biri  insan  haqlarının  və  əsas  azadlıqlarının 
qorunmasına  həsr  olunmuş  yeni  Konstitusiya  qəbul  etdik.  Şərqdə  ilk  dəfə  ölüm 
hökmünü  aradan  qaldırdıq,  yeni  qanunvericilik  sistemini  yaratdıq,  prezident, 


 
107 
parlament  və  bələdiyyə  seçkiləri  keçirdik.  Bir  sıra  mühüm  siyasi  və  iqtisadi 
islahatlar apardıq və aparırıq. 
Lakin  təəssüflər  olsun  ki,  bütün  səylərimizə  baxmayaraq,  biz  Avropa 
Şurasına  üzv  olarkən  yalnız  müsbət  dəyişiklikləri  və  uğurları  deyil,  müəyyən 
problemlərimizi də özümüzlə gətiririk.  Bu, hər şeydən əvvəl bu gün eyni vaxtda 
Avropa Şurasına üzv olan Azərbaycanla Ermənistan arasında öz həllini tapmamış 
Dağlıq  Qarabağ  problemidir.  Bu  problemin  Azərbaycanda  doğurduğu  çətinliklər, 
ilk  növbədə  isə  çoxsaylı  qaçqınlar  ordusu,  ağır  iqtisadi  və  sosial  vəziyyət  təkcə 
bizim  ölkəmizin  deyil,  bütün  regionun  demokratiyaya  doğru  inkişafını  ləngidir, 
insan haqlarının qorunmasında ciddi maneələr yaradır. 
Biz  ölkəmizin Avropa  Şurasına  qəbulunu  yalnız  indiyə  qədər gördüyümüz 
işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə 
və xalqımıza doğru uzadılan dost əli kimi qiymətləndiririk və ona görə də bir sıra 
problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq. 
Bu  dəqiqələrdə  biz  tarixi  anlar  yaşayırıq.  Az  sonra  Azərbaycanın  bayrağı 
Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin 
mənası  müasirləşmək,  yəni  avropalılaşmaqdır.  Xoşbəxtik  ki,  hamımızın  ümumi 
səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur. 
Hamınıza minnətdarlığımı bildirirəm. 
Strasburq, 25 yanvar 2001-ci il 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə