Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
110 
bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası da uğurun əsaslarını 
təşkil edən amillərdəndir. 
Ölkəmiz  siyasi  islahatlar  sahəsində  də  mühüm  nailiyyətlər  əldə  etmişdir. 
Avropa  Şurasının  üzvü  olduğumuz  üç  il  müddət  Azərbaycanın  demokratiya  yolu 
ilə  irəliləməsində  həlledici  rol  oynamışdır.  Avropa  Şurasının  tövsiyələri  ilə  yeni-
yeni  qanunlar  qəbul  edilmişdir.  Təşkilata  üzv  qəbul  olunarkən  ölkənin  üzərinə 
götürdüyü  öhdəliklər  və  onların  yerinə  yetirilməsi  də  bu  sahədə  yardımçı 
olmuşdur. Ona görə də mən istərdim ki, Avropa Şurasındakı bütün həmkarlara öz 
səmimi minnətdarlığımı bildirim. Konstruktiv əməkdaşlıq, məsləhətlər, tövsiyələr, 
bölüşdüyünüz  təcrübə  -  bunların  hamısı  Azərbaycan  cəmiyyətinin  gələcək 
demokratikləşməsinə,  Azərbaycanın  Avropa  ailəsinə  tam  üzv  olmasına  xidmət 
etmişdir. 
Yerinə yetiriləcək vəzifələr çoxdur. Həyatımızın bir çox sahələri beynəlxalq 
standartlara cavab vermir. Bunun obyektiv və bəzi hallarda subyektiv səbəbləri var. 
Müharibədən,  işğaldan  əziyyət  çəkmiş,  vətəndaş  müharibəsi  və  digər  faciəvi 
hallarla üzləşmiş ölkə birdən-birə tam demokratik və tam azad ola bilməz. Amma 
bu  yol  bizim  seçimimizdir,  strateji  seçimimizdir.  Prezident  seçkilərindən  sonra 
gedən  proseslər,  hökumətimizin  qəbul  etdiyi  qərarlar  bizim  yüksək 
qiymətləndirdiyimiz dəyərlərə sadiq olduğumuzu göstərir. Bizim azad, demokratik, 
plüralist cəmiyyət qurmaq əzmimizi göstərir. 
İqtisadi  artım  və  cəmiyyətin  demokratikləşməsi  siyasətimizin  əsas 
elementləridir  və  biri  digərsiz  mümkün  ola  bilməz.  İqtisadi  cəhətdən  güclü  ola 
bilərsən,  amma  demokratiya  yoxdursa,  şəffaflıq  yoxdursa,  insan  haqları 
qorunmursa, uğur qazana bilməzsən. Biz neft hasil edən bəzi ölkələrin təcrübəsini 
öyrənmişik  və  təəssüflə  şahidi  olmuşuq  ki,  onların  heç  də  hamısında  neft  amili 
uğurla  nəticələnmir.  Bəzən  neft  amili  firavanlıq  gətirmək  əvəzinə,  mənfi  hallarla 
müşayiət olunur. Ona görə də bütün bu mənfi təcrübəni görərkən biz qərarlıyıq ki, 
səhvə yol verməyək. 
Eyni  zamanda,  ölkəmizin  problemləri  də  çoxdur.  Bizdə  yoxsulluq  var. 
Yoxsulluğa  qarşı  mübarizə  aparırıq.  Hazırda  yoxsulluğun  azaldılmasına  dair 
Dünya Bankı ilə birlikdə proqram həyata keçiririk. Bizdə işsizlik var və iqtisadi və 
sosial-iqtisadi  inkişaf  proqramının  əsas  elementlərindən  biri  yüz  minlərlə  yeni  iş 
yerləri açmaqdan ibarətdir və mən bunu rəsmi bəyan etmişəm. 
Regionlara xüsusi diqqət yetiririk ki, yalnız paytaxt yox, əsas şəhərlər yox, 
bütün  ölkə,  Azərbaycanın  bütün  bölgələri  hərtərəfli,  dinamik  inkişaf  etsin.  Ən 
ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzlərində hiss etməlidir. Yalnız bütün 
əhalimiz  özünün  daha  yaxşı  yaşadığını  hiss  etdiyi  bir  vaxtda,  hökumətimiz 
vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz - vətəndaşlara 
eyni  şərait  yaratmaq.  Qoy  iqtisadi  artımdan,  neft  sənayesinin  inkişafından  hamı 
bəhrələnsin.  Hər  bir  Azərbaycan  vətəndaşı  eyni  hüquqlardan  istifadə  etsin.  Bu 
yöndə bizim çox gözəl nailiyyətlərimiz var. Ölkəmizin ən böyük nailiyyətlərindən 
biri  də  etnik  və  dini  dözümlülükdür.  Yalnız  müstəqillik  dövründə  deyil,  Sovet 


 
111 
İttifaqı dönəmində də tolerantlıq Azərbaycana xas idi və bu siyasət indi də davam 
etdirilir.  Azərbaycan  çoxmillətli  ölkədir.  Bütün  millətlər  və  bütün  dinlərin 
nümayəndələri Azərbaycanı öz evi hesab edirlər. 
Uzun müddət ölkəmizin üzləşdiyi əsas problem Azərbaycan ərazilərinin 20 
faizinin  Ermənistan  tərəfindən  işğal  olunmasıdır.  Bu  işğal  Ermənistanın 
Azərbaycana  qarşı  apardığı  təcavüzkar  separatçı  irtica  ilə  başlamışdır.  Bu  siyasət 
Azərbaycanın  keçmiş  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  və  onun  inzibati 
sərhədlərindən  kənarda  yerləşən  daha  7  rayonumuzun  işğalı  ilə  nəticələndi. 
Azərbaycanın bu 7 rayonunda heç zaman ermənilər yaşamamışdır. Onlar tamamilə 
azərbaycanlılar  məskunlaşan  ərazilərdir.  Ermənistanın  bu  işğalı  yüz  minlərlə 
adamın  qaçqın  və  köçkün  vəziyyətinə  düşməsi  ilə  nəticələndi.  Bu  faktlar 
Assambleyaya  yaxşı  məlumdur.  Nümayəndə  heyətimizin  üzvləri  bu  haqda 
dəfələrlə  çıxışlar  ediblər  və  bu  faktlar  Avropa  Şurası  Parlament  Assambleyasının 
sənədlərində  də  öz  əksini  tapmışdır.  Bugünkü  Ermənistanın  ərazisindən  250  min 
azərbaycanlı  qaçqın  düşmüşdür.  Azərbaycan  ərazisində  işğal  olunmuş  7  rayonun 
700 min sakini məcburi köçkün oldu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 
yaşayan  50  min  azərbaycanlı  da  məcburi  köçkündür.  Üstəlik,  digər  münaqişə 
zonalarından,  başqa  ölkə  ərazilərindən  də  qaçqınlar  Azərbaycanda  sığınacaq 
tapmışlar. Azərbaycanın 8 milyonluq əhalisinin 1 milyonu qaçqın-köçkündür. Bu, 
dünyada əhalinin sayına nisbətdə qaçqın-köçkünlərin ən yüksək faizidir. 
Bu  vəziyyət  10  ildən  artıqdır  ki,  davam  edir.  Bu  ilin  may  ayında 
Ermənistanla Azərbaycan arasında atəşkəsin onuncu ili olacaqdır və 10 ilə qədərdir 
ki,   aparılan danışıqlar nəticə  vermir.    Əlbəttə    ki,     biz   bu   vəziyyətlə   barışa  
bilmərik.  Azərbaycan  heç  zaman  ərazisinin  itirilməsi  ilə  razılaşmayacaqdır. 
Məsələnin  həllində  beynəlxalq  hüquq  normaları  əsas  götürülməlidir.  Azərbaycan 
dünyadakı  bütün  ölkələrin  ərazi  bütövlüyünə  hörmətlə  yanaşır  və  özünə  də  eyni 
münasibətlə  yanaşmağı    tələb    edir.    Bizim    ərazi    bütövlüyümüz    bərpa 
olunmalıdır.   Ermənistanın   işğalçı   qüvvələri   zəbt   olunmuş ərazilərdən  geri  
çəkilməlidir.  Qaçqınlara-köçkünlərə  doğma  yurdlarına  qayıtmaq  imkanı 
verilməlidir. XXI əsrdə  Avropa  Şurasının  üzvü olan bir ölkənin   -    Ermənistanın 
Avropa  Şurasının  üzvü  olan  digər  ölkənin  –  Azərbaycanın  ərazilərini  işğal 
etməsinə yol verməməliyik. 
Beynəlxalq  ictimaiyyət  bu  vəziyyətlə  razılaşmamalıdır.  Əlbəttə,  biz  ümid 
edirik ki, beynəlxalq birliyin birgə səyi imkan verəcək ki, bu problem həll olunsun. 
Biz  Avropa  Şurasına  minnətdarıq  ki,  bu  mövzu  ətrafında  fikir  mübadilələri 
başlayıbdır.  Bildiyiniz  kimi,  hazırda  Siyasi  məsələlər  komitəsi  Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  məruzə  üzərində  işləyir.  Ümid 
edirik  ki,  məruzə  vəziyyəti  olduğu  kimi  əks  etdirəcək  və  ən  vacibi  isə,  məsələyə 
siyasi qiymət verəcəkdir. 
Ermənilərin münaqişə ilə bağlı öz iddiaları var. Sadəcə onlara şərh verim ki, 
sizdə  tam  təsəvvür  yaransın,  yalnız  bir  tərəfin  dediklərini  eşitməyəsiniz.  Onların 
iddiası  belədir  ki,  Dağlıq  Qarabağda  yaşayan  ermənilərin  öz  müqəddəratını  təyin 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə